Əsas səhifə > Əli Kərimli > Bloquma Xoş Gəlmisiniz!

Bloquma Xoş Gəlmisiniz!

Əziz Ziyarətçilər!

Əli Kərimli

Sizləri bloqumda səmimi qəlbdən salamlayıram. Rejimin ədalətsiz və qeyri-demokratik davranışları üzündən sizlərlə ünsiyyət problemim yaranıb. Rejim müxalifətçiləri, alternativ fikir daşıyıcılarını televiziya ekranlarına buraxmır. Bu baxımdan, sizlərlə görüşmək, fikir və düşüncələrimi sizlərə çatdırmaq üçün öz şəxsi bloqumu yaratmaq qərarına gəldim. Burada sizlər mənim ölkənin bu günü və gələcəyi ilə bağlı fikir və mülahizələrimi oxuya biləcəksiniz.

Hörmətlə,

Əli Kərimli

AXCP sədri

Kateqoriyalar: Əli Kərimli Etiketlər:
  1. Yanvar 5, 2010 tarixində, saat 8:30 səhər
  2. Rəşadət Axundov
    Yanvar 7, 2010 tarixində, saat 7:41 səhər

    Əli bəy, təqdirə layiq addımdır. Eşq olsun!

  3. Yanvar 8, 2010 tarixində, saat 10:12 səhər

    Hörmətli Əli bəy Kərimli!

    Bloqunuzu başlamağınız münasibətilə sizi təbrik edirəm. Zaman dəyişir və siz də zamanla ayaqlaşmağı bacaran siyasətçisiniz. Sizə uğurlar və böyük başarılar diləyirəm.

    Hörmətlə,

    Müavininiz Razi Nurullayev

  4. Selcan Ismayilova
    Yanvar 8, 2010 tarixində, saat 6:05 axşam

    Hormetli Eli bey bloqunuz Ugurlu olsun sevindim co cox ve deyim buda baslangic

  5. Əbülfəz Qurbanlı
    Yanvar 8, 2010 tarixində, saat 6:36 axşam

    Xeyirli olsun,Əli bəy!

    Xalqımız və gənclərimiz bu bloqdan uğurlu xəbərlər oxusun…

    Yolumuz Sizinlədir!

  6. Nizami Türksoy
    Yanvar 8, 2010 tarixində, saat 6:47 axşam

    Hörmətli Əli bəy blogunuzun yaranması təqdirə layiq haldır. Təbrik edirəm!

  7. Taleh Məmmədov
    Yanvar 8, 2010 tarixində, saat 6:50 axşam

    U]urlar sizə Əli bəy. 2010 da ümüdlərimiz sizədir! Birlikdə ,məsuliyyəti boynumuza götürüb bu xalqı əliyevizm bəlasından qurtaracağıq!

  8. Yanvar 9, 2010 tarixində, saat 12:13 səhər

    Tebrikler Eli bey

  9. Cəmil Qasımov
    Yanvar 9, 2010 tarixində, saat 10:26 səhər

    Tebrikler Eli bey

  10. Yanvar 9, 2010 tarixində, saat 10:39 səhər

    hormetli Eli bey.ilk evvel sizin yeni yataratdiginiz bloka gore size cox sagol deyiem. ve bu iwde size boyuk ugurlar arzu edirem. bilirsizniz unsiyyet qurmaq vacibdir siz bu vacib emelide hemiwe yerine yetirmisiniz.
    peygemberimiz buyurub ki ey menim yaratdigim beni-insanlar siz hemiwe bir-biinizin goruwune gedin ki ranizda olan dostluq telleri mohkemlensin.

  11. Mehemmed
    Yanvar 9, 2010 tarixində, saat 11:15 səhər

    Salam Eli bey! Siz o shexslerdensiniz ki,fikirlerinizi yalniz mukemmel aratorlugunuz hesabina deyil,eyni zamanda da virtual alem vasitesile ile de paylasha bilersiniz.Sizin bu ustunluklerinizden mehrum edilmeye cehdler olsada,inaniram ki,bu mustevi sizin elektoratinizin ve size azarkeshlik eden chevrenin cografiyasinda daha da genishlenmesine xidmet edecek.Hemishe enerji sachan ve dinamik fealiietiniz neche-neche insanlari bu partiyaya zaman-zaman yaxinlashdiracaq.Bu fealiyyetinizde Size ugurlar dileyirem.

    Hormetle iqtisadchi M.Talibli

  12. Yanvar 9, 2010 tarixində, saat 11:50 səhər

    Salam,Äli Kärimli.Uzun illär Almaniyada yasayiram.Son zamanlar isimlä bagli olarag,Azadlig radiosu wä Asadlig gäzetini här gün,gecä-gündüz izläyirik.Acigini deyim,ordaki siyasi,ictimai häyatda bas weränläri daha aydinligla därk edirik.Cünki,Awropadaki häyat tärzindän alinan dünyagörüsünün täsiri daha cox aciglamalar werir.Nä gädär garsidurmalar olursa-olsun,xalgin düsünän beyni häyat süzgäcidir.Gädim nagillarda Shahlar räiyyät älbisäsi geyinib xalgin icinä cixarmish,yerli ähalinin därdi-säriylä maraglanirmishlar,indisä milli goshunlar cixir.Bir yazida oxudum:därdi 40 gün cäkändän sonra,därd cäkmäyä öyräshirsän-Milyonlar sältänätindä?Hansi filosof deyib:göz yasi äzabin gözälliyini pozur_amma bu ashiglärin äzabina isharädir.Xalgin göz yashinin äzabi kimä zöwg weräcäk?! Sizä müwäffägiyyätlär arzulayirig.

  13. Yanvar 9, 2010 tarixində, saat 1:45 axşam

    Əli bəy təbrik edirəm,uğurlar sizə!İnanırıq ki,milləti bu yırtıcı rejimnən siz xilas edəcəksiniz,təbii mərd insanların köməyilə.Millətədə səbrsiz olmağı arzu edirəm.

  14. Enver Musayev
    Yanvar 9, 2010 tarixində, saat 2:22 axşam

    Eli bey,size ugurlar.Arzu edirem ki,butun diqqetinizi bu bloqa yoneldesiniz.Bloqda maraqli yazilar yazasiniz.

  15. Ogtay
    Yanvar 9, 2010 tarixində, saat 2:39 axşam

    Eli Bey Sizi Blog acmaginiz munasibetile Canadada Yasayan 10 minlerle Azerbayjanli tebrik edir ,cekdiyiniz bu cetin ezabli,yollari hamimiz gorub,Sene Destek veririk,Biz Sizinleyik, Sizin apardiginiz Siyaset Hagg isidir,,bu Haggin yaxin zamanlarda bizimle bir yerde galib Gelejeyinize inanirig ,hormetle 10 minlerle Canada Azerbayjanlilari

  16. Garib
    Yanvar 9, 2010 tarixində, saat 6:37 axşam

    Allah xeyir versin.Eshiret-igtidardan milli dövlete aparan yolda size ugurlar.

  17. Anar
    Yanvar 10, 2010 tarixində, saat 7:55 səhər

    Salam Əli bəy, mən Sizi kimi ardıcıl siyasətçi görmədim. Sizə uğurlar. 2010-cu il Sizin il olacaq inşallah. Artıq hakimiyyətin Cəbhəyə qarşı təzyiqlərinin yeni işartıları var və bunun növbəti aylarda daha intensiv olacağı istisna deyil. Bütün bunlar bumeranq effekti verəcək və mübarizə AXCP-nin qələbəsi ilə nəticələnəcək.

  18. Ruslan
    Yanvar 10, 2010 tarixində, saat 12:14 axşam

    SALAM HORMATLI ALI KARIMLI! ARTIQ HISS OLUNUR KI AXCP 2010 CU ILA YENILIKLARLA IRALILAYIR BU YOLDA SIZA VA RAHBARLIK ETDIYINIZ PARTIYAYA UGURLAR ARZULAYIRAM.BLOQ ACILMAGINI ESHIDIB COX SHAD OLDUM BU YOLDA YALNIZ UGUR OLA BILAR CUNKI BU YOLUN onunda sizin kimi lider casaratli sarkarda var tabrik ediram ham sizi va bizlari tanri sizi qorusun AMIN!!!

  19. Yanvar 11, 2010 tarixində, saat 12:57 axşam

    HORMETLI ELI BEY. MENDE BU HAKIMIYYETDEN NARAZI OLAN BIR GENC OLARAQ SIZE BU SAYT VASITESILE MURACIET EDEREK SIZDEN YAXIN GUNLERDEK BU HAKIMIYYET UZERINDE MOHTEWEM QELEBE CALMAGINIZI ARZULAYIRAM

  20. Serxan
    Yanvar 11, 2010 tarixində, saat 1:49 axşam

    Sizin bu girişiminize göre sizi tebrik edirem.Başlamaq başarının yarısıdır.Siz başlamısınız, gerisinin gelmesini dileyirem.Yolumuza çıxacaq çetinlikler de, aşılması lazım olan çetinliklerdir.Bu çetinlikler olmazsa, ödül deyersiz olar.Önemli olan çetini başqrmaqdır.Ama onu da bilirik ki,başarı sadece şexsden yox; etraf mühitden,xarici faktorlardan da asılıdır.Sizin bütün bu çetinliklerin öhdesinden gele bilecek seviyyede güce, iradeye, dayanıqlılığa sahib olduğunuza inanıram.Yolunuz bir bir arxada buraxılması lazım olan çetinliklerle dolu, (ki menb desem de demesem de eledir) amma sizin ve xalqın istediklerini elde ede bilecek ve elde edecek yol olsun.

  21. Serxan
    Yanvar 11, 2010 tarixində, saat 2:12 axşam

    Blokunuzda ə hərfini de görmək istərdik 🙂 Burada görmek istediyimizi yazdığım herf kub şeklinde çıxa biler.Ona göre de, meseleni bir defelik hell etmek üçün Zülümovun taktikini özüme klavuz aldım.Ne ise,zarafat bir yana, qısacası vurqulamaq istediyim herf, Zülümovun topladığı bütün Ehmedlerim baş herfidir.Teşekkürler

  22. Yanvar 11, 2010 tarixində, saat 7:28 axşam

    Teshekkurler Eli bey!
    Size ve Partiyaniza ancaq uqurlar arzulamaqdan bashqa elacimiz yoxdur!
    Bloqda deyerli yazi ve sherhlerinizi sebirsizlikle gozleyirik
    Sebuhu

  23. Nabatəli Qulamoğlu
    Yanvar 12, 2010 tarixində, saat 6:17 səhər

    Birinci , ürəkdən təbriklər!
    Qeyd etmək istərdim ki, Sizin bloqun fəaliyyətə başlaması çox tarixi bir məqama- Azərbaycan hakimiyyətində bespredelin başlaması zamanına təsadüf edib. Əgər belə deyilsə, niyə Milli Məclisin qəbul etdiyi qərarı komitədə dəyişirlər.Əgər belə deyilsə, hansısa rayonun məhkəməsi tərəflərə payladığı qərarı sonradan kabinetdə dəyişir. Artıq elə bir məqam çatıb ki, iqtidarın qərarlarını nəinki vətəndaşlar, hətta YAP-çılar özləri də yerinə yetirmirlər.
    Bütün bunlardan sonra deyə bilərəm ki, Əli bəyin bloqu bu gün fəaliyyətə başlayırsa, təsadüfdən çox zərurətə oxşayır. Uğurlar!

  24. Natiq Güləhmədoğlu
    Yanvar 12, 2010 tarixində, saat 9:00 səhər

    Hörmətli Əli bəy
    Çox uğurlu işə başlamağınıza sevinənlərdənəm. Bu bloqunuzdan yaxşı təhlillərinizi tanış olacağımıza əminəm. Təbrik edirəm

    N.Güləhmədoğlu

  25. Elchin
    Yanvar 12, 2010 tarixində, saat 10:39 səhər

    Əli bəy mən sizi salamlayıram ! Biz sizinlə həmrəyik , həmişədə olacağıq.Mən inanıram ki , apardığınız azadlıq uğrunda mubarizədə ziz qalib çıxacaqsınız.Bu Azərbaycanın xilası deməkdir. Sizə bu mübarizədə uğurlar arzulayırıq.

  26. Ilqar Abdullah
    Yanvar 12, 2010 tarixində, saat 11:46 səhər

    Ali bey, tebrik edirem,ugurlu olsun.O gun olsun ki,olkede edaletli qurulush yaransin ve siz de vetendashlarla bloqlarda deyil,televiziyalarda,Azadliq meydaninda gorushesiniz.Amma,arzuladigimiz bu gunlerin tez gelmesi uchun olkenin esas,heqiqi muxalifet partiyalari olan AXCP ve Musavat mutleq birleshmelidir.Chunki,atalar meselinde deyildiyi kimi,guc birlikdedir.Siz ne qeder ki,ayri-ayriliqda fealiyyet gostereceksinizse,sher quvveler de sizi daha asan meglub edecek.Odur ki,Azadligimiz,sizin birliyinizdedir.Sag olun,Allah amaninda.

  27. Ferid
    Yanvar 13, 2010 tarixində, saat 5:04 axşam

    Her birinizi salamlayiram!Duzu men bunu coxdan gozleyirdim deemek bu ile qismet imiw. Size tutduqunuz bu haqq yolunda ugurlar!

  28. gunesh
    Yanvar 14, 2010 tarixində, saat 11:27 səhər

    Size muveffeqiyyetler.Allah Sizi qorusun.Umud sizedir.

  29. gunesh
    Yanvar 14, 2010 tarixində, saat 11:33 səhər

    Bir-neche gun bundan evvel Ilqar Qasimovun yazdiqlarini oxudum.Eger o dogrudan da “Dalga”ni aparan Ilqardirsa,ondan bele shey gozlemek olar.O xameleondur.Her hakimiyyete yararlanmaq isteyir.

  30. Asif Yusifli
    Yanvar 17, 2010 tarixində, saat 10:28 səhər

    Ali bey bloqunuzun yaranmasindan gec de olsa xeber tutdum.Indiki informasiya blokadasi zamaninda shexsi numune gostererek bu blokadani aradan qaldiracaginiza, bashqalarinida bu ishe seferber edeceyinize eminem.Hemishe oldugu kimi AXCP ve onun evezolunmaz lideri birincidir. Biz sizinle fexr edirik.

  31. Rəvan Məmmədov
    Yanvar 18, 2010 tarixində, saat 8:00 axşam

    Salam Eli bey.Yeni bloqunuz munasibeti ile sizi tebrik edire.Yeni 2010 cu ilde size ve butun cebhecilere uqurlar arzuluyuram.InsALLAH bu il partiya qerargah meslesini hell eder ve parlamnet seckilerin tam gucu ile hazirlasar.Size tutduqunuz bu yolda uqurlar.ALLAH komeyiniz olsun.

  1. No trackbacks yet.

emajidli üçün bir cavab yazın Cavabı ləğv et