Əsas səhifə > Yazılar, Əli Kərimli > Bənənyarda Yaşanan Vəhşətin Məsuliyyəti

Bənənyarda Yaşanan Vəhşətin Məsuliyyəti

Əli Kərimli

Bənənyar kəndində yaşanan son vəhşət ən biganə insanları da mövcud rejimin mahiyyəti haqqında yenidən düşünməyə məcbur etdi. Bu ölkədə heç kim belə ədalətsizlikdən, zorakılıqdan sığortalanmayıb. Düzdür bir-çox adamlar baş verənlərdə Vasif Talıbovun xüsusi rolu olduğunu düşünürlər və bununla özlərinə təsəlli verirlər. Bənənyarda yaşananlara görə Vasif Talıbovun mühüm məsuliyyəti olduğu fikri ilə razıyam. Amma baş verənlərin Əliyevlər hakimiyyətinin idarəetmə prinsiplərinə tam uyğun olduğunu düşünürəm. İlham Əliyev təqdir etməsəydi Vasif Talıbovun  “özfəaliyyəti “bu qədər davamlı ola bilərdimi? Təbii ki, yox. Ona görə də baş verənlərə görə dövlət başçısı olaraq İlham Əliyev şəxsən məsuliyyət daşıyır. Əksini isbat etmək üçün cəzalandırsın Vasif Talibovu.

Bəs zaman-zaman hakimiyyətin qəzəbinə gələn digər bölgələrdə yaşanmışlar? 1994-cü ildə Gəncədə, AMON hadisələrindən sonra Qazax və Ağstafada, 2000-ci ildə Şəkidə, bir-neçə il əvvəl Nardaranda  yaşananlar da eyni mahiyyətli idi. Bütün bu kimi hadisələrin hamısında 2 mühüm ortaq məqam var. Etiraz etməyə cəsarət edənlərdən qisas almaq və insanları dəhşətli şəkildə qorxutmaq. Eynən işğal rejimlərində olduğu kimi.

Bənənyar və digər bölgələrimiz paytaxtdan, deməli həm də diplomatların, siyasətçilərin, jurnalistlərin, hüquq müdafiəçilərinin gözündən uzaqdır. Hökumətin hər dəfə illüziyası olur ki, belə ucqarda baş verənləri geniş ictimaiyyətdən gizlətmək olacaq. Elə bu ümidlə də kəndə gediş-gəlişi qadagan etmişdilər. Telefon əlaqəsini kəsmişdilər. Buna ümid olub hakimiyyət təmsilçiləri belə ucqarlarda daha səmimi olurlar. Xalqla ürəklərindən keçən kimi rəftar edirlər.

Bənənyardakı hadisələr, Eynulla Fətullayevə qarşı yeni ittihamla birlikdə hakimiyyətin seçkiyə özünəməxsus hazırlığıdır. Parlament seçkilərindən çox narahatdırlar. Xalqın kütləvi şəkildə narazılığını bilirlər. Ona görə hər şeyi edirlər ki, seçkiyə qədər qorxu mühütini saxlaya bilsinlər. Yəqin bir çoxlarını qorxuda bildilər. Amma əminəm ki, əksər insanların ölkəni bu qəddar hakimiyyətdən xilas etmək istəyini, iradəsini daha da gücləndirmiş oldular.

Ölkədəki cəzasızlq mühüti fəsadlar doğurur. Dövlət məmurlarının azgınlıgı, harınlıgı xalqla hökumət arasında uçurumu dərinləşdirir. Hər cür zalımlığın bir sonu var. Azərbaycan da istisna olmayacaq.

Kateqoriyalar: Yazılar, Əli Kərimli
  1. Samir
    Yanvar 9, 2010 tarixində, saat 9:38 səhər

    salam Əli bəy, hansısa məsələ ilə bağlı sizin fikirlərinizi öyrənmək üçün belə bir imkanın olmasına çox sevindim,
    mühazirələrində Erkin (Qədirli) müəllim deyirdi ki, düşüncə baxımından insan həm hüquqşünas, həm də siyasətçi ola bilməz. “Olar” deyəndə (nəisə etmək olar) hüquqşünas icazəni, siyasətçi isə imkanı fikirləşir, icazə varsa (imkandan qabaq) nəisə etmək olar (hüquqşünas düşüncə tərzi), İcazə olmasa belə imkan varsa etmək olar (siyasətçinin düşüncə tərzi) Siz bildiyimə görə ixtisasca hüquqşünassınız, ancaq siyasətlə məşğulsunuz. sizcə hüquşünas eyni zamanda siyasətçi ola bilər?

  2. Cemil Qasimov
    Yanvar 9, 2010 tarixində, saat 10:33 səhər

    Əli bəy sizin fikirlərinizdəki 2 ortaq məqamla razıyam.Hakimiyyətin məqsədi sizin qeyd etdiyinizlərdir.

    Siz necə heab edirsiniz?
    Azərbaycan demokratikləshəndən sonra Naxçıvan indiki Abxaziya vəziyyətində ola bilər?

  3. Ramil
    Yanvar 9, 2010 tarixində, saat 10:48 səhər

    Bənənyarda baş verənlər utanc səhifəsidir. Bundan iki nəticəyə gəlmək olar. Ya Qarabağdan sonra Naxçıvanı da itirmişik və Vasif Talıbov Naxçıvanı ayrıca respublika elan edib. Ya da əmr birbaşa Bakıdan gəlib. Qarabağı qaytarmaq istəyənlər Naxçıvanı Azərbaycana qaytara bilirlərmi. Şübhəsiz hökümət məsuliyyəti daşımalıdır.

  4. Yanvar 9, 2010 tarixində, saat 2:40 axşam

    Bənənyarlıda baş verənlərə heç cür haqq qazandırmaq olmaz. Hakimiyyətin səhvi onda oldu ki, informasiyanı gizləməyə çalışdı. Vaxtında informasiya verilsəydi hakimiyyət özü də belə bir çətin vəziyyətə düşməzdi. İnsan hüquq və azadlıqlarının boğulması pis haldır və xalq buna dözməməlidir. Sevetlər Birliyi dağılandan sonra ikinci bir Sevet Respublikası qurmaq və insanalrın inanclaırnı şübhə altına almaq yolverilməzdir.

  5. Etibar
    Yanvar 9, 2010 tarixində, saat 3:29 axşam

    Salam. Əli bəy, əslində biz bu cür hadisələrə ÖYRƏŞMİŞİK (bir növ adətkərdəyik-“Azərbaycan xalqı dözümlü xalqdır”). Yəqin “möhtərəm” YAP “hökuməti” millətin səbrini sınaqdan keçirir. Yoxsa heç olmasa Allahdan utanardılar. Meger bilmirlermi ki bu cür davranışlarının cəzası onların yanına qalmayacaq ? Əlbəttə ki, bu ifritlərin hakimiyyətinə çox qalmayb. Lakin olan yenə də kasıb camaata olur !!!

  6. Etibar
    Yanvar 9, 2010 tarixində, saat 3:44 axşam

    Din xadimlərinin incidilməsi, onlarla adi cinayətkar kimi rəftar olunması vəhşiliyin ən son məqamıdır. Hakimiyyətin İslamdan və müsəlmanlardan QORXMASINI başa düşürük. Lakin bununla belə mənəviyyat məsələlərində ehtiyatlı olmaq zorundadırlar. Bu əslində mənəvi təcavüzdən başqa bir şey deyildir. Məscidləri bağla, CÜMƏ namazına qadağa qoy, AZAN oxunmasın, Axundları həbs elə…Anlamaq olmur ki “ONLAR” müsəlman deyil, ya “BİZ” başqa ölkədə yaşayırıq. Onsuz da məscidlərdə, mədrəslərdə kifayət qədər “adamları” var.

  7. Taleh Məmmədov
    Yanvar 9, 2010 tarixində, saat 4:47 axşam

    Biz susduqca hər yer Bənəniyar olacaq. Artıq bəsdir deyib bu ildən daha ciddi mübarizə aparmalıyıq. Parlament seçkiləri məncə stimulverici qüvvə olacaq bu yöndə.

  8. Anar
    Yanvar 9, 2010 tarixində, saat 5:15 axşam

    Ali bey qarshidan gelen seckilerde genclik avanqard ola bilermi?

    Cebheci gencler fealdir ancaq bu onlarin mubarizede avanqard olmagina kifayet edirmi?

    Teshekkur edirem!

  9. Rəşad Babalı
    Yanvar 9, 2010 tarixində, saat 5:57 axşam

    Sirke ne qeder tund olsa bir o qeder tez qabini tez sindirar.

  10. Garib
    Yanvar 9, 2010 tarixində, saat 7:24 axşam

    Ola bilsin ki,sinag kecirirler segkigabagi reaksiyani yoxlayirlar amma bilmeden agilsizliglarini gösterirler,,

    Ola bilsin sinag kecirirler seckigabagi reaksiyani yoxlayirlar amma agilsizliglari uze cixir,,Kim Allaha …. garshi cixirsa Allah o kafirlerin dushmanidir.,,Begere 98.Ola da bilsin Naxcivan aposu emri Bakidan yox Imralidan alib,Dtp-nin baglanmasi,pkk-nin sixishdirilmasi,pjakcilarin edami yeni kamplara ehtiyac yaradir.

  11. Arif Səfərli
    Yanvar 9, 2010 tarixində, saat 7:27 axşam

    .Bənəniyarda baş vermiş olaylar zamanı hakimiyyət özünü yandırmış şəxsin yaşıyıb yaşamamsı ilə bağlı informasiyanı gizlətməklə kənddə gərginliyi yüksəldib və kəndə daxili qoşun hissələri yeritmək üçün əsas yaratmağa çalışıb.Bu onu göstərir ki,Bənəniyara qarşı geniş miqyaslı zorakılıq aksiyası əvvəlcədən planlaşdırılıb və məqsəd geniş miqyaslı qəddarlıq nümayiş etdirməklə parlament seçkiləri ərəfəində cəmiyyətin gözünü qorxutmaq olub. Əgər bizlər bu zorakılıqlar qarşısında susqunluq göstərsək onda bu cür olayların təkrarlanmsı üçün iqtidara yeni fürsətlər tanımış olacağıq.Və təəcrübə də göstərirr ki,susmaqla bu iqtidarın özbaşınalıqlarından qorunmaq mümkün deyil.Bakı ətrafında evləri kütləvi şəkildə sökülən vətəndaşlarımızda susmuşdu,bir vaxtlar Bənəniyarlılarda susmuşdu sonu nə oldu, susmaq özümüzü qurbanlar sırasına qoymaq deməkdir,növbə bizə də çatanda başqaları susuacaq.divan tutsi

  12. Vezir Əsədov
    Yanvar 9, 2010 tarixində, saat 7:35 axşam

    Salam Əli bəy.Bu xalq bu iqtidarla bağlı həqiqətləri gözəl bilıir.Baxın hansı seçkilərdə bu rejimin nümayəndəsi xalqdan səs ala bilib.Sadəcə insanlar qorxurlar,bir millət olaraq bütün gələcəyimizi qorxuya qurban vermişik.Adam inana bilmir,azadlıq,ədalət ,demokratiya uğrunda qonşu İranda insanlar,hətta qadınlar həyatlarını qurban verirlər,daha güclü bir rejimlə açıq mübarizə aparırlar,bizdə isə insanlar bir dəyənək qorxusuna görə ölkəmizi,mənəviyyatımızı bir dəstə feodal təfəkkürlü quldur dəstəsinə qurban veriblər.Azad olmaq üçün öncə onu haq etdiyini sübut etməlisən.

  13. Vaqif
    Yanvar 9, 2010 tarixində, saat 7:44 axşam

    salam Əli bəy.Sizə Azərbaycanımızın azadlığı və demokratiya uğrunda apardığınız mübarizədə uğurlar arzulayıram.Bütün böyük liderlər sizin bu gün üzləşdiyiniz çətinliklərlə üzləşiblər,ancaq sonunda qalib gəliblər.Mən Sarbon universitetində təhsil almışam,ancaq dünyagörüş və əxlaq baxımından bu feodal rejimi qəbul edə bilmirəm.Sizin müsahibələrinizi oxuyuram və fəaliyyətinizi izləyirəm. Apardığınız mübarizədə sizinlə birgə olmaq,doğru bildiyim dəyərlər üçün çalışmaq istəyirəm.Buna görədə AXCP-yə üzv olmaq qərarına gəlmişəm.

    • Yanvar 9, 2010 tarixində, saat 8:39 axşam

      Vaqif bəy, sizin AXCP-yə üzv olmaq istəyinizi alqışlayıram. Sizin kimi insanları gördükcə gələcəyə ümid daha da artır. Sorbon Universitetinin məzunu məhz belə bir qərar verə bilər. Uğurlar sizə. Şad oldum. Cənab sədr də sizin gəlişinizi yüksək dəyərləndirəcək. Uğurlar.

  14. Aydın
    Yanvar 9, 2010 tarixində, saat 8:01 axşam

    Naxçıvanda baş verənlər bu bölgəni etnik baxımdan boşaltmaq üçündür.380 min əhalisi olan Naxçıvanda bu gün 100 min insan qalıb və Naxçıvan gündən günə boşaldılır.Əvəzində isə qonşu İran və Türkiyədən kürdlər Naxçıvana köçrülür.Azərbaycanın bu regionu kürdləşdirilir.Bəniyar olayları insanlarda kütləvi xof yaradıb onları yerlərindən didərgin salmaq məqsədi güdür.Onsuz da insanların şəxsi həyatınadək müdaxilə edən məmur özbaşınalığı və dözülməz şərait artıq buarada yaşamaq imkanlarını məhdudlaşdırıb.Azərbaycan üçün gələcək də növbəti Qarabağ hazırlanır.

  15. Yanvar 10, 2010 tarixində, saat 9:31 səhər

    men azeribayjanda rehber sizi gormek isterdim.sizin veregeyiniz en pis gerar bele her bir azeri evine seving getire biler,baska ne deyim.gercekden tessuf edirik ki, ALI KERIMLI kimi devlet basgimiz yoxdur

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: