Əsas səhifə > Yazılar, Əli Kərimli > Bu bloq nə üçün yarandı?

Bu bloq nə üçün yarandı?

Əziz oxucu!

Bilirsiniz ki, hökumət son illərdə siyasi partiyalara sarsıdıcı zərbələr vurub. Sərbəst toplaşmaq azadlığına, rayonlarda seçicilərlə görüşlərə, partiya qurultay və konfranslarının keçirilməsinə faktiki qadağanın qoyulması, elə bir siyasi vəziyyət yaradıb ki, son bir-neçə ildə hökumətin Azərbaycanı uçuruma aparan siyasətinə qarşı mübarizənin ağırlığı xeyli dərəcədə jurnalistlərin, xüsusilə də ortaya ciddi siyasi mövqe qoyan köşə yazarlarının və yeni mediya fəallarının üzərinə düşüb. Son vaxtların repressiyaları da daha çox onları əhatə edir. Bizlər əlbəttə ki, imkanımız daxilində onlara dəstək veririk. Lakin indi təzyiqlərə daha çox məruz qalan azad söz təmsilçiləri açıq şəkildə deyirlər və yazırlar ki, indi onlara ən yaxşı dəstək siyasətçilərin və digər tanınmışların şəxsən yazması olar. Mən də bu fikirlə razıyam. İndi azad sözü qorumaq, yazarların qəlbində daxili senzuranın kök salmasına imkan verməmək, hökumətin mətbuata qarşı başlatdığı səlib yürüşünü durdurmaq üçün hökumətin qorxduğu, gizlətmək istədiyi həqiqətləri daha çox adam yazmalıdır. İnanıram ki, bizlər şəxsən yazmaqla, yazarların sıralarını genişləndirməklə əqidəli qələm sahiblərinə ən yaxşı dəstəyi vermış olarıq.

İlham Əliyevin mətbuata qarşı başlatdığı savaş davam edir. Onun az qala bütün sivil dünyanı qarşısına almaq bahasına da olsa Qənimət Zahidi, Eynulla Fətullayevi, Emin Millini, Adnan Hacızadəni həbsdən azad etməməsi faktı da sübut edir ki, rejim üçün həqiqətlərin yayılmasının qarşısını almaq, həqiqətləri yazanların, yayanların susdurulması nə qədər önəmlidir. Oğru mahiyyətli, korrupsioner hakimiyyət üçün həqiqətlərin yayılmasının qarşısını almaq nə qədər önəmlidirsə, müxalifət üçün də həqiqətlərin, doğruların daha çox adama çatdırılması o qədər önəmlidir. İstiqlal şairimiz Xəlil Rza Ulutürkün “Kipriyinlə silahlan” misraları yada düşür.

Əminəm ki, belə şəraitdə  bütün vasitələrdən o cümlədən yeni texnologiyanın verdiyi imkanlardan da fikirlərimizi yaymaq üçün maksimum istifadə etməliyik.

Hökumət de-fakto çoxpartiyalı sistemdən imtina edir. Hər şeyi edirlər ki, müxalifət partiyaların xalqla, seçici ilə əlaqəsi kəsilsin. Tv-lər neçə ildir ki, müxalifətin üzünə bağlıdır, mitinqlər, seçicilərlə birbaşa görüşlər də indi əvvəlki illərdən fərqli olaraq mümkün deyil.

Ofisimiz belə əlimizdən alınıb və hökumət hər şeyi edir ki, biz qərargah problemini həll edə bilməyək. Belə bir şəraitdə düşündüm ki, şəxsi bloqum nəinki öz fikirlərimi, partiyamızın mövqeyini daha çox insana yaymaqda faydalı ola bilər, həm də indi çox ehtiyac duyduğum əks əlaqə üçün də yaxşı imkan yaradar. Sizlərin fikirlərini, şərhlərini, təkliflərini, suallarını burada  oxumaqdan məmnun olacam.

Hörmətlə,

Əli Kərimli, AXCP sədri

Kateqoriyalar: Yazılar, Əli Kərimli
  1. Yanvar 10, 2010 tarixində, saat 9:12 səhər

    ALI KERIMLI OLDUGCA AGILLI VETENINI SEVEN MILLETINE YANAN BIR SIYASETCIDIR.ONU INDIKI GAVANVARLARLA MUGAYISE ETMEK NE AZINDA AGILSIZLIKDIR,AZERIBAYJANIN BELE OGULA EHTIYAGI VAR,

  2. Yanvar 10, 2010 tarixində, saat 9:21 səhər

    MELUMAT UCUN DEYIM KI SIRVANDA YERLESEN KARASU NEFT COMPANYASINDA INSANLARIN KUTLEVI SEKILDE ISDEN CIXARILMASI KOMPANYASI BASLADI,BU SIRKETIN 80%SEHMI KECMIS RUS NEFTIN BASCISI OLMUS MIXAYIL KUTSERIYEVE AIDIR.SIRVANDA BOYUK GERGINLIK VAR,EHALI SOZUNU DEMEYE MEDIA AXTARIR,KIMSE BU ISDE YARDIMCI OLARSA APAKADAR@HOTMAIL.COM EMAIL ETSINLER,A KISILER ISE BAXIN SIRVAN TOPRAKINDA ANADAN OLMUS O TOPRAGA SAHIB INSANLARI RUSLAR SIDEN CIXARIR,BUNA NE AD VEREK NE MILLI BIRLIK NE VETENPERVERLIK.SAHIB CIXAN VAR BIZE YA BIZDE BU RESPUBLIKAYA TUPUREK GEDEK…..GELEN OLARSA GELSIN ALIBAYRAMLIYA GAMMATIN DERDINE SERIK CIXAK,ANS GELMIR LIDER GELMIR KORXAK OLDUK GETDIK WALLAHI

  3. Yanvar 17, 2010 tarixində, saat 10:53 səhər

    Ali bey tam zamaninda atilmish bir addimdir.Bu gun olke muxalifeti ne qeder acinacaqli duruma salinsada bilmek lazimdir ki, Azerbaycan meselede xalq daha haqli gorunur. Cunki muxalifet partiytalarinda xalqin feal,mubariz hissesi yer alib. Ve xalq oz feal liderlerinden destek ummaqda haqlidir.Sizin bu addiminizi muxalifetin xalqa destek istiqametinde acdigi bir imkan , pencere kimi qiymetlendirirem.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: