Əsas səhifə > Yazılar, Əli Kərimli > Saxta vətənpərvərlər

Saxta vətənpərvərlər

İstər-istəməz düşünməli olursan son günlərdə bizim ölkəmizdə aşkarlanmış korrupsiya skandalı hər hansı Avropa ölkəsində olsaydı, nə baş verərdi?

Əvvəla, belə bir iri miqyaslı korrupsiyanın Avropada və ya hər hansı qanunların işlədiyi ölkədə baş verməsini təsəvvür etmək xeyli çətin olardı, hətta olsaydı da nəinki həmin ölkənin prezidentinin istefa tələbi səslənərdi, bu tələb yerinə də yetirilərdi.

Bəs demokratiyaya keçid mərhələsində olan ölkələrdə, məsələn, Gürcüstan, Ukrayna, Pakistan, Tailand, Moldaviya, hətta demokratiyadan hələ xeyli uzaq  olan Rusiya, İran, Ermənistanda baş versəydi, həmin ölkələrin müxalifəti dövlət və hökumət başçısının istefasını tələb edərdimi?

Əlbəttə edərdilər. Biz də etdik. Amma təəssüf ki, bu tələb hökumətə müxalifətdə olduğunu bəyan etmiş bütün siyasi qüvvələr tərəfindən müdafiə olunmadı.  Bəli, bizim cəmiyyətdə azadlıqlar məhduddur deyə hətta belə bir irimiqyaslı korrupsiya faktından sonra da böyük xalq etirazları təşkil etmək  olmur. Amma bu qətiyyən o demək deyil ki, müxalifət liderləri də hökumətin yaratdığı bu eybəcər reallıqlarla barışmalıdır. Hökumətin cızdığı çərçivədən kənara çıxmamalıdır.

Biz üzərimizə düşəni etməyə çalışırıq. Normalda hər hansı ölkədə müxalifətin etməli olduğunun Azərbaycanda mümkün olanını edirik. Bu gün cəmiyyət baş verənlərə adekvat reaksiya vermək imkanından məhrum edilibsə, heç kim düşünməsin ki, hər şey belə də davam edəcək. İnanıram ki, nəhayət bizim xalq üçün də öz hökumətindən məsuliyyət tələb etmək imkanı yaranacaq.

Mənə çox maraqlı gəlirdi ki, bu dəfə hökumətin rəsmi və qeyri-rəsmi adamları  bu açıq-aşkar korrupsiya faktına necə haqq qazandıracaqlar. İlham Əliyevə və onun korrupsioner hakimiyyətinə necə yarınacaqlar? Yarınmaq üçün hansı psevdoarqumentlərdən istifadə edəcəklər?

Mətbuata, internetforumlara nəzər yetirdim. Düzdür, hökumət adamları bir günlük şok yaşadılar, deməyə, müdafiə olunmağa söz tapmadılar. Bütün güc və bacarıqlarını ona yönəltmişdilər ki, bu ifşaedici xəbərlər nisbətən az KİV-də yayılsın. Ərkləri çatan KİV-lərə xəbəri yaymağı qadağan etdilər. 1-2 sözləri keçməyən, həqiqətən müstəqil KİV-ə isə texniki problem yaratmağa başladılar.

Amma bir azdan özlərinə gəldilər. Yenə də hökuməti nəfsi üzündən düşdüyü bataqlıqdan çıxarmaq üçün vətənpərvər roluna girmişdilər, patriot maskası taxmışdılar. Hər şeyi edirdilər ki, ictimai fikri korrupsiya faktından yayındırıb , onun nə məqsədlə açıqlanmasına yönəltsinlər. Yenə dövriyyəyə eyni cəfəngiyyat buraxıldı ki, sən demə İlham Əliyev Qarabağı çox ciddi qoruduğuna görə, bizim milli maraqlardan vaz keçmədiyinə görə beynəlxalq aləm ona təzyiq edir. Xırda məsələni sən demə bədxahlar şişirdirlər. Nə olar ki, 12 yaşlı uşaq 44 milyonluq əmlak alıb.

Bu necə milli hökumətdir ki, millətini böyük bir həbsxanaya salıb. Hamının hüquqlarını əlindən alıb. Nə özü Qarabağı, Azərbaycanın ərazi bütövlüyünü qoruya bilir, nə də millətə imkan verir ki, etiraz etsin, Qarabağın itirilməsi ilə barışmayacağını dünyaya bəyan etsin.

Baxın düşmənlərimizə, kim deyir ki, düşməndən öyrənmək olmaz? Beynəlxalq aləmdən Ermənistanı qane etməyən təklif gələn kimi Ermənistan qaynayır, Yerevanda mitinqlər başlayır. Ermənistan liderləri «etiraf» edirlər ki, onların xalqa gücü çatmaz, bu təklifə hə desələr xalq onları devirər. Azərbaycan televiziyaları sadəlövhcəsinə sevincək reportajlar hazırlayır ki, Ermənistanda sabitlik pozulb, Yerevan küçələri nümayişçilərlə dolub  və s. Beynəlxalq təşkilatlar da deyir ki, yox erməni tərəfini çox sıxmaq olmaz, Ermənistanda sabitlik pozular. Qoy güzəşti yenə Azərbaycan etsin, çünki Azərbaycanda «sabitlik dönməzdir, əbədidir» lap qabiristanlıqda olduğu kimi, bu ölkədə «çoox güclü» lider var. O istədiyi qərarı xalqına qəbul etdirər.

Budurmu sizin “milli” hakimiyyət?

Bu xalqın əl-qolunu bağlayıb düşmən qarşısında aciz qoyan, hətta torpaqlarını müdafiə hüququnu da xalqın əlindən  əlindən alan, əsgərinə, zabitinə qayğı göstərməyən, ordusunda elementar qayda yaratmayan, ordusunu köhnə silahlarla silahlandıran, ordunu ölüm konveyerinə çevirən hökumət necə milli maraqları qoruyan hökumət kimi mədh oluna bilər?

Hökumət və hökumətə yarınanlar milli şuarları elə ərklə istismar edirlər ki,  keçmişlərini bilməsəydik, düşünərdik ki, yəqin Azərbaycanın istiqlalı üçün çarpışanlar indi hökumətdə olanlar imiş, İlham Əliyev 1994-cü ildə atəşkəs əldə olunana qədər səngərdən çıxmırmış, ətrafındakı oliqarx nazirlər də yəqin Qarabağ müharibəsinin səhra komandirləri olublar.

Yox cənablar, hələ bu ölkədə lap çox adam xatırlayır ki, sizlərin heç birinin bu millətin nə istiqlal mübarizəsində, nə də torpaqlarının müdafiəsində zərrə qədər rolunuz olmayıb.

Sizlər o hakimiyyətin varislərisiniz ki, hakimiyyətə gələn kimi iqtidarlarının təhlükəsizliyini təmin etmək üçün 33 batalyonu buraxıb. Azərbaycan torpaqlarını müdafiəsiz qoydu. Erməni də bu fürsətdən istifadə edib 6 rayonumuzu işğal etdi.

Siz ermənilərlə savaşda  fərqlənmiş hər kəsi OMON-çulardan, cəbhəçilərə qədər repressiyaya məruz qoymuş, ölkədən didərgin salmış, Milli Qəhrəmanlarını (xeylisi keçmiş cəbhəçi idi) xalqa unutdurmuş bir hakimiyyətsiniz.

Siz Xocalı soyqırımına görə guya 17 nəfər azərbaycanlının məsuliyyət daşıdığını bəyan edə biləcək qədər, Qarabağın yekun statusunun Qarabağda keçiriləcək referendumla müəyyənləşdirilməsini nəzərdə tutan təkliflərə bu günə qədər də yox deyə bilməyəcək qədər qeyri-milli hakimiyyətsiniz.

20 yanvardan, Xocalı soyqırımına qədər milli tariximizin önəmli günləri – Qəhrəmanlıq və faciə günləri ailənin təbliğatı üçün istismar edilir. Əvvəlcədən planlar qurulur ki, hər belə tarixi məqamdan ailənin hansı üzvü nə qədər xal toplayacaq, ən azı buna cəhd edəcək.

Neçə illərdir ki, bir qrup adam hökumətə dolayı xidməti yalançı vətənpərvərliklə izah etməyə başlayıblar.Hər dəfə hökumətə köməyi əsaslandırmaq üçün bir milli maraq bəhanəsi tapırlar.

Böyük bir dəstə yaranıb, vətəndaş cəmiyyəti ilə, mediası ilə prezident aparatından gələn təlimatla İlham Əliyevin xətrinə dəyən kim olursa-olsun fərq etməz, Türkiyə olsun, İran olsun, ya Qərb olsun (Rusiya bu siyahıya düşmür, çünki Rusiya dövlətmizin başçısını, Rusiyaya xidmətinə görə təzəcə mükafatlandırıb) hədəf seçirlər, asıb-kəsirlər. Hər dəfə də milli şüarların arxasında gizlənərək edirlər bu işləri.

Siz elə bilirsiniz ki, hökumətə yarınmaq üçün milli şüarlardan sui-istifadə etdiyinizi xalq görmür? İnanın ki, sizlər səmimi etiraf etsəniz ki, öz şəxsi maraqlarınıza görə hökuməti müdafiə edirsiniz və milli şüarları istismar etməyi dayandırsanız, indi olduğundan az qınanılarsınız. Sizlərin milli şüarlardan öz merkantil maraqlarınız üçün belə gen-bol istifadə etməyiniz, həqiqi vətənpərvərliyi prezident aparatına  sədaqətə qədər, milətçiliyi sülalə hakimiyyətinin xidmətində durmağa qədər, kiçiltməyiniz, bu ölkədə gerçək vətənpərvərliyə sarsıdıcı zərbə vurur. Hansı ki, bu millətin əsl vətənpərvərlərə, millət fədailərinə ehtiyacı hələ çox olacaq.

P.S. Birilərinin  hər fürsətdə milli maraqların müdafiəçisi kimi  təqdim etdiyi  İlham Əliyev hökuməti daha bir milli maraqlara zidd addımı ilə diqqəti özünə cəlb etdi. Məlum oldu ki, YAP diasporası  uydurma erməni genosidi ilə baglı layihənin  ABŞ Konqresinin Beynəlxalq  Münasibətlər Komitəsindən keçməsinin qarşısını almaq üçün Türk diasporasına gözlənilən dəstəyi verməyib. Budur sizin “milli” hökumətinizin mahiyyəti.

About these ads
Kateqoriyalar: Yazılar, Əli Kərimli
  1. Ebulfez Qurbanli
    Mart 10, 2010 tarixində, saat 7:04 pm

    Ilk novbede icimizdeki “Troya atlari” mehv olmalidir.Her defe Ilham Aliyeve nefes verenler onun omrunun uzanmasina xidmet edirler.Ilham Aliyevin imitasiya maskasi 26 noyabrda nece cirilmishdirsa bu psevdomuxalifetcilerinde maskasi ele olmalidir.

  2. Emin
    Mart 10, 2010 tarixində, saat 7:06 pm

    prezident o insandir ki xalqin mesuliyyetinin oz ciyninde oldugunu derk etsin,daha ilham kimi fiqur rolunu oynamasin

  3. Vidadi Salmanov
    Mart 10, 2010 tarixində, saat 7:37 pm

    Əli bəy çox gözəl məqalədir. həm İlham Əliyev hakimiyyətinin yalançı vətənpərvərlik maskasını, həm də ki, adını çəkməsəniz də Rauf Arifoğlu başda olmaqla çörəyi İlham Əliyevdən vətənpərvər düzəltməkdən çıxanların gerçək kimliyini çox sərrastlıqla ifşa etmisiniz. Bu yoldakı prinsipiallığınıza və mərdliyinizə görə eşq olsun sizə.

  4. Nadir Həsənov
    Mart 10, 2010 tarixində, saat 7:41 pm

    Əli bəy yazınız ağrı ilə oxudum. Artıq bu hakimiyyətin özü qədər onun cəmiyyətə özünü müstəqil təqdim edən əlaltıları da mənəvi və psixoloji deqradasiya yaradırlar. Mən buradan hər kəsə müraciət edirəm, gəlin iqtidara etiraz etməyə cəsarətiniz çatmırsa heç olmasa İlham Əliyevdən vətənpərvər yaratmaq istəyən QHT rəhbərlərinə,hüququ müdafiəçilərinə,qəzetlərə qədər hər birinə -bu riyakarlara etirazımızı bildirək, onları ictimai qınağa məruz qoyaq.

  5. Səxavət
    Mart 10, 2010 tarixində, saat 7:44 pm

    Bu ölkədə hamını çox şeyə inanadırmaq olar ancaq İlham Əliyevin vətənpərvər olduğuna kimsəni inandırmaq mümkün deyil. O yalnız böyük korrupsionerdir. O siyasi rəqibləri qarşısında aşağılıq kompleksi duyan və buna görə də onları hakimiyyətin gücü ilə təzyiq altında saxlayan böyük qorxaqdır. İlham Əliyev soyub taladığı Azərbaycan xalqının üzünə hər gün saxta inkişaf nağılları danışdığı üçün böyük yalançıdır.

  6. Adil Kazımov
    Mart 10, 2010 tarixində, saat 7:45 pm

    Əli bəy Rauf Arifoğlu Yeni Müsavat qəzetində İlham Əliyevdən vətənpərvər düzəltməklə məşğuldur. Çünki bu qəzetin müxalifətçi imici və tirajı Rauf Arifoğlunu hakimiyyətin nəzərində əvəzzsiz təbliğat resursuna çevirib və Rauf vasitəsi ilə də İlham Əliyevin gerçək kimliyi vətənpərvər obrzı arxasında gizlədilməyə çalışılır.

  7. Sabir
    Mart 10, 2010 tarixində, saat 7:48 pm

    Maraqlıdır Müsavat partiyası niyə İlham Əliyevdən istefa tələb etmir. Harada qaldı bəs onların müxalifətçiliyi. Biz deyəndə ki, bunlar artıq satılıblar, sözə baxan loyal davranışları ilə hakimiyyətdən mandate almaq istəyirlər, sadə müsavatçı dostlarımız bizimlə razılaşmırdılar. Haydı indi İsa bəydən soruşun niyə İstefa tələb etmir, niyə İsa bəy “Yeni Müsavat q”əzetinin “Amerika İlham Əliyevə Qarabağ məsələsinə görə təzyiq edir” yazısı ilə ondan vətənpərvər düzəltmək cəhdlərinə münasibət bildirmir. Sadəlövh olmayın bəylər bunlar keçmişdəki müxalifətçilik fəaliyyətlərinin bəzilərində hələ də qalan inamı üzərindən hakimiyyətlə alverə gediblər.Birazdan sizlərdə İsa bəyin Lalə xanıma hücumunun təsadüfü omayadığına əmin olacaqsınız, kimlərin oyununda alətə çevrildiyiniz hiss edəcəksiniz.

  8. Azad Nəcəfov
    Mart 10, 2010 tarixində, saat 7:54 pm

    Əli bəy bu qətiyyətli və səmimi mövqeyinizə görə sizə təşəkkür edirəm. Sizin fəaliyyətiniz təkcə siysi fəaliyyət deyil, bu həmdə bir fədakarlıqdır. Hakimiyyətə qarşı, onun süfrə qırıntıları ilə qəzet çıxaran,ekran ulduzu olan,ictimiyyətçi sayılan maskalanmış dəllalara qarşı da prinsipial və mübariz mövqe ortaya qoymanız xalqın sizə olan güvənini daha da artırır. Siz həqiqətən də baş verən oyunların, çirkabların fövqündə duran bir lidersiniz. Və Allah da böyük liderləri həmişə böyük düşmənlərlə və böyük çətinliklərlə sınağa çəkir. Bu yolda sizə uğirlar.

  9. Rüfət
    Mart 10, 2010 tarixində, saat 7:59 pm

    Əli bəy bu prinsipial mövqeyinizə görədir ki,arda gəzib müxalifətçi pozası verən bəziləri sizn kölgəniz qılınclayırlar. Baxın Rauf Arigfoğlu sizə qarşı daha çox aqressivdir yoxsa hakimiyyətə.Artıq hkimiyyət TV-ləri kimi “Yeni Müsavat” qəzeti sizn haqqınızda informasiyaları belə vermir. Bu əslində hakimiyyətdən gəln münasibətdir.

  10. Teymur
    Mart 10, 2010 tarixində, saat 8:02 pm

    En pisi odur ki ozunu ciddi digerlerini casus hesab eden siyasi quvveler hemin psevdomuxalifetcilerin mehsullarin sherik ishledirler

  11. Mehemmed
    Mart 10, 2010 tarixində, saat 8:12 pm

    O gun politoloq Ilqar Memmedovla FB-da kichicik polemikamiz oldu.Ilqar bey dushunur ki,melum hadise ile bagli indiki halda istefa shuarlari ehemiyyetsizdir ve s.Menim cavabim bu oldu ki,o teklif muellifi(sohbet ilkin olaraq bunu gundeme getiren A.Kerimliden gedir)de basha dushur ki,bu istefa hakimiyyet deyishikliyi demek deyil.Amma cemiyyeti movcud informasiya etrafinda koklemek,bu fakti ictimaileshdirmek,yerli ve beynelxalq qurumlari bu biabrichi qalmaqalla bagli munasibetlerini deqiqleshdirmek baximindan olduqca vacib telebdir.Amma bunu gundemi zebt eden movzuya chevrilmesi uchun gerek butun KIV,taninmishlar bu movzu uzerinde ishlesin.Amma achigi etiraf etmek lazimdir ki,effekt faktoloji agirliga adekvat deyil.Bu onu gosterir ki,hetta sechki oncesi bundan agir ittihamlar uchun esas veren arqumentler ve noqsanlar olsa bele bundan maksimum istifade imkani genish olmayacaq.Ola bilsin,bir az pessimist proqnozdur.Amma sechkiye dair bloklashmanin suretini artirmaq baximindan ehemiyyetli ve cesaretli addima ehtiyac var.Onsuda bunlarin saxta vetenperverlik sevdalarin hami bilir.

  12. Fateh
    Mart 10, 2010 tarixində, saat 9:43 pm

    Sabir, Musavat partiyasi da oz movqeyini ortaya qoyub. Arasdir sonra danis

  13. Ilqar Abdullah
    Mart 11, 2010 tarixində, saat 5:58 am

    Fateh bey,bunlara arashdirmaq serf etmir.Chox teessufler olsun ki,Ali bey cirtdanlari sechdi,nehenglerle birleshmedi.

  14. Ali
    Mart 11, 2010 tarixində, saat 6:07 am

    Ali bey,
    1. Mence bu korrupsiyaya etiraz etmek meqsedile mitinq icazesile icra hakimiyyetine muraciet etmek lazimdir. Ya raziliq vermelidirler ya da neye gore etiraz etdiklerini bildirmelidirler. Cavab en azi maraqli olacaq.
    2. Musavatla da bloklashmamaqda duz etdiniz. Isa bey xirda intriqalarin ustaidir. Ozunuzu ondan da qoruyun. Bu sechkiden uzuag chixsaniz tek liderliye yolunuz achilacaq. Ugurlar Size.
    3. Xalqla temaslar qurun. Lenin kimi ishleyin. Cavanlardan faydalanin.

  15. Nurlan
    Mart 11, 2010 tarixində, saat 6:34 am

    Sizinlə razıyam Əli bəy. Bu hakimiyyət sabah Dağlıq Qarabağın müstəqilliyini tanısa Rauf kimi adamlar bunu xristian təəşübkesliyi kimi qələmə verəcəklər. Üstəlik bütün dünyanın bizə qarşı olduğunu deyəcəklər. Halbuki bugün beynəlxalq qərarlarda əleyhimizə səs verən bütün o ölkələrdə İljamın lüks villaları var.

  16. yusif
    Mart 11, 2010 tarixində, saat 6:43 am

    Hörmətli Əli bəy! Hakimiyyət haqqında dediklərinizin hamısı ilə razıyam, xususilə də bu hakimiyyətin kimlərin varisləri olması fikrinizlə. Bəli, bunlar hakimiyyətə gəldikləri gundən milli ruhu məhv etməklə məşğul olublar, necə ki, sizin də qeyd etdiyiniz kimi 33 batalyonu bir gundə ləğv etdilər. Bəs bunları bilə-bilə nədən bunların qiyam yolu ilə hakimiyyətə gəlməsində və o batalyonların ləğv edilməsində, minlərlə cəbhəçi gənclərin işdən qovulmasında və Gəncə hadisələri zamanı məhv edilməsində iştirak edən, hətta mən deyərdim ki, bu işlərə rəhbərlik edən birisi ilə dostluq edirsiniz? Ancaq xahiş edirəm deməyin ki, sonralar səhvini başa duşub və istefa verib. Onun istefa vermədiyini və işdən necə çıxarıldığını siz özunuz də gözəl bilirsiniz.

  17. Odünyadanqayıdan
    Mart 11, 2010 tarixində, saat 6:45 am

    Hörmətli Əlibəy Siz tam haqlısınız,əgər bu səviyədə koorupsiya müzakirəsinisbətən demokratik durumu olan başqa dövlətdə baş versəydi o dövlətin parlamentində müxalifət nümayəndəsi oturmuş olardı və tələb edərdilər ki,Azərbaycan Dövlət Başçısı doğurdanda öz kiçik yaşlı uşaqlarına bu villaları alıb ya yox.Ancaq,onu deyim ki,Bakıdakı məmur villaları qiymətcə Dubayda olanlardan qiymətlidir və möhtşəmdir.Sadəcə Xəzər ətrafında olanlar Dubaydan onunla fərqlənir ki,gözdən uzaq ehtiyat daha səmərəlidir.Nə olsun Azərbaycanda hələ neft var burada milli maraq ola bilməz.Milli maraq olsaydı demokratik hakimiyyət devrilməzdi.Varlanma naminə ermənilərlə biznes qurmazdılar.Ermənsan yukləri Azərbaycan Dəmir yolu ilə axırıncı dayanacağına çatmazdı.Bu hakimiyyətin nə milli əqidəsi,nə milli qeyrəti var.Əgər olsaydı 15 il ərazilərimiz işqal altında qalmazdı.Neftdən gələn pullar tikintiyə yox Topa, tufəngə,tanka,hərbi təyarəyə və raketə sərf olardı.Azərbaycanda elə ordu yaralardı ki,qonşular bizlə hesablaşardı və erməniləri dəstək verəndə fikirləşərdilər.

  18. Deli
    Mart 11, 2010 tarixində, saat 8:07 am

    Men deli oldugum ucun bagislayin. Ilham Aliyev ruslara neyi subt etmek isteyir. Indi Xocali cinayetinden Rusiyanin 366 alayinin adi cixarilir. Beynelxalq teskilatlara gonderilen senedlerden 366 Rusiya Motoalayi sozleri yoxdur.

  19. Mart 11, 2010 tarixində, saat 8:56 am

    Salam! Eli beyin dediklerini destekleyirem.Rauf Arif oglunun kim oldugu hagda ise oz fikirlerimi uzun muddet bundan evvel biriyimiz.azersayt.com saytinda bildirmishem.Isa Gambar ve Rauf hakimyyetin maraglarini temsil edir.Onlar bu hakimiyyetin uzunomurluluyunu temin edirler.Muxalif obrazinda, xalgin bashini aldadirlar.Geyd etmek isterdim ki,ilk olarag bu shexslerin neye gullug etdiklerini Mahir Djavadov fikilerinde soylemishdir.Eli beyin dediklerinde, Mahir Djavadovun faktlarla defelerle achigladigi megamlar da biruze verir.Efsuslar olsun ki,Hech bir muxalifet lideri Djavdovla edaletin bergerar olmasi uchun ishbirliyine gedib risk ede bilmir.Chunki bu halda onlari da sherleyib, “giyamchi” adlandirib hebs ede bilerler.

  20. Saadət
    Mart 11, 2010 tarixində, saat 9:01 am

    Əli bəy! Məmləkətin halı yamandır.Bu qeyri-milli hökumət millətin anasını ağlatdı.
    Bunlar Allahın ən böyük cəzasını haqq edirlər. Onlar bizim can verməyə hazır olduğumuz bu torpaqda cəzasız yaşadıqca mənim ürəyim qan ağlayır.Bir araya gəlsək,dirçəlsək,ayağa qalxsaq…sonrası gələcək.

  21. vusal.
    Mart 11, 2010 tarixində, saat 9:53 am

    Ne olur olsun musavat olkede birinci partiyadir Bilmirem burada sohbet ilham eliyevden qedir bezileri movzunu ISA beye cevirir eli BEY deyir seckilere biz ayri qedirik qedin qorum buraxacaqlarmi parlamente kecen seckilerde baykota qora qerezli movqe tutmushdunuz ki komisiyalar beraber shekilde qurulmasa saxtakarliq olacaq bes indi nece saxtakarliq olmayacaq bunun qarshisini almaq ycyn birlik lazim idi birlik.

  22. Mart 11, 2010 tarixində, saat 9:54 am

    Eli bey sizin bu yazinizi oxuyanda indi ustunden 15-il kecen 17-mart hadiseleri duwdu. o zaman menim en yaxin qohumum olan rovweni xaincesine olduren hakimiyyet menim oz (bezi)qohumlarimida bu olkeden ya departasiya yada ki turmelere saldi. eqidesiz insaanlari ise oz terefine cekdi. hetta onlardan bizim qohumlar haqqinda melumat toplayib bizim sumqayitdaki evimize ve bacim gile basqin duzenledi. neticede bacimin yoldawi sonradan qorxusunda xesteliyue tutulub rehmete getdi. menim ozumu ve evdekileri tehqir ederek quldur ve bandit adlandirib,dovlete qarwi cixmaqda sucladilar. o zaman anam hemin polis iwcisine dediki menim ne oglum nede bacim oglanlari quldur deyiller quldurlar sizin oturedugunuz DIN -dedir.heqiqetende ustunden bir nece gun kecenden sonra DIN-icinden haci memmedov kimi cinayetkarlar cixdi. indi dogrudanda goresen kimdir quldur qarabagda ermeni ile doyuwen omoncular, yoxsa bu eliyev hakimiyyeti.

  23. Fuad Qəhramanlı
    Mart 11, 2010 tarixində, saat 10:38 am

    Bu sifarişli vətənpərvərlər mövqelərini,əqidələrini satıblar indi də keçiblər müqəddəs ideyaları satmağa. Fərqi nədir İlham Əliyev ölkənin neftini satır, bü saxta müxalifətçilər,media kapitanları,QHT-çilərdə vətənpərvərlik ideyalarını.Hər iki tərəf xalqa aid olanları satmaqla məşğuldurlar.

  24. Tezexan Mirelem
    Mart 11, 2010 tarixində, saat 2:48 pm

    Salam. Artiq her kes kimin kim oldugunu yaxshi anlayir. Bu il her sheye son qoyulmalidir. Bu vaxta kimi ‘dostlarimiza’ guzeshte getdiniz besdir. Artiq haminin sizinle hesablashmaq vaxti yetishib. O gun dediyiniz agsaqqalliq meqami chatib daha. 45 yash az deyil. Xalqin umidi tek size ve etrafinizdaki saglam quvveleredir.

  25. Mart 11, 2010 tarixində, saat 3:06 pm

    Hamiya melumdur ki,birlik keyfiyyetin migdarini mueeyyen edir.Birlik, Azerbaycanda
    melum igtidara garshi chox vacibdir,elaxsus Vetenimiz onlarin sayesinde her sayede elden gedende.Buna gore de keyfiyyeti itirmemek uchun migdara istinad etmek dogru deyil.Keyfiyyeti temin etmek uchun esil vetenperver,xalgini ozunden ayira bilmeyen(baglilig),leyagetli,gururlu,shubhe dogurmayan esil muxalif partiya liderlerinin birliyi lazim.Bir muxalif partiya lideri,riyakar “muxalif”lideri ile birlik yaradanda,hansi munasibete(reaksiyaya)meruz galir muxalif partiya lideri?Elbette ki,shubheye,inamsizliga.Bu ise olan keyfiyyeti de itirir.

  26. Ali Rza
    Mart 11, 2010 tarixində, saat 9:52 pm

    Ilqar Abdullaha:
    Ilqar bey, sizi feal serhci kimi internet forumdan pis tanimiram. Fikirlerinizde bir qayda olaraq saglam mecrada ve edaletsizliklere qarshi barismaz olur.
    Lakin siz hem de teessuf ki, Musavatla bagli polemikalarda obyektivlikden uzaq terefkes kimi tanidirsiz ozunuzu.
    Eliyevlerin Dubay mulkleri barede Musavatin etiraz etmediyini burada yazan serhci sehv ede biler. Musavat etiraz beyanati verib, bildiyim qeder. Amma eger kimlerse bundan xeber tutmayibsa, en yaxsi halda onlari bu barede melumatlandirmaq lazimdir.
    Ali Kerimlinin Mwsavatin mahiyyetinde muxalifeti parcalamaq niyyeti, ya da en yaxsi halda “men sizlerle bir yerde olmaq istemirem” ifadesi yatan teklifine yox demesini, burada furset bilib, ittiham obyektine cevirmeye calismayin.
    Musavatla, Isa beyle bagli bir qeder obyektiv dusunun – anlayiriq, sevdiyiniz partiya ve liderdir, bunu etmek cetininize gelir, ama her halda bir calisin – ve sonra gedib Isa beye sorun ki, neye gore bu “neheng” teskilat adindan mwxalifetin yaxalaya bileceyi neheng fursetin qabagina xirda-para intriqalarla neheng daslar diyirleyir.
    Helelik bu qeder…
    Ayrica Ali Kerimlinin bu yazisi ile bagli: yalniz bir sey demek mumkun – psevdopatriotlara oldurucu zerbedir, hercend bu ictimai parazitler bundan sonra da ortaliqda firlanacaqlar, cun, div kimi canlari susededir, suse ise hele sinmayib…

  27. Zümrüd Yağmur
    Mart 12, 2010 tarixində, saat 8:20 pm

    Vətənpərvərlik hissi o insana məxsusdur ki, o yaşadığı yeri özünə vətən hesab etsin, amma Azərbaycan hakimiyyəti üçün bura qısmətlərinə düşmüş, talan edilmək üçün varlı bir torpaq parcasıdır. Son vaxtlar bu saxta vətənpərvərlər Qərbi tez-tez qərəzlilikdə günahlandırıb Xocalı soyqırımını deyil Erməni soyqırımını tanımaqla ittiham edirlər, amma mahiyyətdə bu hakimiyyətin Nə Qarabağ , nə də Xocalı umurundadır. Təki taladıqları məkanlara, bir də krallığa toxunulmasın. İttihamlar da ona görə səsləndirilir ki, Qərb düzünü deyəndə bunlar haray qışqırıq salsınlar ki, bunlar qərəzlidir, inanmayın! Ermənilər il boyu Yalancı soyqırımla dünyada döymədiyi qapı qoymayıblar, amma bizdə ildə bir gün Xocalı faciəsi protokol üzrə qeyd edilir, vəssalam! Soruşan gərək, kimə nə dediniz ki, sözünüzü dinləyən olmadı. İldə 1-2 buklet xaricə yollamaqla lobbiçilik, vətənpərvərlik olmur. Bunlar yalançııdrlar və yalanlarını millətə uddurmağa çalışırlar, amma anlamırlar ki, zorla susdurulmuşsa da elin gözü tərəzidir və bu gün bu tərəzinin nizamı pozulsa bu saxta vətənpərvərlərin təbliğat maşınının yararı olmayacaq.

  28. Mart 13, 2010 tarixində, saat 8:56 am

    Qarabağın azad olunmasının açarı da vətənpərvərlikdir. Saxta yox, həqiqi vətənpərvərlik. Coxar Dudayevin oğlu Çeçenistanın azadlığı uğunda döyüşlərdə öldü. Ona görə də çeçen xalqının müharibə və azadlığ əzmi hələ də ölməyib. Vətənpərvərlik kasıbların və vəzifəsizlərin boyuna ölçülməyib. Qarabağın azad olunması üçün prezidentdən tutmuş kiçik məmurların əsgərlik yaşına çatmış övladlarına qədər hamı ön cəbhədə olmalı və örnək göstərməlidir.

  29. Mart 13, 2010 tarixində, saat 1:02 pm

    Artiq Rauf Arifoglunun coxdandir PA- dan idare olunmasi ile hec kimi teeccublendirmek mumkun deyil. Ramiz Mehdiyev ve Ramil Usubovu milli quvve adlandiran saxta muxalifetciden bundan artiq ne gozleyesen.Bunlarin ifsha olunmaq meqami catib. Onsuzda cidani cuvalda gizletmek mumkun deyil.

  30. perviz
    Aprel 1, 2010 tarixində, saat 1:33 pm

    Salam Əli bəy mənim Sizə böyük simpatiyam var ancaq 2003 prezident seçkilərində Sizin öz namizədliyinizi İsa beyin xeyrinə geri götürmeyiniz onu desteklemeyiniz mene çox pis tesir etdi yeni onun kölgesinde qalmaq istemeniz meni hövseleden çıxartdı. Belkede o vaxt Siz namizədliyinizi versəydiniz hadisələr başqa cür olardı. Bir de Sizden bir şey de xahiş edim bu parlament seçkilərində elə bir namizəd verin ki bu Zəngilan Qubadlı dairəsinə bizi bu İmamverdi İsmayılovdan xilas etsinl. İnandırım Sizi şərəfim üzərinə and içirəm ki burdan real namizəd olsa Sizin partiyadan 24 saatın 20 saatının onun tebliğatına hesr edəcəm. Özünüz namizədliyinizi versəniz lap gözəl olar. Bu dairədən namizədliklərini verənlərdə elə bir İmamverdi fobiyası var. Sizə güvənirəm və Sizi bu seçkilərdə Zəngilanlıarla birgə görməyi arzu edirəm

    Çox hörmətlə

    Pərviz

  31. Ilqar Abdullah
    Aprel 4, 2010 tarixində, saat 2:58 pm

    Bu linke daxil olub meqaleni oxumaginiz meslehetdir.

    http://www.musavat.com/new/Son_xəbər/73780-ƏVƏZLƏNMƏLİ_TEMİRXANLAR

  1. Mart 11, 2010 tarixində, saat 3:13 am

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s

İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.

Digər 288 izləyiciyə qoşulun

%d bloqqer bunu bəyənir: