Əsas səhifə > Yazılar, Əli Kərimli > Parlament seçkiləri yeni imkanlar yaradacaq

Parlament seçkiləri yeni imkanlar yaradacaq

Əli KərimliBaxmayaraq ki, indi ölkədə kütləvi hüquqsuzluq hökm sürür, qorxu və ətalət cəmiyyətə hakimdir, ilin sonunda keçiriləcək parlament seçkilərinin ictimai-siyasi aktivliyə, demokratiya uğrunda mübarizəyə təkan verəcəyinə inanıram.

Müşahidələrimə görə, cəmiyyətimiz 1-2 il əvvəl mübarizə aparmaqdan  yorulmuşdusa, indi fəaliyyətsizlikdən, çarəsizlikdən yorulmuş və bezmiş görünür. 2003, 2005 seçkilərində hökumətə əsas alternativ olmuş, seçkilərdən sonra da ağır repressiyalara məruz qalmış  siyasi partiyalar da  artıq toparlanmış və yenidən mübarizəyə hazır kimi görünürlər. Vaxtilə Azərbaycana istiqlal qazandırmış Milli-Azadlıq Hərəkatı iştirakçıları arasında da bir aydınlaşma  baş verib. Satılan satılıb, mövqeyini dəyişə bilən dəyişıb, mühacirətə getmək istəyən gedib, qalanlar isə bir daha özü üçün qətiləşdirib ki, aktiv mübarizə aparmağın alternativi yoxdur.

Parlament seçkilərində yalnız siyasi partiyalar iştirak etmir. Proqnozlara görə 125 dairə üzrə 1000-dən artıq, ən azı isə 700-800 nəfər namizəd seçkilərə qatılacaq. Bu qədər namizədin ən uzağı 300-350 nəfəri birbaşa iqtidar və ya müxalifət təmsilçisi olacaq. Bu o deməkdir ki, prosesə  aktiv, ambisiyalı, ən azı müəyyən region və ya çevrədə nüfuzu olan 100-lərlə insan qoşulacaq.

1000-dən artıq namizədin yalnız 125-i hakimiyyət tərəfindən dəstəklənəcək. Bu da o deməkdir ki, hökumətin dəstəkləyəcəyi 125 nəfərdən başqa  yerdə qalan bütün namizədlər və onlara yaxın çevrələr  seçki prosesinin şəffaflığında, monitorinqində, ümumiyyətlə demokratiyanın inkişafında maraqlı olacaqlar. İctimai aktivliyə  kömək etmiş olacaqlar.

Çoxlu sayda savadlı, demokratik təfəkkürlü, vətənpərvər gənclərin ölkənin ictimai-siyasi həyatına qoşulduğunu  görürəm. Onlar özləri ilə bərabər siyasətə bir-çox yeniliklər gətirəcəklər. Parlament seçkiləri onların özlərini yoxlamaları, reallaşdırmaları  üçün ilk fürsət olacaq. Hökumət də bunun fərqində olduğuna görə onları qorxutmağa çalışır. Gənc siyasi məhbuslar ona görə azad edilmir. Amma gördüyüm qədər gənc fəalların əksəriyyəti qorxmayıb, mübarizə aparmaq əzmindədir. Gənclərin parlament seçkilərinin yaradacağı imkanlardan maksimum istifadə edəcəyinə və bununla da ölkədə ictimai fəallığın artmasına  güclü təsir edəcəklərinə inanıram.

Seçki ərəfəsi dövrdə Azərbaycan beynəlxalq təşkilatların və beynəlxalq mediyanın diqqətində olacaq. Bu da bir tərəfdən hökuməti ürəyindən keçirdiyi qanunsuzluqların  ən azı bir qismini etməkdən çəkindirəcək, digər tərəfdən isə mübarizə aparan insanlarda əlavə ümid yaradacaq. Xalqımız hiss edir ki, rejim 3-5 il öncə sahib olduğu  beynəlxalq dəstəyə indi malik deyil. Biz heç bir beynəlxalq gücdən dəstək istəməmişik, istəmərik də. Azərbaycanı demokratikləşdirmək biz azərbaycanlıların  şərəfli borcudur. Bir az tez, ya bir az gec biz bu vəzifəmizi yerinə yetirəcəyik. Amma biz bir çox beynəlxalq güclərdən zaman-zaman tələb etmişik ki, ölkəmizdəki korrupsioner rejimə dəstək verməsinlər, onlarla korrupsiya əlaqəsinə girməsinlər. Son vaxtlar bizim bu tələblərimizin nəzərə alınmasının bəzi əlamətləri görünməkdədir…

Bu il yaşanan iqtisadi böhran hökumətin iqtisadi  inkişaf barədə son illər apardığı təbliğatı iflasa uğratdı. İqtisadiyyatın çox pis idarə olunduğu və bütövlükdə neft satışından asılı olduğu  indi hamıya məlumdur. Belə davam etsə bir neçə ilə neft də, neft fondu da tükənəcək. İqtisadi inkişaf nağılının  belə sonluqla bitməsi parlament seçkilərində hakimiyyət təmsilçiləri üçün xeyli problem  yaradacaq. Hakimiyyət təmsilçisi olaraq xalqdan səs almaq çox çətin olacaq.

Bu seçkilər yeni mediyanın mühüm rolunun  hiss olunacağı ilk seçkilər olacaq. Tək Azərbaycanda deyil bütün qeyri-demokratik rejimlərdə internet hökumətin istəmədiyi informasiyaların yayıldığı əsas məkana çevrilir. Tv-lərin üzümüzə bağlı olduğu, qəzetlərin imkanlarının zəiflədildiyi indiki şəraitdə, düzgün istifadə edəcəyimiz təqdirdə internet mediyası çox səmərəli ola bilər.

Sadaladığım və sadalamadığım faktorların seçki ərəfəsi ictimai-siyasi fəallığa  zəmin yaradacağını düşünürəm.Amma siyasi və ictimai qüvvələrin planlı və məqsədyönlü fəaliyyəti olmazsa  bu faktorların öz-özünə nəticə verməyəcəyi də məlumdur. Bu barədə növbəti yazıda.

P.S. Əvvəlki yazılarla bağlı mənə dəstək verən, şərhlər yazan, sual verən  hər kəsə təşəkkür edirəm. Bütün suallara bir-bir cavab yazmağı vəd etmirəm. Buna, vaxt çatdıra bilmərəm. Amma zaman–zaman aldığım sualları ümumiləşdirib, yazılarımda cavablandıracağam.

Kateqoriyalar: Yazılar, Əli Kərimli
  1. Yanvar 12, 2010 tarixində, saat 8:06 səhər

    Əli bəyin bu yazısı əhəmiyyətli yazıdır. 2010-cu ildə dəyişiklik yaratmaq mümkündür. Bunun üçün xalqın, azadlıqsevərlərin səfərbər olunması vacibdir. Buna görə də hər kəs öz ətrafında olan 15-20 nəfərə təsir edərsə, bu zaman müsbət dəyişiklik qaçılmaz olar. Həm özünüzü dəyişin, həm də ölkəni! Dəyişiklik həm də hər vaxt arzuolunandır. Hakimiyyətə də Barak Obama “CHANGE” “DƏYİŞİKLİK” şüarı ilə gəldi.

    Hörmətlə,

    Razi Nurullayev
    AXCP sədrinin müavini

  2. Natiq Güləhmədoğlu
    Yanvar 12, 2010 tarixində, saat 9:18 səhər

    Əli bəy, tamami ilə haqyıyam.
    Çünki mənasiz bir bələdiyyə seçkisində ölkədə hansı hadisələr baş verdi gördük. YAPçılar belə qiyama qalxdı. YAP öz üzvülərinə töhmət verdi, partiyadan qovdu. İnsanlar MSK önündə aksiya keçirdi.
    Sadəcə cəsur olmaq lazımdır.

  3. perviz
    Yanvar 12, 2010 tarixində, saat 10:19 səhər

    Hörmətli Əli bəy,
    sizinlə tam razıyam.Parlament seçkilərində yaxşı işləsək ölkədə vəziyyəti dəyişmək olar.Hökumətin daxilində ciddi ziddiyyətlər var.Seçki zamanı daha da artacaq.Amma gərək müxalifət aktiv olsun.Sizin blog açmağınızı alqışlayıram.Gərək bütün müxalifətçilər sizin kimi optimist və mübariz olsun
    Hörmətlə Pərviz

  4. elman
    Yanvar 12, 2010 tarixində, saat 10:39 səhər

    Eli bey,sag olun ki, biz gencleri de quvve sayirsiniz.Planlarinizda bizi de nezere almaginiz sevindirdi meni.

  5. Mehemmed
    Yanvar 12, 2010 tarixində, saat 11:21 səhər

    Men dushurem ki,her bir siyasetchi fikirlerini shifahi nitqlerle mehdudlashdirmamalidir,eksine o siyasetinin mahiyyetini achan her chatdirma vasitesinden ve usulundan yararlanmagi bacarmalidir.Bizde chox nadir hallarda serbest meqale yazan,lazim olduqda koshe yazisi yazan(bezen ise yazmagi bacaran) siyasetchiler demek olar ki,chox azdir.Amma sizin vaxtile jurnalist merhelesinde kechmeyiniz sizi bu sahede diger siyasetchilerden ferqli edib.Son 2005-cu ilde chox yuksek peshekarliqla yazdiginiz “Azadliq”daki meqale helede menim yaddashimdadir.Oxucu,dinleyici,elektoratla bu cur temas usullari sizin hem onlarin ovqatindan,durumundan,psixolji veziyyetinden,dushuncelerinden hali edir,hemde onlarin size bir addimda olsa,yaxinlashmasina impuls verir.Bu mubadile olduqca vacib bir siyasi merhelenin esasini qoydu.Bu munasibet ve teshebbus munasibetile sizi tebrik edirem.

    Hormetle,iqtisadchi M.Talibli

  6. salman
    Yanvar 12, 2010 tarixində, saat 11:32 səhər

    Eli bey,blog yazilari yazib oxucularla birbasha unsuiyyet qurmaginiz meni sevindirdi.Indi onsuz da hakimiyyet sizi her terefden sixishdirir.Ofisinizi de aliblar.Yaxshi ki siz veziyyetle barishmirsiz.Fikirlerinizi yaymag uchun yeni vasite tapdiniz.Ugurlar.

  7. Serxan
    Yanvar 12, 2010 tarixində, saat 12:48 axşam

    Eli bey yazılarınızı rahatlıqla teqib ede bilmeyimiz üçün yaxşı olardı ki,yazınızı oxuyarken kublarla çekdiyimiz eziyyeti sonlandırardız.Teşekkürler

  8. Natiq Güləhmədoğlu
    Yanvar 12, 2010 tarixində, saat 1:32 axşam

    Natiq Güləhmədoğlu :
    Əli bəy, tamami ilə haqlısınız.
    Çünki mənasiz bir bələdiyyə seçkisində ölkədə hansı hadisələr baş verdi gördük. YAPçılar belə qiyama qalxdı. YAP öz üzvülərinə töhmət verdi, partiyadan qovdu. İnsanlar MSK önündə aksiya keçirdi.
    Sadəcə cəsur olmaq lazımdır.

  9. Yanvar 12, 2010 tarixində, saat 1:52 axşam

    Men de deyisiklik olacaqina derinden inaniram. Butun sertler deyisikliye doqru aparir. Yalniz metin mubarize lazimdir

  10. Ilqar Abdullah
    Yanvar 13, 2010 tarixində, saat 7:22 səhər

    Salam,Ali bey.Fikirlerinle tamamiyle raziyam.Insanlar artiq illerle davam eden bu iyrenc,edaletsiz ictimai-siyasi qurulushdan bezibler.Lakin, onlar oz naraziliqlarini dile getirmeye ve oz haqqlari ugrunda mubarize aparmaga chekinirler.Bunun muxtelif sebebleri var.Bax ele bu sebebler imkan vermir ki,onlar ayaga qalxsinlar.Sebeblerden en boyuyu,men deyerdimki,butun edaletsever insanlarin bir yere toparlana bilmemesi ve ayri-ayriliqda mubarize aparmasidir.Olke vetendashlari da bu hali gorub ruhdan dushur ve milli siyasi quvvelerin apardiqlari agir mubarizeni basha dushmurler,ya da ki,qebul etmirler.Bele bir hal dinimiz olan Islamda da bash verib.Bildiyiniz kimi Islam Peygenberimiz(s.a.s) dovrunde daha qudretli,daha quvvetli idi.Sonra ne bash verdi,70den chox teriqetler,firqeler,mezhebler yarandi.Bununla da Islam zeiflemeye bashladi,halbuki,Allah Teala muqeddes Quranda buyurmushdu ki,firqelere parchalanmayin,bir olun.(Ali-Imran seresi103,el-Enam suresi 159)Bax ele buna gore de men butun edaletsever siyasi quvveleri birliye chagiriram.Guc birlikdedir!!!

  11. Vusal
    Yanvar 13, 2010 tarixində, saat 8:30 səhər

    Eli bey,incimeyin,men sizin optimizminizi bolushmurem.Her millet oz hokumetine layiqdir.Bizim de hokumetimiz ele bele olmalidir.Ne bizim partiyalarin birleshib ne ise edeceyine inanmiram,ne de genclerden bir shey gozlemirem.QHT-lerden danishmaga deymez hamisi satilib.

  12. Anar Məmişov
    Yanvar 13, 2010 tarixində, saat 8:43 səhər

    Salam Əli bəy. Ölkədə hal-hazırda özbaşnalıqla bərabər inamsızlıqda hökm sürür. İnsanlar kimə , nə üçün inanacağını bilmir. Bu vəziyyətdə seçkilərin keçirilməsi hakimiyyət üçün bir tərəfdən təhlükəlidir digər tərəfdən isə əla fürsətdir. Hakimiyyət indiki vəziyyətdə işini görür yenə. Son Bənəniyar hadisələri göstərdi bunu. Hadisəni yenə Cəbhənin üstünə atmaları gün işığı kimi aydın məsələdi. Xalqın inamını öldürmək və seçkiləri özləri bildiyi kimi keçirmək. Bunun cavabını Bütün “Demokratik Qüvvələr” birləşərək verməlidi. 2005 ci ildəki birlikdən daha Mütəşəkkil daha cəsarətli daha inamlı. Müxalifətin seçkilərə parçalanmış haldaqatılmasından şəxsən mən heç bir perspektiv gözləmirəm. Keçmişdə olan bütün hər şeyi kənarda qoyub birləşməyin vaxtı çatıb. Bunun üçün çox olmasada kifayət qədər vaxt var.

    Orda bir yol var uzaqlarda
    O yol bizim yolumuzdu
    Getməsək də varmasaqda
    O yol bizim yolumuzdu

    Bu vətən üçün , bu Millət üçün, haqq ədalət üçün çalışan hər kəsin yolu açıq olsun…

  13. Fuad Qəhramanlı
    Yanvar 13, 2010 tarixində, saat 6:53 axşam

    Əli bəy, parlament seçkiləri ilə bağlı gözləntilərinizi paylaşıram.Bununla belə bəzi dostlarımızın pessimist ovqatını da anlayıışla qarşılayıram. Bir çox dostlarımızın inamsızlığının cəmiyyətimizdə hakim olan qorxu hissi və dəyişikıiklərə olan inamsızlıqla bağlı olduğu aydın görünür .Ancaq mühüm tarixi hadisələr heç də həmişə dəyişikliklərə inam olması və qorxu mühitinin tam ardan götrülməsi şəraitində baş verməyib. Bəli insanlar qorxurlar ,özlərinə inamsızdırlar ancaq, onları bu vəziyyətə salan rejimə, idarəetmə formasına elə buna görədə nifrət edirlər. Kasıb yoxsul yaşayışına görə, zəngin qazandığının rüşvət şəklində əlindən alınmsına görə,gənc özünü reallaşdıra bilmədiyinə görə, dövlət orqanı ilə təmasda olan hüquqsuzluğa və məmur özbaşınalığına görə və s…nümunə gətirə biləcəyimiz çox saylı səbəblərə görə cəmiyyətin bütün təbəqələrində etiraz, narazılıq hissi toplanmaqda.və ifadə oluna bilmədiyinə görə də nifrətə çevrilməkdədir. Baxın ötən əsrin 80-ci illərin sonunda Şərqi avropada inqilablar baş verəndə məgər cəmiyyətdə qorxu hissi yox idi.Götürək elə Rumuniyanı Çauşeskunun vəhşi zorakılığına qarşı rumunlar necə kütləvi etiraz etdilər.Bax bu onu göstərir ki, qorxunun hakim olduğu, inamsızlığın kök atdığı yerdə cəmiyyətin narazılıq hissi daxildə toplanır və nifrətlə püskürür. Açıq sitemlərdən fərqli olaraq qapalı avtoritar rejimlərdə siyasi maraq və düşüncə fərqlilikləri deyil, məhz nifrət hissi cəmiyyətdə heç kimin gözləmədiyi siyasi təlatümlərə, etiraz dalğalarına yol açır. Elə bir neçə gün bundan öncə Naxçıvanın Bənəniyar kəndində baş verənləri götrün. Hər kəs təsdiq edər ki, Naxçıvandakı qorxu mühiti və ümidsizlik digər regionlarımızdan daha çoxdur. Ancaq təkcə bir kənddən 1000-ə yaxın insan çıxıb etiraz edir və özü də polis şöbəsinin qarşısında keçirirlər aksiyalarını. Deməli bir kənddə bu cür kütləvi etiraz baş qaldıra bilirsə onda görün ölkədə nələr baş verə bilər. Əgər biz müxalifətçilər, bu ölkədə dəyişiklik istəyən yeni təfəkkürlü gənclik, xalqın bu nifrət hissinə hesblanmış addımlar ata bilsə, cəsarət göstərə bilsə, onda daxilən bütöv olmayan, bir-biri ilə düşmənçilik edən qruplaşmalardan təşkil olunmuş iqtidar komandasıda demokratik etirazların qarşısında davam gətirə bilməyəcək. Bu səbəbdən də bizim əlimizdə cəmiyyətin narazılıq potensialı kimi çox böyük siyasi resurs var və çox şeydə bu potensialı aktivləşdirə bilməmizdən aslı olacaq.

  14. Arif Səfərli
    Yanvar 14, 2010 tarixində, saat 11:19 səhər

    Mən bu məsələdə Fuad bəylə razı deyiləm. Çünki adətən kütləvi etiraz hərəkatları, ictimai etiraz dalğaları öz-özünə yaranmır, onu təşkil edib meydana çıxaran qüvvələr olur.Baxın, məgər 2005-ci ildə bu xalqın durumu indikindən fərrqli idi, təbi ki,yox. Ancaq indikindən fərqli olaraq o zaman bu xalqın etirazlarının ifadəçisi missiyasını üzərinə götürən müxalifət fəalları bu cəmiyyətin süstlüünü təsirinə düşməmişdilər.Ona görədə bu ölkədə dəyişiklik etməyən passivləşmiş müxalifətçilər və birdə siyasi proseslərədə varlığını yeni duyurmaqda olan gəncliyimiz ətalətdən yaxa qurtara bilsə və ən azı 2005-ci ildəki enerji ilə çalışmaq istəsə onda indiki əlverişli şəraitdə bu ölkədə ciddi dəyişikliklər etmək olar.Əlverişli şərait deyəndə mən İlham Əliyvin beynəlxalq səviyyədə son ümidləri də itirməsini və tam bir feodel təfəkkürlü diktator kimi tanınmasını nəzərdə tuturam. Bu dəfə o əvvəlki dönəmlərdən fərqli olaraq ölkədə keçrilmiş bələdiyyə semkilərinə ənənəvi olaraq aldığı”demokratiyaya doğru bir addım da irəli”qiymətini ala bilmədi.

  15. Yanvar 17, 2010 tarixində, saat 10:43 səhər

    Pessimi8stlerin yadina saliram ki, 2003 cu il 16 oktyabrdan sonrada ehalide bele bir inam formalashmishdiki daha muxalifet bir daha ozune gele bilmez ve sair.Lakin 2004 cu ilin sonlarindan AXCP feallarinin BSHIH qarshisinda kecirdiyi coxsayli piketler,Muxalifetin aparici quvvelerinin bir araya gelmesi ve nehayet AXCP uzvlerinin diger muttefiqlerin ishtiraki ile sergilediyi 21 may qehremanligi cemiyyetde ozune inami berpa etdi. AXCP nin hemin qehremanliqlari daha boyuk shucaetle tekrar edib cemiyyeti ayaga qaldiracagina , bu hakimiyyeti gec-tez tarixin arxivine gondereceyine inananlardanam. Ve hesab edirem ki, inamim kifayet qeder esaslidir. En azi AXCP-ni yaxshi taniyan bir shexs kimi bunu deyirem.

  16. Nahid
    Yanvar 20, 2010 tarixində, saat 5:18 axşam

    Yuxarida şərhini oxuduğum Razi Nurullayeva——
    Düzü bu hakimiyyətin mövcudluğuna sitayiş edən şəxslərdən deyiləm..Pərəstşkar olmaq , alqışlamaq da daxilimə ziddir…Bir dəfə küçə görüşlərinin birində Razi ilə qarşı-qarşıya oturmuşdum…Gənclərlə söhbətində özünü elə ideal və aristakratcasına göstərirdi ki onun özünü elə çəkməsinə və dahiyanə aparmasına sözün əsil mənasına xəcalət çəkdim..Digər həmkarları olan gənclərə özünü elə uca tutub şairanə göstərirdi ki, öz-özlüyümdə dedim: Müxalifət budurmu, mənim seçmək və dəstəkləmək istədiyim yeni cəmiyyət qurucularindan olan nümayəndə budurmu,??Sakitcəsinə durub bu insana hey baxıb tamaşa etdim, amma bu insan….bəlkə də bu insan öz aləmində qüsursuz və nöqsansız ola bilər bəlkə tam sag bir insan ola bilər..amma artıq mənim gözümdə alçalan şəxslər sirasına daxil edildi…Sözümün canı budur ki, məzlum qalmış, carəsizliyini xalqla bölüşən müxalifətin əsas dayaq nöqtəsi xalqdır,sadə vətəndaşlardır…Bu gün müxalifət bu sadə insanların ürəyinə yol tapa bilmirsə,yalnız sadəcə olaraq öz maraqlarını güdürsə elə vəziyyət belə olaraq da qalacaq….Razi bey, məni pis başa düşməyin bunlar çənim şəxsi düşüncələrimdir…Bu gün müxalifətin ən zəif nöqtələrindən biri də budur ki, o gənclərin ürəyinə yol tapa bilmir…ən sadə, fağır gəncə dəstək olmaq əvəzinə onun üzərində elə hökmrancasına hakim olmaq istəyir ki, adam bütün bunları görüb özünün var lmağına cəhd etmək istəmir….
    Müstəqil,azad müşahidəçi………

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: