Əsas səhifə > 1, Yazılar, Əli Kərimli > Mitinqlərin zamanı keçdimi?

Mitinqlərin zamanı keçdimi?

Azərbaycan iqtidarı indi hamını özünə düşmən sayır. Bir dəfə bunların korrupsiyasından bəhs etmək, xalqın kütləvi şəkildə pozulan hüquqlarından danışmaq, indiyə qədər keçirdikləri seçkilərin qeyri-legitimliyini xatırlatmaq, siyasi məhbuslara azadlıq istəmək kifayətdir ki, avtaritar hakimiyyətin qara siyahısına düşəsən.

Beynəlxalq birliyin və medianın son günlərdə sərgilədiyi prinspial mövqe hakimiyyət dəhlizlərində qorxunu artırıb. İsterik bəyanatlar verirlər. Amma şübhəsiz ki, daha çox öz xalqımızdan qorxurlar. Qorxurlar ki, bir gün əzilən 100 minlər, milyonlar ayağa qalxıb, pozulan hüquqlarını tələb edər.

Yadınızdamı, hökumət mitinqləri zorla dağıdıb, qadağan edəndən sonra insanların bir daha meydanlara qayıtmaması üçün İlham Əliyev belə bir tezis ortaya atdı ki, guya Azərbaycan üçün mitinqlər dövrü artıq keçilmiş mərhələdir? Həm hökumətə xoş gəlmək istəyən, həm də sıradan bir yaltaq kimi görünmək istəməyən “intellektual” yaltaqlar dərhal işə başladılar. Hər fürsətdə artıq daha mədəni, daha müasir mübarizə vasitələrinin olduğunu vurğulayaraq, mitinq və nümayişləri də artıq “vaxtı keçmiş”, “köhnəlmiş”, hətta “çağımıza yaraşmayan” mübarizə vasitələri kimi təqdim edirdilər.

Adamları qəsdən çaşdırmaq istəyirdilər. Dəyişən, yeniləşən informasiyanı, təbliğat və əks-təbliğatı çatdırmaq, paylaşmaq vasitələridir. Müxtəlif saytlar, sosial şəbəkələr, bloglar, bütövlükdə internet, yeni texnalogiyalar əlbəttə ki, informasiya çatdırmaq imkanlarını çox artırıb. Bütün bu və sadalamadığım digər vasitələr ictimai pəyə təsir imkanlarıdır. Mitinq və nümayişlər isə toplumun iradəsinin ifadə formalarıdır.

100 il bundan qabaq olduğu kimi, bu gün də mitinq və nümayişlər bütün dünyada ən təsirli mübarizə vasitələri olaraq qalır. Son 35 ildə 50-dən artıq ölkədə demokratik dəyişikliklər olub. Demək olar ki, hamısında demokratik qüvvələrin əlində ən təsirli vasitə mitinq və nümayişlər olub. Bu gün də Misirdən, İrandan, Tailanda qədər demokratiya uğrunda mübarizə gedən ölkələrin hamısında kütləvi aksiyalar demokratların əsas mübarizə vasitəsidir.

Təkcə demokratiya uğrunda hələ də mübarizə aparanların deyil, demokratiyanın beşiyi olan, ən demokratik və ən inkişaf etmiş ölkələrin hamısında- ABŞ, Böyük Britaniya, Almaniya, Fransa başda olmaqla bütün Qərb dünyasında hökumətə etiraz etmək istəyənlərin əsas silahı mitinq və nümayişlər deyilmi? Bəlkə İlham Əliyev hakimiyyəti orta əsrlərə xas olan idarəetmə vasitələri ilə Azərbaycanı sadaladığım ölkələrdən daha müasir edib? Ona görəmi ən inkişaf etmiş ölkələrin özünə yaraşdırdığı, uyğun bildiyi mitinq və nümayişlər bizim üçün “köhnəlib”, keçilmiş mərhələ, hətta qaraguruhçuluq sayılır?

Məncə, sağlam düşüncəli hər kəs razılaşar ki, zaman keçdikcə insanın niyyətinin, məqsədinin, siyasi iradəsinin formalaşmasına təsir etmə vasitələri dəyişir, təkmilləşir, amma xalqın siyasi iradəsini ifadə formaları 100 illərdir ki, əsasən eynidir. Onların dəyişmə perspektivi heç üfüqdə də görünmür. Seçkilər, referendumlar heç vaxt köhnəlməyəcəyi kimi mitinq, nümayiş və tətillər də heç vaxt əsas mübarizə vasitələri kimi aktuallığını itirməyəcək.

Azadliq bloku kütləvi etiraz aksiyalarına başlamaq qərarını verib. Proses davamlı olacaq. Çalışıb ona da nail olacağıq ki, növbəti mərhələdə etiraz aksiyalarını birləşmiş müxalifət hamılıqla birlikdə keçirsin. Bu il demokratiya sahəsində inkişafa olan ümüdlərimizin ümüd olaraq, 2010-cu ilin parlament seçkilərində “mübarizədə mən də varam” niyyətimizin niyyət olaraq, demokratik seçki arzumuzun arzu olaraq qalmaması üçün hamılıqla kütləvi etiraz aksiyalarına qoşulun.

Kateqoriyalar: 1, Yazılar, Əli Kərimli
  1. Aprel 21, 2010 tarixində, saat 6:29 axşam

    Qoşulac bütün millət, Əli bəy! Xalq proqnoz olunmayan bir varlıqdır. Onların nə edəcəyi bilinməz. Amma, xalq, qalxacaq, mütləq qalxacaq və ona məxsus olanları alacaq. Ən gözəl mübarizə yolu klassik yoldur. Bu klassik yol da kütləvi aksiyalar ilə baş verə bilər. O da baş verəcək. 25 aprel hamı AXCP-nin mitinqinə. Haydı, xalq haydı!

  2. Aprel 21, 2010 tarixində, saat 8:15 axşam

    aha hami qosulacag mitinqin vaxti kececek deye bir sey yoxdur.hami gelecek baska cixis yolu yoxdur ancag budur.Men ozumuze Eli beye inaniram

  3. Nabatəli Qulamoğlu
    Aprel 22, 2010 tarixində, saat 3:54 səhər

    Mübarizə bu gün də var, yarın da
    Qeyrətli insanlar onun ön sıralarında.

  4. Ilham Huseynli
    Aprel 22, 2010 tarixində, saat 5:02 səhər

    Mitinqler, yurushler her zaman, elece de bu gun de butun dunyada demokratik mubarizenin esas elementlerindendir. Meqsed xalqin, yaxud mueyyen bir toplumun etirazlarini dinc shekilde lazimi unvana(bir qayda olaraq iqtidara)catdirmasidir.Secki erefesinde ise mitinqlerin aktualligi daha artmish olur. Dushunurem ki, olke ehalisinin esas huquq ve azadliqlari kobud shekilde pozuldugu yerde mitinq ve yurushlerin kecirilmesi olduqca zerurudir.
    Bu baximdan hesab ediriem ki, deyerli Ali beyin bu yazisi olduqca aktual bir meseleye hesr olunub ve bu yazinin, mehz,indiki meqamda, secki erefesinde Ali Kerimli kimi taninmish ve olke vetendashlari terefinden cox sevilen bir siyaset adaminin muellifi olmasi bir cox meqamdan daha tesirlidir.

  5. Kərimov Sahib
    Aprel 22, 2010 tarixində, saat 5:48 səhər

    Hakimiyyət özünü intellektual və bacarıqlı göstərmək niyyətiilə mitinqlərin vaxtı keçdi deyə bəyanatlar verirdi.Düşünürdülər ki,bundan sonra (2005-ci il)çətin müxalifət toparlana bilər.Lakin yanıldıqlarını anladılar və anlamaq istəməyənlər də anlayacaqlar ki,mübarizə ruhu varsa çarələr tükənməz.Haydı millət ölkədə sərbəst toplaşmaq azadlığını bərpa edək.

  6. Natiq Güləhmədoğlu
    Aprel 22, 2010 tarixində, saat 5:55 səhər

    Heydərizmin kürkünə birə salacaq, canına azar dolduracaq-xalqı öz gücünə və əzəmətinə inandıracaq vasitə kimi mitinqdən gözəl nə ola bilər ki…
    Mitinqlərdə insanlardan yayılan qəribə bir enerji olur. Çoxdandır onun həsrətindəyik. Kim mitinqə çıxmağa cəsarət etymir allah eşqinə sadəcə sussun, bu işi gözdən salmaq qalxmasın.

  7. Mikail Beybala
    Aprel 22, 2010 tarixində, saat 6:39 səhər

    Mitinqlər ictimai rəyin, azad düşüncənin, insan hüquqlarının ifadə olunmasının ən mükəmməl formalarından biridir.Hamı mitinqə !!!

  8. vusal.
    Aprel 22, 2010 tarixində, saat 6:46 səhər

    Uqurlar Eli bey.Muxalifetin birleshmish mitinqini gormek daha yaxshi daha meqsede uyqun olardi men eminem ki bir nece hefteye bu bash verecek cunki guc birlikdedir men esil muxalifetden danishiram yeni heqiqeten hakimiyete muxalif olan partiyalarin birliyinden Axcp uqurlar _Dushmenimin Dushmeni Menim Dostumdur_

  9. Dumanli
    Aprel 22, 2010 tarixində, saat 6:50 səhər

    Hər şey gec və ya tez Azərbaycan xalqının xeyrinə olacaq. Haqsızlığın ömrü çox olmur. Və hamı bir gün etdiklərindən ALLAH qarşısında sorğuya çəkiləcəyini göz önündə tutub hərəkət etməlidir.

  10. Aprel 22, 2010 tarixində, saat 8:38 səhər

    Nəhayət çoxdandir gözlədiyimiz gün gelib çatib.Bu hakimiyyət tərəfinden bütün pozulan hüquqlara,alınan haqqlara qarşı mübarizənin yolu mitinqlərdən keçir.

  11. Zümrüd Yağmur
    Aprel 22, 2010 tarixində, saat 8:46 səhər

    Mitinqlərin zamanı kecdi deyənlərin özlərinin zamanı kecmiş, onlar tarixiləşdiklərini hiss etdikcə aqressivləşirlər, bu günə qədrə dünyadan yüz on altı milyard insan köc etdi, onlardan 200-300 səhvəlik tarix kitabından başqa bir şey qalmayıb, bir də bu tarixin başında yer alanlar, öz xalqlarını tərəqqiyə cıxaranlar var, ki, Bu hakimiyyətin bir nümayəndəsi belə orda yer almayacaq. Özləri də bilirlər bunu. Mitinq mübarizənin bir yoludur və bu dünyada haqq deyə bir şey mövcud olduqca mübarizə də olacaq, mübarizələr varsa demək mininqlər də olacaq,piketlər də… Fironlaşmış hakimiyyət nümayəndələrinin zor aparatı tarixin gedişini dəyişə bilməz, kimsə dəyişə bilmədiyi kimi…AXCP-yə bu haqq savaşında uğurlar, Xalqımızasa dəyanət,cəsarətsizlik gölgəsindən cıxmasını arzulayıram!

  12. Aydın Cəfərli
    Aprel 22, 2010 tarixində, saat 8:51 səhər

    Hamı bu aksiyaya qoşulmalıdır, əks təqdirdə fürsəti qacırmış olacağıq. Əliyevlər rejiminin naqislikləri Azərbaycanı elə bir hala gətirmişdir ki, artıq olanlara dözmək indiyə qədər biganəlik kimi dəyərləndirilirdisə, bundan sonra ləyaqətsizlik kimi baxılmalıdır. Bu hakimiyyətin iqtidarda qalması əslində özünü ləyaqətli sayan hər bir kəsə təhqirdir.Uğurlar!

  13. Adil Rzayev
    Aprel 22, 2010 tarixində, saat 9:03 səhər

    Əli Bəy, sizin də dediyiniz kimi milyonların qalxıb onlardan hüquqlarını tələb edəcəklərindən qorxan hakimiyyət bu gün doğurdan da isterik vəziyyətdədir, bunlar hec zaman Azərbaycanı ağılla idarə etməyiblər, eləcə zor , cəza aparatını qurub insanları da bununla idarə ediblər. Bunların idarəciliyi ağıla deyil, zora arxalandığından indi də bu zorla xalqı nəzarətdə saxlayacaqlarını düşünürürlər. Yalancı “vətənpərvərçilik” oyanamaqla indiyə qədər onlara bir dəfə də olsun səsə verməmiş xalqı aldadacaqlarını zənn edirlər. hakimiyyətdəkilərdə natamamlıq kompleksi var, ona görə də qorxurlar, açıq meydanda açıq savaşmaqdan qorxurlar, dəyənəklərin arxasına sığınıb dünyanı da bununla qorxudacaqlarınıə güman edirlər. Bunlardan da, yalanlarından da artıq diksinir bu xalq, bu mahiyyətdə onların yazıqlığıdır ki, dünyanın hec bir yerində bir xalq öz iqtidarına bu qədər nifrət etmir ki, Azərbaycan xalqı hakimiyyətdəkilərə nifrət bəsləyir. Onlar elə bu nifrətlə də yaşayırlar, batdıqları bataqlığın fərqindədirlər. Bu natəmizliyi Azərbaycandan təmizləməyin vaxtı catıb.

  14. Əli Məmmədov
    Aprel 22, 2010 tarixində, saat 9:09 səhər

    Əli Kərimli düz deyir ki, bu gün də etiraz aksiyaları, yürüşlər, mitinqlər hakimiyyətlərə təsir etmə vasitəsi kimi, öz aktuallığında qalmaqdadır.Bunun baris nümunəsini bu gün də Biz Avropa məkanında görürük. Kimliyindən, milliyətindən, irqindən asılı olmayaraq Avropada heç kimin sərbəst toplaşma, aksiyalar keçirmə hüquqlarına məhdudiyyatlar yoxdur. Elə biz İsveçdə yaşayan Azərbaycan ictimaiyyətinin nümayəndələri paytaxt Stokholm şəhərinin mərkəzi meydanında Xocalı soy qırımına etiraz əlaməti olaraq aksiya keçirdik, 200-dən çox həmvətənlərimizin iştirakı ilə. Heç bir maniyəsiz, heç bir məhdudiyyətsız.. Yenə həmin mərkəzi meydanda Türk qardaşlarımız 1000 nəfərlə Parlamentın qondarma erməni soy qırımını tanımaqlarına etiraz olaraq isveç dövlətinə qarşı etiraz aksiyası keçirdilər, heç bir polis müdaliləsi olmadan. Uyğur Türklərinin Çın rejiminə qarşı aksiyalarını da misal göstərmək olar.Yerli əhali də vaxtaşırı aksiyalar keçirir. Avropada heç kim demir ki, aksiyalar, mitinqlər keçmiş təbliğat vasitəsi kimi öz əhəmiyyətini itirmişdir. Ancaq belə bəhanələri Əliyev irtica rejimindən eşitmək mümkündür. Çox gözəl bilirlər, xalq Əliyev sülaləsinin haqsızlıqlarından, özbaşınalıqlarından can boğaza yığılıblar. Hər vəclə mundar, istismarçı rejimlərini qoruyub saxlaya bilmələri üçün bütün saxta qadağalara əl atacaqlar. Azərbaycan xalqının ən böyuk düşmanı Rus imperiyasına sığınacaqlar, onların hərbi müdaxiləsinə belə imkan verəcəklər, ABŞ la, bütün Qərb Dünyası ilə də düşman olacaqlar, təki şəxsi maraqları naminə öz irtica rejimlərini qoruyub saxlaya bilsinlər. Ona görə də xalqın nigat yolu mitinqlərdə, yürüşlərdədir. Bu yolla xalq ayaqlar altına atılmış hüquqlarının bərpasına nail ola bilər. Fürsəti əldən verməyin, əziz Azərbaycan xalqı! 17 illik Əliyev sülaləsinin əsarətinə son qoymağın məqamı yetişmişdir. Bu təxirəsalınmaz mübarizədə xalqimiza uğurlar arzu edirəm.

  15. Ilham
    Aprel 22, 2010 tarixində, saat 10:22 səhər

    Xalq artiq cana doyub.Rushvetxor hakimiyyet inam qalmayib, bir istiqamet lazimdir ki, xalq birleshdirsin.Buna zemin de var xalqin illerle pozulmush huquqlari,rushvet icinde hakimiyetin cirkaba bulashmasidir.Men inaniram ki,xalq ayaga qalxacaq,hecvaxt mitiqler vaxti kecmir onu avtaritar hakimiyyetler ifade edir,tezlikle hakimiyeti sirkeliyen kutlevi aksiyalar bash tutacaq ve tezliklede bu hakimiyyetin sonu olacaq men buna inaniram ve AXCP nin onde olacaq

  16. Aprel 22, 2010 tarixində, saat 1:43 axşam

    Mitnqlerin ehemiyyetin bu yaziqlar hardan anlasin ki,ozleri kraxmalli kommunistler kimi meydan mubarizesi gormeden birbasha hakimiyyete gelib,kabinetlere dolublar.Chunki,mubarizenin en sherehli ve chetin merhelesinden kechmeden onun mahiyyetin ve sherefin anlamaq chox zor.Eger mitinqler siyasi mubarizenin qaragruh elementi sayilirsa,onda niye butun ABS,Avropada butun bunlari demokratiyanin esas atributu sayirlar? Ozleride dediklerine inanmirlar.Eger muxalifetin sosial bazasi barmaqla sayilacaq qeder olsaydi,mitinqlere chox asanliqla icaze verib,ele bu yollada demokratiyanin en atributu vasitesilede muxalifeti beynelxalq alemde ve olde daxilinde biabir ederdiler.Amma “Serbest toplashamq azadligi”na “he” demek butulkadan cinin chixmasi kimi bir sheydir.Ona gore berkelli bundan yapishiblar.
    Amma Azerbaycanda mitinqlerde olacaq,o vasite ile xalqin ozunuifade imkani taninacaq ve izdihamli xalq kutlelerinin de esl gucu gorunecek. Vaxti chatmish ideyanin qarshsinda hech bir top-tufeng dura bilmez.

  17. Sənubər
    Aprel 22, 2010 tarixində, saat 3:27 axşam

    Özünü təbəə yox, vətəndaş hiss edən hər kəs indiki proseslərdə yaxından iştirak etməlidir. O düzdür ki, hamı inqilabcı ola bilməz, amma hamı daxili dirəniş və əzmə malik ola bilər, qolundakı qandalları qırmaq üçün calışanlara dəstək verə, onlara arxa ola bilər. Əslində insanlar nifrət etdikləri bu rejimi cəkib ayaqları altına sala bilmək üçün bu gün onlara yardım edən, bunu etmək üçün hər cür fədakarlığı edən müxalifət, AXCP-nin yanında olmalıdır ki, hakimiyyət də tam təkləndiyini bir daha sərt sillə kimi onların üzünə vuran xalqın qəzəbinin nə olduğunu anlasın! Mitinqlərin zamanı kecməyib, əksinə indi tam mitinq zamanı…

  18. İnkoqnito
    Aprel 22, 2010 tarixində, saat 3:37 axşam

    istehsal tarixi kecmiş mal kimi tarixləri kecmiş Azərbaycan hakimiyyətinin öz zamanı kecib, mitinqlərin deyil. Müasir dünyaya tərs düşmüş, bu gün özlərinin dünyadan tədric etmiş hakimiyyətdəkilər hələ də anlaya bilmirlər ki, nəyin vaxtı ötüb, nəyin yox, onlar müəyyən etmirlər,dünyanı Əli Həsənov, zahid oruc, ilham əliyev idərə etmir, əgər bu gün dünyada insanlar öz haqlarını tələb etmək üçün kücələrdə etiraz edib tələblərini səsləndirirlərsə, inkişaf etmiş ölkələrdə də bu metodlardan istifadə olunursa, bunu da hakimiyyətdəkilər kecmiş mərhələ sayırsa, bu onların geri zəkalılığının nəticəsidir.Yaxınlarda Yunanıstanda baş verən hadislər, fransada işcilərin tətil edib mitinqlərə cıxması demək ki, bizim hakimiyyətdəkilərə görə geridə qalmağın nəticəsi imiş. Bizim hakimiyyət nümayəndələrindən və lider tv-dən də bir necə nəfəri Avropaya göndərmək lazımdır ki, gedib orda da insanları geridə qalmış mitinqlərdən cəkindirsinlər.

  19. Aprel 22, 2010 tarixində, saat 4:36 axşam

    Bu olkede vaxti kecmish istifadeye yararsiz iylenmish bir shey varsa oda Aliyevlerin Rus imperiyasinin desteyi ile xalqimizi esaretde saxlamaq ucun qurdugu korrupsioner, antimlli,cinayetkar tayfa rejimidir. Onlari arxiv kuncune gondermeyin en muasir usulu ise mitinqler,kuce yurushleri ve tetillerdi.

  20. Doktor
    Aprel 22, 2010 tarixində, saat 7:10 axşam

    Ey ziyalı insanlar! Sizlərə xitab edirəm.Daha yatmaq olmaz. Bıçaq sümüyə dirənmişdir. Alimlər, müəllimlər, həkimlər, mühəndislər və başqa ali təhsillilər. Nəyi gözləyirsinz? Daha bəs deyilmi? Yalan!Yalan!Yalan! Buna dözmək mümkün deyil. Hüquqlarımız büsbütün əlimizdən alınıb. Hər kəs ona başucalığı gətirməyən “it yalı” və “sümük” yeməyə möhtac edilib. Bunun üzərinə isə “müdirlər”in, yol polislərinin, kommunal xidmət işçilərinin, radio-televiziya yalanlarının tüpürcəyi də əlavə edilərək yeməyə verilir. Özünüzə hörmət edin. Bəsdir yatdınız. Mitinqlərə çıxıb öz sözünüzü demək vaxtıdır. Bu dəfə heç olmasa gecikməyin!!!

  21. Mecid
    Aprel 22, 2010 tarixində, saat 8:20 axşam

    Mubarizede mende varam!!!

  22. Ebulfez Qurbanli
    Aprel 22, 2010 tarixində, saat 8:31 axşam

    İlham Əliyev hakimiyyətə gəldikdən sonra daha intensiv formada bu tezis dolaşmağa başladı ki,mitinqlər geridə qalmışlıqdır.Bundan imtina olunmalidir.Az qaldılar,Gürcüstanın və Ukraynanın demokratik hakimiyyətlərini küçə hakimiyyəti adlandırsınlar.Maraqlıdır ki,Əli bəy,İlham Əliyev Yeni il bayramı axşamı xaricdə yaşayan azərbaycanlıları aksiyalar etməklə Azərbaycanın haqlarını müdafiə etməyə çağırdı.

  23. Mehemmed
    Aprel 23, 2010 tarixində, saat 7:25 səhər

    Tarixini deqiq xatirlamadigim bir radio debatinda Eli Kerimli ile YAP-chi Eli Ehmedov arasinda gedirdi.Orada enenevi yalanlari ile meshhur olan Ehmedov cenablari muxalifetin zeifliyinden,sosial bazasinin yoxlugundan danishirdi.Eli Kerimlinin hemin vaxt dediyi sozleri chox serrast olmushdu.Hormetli radio dinleyicileri siz bunlarin bele yeke-yeke danishmagina baxmayin.Dogrudan da bizim zeif olmasini gormek isterlerse,onda bize birce gun serbest toplashmaq azadligimizi temin etsin.”Azadliq” meydaninda bir gunluk izdihamli mitinqle bu hakimiyyetin sonun qoyum,onlar da gorsunler ki,muxalifet nece zeifdir.
    Sade heqiqieti basha dushmek uchun politoloq olmaga ehtiyacda yoxdur.Olkede zenginde,memur oliqarxda,lumpende,bir tike chorek qazanmaq uchun muzdlu emeye ishleyende,ish adamida daxilen bu olkede muxalifetdedir.Sadece bu narazi potensilain kutleviliyinin gorunmek imkani olmadigindan bunu iqtidar ehemiyyetsiz elektorat kimi qebul edir.Bu sosial,siyasi naraziliq ozune yer tapan kimi tezahur olunacaq.Ona gore,mitinqlere qarshi bele aqressivdirler.

  24. Hasan
    Aprel 23, 2010 tarixində, saat 8:36 səhər

    Mitinqler hokumete qarshi en tesirli vasitedir. Ona gore calishirdilar ki, mitiqleri gozden salsinlar. Ele tebligat aparirdilar ki, sanki mitinqe getmek ne ise bir gerideqalmishliqdir. Ama mence bele bir sheraitde mitinqlere getmek esl vetendashliq movqeyidir. Muraciet ucun sag olun. Umud edirem o biri partiyalar da qoshular mitinqinize

  25. Saleh
    Aprel 23, 2010 tarixində, saat 8:41 səhər

    Eli bey, mitinqi gozden salanlari ele yaxshi gozden salmisiniz ki, inanmiram ki, bir de hansisa ozune az-cox hormet eden adam mitinqlere qarshi danishsin. Ele sherait yaratmaq lazimdir ki, mitinqlere gelmeyenler utansin.

  26. Namiq
    Aprel 23, 2010 tarixində, saat 8:49 səhər

    Əli bəy, müxalifəti birləşdirmək məqsədi ilə atdığınız addımları alqışlayıram. Oxudum ki, İsa bəy və Mirmahmud bəylə görüşüb birləşmək məsələsini müzakirə etmisiniz. Əli bəy, sübut etdiniz ki,ağsaqqal olmaq üçün yaşlı olmaq vacib deyil. Sizi həmişə belə cəsarətli və birləşdirici görmək istəyirik.

  27. Vahid
    Aprel 23, 2010 tarixində, saat 9:00 səhər

    Əli bəy, mitinq çağırışınıza hə deyirəm. Musavatla birliyə də etirazım yoxdur. Baxmayaraq ki,onlara inanmıram. Yeni musavatdakı yazını yəqin ki,oxumusunuz. Neçə ildən sonra Amerika səflərini düzəldib korrupsionerləri vurmağa başlayıb. Dərhal Rauf Arifoğlu şantaja başlayıb ki, Amerika Azərbaycanda oyuncaq rejim yaratmaq istəyir. Hələ deyirlər belə bir hökumətə açıq-aşkar xidmət göstərən bir adam da musavatın deputatlığa namizədi olacaq.

  28. Alim
    Aprel 23, 2010 tarixində, saat 9:09 səhər

    Əli bəy, mitinqin dəqiq yerini mətbuatda yazmaq lazımdır. Hara yığışacağıq?

  29. Enver
    Aprel 23, 2010 tarixində, saat 1:00 axşam

    Bu vəziyyətdən istifadə edib hamı ayağa qalxmalıdır!İnsan nə qədər zülmə boyun əyər?

  30. Elcin
    Aprel 23, 2010 tarixində, saat 2:52 axşam

    Mütləq gəlmək lazımdır. Amma qeyri-zorakı mitinq üçün iştirakçiları məlumatlandırmaq lazımdır. Jurnalistler cox hessas olmalı ve provakatrlar mütləq ifşa olunmalıdır. Yüz faiz əmin ola bilərsiniz ki,aramızda mülki geyimdə provakasiya törətməyə can atan şəxslər olacaq. Adresi mətbuata vermək lazimdir.

  31. Aprel 23, 2010 tarixində, saat 4:42 axşam

    Sevindirici haldır ki, qorxu xofu insanların canından çıxır. Hamı daha açıq və predmetli danışmağa başlayıb. Bu gün neçə nəfərlə görüşmüşəm və mitinqə dəvət etmişəm. Hamı istəyir ki, DƏYİŞİKLİK olsun. DƏYİŞİKLİK isə İlham Əlyev iqtidarını seçkilərdə udmaqdır. Ən vacibi isə, seçkiyə qədər əlverişli seçki şəraiti yaratmaq üçün sərbəst toplaşmaq azadlığını bərpa etməkdir. 25 aprel, hamı mitinqə.

  32. Aprel 24, 2010 tarixində, saat 7:11 səhər

    Əli bəy, eşq olsun! 21-ci əsrdə mitinqlərin zamanının keçməsini iddia etmək, ölü toplum yaratmaq, xalqı sürüyə döndərmək, zopa ilə ölkəni həmişə idarə etmək düşüncəsi çox ayıb, gülünc və perspektivsizdir, gerizəkalılığın təzahürüdür.
    Bütün sivil dünyada belə bir praktika var – ümummilli məsələ həll olunanda, ümummilli mənafeyə təhlükə yarananda bütün qüvvələr, hətta bir-birini qəbul etməyənlər belə çiyin-çiyinə mübarizə aparır və aparmaq da onların borcudur (Ümummilli xəyanətkarlar istisna edilməklə). Onsuz da partiya mənsubiyyətindən asılı olmayaraq, bütün sağlam düşüncəlilər, öz şəxsiyyətlərinə hörmət edən, vicdanı, qeyrəti olan, səmimi insanlar, ailəsinin, övladının, nəslinin və müllətinin gələcəyinə biganə olmayan həmvətənlərimiz, hətta “başbilənləri” gəlməsələr belə, mütləq bir yerə toplaşacaqlar. İlin-günün bu vaxtı ad çəkməyin tərəfdarı deyiləm və heç kimə də ad çəkməyi arzulamıram. Bütün maneələrdən, parçalayıcı qıcıqlardan uzaq olmağın tərəfdarıyam. Amma hamı bilməlidir ki, tarix, zaman gec və yaxud tez bütün maskaları cırır, riyakarlıq ifşa olunur, xəyanətkar tarixə elə xəyanətkar kimi düşür, qəhrəman isə qəhrəman kimi.

  33. Ilqar Abdullah
    Aprel 24, 2010 tarixində, saat 3:35 axşam

    Azadliq bloku qanuni olaraq ,vetendashlarin serbest toplashmaq huququndan istifade ederek, Baki sheheri icra hakimiyyetinden mitinq kechirmek uchun yer istedi.Lakin, Icra hakimiyyeti bu qanunu ,yetendashlarin serbest toplashmaq huquqlarini kobud suretde pozdu ve onlara cavab vermeyerek ,hormetsizlik etdi.Azadliq bloku bu hormetsizliye gore icra hakimiyyeti qarshisinda piket kechirmek qerarina gelib ve bu onlarin konstitutsion huquqlaridir.Bu aksiyada ola bilsin ki, Musavcat partiyasinin kechirdiyi piket kimi hokumet zorakiliga el atsin.Ona gore de Azerbaycan vetendashlari olan piketchilere qarshi her hansi bir zorakiliq eden memurun sheklini chekib saxlamaq lazimdir,yeni ki,zorakiliq faktlarini toplamaq lazimdir ki,onlari etdikleri yaramaz hereketlere gore vaxti chatanda muhakima etmek olsun.Bu shekiller ve videolar gelecekde kechirilecek mehkeme proseslerinde zoraki insanlara qarshi delil,subutlar olacaq.

  34. namiq shemkirli
    Aprel 24, 2010 tarixində, saat 7:37 axşam

    Kənardan möhkəm görunən iqtidar əslində o qədər zəifdir ki, bir-iki tutarlı mitinqin YAP hakimiyyətini sarsıda biləcəyini anlayır. Üstəlik ölkədəki narazılıqların həqiqi miqyasından da xəbərdardılar. Haqlı olaraq düşünürlər ki, mitinqə çıxmaq xofu xalqın canından çıxsa, küçələrə axışan yüz minlərin qarşısında duruş gətirə bilməyəcəklər. Müxalifətin gücü də bu həqiqətdədir.

  35. Aprel 24, 2010 tarixində, saat 7:51 axşam

    BUGUN OZ NEFSINE QALIB GELIB HAKIMIYYETIN YANINDA YER TUTMAYAN OGLANLARA EWQ OLSUN.

  36. AzerD
    Aprel 25, 2010 tarixində, saat 5:16 səhər

    Eli bey! Razilashmaq lazimdir ki, muxalifet birge mitinq kechirse kemiyyet ve keyfiyyet baximindan daha effektli olar. Amma her bir halda hemisheki kimi on siralarda olmaga haziriq.

  37. mehman
    Aprel 28, 2010 tarixində, saat 3:02 səhər

    Əli bəy ad günü münasibətilə Sizi təbrik edirəm.AZƏRBAYCAN naminə işlərdə ALLAH bizə yar olsun.

  38. Ramin
    May 4, 2010 tarixində, saat 6:11 səhər

    Bu hakimiyyətdən xalq cox narazidi və inaniram ki, coxlari cox boyuk memnuniyyetle mitinqlerde ishtirak edecekler, eger buna imkan verseler. Bir halda ki, mitinq kecirmeye hec bir halda imkan vermirler ve insanlara qarshi olmazın zorakılıqlar tetbiq edirler, dushunurem ki, mitinq ishtirakcilari mitinqlerin teshkilinde muxtelif usullardan istifade etmelidirler, bu ishe daha yaradici yanashmaq lazimdi. Daha cox kutleye xitab etmek ve huquq muhafize orqanlarinin insanlarin serbest toplashma huquqlarinin bele asanliqla engellenmesinin qarshisini almaq ucun hesab edirem ki, mitinqleri resmi dovlet bayramlari gununde teshkil etmek daha meqsede uyğun olardi. Meselen, növbeti mitinqi 28 may respublika gunu teshkil etmeyi teklif edirem.

  39. May 10, 2010 tarixində, saat 12:19 səhər

    ay allah qurban olum sene bizi bu qanicenlerin elinnen qurtar,kas ki azerbaycanin prezidenti eli kerimli olaydi,Ilahi bize bu xosbextliyi kismet et,yaziqdi bu millet,bezmisik kisilerimiz hamisi rusyada qalib corekbulu ucun,qadinlarimiz da orda burda namuslarinin coreyini yeyir,bu ne biyabirciliqdi. gorun bu hakimiyyet bizleri ne gunlere qoyub oyanin ay camaat oyanin,axi biz turk oqlu turkuk,niye basqa olkelerde millet oz sozunu mitinqlerle deyir birce azerbaycannan basqa qorxmuyun hamimiz qalxsaq hec kes susdura bilmez bizi eyilmiyin bir qrup basda oturanin qarsisinda onlar xalqin qarsisinda acizdir,1 ce gune devire bilerik bu hakimiyyeti

  1. No trackbacks yet.

Hasan üçün bir cavab yazın Cavabı ləğv et