Arxiv

Archive for Mart, 2012

“Azərbaycanın siyasi səhnəsinə yeni nəsil gəlir”

Mart 29, 2012 Şərh yazın

“Regnum” agentliyinə müsahibəm “Azadlıq” qəzetinin tərcüməsində

“İlham Əliyev regionda marağı olan bütün dövlətlərlə münasibətləri korlayıb”

Əli Kərimli: «Biz rüşvət və korrupsiya ilə məşğul olmadıq, hakimiyyətdən sui-istifadə etmədik, xalqla əlaqəni kəsmədik»

İctimai Palatanın Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli Rusiyanın “Reqnum” agentliyinə müsahibə verib. Ə.Kərimli agentliyin Azərbaycanda gedən ictimai-siyasi proseslərlə bağlı suallarını cavablandırıb.

“Birdən gördülər ki, minlərlə gənc əsl vətəndaş kimi formalaşıb”

- Martın 17-də Bakıda gənclərin keçirdiyi mitinq hələ də son günlərin ən vacib hadisəsi olaraq qalır. Hakimiyyətin mitinq üçün ucqar və yararsız yer ayırmasına, havanın da olduqca qarlı və çovğunlu olmasına baxmayaraq aksiyada bir neçə min gənc iştirak edirdi. Nə baş verir?
- Qısaca deyim ki, Azərbaycanın ictimai-siyasi səhnəsinə yeni nəsil çıxır. Azərbaycan hökuməti çox çalışırdı ki, bu, baş verməsin. Uzun illər hakimiyyətin ideoloji aparatı, o cümlədən bütün telekanallar ölkənin ictimai-siyasi problemlərini gizlətməklə məşğul idi. Çalışırdılar ki, insanlar, əsasən də böyüməkdə olan nəsil həyat, dövlətin, cəmiyyətin problemlərinin əsl səbəbləri, hətta öz problemləri, gələcəkləri barədə düşünməsin. Gənclərə təlqin edirdilər ki, onlar həyatda daha çox ölkənin inkişafındakı pozitivlər, yaxud necə əylənmək barədə düşünməlidirlər. Həyatda uğur əldə etmək üçün isə onlar loyal olmalı, ya idmanla, ya da şou-bizneslə məşğul olmalıdırlar. Istəyirdilər ki, gənclər sosial şəbəkələrdən yalnız tanışlıq saytları kimi istifadə etsin. Alınmadı. Birdən gördülər ki, minlərlə yüksək savadlı gənc dövlətin, cəmiyyətin inkişafı ilə bağlı ciddi diskussiyalar aparan əsl vətəndaş kimi formalaşıb. Müxalifət partiyalarının gənclər təşkilatları sürətlə böyüyür. Müstəqil gənclər təşkilatları ciddi platformalarla çıxış edir. Fəal blogerlərin sayı günü-gündən artır. Onminlərlə gənc “Facebook”dan hökumətin onlardan gizlətmək istədiyi siyasi informasiyaları yaymaq üçün istifadə edir. Virtual qruplarda ölkəni mövcud korrupsiyalaşmış avtoritar-klan hakimiyyətindən necə xilas etmək barədə qızğın diskussiyalar aparılır. 17 mart mitinqini minlərlə gənc azərbaycanlının virtual dünyadan real siyasi mübarizəyə keçidi kimi xarakterizə etmək olar. 80-ci illərin sonu 90-cı illərin əvvəllərində başlanan ümummilli mübarizə və Qarabağın müdafiəsi zamanı bizim ölkədə kütləvi gənclər hərəkatı fəaliyyət göstərirdi. Onların fəal iştirakçılarından biri mən idim. Təxminən 20 ildən sonra demokratik dəyişikliklər uğrunda başlanan mübarizədə Azərbaycanda yeni gənclər hərəkatı formalaşır.

“Hakimiyyət müxalifətlə gəncləri ayıra bilmədi”

Read more…

“На общественно-политическую сцену Азербайджана выходит новое поколение”

Mart 29, 2012 Şərh yazın

Rusiyanın “Regnum” agentliyinə müsahibəm

Интервью обозревателя ИА REGNUM в Баку с членом Координационного Совета Общественной Палаты и лидером оппозиционной Партии Народного Фронта Азербайджана Али Керимли.

ИА REGNUM: Проведенный 17 марта в Баку митинг молодежи все еще остается самым главным событием последних дней. Несмотря на то что, власти для митинга отвели место в отдаленном и непригодном месте, а погода была на редкость снежной и метельной, в акции участвовали несколько тысяч представителей молодежи. Что происходит?

Вкратце скажу, что на общественно-политическую сцену Азербайджана выходит новое поколение. Азербайджанское правительство очень старалось, чтобы этого не произошло. Долгие годы идеологический аппарат власти, в том числе и все телеканалы, были заняты тем, чтобы скрыть общественно-политические проблемы страны. Старались, чтобы люди, особенно подрастающее поколение, не думали серьезно о жизни, о настоящих причинах проблем государства, общества, и даже о своих собственных проблемах, о будущем. Молодым внушали, что они должны думать в жизни больше всего о позитивах в развитии страны или том, как им развлечься. А для достижения успеха в жизни им надо быть лояльными и заняться либо спортом, либо же шоу-бизнесом. Хотели, чтобы социальными сетями молодежь пользовалась лишь как сайтами для знакомства. Не получилось. Вдруг узнали что, тысячи высокообразованных представителей молодежи сформировались как настоящие граждане, ведущие серьезные дискуссии о развитии государства, общества. Молодежные организации оппозиционных партий быстро растут. Организации независимой молодежи выступают с серьезной платформой. Число активных блоггеров умножается с каждым днем. Десятки тысяч молодых людей пользуются Facebook для распространения политических информаций, которые правительство хотело скрыть от них. В виртуальных группах с 50-60 тыс. участниками оппозиционного толка ведутся оживленные дискуссии о том, как спасти страну от нынешней авторитарно-клановой коррумпированной власти.

Митинг 17 марта можно охарактеризовать как переход тысяч молодых азербайджанцев от виртуального мира к реальной политической борьбе. В конце 80-х – начале 90-х годов в начавшейся общенациональной борьбе за независимость и в защиту Карабаха у нас в стране действовало массовое молодежное движение, активным участником которого был я сам. Примерно через 20 лет в начинающейся борьбе за демократические перемены в Азербайджане формируется новое молодежное движение.

Read more…

Radikal TV-nin “Müzakirə vaxtı”nda

Mart 22, 2012 Şərh yazın

Xalqımız əbədi olaraq bir sülalənin əsarətində qalmağa layiq deyil

Mart 15, 2012 Şərh yazın

Ukraynanın «Maydan» internet qəzetinə müsahibəm. Tərcümə “Azadlıq” qəzetinə məxsusdur.

«Ölkəmizdə demokratik dəyişikliklərin bərqərar olmasına çox qalmayıb»

- Qarabağ problemi ilə bağlı aparılan 17 illik danışıqlar hələ ki, heç bir nəticə verməyib. Sizin bu problemi çözmək, müharibədəki məğlubiyyətdən azərbaycanlıların aldıqları psixoloji travmaları aradan qaldırmaq üçün xüsusi bir reseptiniz varmı?
- Həqiqətən də BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası Azərbaycanın Qarabağ bölgəsinin və ətraf rayonların işğalını pisləyən, işğalçı ordunun həmin əraziləri qeyd-şərtsiz tərk etməsini tələb edən müvafiq qətnamələr qəbul etsə də, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar nəticə vermir. Ermənistan beynəlxalq hüquqa tabe olmur. Beynəlxalq birlik isə onu BMT-nin qətnamələrinə və digər beynəlxalq təşkilatların tələblərinə tabe olmağa məcbur edə bilmir. Bu fakt həm də mövcud beynəlxalq təhlükəsizlik sisteminin iflasıdır.
“Azərbaycanlıların müharibədə ermənilərə məğlubiyyətdən aldıqları psixoloji travma” isə ümumiyyətlə mövcud deyil. Azərbaycan ordusu açıq, üzbəüz hərbi əməliyyatlarda ermənilərə məğlub olmayıb, əksinə bir-çox qələbələr qazanıb. İndiki məğlub durumumuz isə bizim haqq etdiyimiz məğlubiyyətin və ya Ermənistanın layiq olduğu qələbənin nəticəsi deyil. Daha çox üçüncü tərəfin – Rusiyanın Ermənistana dəstəyinin nəticəsidir. Münaqişənin ilk mərhələsində Rusiya nəinki Ermənistan ordusunu silahlandırib Azərbaycan ordusunun yaranmasına isə mane olurdu, hətta Xocalı, Şuşa da daxil olmaqla bir çox mühüm Azərbaycan şəhər və kəndlərinin işğalında birbaşa iştirak edirdi. Nəhayət, 1992-ci ildə AXC sədri Əbülfəz Elçibəy prezident seçildikdən sonra Azərbaycanda ordu yaradıldı. Cəmi bir-neçə aya İşğal olunmuş Qarabağ torpaqlarının 40%-dən çoxu azad edildi. 1993-cü ildə yenə də Rusiya və İran xüsusi xidmətlərinin yaxından iştirakı ilə Azərbaycanda Əbülfəz Elçibəy hakimiyyəti devrildi və keçmiş kommunist lider Heydər Əliyev hakimiyyətə gətirildi. Heydər Əliyevin isə ilk addımlarından biri  AXC hökuməti zamanı qurulmuş hərbi hissələri – 33 batalyonu tərxis etmək oldu. Qarabağ yenidən müdafiəsiz qaldı və düşmən bu fürsətdən yararlanıb müdafiəsiz qalmış rayonları işğal etdi. Beləliklə, ermənilərin əldə etdiyi hərbi qələbələr ya Rusiya Silahlı Qüvvələrinin birbaşa iştirakı ilə, ya da əsasən silahsız dinc əhali üzərində olub. Ona görə də Azərbaycan ordusu özünü məğlub saymır və məğlubiyyətin psixoloji travmasını daşımır.
Hesab edirəm ki, problemin həlli Azərbaycan və Ermənistanın demokratikləşməsindən, bütövlükdə Cənubi Qafqazın Avropa Birliyinə inteqrasiyasından keçir. Dünyada heç bir dövlət Qarabağın “müstəqilliyini” tanımayıb. Bütün dövlətlər Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır. Bu belə də davam edəcək. Hələ bu cür korrupsiyalaşmış, avtoritar idarəetmə ilə belə Azərbaycan münaqişənin güclü və daha da güclənməkdə olan tərəfidir. Azərbaycanda demokratiya bərqərar olandan sonra isə bu fərq kəskin şəkildə artacaq. Ermənistanın bu reallıqları qəbul etməkdən başqa şansı qalmayacaq. Digər tərəfdən isə Ermənistanın Avropa Birliyinə daxil olmaq perspektivi bu ölkəni seçim etməyə məcbur edəcək: bundan sonra da Rusiyanın peyki kimi qalmaq, yoxsa həqiqətən də müstəqil  və inkişaf edən dövlətə çevrilmək? Yeri gəlmişkən, bu, həmçinin Ermənistanla Türkiyə arasında mövcud olan problemlərin həllinə kömək edə bilər.

Hökumət torpaqların hərbi yolla qaytarılması vaxtını qaçırıb

- Bu günə problemi hərbi yolla çözmək və ermənilərin ələ keçirdiyi torpaqları geri qaytarmaq üçün Azərbaycan rəhbərliyində lazımınca siyasi iradə, orduda isə gərəkli hərbi potensial varmı?
- Azərbaycan bütün mühüm göstəricilərə görə hərbi baxımdan  Ermənistandan üstündür. Azərbaycan ordusu daha böyükdür və daha yaxşı silahlanıb. Hərbi əməliyyatlar başlasa, Azərbaycan ordusu Ermənistan ordusundan fərqli olaraq işgaqçılıq müharibəsi yox, öz torpaqlarını işğaldan azad etmək üçün vətən müharibəsi aparmalı olacaq ki, bu da bizim orduya həm də mənəvi üstünlük qazandırır. Azərbaycan iqtisadiyyatı isə Ermənistan iqtisadiyyatından müqayisəyəgəlməz həddə güclüdür. Ermənistanın başqasının köməyi olmadan bizim torpaqları bundan sonra da işğalda saxlamaq şansı yoxdur. Amma bütün bunlara baxmayaraq hesab edirəm ki, Azərbaycan hökuməti işğal olunmuş torpaqlarımızı hərbi yolla qaytarmaq vaxtını və fürsətini əldən verib. İndi hərbi yolu üçün uyğun vaxt deyil. Əgər Ermənistan yenidən Azərbaycana qarşı işğalçılıq hərəkətlərinə yol verərsə, o halda əlbəttə ki, Azərbaycan ordusu bu dəfə bütün işğal olunmuş torpaqları azad etməyə hazır olmalıdır.

- Nə zaman və hansı şərtlər çərçivəsində Azərbaycandakı rejimin demokratikləşməsi mümkündür? Read more…

Mitinqlərə qərar verdik – kimsənin əvəzimizdən dəyişiklik etməyəcəyini bilirik

Mart 15, 2012 Şərh yazın

Türkiyəli yazar Şevket Talha Apuhanın “Kafkassam”dakı yazısı

Mart 11, 2012 Şərh yazın

AXCP sədri Əli Kərimlinin Türkiyənin çox reytinqli odatv.com portalına verdiyi müsahibə müsbət əks-səda verib. Türkiyənin məhşur Qafqaz Strateji Araşdırmalar Mərkəzinin kafkassam-merkez.com saytında köşə yazarı Şevket Talha Apuhanın Əli Kərimli haqqında yazısı dərc olunub. Yazını olduğu kimi təqdim edirik.

(“Azadlıq” qəzeti, 9 mart 2012).

Gurbetteki adam: Ali Kerimli

Gurbet bazı insanların kaderidir. O payla paylanmışlardır. Gurbet onların içlerindedir. Nereye giderlerse gitsinler gurbeti ve gurbetin hüznünü kalplerinde taşırlar. Size bu insanlardan birini anlatmaya çalışacağım. O da kendi ülkesinde gurbette. Çünkü pasaportu elinden alınmış vaziyette ve ülkesinden dışarı çıkmasıyla ilgili adı konulmamış bir yasakla karşı karşıya…

Onu ilk defa 2004 Yılının Aralık veya Ocak ayında, Bakü’de AXCP’nin merkez binasının önünde görmüştüm. Arabasından inen ve kapıda karşılanan bu adamı çok iyi tanıyordum. O Elçibey, Keleki’ye gittiğinde partisini emanet ettiği ve Bakü’ye dönüşünde bıraktığından daha güçlü bir halk cephesini kendisinden teslim aldığı adam: Ali Kerimli idi.
Genç yaşında önemli devlet görevlerinde bulunmuş bu adam daha çocuk yaşta, Hukuk Fakültesi öğrencisi iken Rusya’ya karşı yürütülen meydan hareketinin düzenleyicilerinden olmuş, yani hayatının her devrini ve her anını Azerbaycan için harcamıştı.
Geçtiğimiz gün odatv ye verdiği röportajı okuyunca gözümde 6 Kasım 2005 ve 6 Kasım’a giden süreç canlandı. O günlerde AXCP Genel Merkezine sıkça gider, nice dostla saatler süren sohbetler ederdik. O sohbetlerde bir kez daha inanmıştım ki, Azerbaycan topraklarından PKK çıkarılacaksa, Azerice yeniden Türkçe, Azeri hak ettiği gibi yeniden Türk adlanacaksa Ali Kerimli ve onun temsil ettiği değerler Azerbaycan’da iktidar olmalıdır. O dönemde demokratik hareket kendine renk olarak turuncu rengi seçmiş, bu Türkiye’deki milliyetçi çevrelerde tepkiyle karşılanmıştı. Oysaki ben bugün, dünde söylediğim gibi tekrarlayabilirim ki: Azerbaycan muhalefeti istediği kadar turuncuya bürünsün, onun zihnindeki ve yüreğinde ki renk Kırmızı-Mavi ve Yeşil’dir. Zaten mitinglerde en çok göze batan sembol bozkurt olmuştu lakin bu bizim çevrelerde es geçilmiş, Ali Kerimli bir yargısız infaz ile karşı karşıya bırakılmıştı.
Nitekim 6 Kasım 2005’de dünyayı saran demokrasi rüzgârları Bakü’ye uğramadı ve Azerbaycan demokrasi yolunda bir darbe daha almış oldu. O dönem de benim de inandığım ve sıkça dillendirilen bir söz vardı: “Azerbaycan muhalefeti bitmiştir. Ali Kerimli bitmiştir. Artık toparlanmamak üzere bitmiştir” Çünkü ben kırılan ümitlerin bir daha tamir edilemeyeceğini düşünüyor, milletin büyük beklentisinin boşa çıkmasının bir yılgınlık ve inançsızlık doğuracağını düşünüyordum. Oysaki öyle olmadı, Kerimli bir kez daha gerçek bir lider olduğunu gösterdi ve AXCP’ni toplamayı başardı. Bugün Ali Kerimli’de, Elçibey’den emanet aldığı partisi de dimdik ayakta ve yeniden Azerbaycan’da iktidar olacakları günü bekliyorlar.
Bununla beraber Azerbaycan’da muhalefet yapmak ve muhalif olmak belki de dünyanın en zor işlerinden biri. Zira öyle zamanlar oldu ki, muhalefet bir binası dahi olmadan sokaktan siyasi faaliyetlerini yürütmek zorunda bile kaldı. Sadece bunlar mı? Hayır. Ali Bey, burada yazmak istemediğim birçok iftira ve karalama kampanyasının da hedefi oldu. Hepsinden de alnının akı ile çıktı, hepsinde de dik durarak gerekli cevabı verdi.
Elçibey diyordu ki: “Gerçek Azatlığı kimse kimseye hediye olarak vermez. Gerçek Azatlık meydanlarda kavgayla, ısrarla; kan ve terle kazanılır” Bende inanıyorum ki, Azerbaycan muhalefeti Rusya’yı nasıl ülkelerinden çıkarmayı başardılarsa, başlarındaki diktatörlük belasını da öylece defedeceklerdir. Emin olunuz, Ali Kerimli bir diktatör olmayacaktır. İsa Gamber bir diktatör olmayacaktır. Onların derdi yalnız ve yalnız demokrasi. Demokrasinin ne anlama geldiğini, Bakü’den ülkeme döndüğümde ev halkıyla bile etrafıma bakarak kısık sesle konuştuğumda daha iyi anlamıştım. İnsanın kendisini dilediğince ifade edebilmesi, en azından istediği partiye oy verebilmesi. ( Bu Parti İlham Aliyev’in Yeni Azerbaycan Partisi dahi olsa) ve verdiği oyun istediği haneye yazılması, dilediğince okuyup dilediğince yazması az şey midir?
Bu yazıyı, “Bilin” diye yazdım. Uzaklarda, pasaportu elinden alınmış. Tebriz için ağlayan, Karabağ için çağlayan bir adam var. Kendi ülkesinde gurbeti yaşıyor. Ve o bizi, bizim ülkemizi, bizim marşımızı, bizim bayrağımızı ve bizim tarihimizi en az bizim kadar seviyor ve biliyor. Zaten kalbimizde kendisi için muhabbet beslememizin sebebi de bundan başka bir şey değildir…
Ne sen buraya gelebilirsin, ne ben oraya gelebilirim: Öyleyse sana kucak dolusu minnet ve selam olsun Uzakta ki adam.
Şevket Talha Apuhan
Gönülleri birleşenler! Selam sizlere!
Uzaklarda dertleşenler! Selam sizlere!
Ey ekmeği alınanlar! Selam sizlere!
Ey rütbesi çalınanlar! Selam sizlere!
Selam size! Üstünüzde bütün bakışlar,
Bir gün olur, tarih sizi elbet alkışlar!
Categories: haqımda

İctimai Palata adından siyasi məhbuslar problemini müzakirəyə çıxardıq

Mart 9, 2012 Şərh yazın

TÜRKİYE, AZERBAYCAN’DAKİ HAYDAR ALİYEV SALTANATINI BİLİYOR MU

Mart 8, 2012 Şərh yazın

Türkiyənin “odatv” saytına müsahibəm

“Bir millet, iki devlet”… Konu Azerbaycan olduğu zaman dillendirilen klasik cümle. Peki, gerçekten Azerbaycan’da olanları ne kadar biliyoruz? Kaçımız bu ülkedeki Aliyev saltanatından haberdarız? Kaçımız kardeşlerimizin onca zenginlik içerisinde mahkum edildiği yoksulluğun, ülke varlıklarının bir azınlığa peşkeş çekildiğinin bilincindeyiz?

Bunun ötesinde Arap Baharı bayraktarlığı yapan, Suriye’yi iç işlerimiz ilan eden iktidar neden Azerbaycan’da hüküm süren anti-demokratik ve baskıcı rejim ile ilgili tek kelam dahi etmez? Bunların cevabını ve ülkenin içerisinde olduğu gerçek durumu Azerbaycan Halk Cephesi Partisi lideri Ali Kerimli’ye sorduk.

1. Sayın Kerimli, öncellikle 1993 yılında rahmetli Elçibey yönetiminin bir darbe ile devrilmesinin ardında yatan nedenleri ve bu olaydan sonra yaşanan süreci okuyucularımıza kısaca anlatır mısınız? 

Ebülfez Elçibey, 1992 yılında demokratik seçimlerle Cumhurbaşkanı seçildi. Derhal demokratik, ekonomik ve siyasi reformlara başladı. En önemlisi Sovyetlerden kalma, Rus ordusunun Azerbaycan`dan çıkmasına nail oldu. Türkiye ile çok sıkı müttefiklik münasebetleri kurdu. Türkiye ile birlikte Avrupa`ya ve NATO’ya entegre olma siyaseti yürüttü.

Tabii ki, bu siyaset Rusya`da ve İran`da olan muhafazakar kurumları rahatsız etti. Ülkenin içinde de eski komünistler yeni hükumetten memnun değildi ve bir rövanş için fırsat kolluyorlardı. Böylece Rusya ve İran`ın belli çevreleri Azerbaycan`daki eski komünistler desteği ile Elçibey hükumetine karşı bir darbeyi hayata geçirdi. Eski komünist Haydar Aliyev 1993 yılında darbe sonucu iktidarı sahiplendi. Bundan sonra ülkemizde tam 18 yıldır, yolsuzluğa batmış, insan haklarını ihlal eden bir sülale iktidarının esiri oldu.

Read more…

İctimai Palatanın regional liderləri ilə respublika müşavirəsində

Mart 7, 2012 Şərh yazın

“Bir gün bütün Azərbaycan Quba kimi ayağa qalxacaq”

Mart 5, 2012 Şərh yazın

«İlham Əliyev bu cür nalayiq hərəkətə belə, vaxtında ciddi qiymət vermədi»

«Xalqın əsəblərini sona qədər tarıma çəkmədən, müəyyən kompromislərə imkan varkən islahatlara getsinlər»

Quba hadisələri ilə bağlı  ”Azadlıq” qəzetinə verdiyim müsahibə

Qubada baş verənlər, tək bu rayonun sakinləri üçün yox, bütövlükdə Azərbaycan insanı üçün xeyli suallar yaratdı. AXCP sədri Əli Kərimli ilə söhbətimizdə hər kəsi yaxından maraqlandıran və narahat edən bu sualların bir qisminə cavab tapmağa çalışdıq.

“Bu, regional miqyaslı sosial partlayış idi”

- Quba hadisələrilə bağlı sizin qənaətiniz maraqlıdır. Sizcə, baş verənlər həqiqətən təhqirə görəydi, yoxsa insanların illərdir yığılıb-qalmış qəzəblərinin ifadəsi idi?
- Qubada baş verənlər regional miqyaslı sosial partlayış idi. Əlbəttə, minlərlə insanı küçələrə tökən əsas faktor icra başçısı Rauf Həbibovun qubalıları təhqir etməsi olmuşdu. Amma belə hadisələr yalnız bir hərəkətə görə baş vermir. Uzun illər ərzində idarəetmədəki naqisliklər, qüsurlar Qubaya da aid idi və bunların hamısı xalqın kütləvi narazılığına gətirib çıxarmışdı. Ölkənin faktiki ayrı-ayrı oliqarxlar arasında bölünməsi, korrupsioner məmurların bölgələri nəzarətlərində saxlaması uzun illərdir xalqı qıcıqlandırırdı. Azərbaycanlılara sirr deyil ki, hansı bölgənin hökumət səviyyəsində “kuratoru” kimdir. Ikincisi, xüsusilə turizm üçün yararlı olan gözəl guşələr həmin o çirkli pullarla varlanmış korrupsioner oliqarxlar tərəfindən tam olaraq satın alınır. Insanların ağır sosial vəziyyətindən istifadə edərək min hektarlarla ərazi ucuz qiymətə, dəyər-dəyməzə alınaraq yerli əhalinin əlindən çıxarılır. Bu faktor da Qubada o qəzəbin yaranmasında mühüm rol oynadı.
Hökumətin kadr siyasəti olduqca yarıtmazdır. Bəzən adama elə gəlir ki, ən qabiliyyətsiz, mənəvi cəhətdən kasad, insanlarla davrana bilməyən və əli təmiz olmayan adamlar xüsusi olaraq irəli çəkilir. Üstəlik, regional klanlaşma bütövlükdə ailə, sülalə xarakteri daşıdığından güclü ailənin yanında başqa ailə hakimiyyətləri də formalaşıb. Artıq dünya mediası da Azərbaycandakı idarəetməni orta əsrlərlə müqayisə edir. Orta əsrlərdə də kral ailəsi hakimiyyətin mərkəzində durur, ətrafda müxtəlif qraflar, knyazlıqlar, xanlıqlar olurdu. Və onlar da öz ailə hakimiyyətlərini yaradırdılar. Indi Azərbaycanda ən varlı, ən güclü ailə ilə yanaşı, 10-a yaxın digər ailələr də formalaşıb ki, onlar ayrı-ayrı regionlara nəzarət edirlər. Və öz yaxınlarını həmin ərazilərdə vəzifələrə göndərirlər. Yəni, kadr siyasəti də növbəti faktordur.
Nəhayət, cəzasızlıq, xalqla hesablaşmamaq, xalqı saymamaq, insanların şikayətlərini hətta dinləməmək, onlara qarşı aşağılayıcı münasibət… Bunların hamısı illərlə davam edən idarəetmənin tərkib hissəsi idi. Bütün bu faktorlar da Qubada ciddi narazlıqlar yaratmışdı. Icra başçısını açıq-aşkar insanları təhqir etməsi, onları aşağılaması insanların səbr kasasını daşırdı. Yəni, bu neqativ siyasət illər uzunu davam etsə də, insanları birbaşa hərəkətə keçməyə sövq edən onların şərəf-ləyaqətinin tapdanması oldu. Son hadisə göstərdi ki, azərbaycanlılar üçün 18 illik əsarətdən sonra hələ də şərəf-ləyaqət hissi çox müqəddəsdir.

Read more…

Follow

Get every new post delivered to your Inbox.

Join 245 other followers