Əsas səhifə > Yazılar, Əli Kərimli > Müxalifətin birlik formatını necə görürəm?

Müxalifətin birlik formatını necə görürəm?

Azərbaycanın müstəqillik illərində indiki kimi çətin zamanlar çox olub. Amma mən indiki dövrü daha çox  2004-cü ilə oxşadıram. 2003-cü ilin oktyabr hadisələrindən sonra  həyata keçirilən iri miqyaslı repressiyalar, indiki kimi elan olunmamış fövqəladə vəziyyət şəraiti, yəni mitinq, nümayiş və hər cür kütləvi toplantıların qadağan olunması, ən əsası da uzun illər ərzində mövcud olmuş dəyişiklik gözləntisinin özünü doğrultmaması  cəmiyyətdə ümüdsizliyi, pessimizmi gücləndirmişdi. Hökumət də məqamdan maksimum istifadə edərək, onsuz da siyasi mübarizənin perspektivinə inamını itirmiş xeyli adamı müxalifət partiyalarını tərk etməyə məcbur edirdi. Ənənəvi müxalifətin bitib tükənməsi, ailə hakimiyyətinin əbədiliyi barədə aqressiv təbliğat da  öz yerində. Hətta təbliğatı o qədər şövqlə aparmışdılar ki, İlham Əliyev özü də inanmışdı bu təbliğata. ”Sosialist öhdəliyi” götürmüşdü ki, ənnənəvi müxalifəti 2008-ci ilə qədər bitirəcək…

Ümüd edirəm 2004 cü ilin o ağır günlərini yadınıza sala bildım. Sonrasını da yəqin xatırlayırsınız.  Müxalifət birləşərək  qısa zamanda elə bir gücə çevrildi ki, 2005-ci ilin noyabr seçkiləri zamanı  seçkini uddu. Hökumət seçki nəticələrini faktiki olaraq qol gücünə dəyişdirməli oldu. Amma seçkinin həqiqi nəticələrini nə ölkə ictimaiyyətindən, nə də dünyadan gizlətmək mümkün oldu. Hətta hökumətin pulu ilə exit-pol keçirən xarici kompaniya da bir müddət sonra seçkilərdə müxalifətin səs aldığını etiraf etməli oldu.  O zaman xalqımızı bir neçə ayın ərzində kütləvi  depressiya və ümüdsizlik halından qələbənin bir addımlığına gətirən əsas faktor müxalifətin uğurlu birlik formatının tapılması idi (Bir qədər əvvəl Gürcüstan və Ukraynada baş vermiş məxməri inqilabların da xalqın əhvalına pozitiv təsirini  unutmamışam).

Bilirəm ki, oxucuların tam əksəriyyəti  bu həqiqətlərdən xəbərdardır. Sadəcə olaraq tarixi paralellər gətirməklə sübut etmək istəyirəm ki, müxalifətin birliyi indi də zəruridir.

Müxalifətin real kəsiminin birliyinə nail olsaq, ilk növbədə vətəndaşlarımızın siyasətə marağını, öləzimiş ümüdlərini bərpa edərik. Nüfuzlu  ictimai xadimləri, ziyalıları, müstəqil və gənc yazarları, partiya seçimi etməmiş fəal gəncləri, bir sözlə bütün demokratik qüvvələri  hər hansı partiya deyil, məhz real müxalifətin seçki bloku öz ətrafında birləşdirə bilər. Biz müxalifətin birliyini təmin etməklə vətəndaşlarımıza sadə seçim təklif etmiş olacağıq: Bir tərəfdə hakimiyyətin korrupsiya komandası, əks tərəfdə də birləşmiş müxalifətin seçki bloku. Sizcə bu halda xalq kimi seçəcək? Mənim şəxsən şübhəm yoxdur.

Müxalifətin birliyi resurslarımızı artıracaq, müxalifətdaxili rəqabəti  aradan qadıracaq, müxalifətin intellektual, media resursları  “dalaşan partiyaların hansı haqlıdır və ya güclüdür?” kimi mənasız və üzücü mübahisələrə sərf olunmayacaq. Müxalifətin birliyi seçki prosesinə beynəlxalq diqqətin daha çox cəlb olunmasına səbəb olacaq,  seçki islahatlarının reallaşma ehtimalını çoxaldacaq,  bizim seçki dairələrindəki  vahid namizədlərimizi daha da güclü edəcək və s.

Nəhayət dostlar, bizim cəmiyyətdə velosipedi yenidən kəşf etməmək çağırışları artdıqca, onu  yenidən kəşf etmək istəyi də  həndəsi silsilə ilə artır. Axı bizdən qabaq 100-dən artıq millət avtoritar və ya totalitar rejimdən demokratiyaya keçidi həyata keçirib. Hər dəfə də  gerçək müxalifətin, bütün demokratik qüvvələrin birləşdiyi geniş xalq hərəkatı tiranlığa son qoyub. Biz niyə əksini sübut etmək istəyirik?  Yoxsa hamımız bu “suveren demokratiya” xəstəliyinə tutulmuşuq?

Bütün başqa məsələlər də olduğu kimi müxalifətin birliyi məsələsində də ifrata varmaq olmaz.

Müxalifətin birliyi  “ümummilli şüara” çevrildikdə bundan hakimiyyət  və hakimiyyətə bağlı qurumlar da  istifadə etmək fikrinə düşəcəklər. Düzdür tarix öyrədir ki, tarixdən  düzgün nəticə çıxaranlar  az olur, amma cəhd edək. Bizim yaxın tariximizdə hamının ucdantutma birləşdiyi  bir çox hallarda mətbuatın ironiya ilə kalxoz  adlandırdığı qurumlar da  olub. Nəticələr ürəkaçan olmayıb. Belə qurumların daxilində hökumətin müxtəlif  təxribatlar törətmək, daxili intriqalar yaratmaq, özü üçün təhlükəli saydığı qərarların qəbuluna mane olmaq imkanı daha geniş olur.

Həm də söhbət hökumətə münasibətdə mövqeləri üst-üst düşən, ən azı yaxın olan qüvvələrin birliyindən getməlidir. Müxalifətin birliyi psevdomüxalifətə  reablitasiya şansı yaratmaq üçün istifadə olunmamalıdır. Müxalifətin birliyi müxalifətçilik standartlarını aşağı salmaq bahasına əldə olunmamalıdır,  tam əksinə prinsiplərə sədaqətlə tamamlanmalıdır.

Beləliklə, müxalifətin birliyi elə həddə geniş olmalıdır ki, hələ seçki kampaniyası başlayana qədər hamı hökumətə alternativin hansı blok olduğunu  dəqiq bilsin (Hökumət  istənilən halda  müxalifət adından çıxış edən çoxlu sayda blokun yaranmasına nail olacaq). Müxalifət düşərgəsi daxilində, protest elektaratı çərçivəsində “hansı seçki bloku müxalifəti təmsil edir?”  mövzusunda diskussiya  getməsin. Amma həm də  o qədər geniş olmamalıdır ki, fürsətcil və zirək psevdomüxalifətçilərə də  real müxalifət adından seçkiyə qatılmaq imkanı versin.

Kateqoriyalar: Yazılar, Əli Kərimli Etiketlər: ,
  1. Rəşadət Axundov
    Yanvar 25, 2010 tarixində, saat 9:23 səhər

    Əli bəy, mümkünsə açıqlayasınız, konkret hansı partiyaların birliyini nəzərdə tutursunuz?
    İsa bəyin Yeni Musavatdakı müsahibəsində çox bəyəndiyim bir hissə var:Kifayət qədər aydın bir situasiya var. Çox aydın şəkildə görünür ki, Azərbaycanın mənafeyinə bağlı qüvvələr məhz Rəsulzadə-Elçibəy xəttinə bağlı olan qüvvələrdir. Bu cizgidən kənara çıxan qüvvələr hansı səbəblərdən olur-olsun, Azərbaycanın əsas magistral inkişaf yolundan sapmış qüvvələrdir.

    Bu fikrə münasibətiniz mümkünsə.

  2. Rəşadət Axundov
    Yanvar 25, 2010 tarixində, saat 9:31 səhər

    Şəxsi fikrim isə belədir ki, Heydər Əlievlə işləməkdən hələ də qürur hissi ilə danışan Eldar Namazov və nə Heydər Əliyevi nə İlham Əliyevi heç vaxt konkret ünvanla tənqid etməyən Lalə Şövkətə inamım heç vaxt olmayıb və olmayacaq.

  3. Yanvar 25, 2010 tarixində, saat 9:33 səhər

    HORMETLI ELI BEY men isterdim ki azadliq bloku ile musavat birliyi SIZIN DEDIYINIZ KIMI bele olsun

  4. Cemil Qasimov
    Yanvar 25, 2010 tarixində, saat 9:39 səhər

    Teshekkur edirik Ali bey.Ilk olaraq bu mesele ile bagli fikirinizi bizimle bolushduyunuz ucun.

    enim fikirmce birlikde Azadliq ustegel musavat partiyasi olmalidir.Hazirda son iller erznde olkede prinspial movqeyi ile ferqlenen quvveler ve shexsler bu quvvelerdir.

  5. Yanvar 25, 2010 tarixində, saat 9:42 səhər

    Mence Azadliq bloku ve Musavat biryerde olsa yaxsi olar. Mumkun olsa ADP de qosula biler

  6. Teymur
    Yanvar 25, 2010 tarixində, saat 9:44 səhər

    Reshedet bey cox ittihamlar var.Digerlerini de ittham etmek olar.Mence Birlik Ali Karimli Lale Shovket ve Isa Qambar arasinda olmalidir.Cunki bu adamlarin movqeyi Ilham Eliyeve qarshi olub.Prinsipial olub.Eger belel birlik olmayacaqsa bz xalqi ta ehate ede bilmeyeceyik

  7. ehmed
    Yanvar 25, 2010 tarixində, saat 10:05 səhər

    Mence, Azadliq bloku liderleri, xususile de Eli bey gerek bu birlik meselesinde ehtiyatli olsunlar.Eli beyin xatirlatdigi 2005 seckilerini biz de xatirlayiriq.Musavat Azadliq blokunun uzvi deyildi ki? 3-4 mandata gore sozlerini geri goturub, parlamente geden onlar deyildi? Azadliq blokunu onlar ozu terk etmediler? Indi secki yaxinlashdiqca bunlar esl muxalifet olublar? Eli bey onlar sizle bir olmaq isteyirler ki, sizinle birlikde ozlerini xalqa esl muxalifet kimi teqdim ede bilsinler.4-5 mandatlarini aldiqdan sonra 2005-de oldugu kimi yene de sizi meydanda tek qoyacaqlar

  8. Cavidan Bayramov
    Yanvar 25, 2010 tarixində, saat 10:16 səhər

    Eli bey, size tewekkur edirik ki, fikirlerinizi bizimle bolusdunuz. Men butun burada danisilanlarla razilawiram. Ehmed beyin dedikleri ile tamamile raziyam. Amma menim fikrimce birlik olmasa cetin olacaq, men birlik fikrine musbet baxiram !

  9. etibar
    Yanvar 25, 2010 tarixində, saat 10:24 səhər

    Eli bey, men de Ehmedin dedikleri ile raziyam.Amma sizi haqli bilirem.Kecmishde olanlari unutmasaq da birliyin de alternativi yoxdur.

  10. Ramil
    Yanvar 25, 2010 tarixində, saat 11:18 səhər

    Fikirlərinizə qatılıram. Müxalifət liderlərinin və yaxud üzvlərinin bir-birini fakt qarşısında qoymağı siyasi gedişat yox, qara piar olacaq. Seçki öncəsi ən başlıca bundan qaçmaq lazımdır.

  11. Ilqar Abdullah
    Yanvar 25, 2010 tarixində, saat 12:00 axşam

    Heqiqeten de 2005-ci il parlament sechkilerinde muxalifet terefinden yaradilmish Azadliq sechki bloku 2003 cu il represiyalarindan sonra en guclu birlik idi.Lakin bu blok bezi seblere gore sechkilerden sonra parchalandi.Sual olur, Azadliq bloku neye gore parchalandi ve blokun aparici guclerindin biri olan Musavat ve ADP ne uchun birliyi terk etdiler?ADP-nin bloku terk etme sebebini bilmesem de,Musavatin blokdan chixmasi barede xeberim var.Bu barede Musavat partiyasinin rehberliyi metbuatda achiqlamalar vermishdi.Men bu achiqlamalari oxuduqda onlarin fikirleri ile tam razilashdim.Yadinizdadirsa,sechkilerden sonra sechicilerin Qelebe meydaninda etiraz mitinqleri artan shkala uzre mutamadi olaraq kechirilirdi.Bu mitinqlere her defe evvelkinden artiq, saxtalashdirilmish sechkilere etiraz eden insan axini gelirdi.Lakin,bu muxalifetin qeti tedbirlere el atmasina kifayet etmirdi.Azadliq blokunun bezi rehberleri chox teessufler olsun ki,teleskenliye yol verdiler ve oturaq etitaz aksiyalarinin kechirilmesine qerara geldiler.Son da her shey hamiya gozel melumdur,mitinq yarim saat erzinde sayca daha chox olan daxili qoshunlar vasitesi ile hech bir chetinlik chekmeden amansizcasina dagidildi.Bu, iqtidarin eline behane verdi ki Qelebe meydaninda bir daha mitinq kechirilmesine icaze vermesin. Musavat partiyasi rehberliyi ise oturaq etiraz aksiyalarinin kechirilmesinin eleyhine idiler.Onlar bunu narazi elektoratin meydanda hele kifayet qeder olmamagi ile elaqelendirirdiler.Lakin,chox-chox teessufler olsun ki,blokun diger rehberliyi Isa beyin haqli arqumentleri ile razilashmadilar,netice de Qelebe meydani bir defelik elden chixdi,muxalifet 2005-den sonra adi mitinq kechirmek gucune malik olmadi,Azadliq bloku parchalandi ve zeifledi.Muxalifetin sehvi bax,bu idi.Kim deye biler ki,boyuk birlik yarandiqdan sonra yene de bele sehvler tekrarlanmayacaq.Hal-hazirda real muxalifetin bir nomreli ishi boyuk birlik yaratmaqdirsa,sonraki ishi yaradilmish bu birliyi bele sehvlerden qorunmasi olmalidir.

  12. Fuad Qehramanli
    Yanvar 25, 2010 tarixində, saat 12:12 axşam

    Əli bəyin bu təklifi gerçəkləşəcəyi təqdirdə müxalifət seçki qabağı situasiyanı öz xeyrinə dəyişə bilər. İdeya ortada, indi növbəti mərhələ bu birliyi arzulayıb ölkədə dəyişikliklər arzulayanların real olaraq bu birliyin gerçəkləşməsi yönündə təşəbbüslər göstərməsidir.”Əli bəy fikri irə
    li sürdü, indi də gözləyək onu necə gerçəkləşdirir” yanaşması doğru deyil, məncə hər kəs bu prosesdə iştirak etməyə səy göstərməlidir, xüsusi ilə Müsavat partiyasının “Azadlıq” blokuna inteqrasiyasına yönəlik təşəbbüslərə ehtiyac var. Eyni zamanda kimliyindən aslı olmayaraq bu birliyə mane olmaq istəyənləri ictimai qınağa məruz qoymaq gətrəkdir ki, əks mövqe tutmasınlarvə ya müxalifətin birliyi ideyasını iqtidara satmaq hesabına separat qaydada hakimiyyətlə bazarlığa getməsinlər.

  13. Vəzir Əsəd
    Yanvar 25, 2010 tarixində, saat 12:36 axşam

    Rəşadət bəy,əgər biz rejimə qarşı alternativ güç mərkəzi yaratmaq istəyiriksə onda şəxsi münasibətlərimiz irəli sürüb bu birliyi gerçəkləşdirə bilmərik.Bu o zaman mümkün olur ki,şəxsi münasibətlərin fövqündə dura bilirik.Baxın Lalə xanıma inanmadığınız deyirsiniz,2005-ci ildə İsa bəy müxalifətin “Azadlıq”blokundan çıxaraq müxalifətin birliyinə zərbə vurdu və saxta parlamentə gedərək onun legitimləşməsində iştirak etdi.Lalə xanım isə seçilməyinə baxmayaraq mandatdan imtina etdi və 26 noyabrda xalqla birgə meydanda qalıb zorakılığa sinə gərdi.İndi siz deyin xalqı meydanda qoyub arxadan çıxıb gedən İsa bəyə inanmaq olar yoxsa Lalə xanıma.Eldar Namazovu Heydər Əliyevlə birgə olmağa görə günahlandırırsınız,ancaq Heydər Əliyevlə birgə olan Qabil Hüseyinlini başqan yardımçısı edən İsa bəyə necə haqq qazandırırsınız. Vəya Elçibəy cizgisindən danışırsınız Elçibəyn həbsinə əmr imzalayan İxtiyar Şirini Bəyin etirazlarına rəğmən Müsavata gətirən İsa bəyi necə Elçibəy cizgisində sayırsınız, və ya 1998-ci ildə Bəyin bütün xahişlərinə rəğmən onu müxalifətin vahid namizədi olmağa qoymayan İsa bəyi Elçibəyçimi sanırsını.2003 -Cü ildə Əli bəyin təkidləri sayəsində Etibar bəyin İsa Qəmbərin namizədliyini müdafiə etməsinə razılıq verməsinə baxmayaraq,gecə ilə əldə olunmuş razılaşmanı pozub Rəsul quliyevlə anlaşmaya gedən İsa bəyi birlik üçün çalışan şəxsmi hesab edirsiniz.Budurmu Elçibəy cuzgisində olmaq.Mən bunların müzakirəsinin ona görə tərəfdarı deyiləm ki,bu düşüncə ilə biz birlik qura bilmərik. Ona görə də kimin necə olması dartışmasına girmədən ,bu xalq yazıqdır, onu daxili intriqaların əsiri etməyək düşüncəsi ilə müxalifətin birliyinə çalışmalıyıq. Lalə xanımın ,Eldar Namazovun ən azı 10-15 faiz səsi varsa niyə bunu kənarda qoyaq ki,bu bizə nə verəcək,xüsusi ilə Lalə xanım özünü sübuta ehtiyacı olmayn bir liderdirsə buna görə bizimlə olmasına çalışmalıyıq.Bu fikirlərimə görə məni hər hansı partiya üzvü saymayın, mən heçbir partiya üzvü deyiləm və Əliyevlərə qarşı hər zaman birgə mübarizədən yana olmuşam.

  14. Arif
    Yanvar 25, 2010 tarixində, saat 12:44 axşam

    Əli bəy məşhur Amerikan yazarı Samuel Huntiniqtonun gözəl bir fikri var”böyük liderlər böyük koalisiyalar quran liderlərdir” odur ki sizin bu bu təşəbbüsünüzü alqışlayıram və Xalqımızın Əliyevlər rejimindən azad olunması üçün böyük təşəbbüslərə ehtiyacı olduğunu düşünürəm.Məncə bizlər ilk növbədə birləşmirəm deyən liderlərdən hesab sormalıyıq ki,təşəbbüs kimə aiddir zehniyyəti ilə məsələyə yanaşıb kiçik xallar yığmaq arxasınca düşənlər öz səhv düşüncələri ilə mübarizəmizə kölgə salmasınlar.

  15. elburus
    Yanvar 25, 2010 tarixində, saat 12:47 axşam

    Ilqar bey, yazdiqlarinizin boyuk hissesi dogru deyil.Evvala hemin vaxt mitinqlerde hamimiz ishtirak edirdik.Mitinq ishtirakcilari hamisi shahiddir ki, hec de mitinqler senin iddia etdiyin kimi artan xetle davam etmirdi.Her mitinq evvelkinden adamin da sayi azalirdi,coshqu da azalirdi.Mitinqlerden qayidan adamlar her defe muxalifet liderlerini qetiyyetsizlikde ittiham edirdi.2-cisi eger blok idilerse, ve ekseriyyet oturaq mitinqe terefdar idise, Isa bey de muttefiqleri ile, coxluqla razilashmali idi.Her yerde beledir ki, azliq coxluga guzeshte getmelidir.Bashqa cur birliyi qorumaq olmaz.3-su Ilqar bey bilmirem heqiqeten yadindan cixib,yoxsa bir musavat terefdari kimi serf edeni deyirsen.Musavat Azadliq blokundan noyabr hadiselerine gore cixmayib.Evvelki sozunden donub,parlamente getmek qerari verdikleri ucun blokdan cixdilar 2006-ci ilin fevral ayinda. bildiler ki, blokun parlamenti baykot etmek qerarini pozduqlari ucun Azadliq blokundan onlari cixaracaqlar, ona gore ozleri bloku terk etdiler.4-cusu.oturaq mitinqi hec de pis bir shey kimi teblig etmeyin.Evvel-axir bu millet bu hokumetden oturaq, davamli mitinqler vasitesi ile qurtaracaq.He birde ki, yeqin nezere almirsiniz ki, mitinqlerin 4 il erzinde qadagan olunmasini 26 noyabr mitinqi ile izah etmeniz, dolayi da olsa Ilham Eliyevin bu qadagasina haqq qazandirmaq olur.5-si Ukrayna meydanindaki musavatin kecirdiyi mitinqleri niye hokumet qadagan etdi? Men azadliq blokunun orada da hansisa mitinq kecirdiyini,oturaq mitinqe cehd etdiyini xatirlamiram .
    Sadelov olmayin, hokumet gucune arxayinlashdiqca huquqlari daha da mehdudlashdirir.Behaneli-behanesiz.Belke iddia edesiniz ki, Eynulla,Qenimet,Adnan ve Emin de behane verib hokumete onlari tutmaq ucun

  16. Rasim
    Yanvar 25, 2010 tarixində, saat 12:49 axşam

    Əli bəy, məsələni çox doğru izah etmisiniz və sizinlə razıyam.Mən xaricdə təhsil almışam və heç bir partiya üzvü deyiləm,ancaq müxalifətin partiyalar üstü bir birlik modeli yaranarsa mən də bu blokun namizədi olaraq seçkiyə qatılmaq istəyirəm.Ancaq qorxuram ki,sizin bu fikirlərinizdən sonra Müsavat partiyası 2005-də oduğu kimi,”mənə yer ver Əli Kərimlinin bu təşəbbüsünü pozum” deyərək əl altdan hökumətlə danışığa gedə. Yox belə deyilsə onda İsa bəy nə əsasla bu birlik məsələsinə soyuq yanaşır.

  17. Fuad Qəhramanlı
    Yanvar 25, 2010 tarixində, saat 1:28 axşam

    İlqar bəy mən 205-ci il mövzusunda ona görə müzakirə açmaq istəməzdim ki,bu gün biz birlikdən danışmağı daha doğru sayırıq. Ancaq bir halda ki,siz o tarixi təhrif olunmuş şəkildə təqdim edirsiniz onda məcburam ki,bu təhriflərə aydınlıq gətirəm.
    1)Əvvəla 2005-ci idə Əli bəyi tək qərar verməmişdi o qərar həm də meydanın qərarı idi və Əli bəydə bunu elan etmişdi.
    2)Təhrif etməyin, çünki ozaman meydana gələn insanların sayı get gedə azalırdı və insanlar boş-boşuna nə qədər gəlib gedəcəyik deyirdilər.O üzdən də meydanda qalnmaq qərarı verilməsə idi təsürat yaranacaqdı ki,xalq müxalifətə inamını itirdiyindən meydana gəlmir, proseslər bu şəkildə yekunlaşacaqdı.Bu isə hakimiyyəti zorakılıq etmədən demokrat maskası taxmasına imkan verəcəkdi.Halbu ki 26 noyabr İlham Əliyevin əsil simasını, xalqa qarşızorakılığ edən grçək simasını açıb göstərdi.
    3)Bizdən qabaq Ukrayina və Gürcüstanda oturaq aksiyalarla məsələ həll olunmuşdu və Əli bəy o qərarı verməklə uğursuzluğun məsuliyyətini müxalifətin üzərindən atmağa nail oldu. Əks təqdirdə bizim müxalifət qaorxaqdır və Ukraynadakı kimi etməyə çəsarəti çatmadı deyib xalqın inamı itriləcəkdi. Çünki o zaman qonşulardakı prosesə görə bu yolla nəyəsə nail olunaçağına kütləvi inam vardı.Və Əli bəy bu qərarla növbəıti mərhələyə müxalifətə olan ictimai inamı qoruyub saxlamağa nail olduvə hər kəs məğlubiyyətin səbəbini hakimiyyətin zorakılığında gördü.
    4)Əgər bu ölkədə nə zamansa rejim dəyişəcəksə o necə dəyişəcək Əliyevlər könüllümü hakimiyyəti təhvil verəcəklər.Biz yalnız bu cür meydanda üz üzə gələrək hakimiyyəti demokratik təzyiq yolu ilə geri çəkilməyə məcbur edə bilərik.Baxın bu gün İranda nələr baş verir kimsə çıxıb Musəviyə deyirmi ki,niyə bu xalqı küçələrə çıxarıb döydürürsən…Bəlkə zənn edirsiniz ki, İranda sizin kimi ağıllı yoxdur ki, Musəvini buna görə ittiham etsin.
    5)Xatırlayın 20yanvarda necə olmuşdu,sizn düşüncənizlə o zamankı müxalifəti dəittiham etmək gərkdir ki,niyə xalqı küçəyə çıxarıb qırdırdınız,ancaq görüsünüzmü bu gün heç ki,hətta iqtidar belə bunu deməyə cəsarət etmir,çünki,bu azadlıq uğrunda mübarizə tarixidir.Bax 26 noyabrda belə demokratiya uğrunda mübarizə tarixidir.
    6)Sizə kim deyir ki, məhz 26 noyabr görə mitinq etməyə icazə verilməyib. Görünür xəbəriniz yoxdur məgər 2005-ci ilin əvvəlində mitinqlərə iqtidar elə- belə icazə verdi, onda da bizlər dəfələrlə icazəsiz aksiya keçirib meydanlarda zorakılığa məruz qalaraq bu haqqı əldə etdik. Biz mitinq edəcəyiksə bunu iqtidarın mərhəməti sayəsində deyil,bu haqqı alaraq edəcəyik,onda özünüzə sual verin bəs 2009-cu ildə 26 noyabr aksiyası yox idi niyə mitinqə rzılıq verilmədi…Deməli məsələ siz düşündüyünüz kimi deyil və həqiqəti öyrənmədən kiminsəsəhv mövqeyinə bəraət qazandırmaq üçün faktları təhrif edən müsahibəsinə görə fikir bildirməyə tələsməyin..

  18. etibar
    Yanvar 25, 2010 tarixində, saat 1:36 axşam

    Men Eli beye birlik movzusunu aktuallashdiran yazisina gore teshekkur edirem.Dostlarimizin ise yadina saliram ki, yazi birliyi nece elde etmek haqqindadir. Olan, qalan munasibetleri de korlamaq haqqinda deyil.Muzakirelerin men de eleyhine deyilem,amma ittihamsiz.

  19. Ali
    Yanvar 25, 2010 tarixində, saat 1:59 axşam

    Muxalifetin en agilli ve bacariqli hazirlashdigi sechki 2005-ci il olub. Xususile de sechki hazirligi, vahid namizedler siyahisi, blok, sechkinin seherisi gun sakitlik o birisi gun evvelceden icaze alinmish mitinq ve s.

    Amma 3 gunden bir mitinqe gelib dagilishmaq duzgun deyildi. 1-ci mitinqden sonra meydani saxlamaq lazim idi. Onda hucum etmeye cesaret edilmezdi. Eger onda o xalqi 25-deki kimi doyseydiler, xalq qalxardi. 25-de ise artiq gec idi… Qashqin liderler, bashli bashinaliq, bosh qalan ayaqqabilar ve s. Hem de artiq bazarliq olmushdu, bir ish qalmamishdi.

    Bir de ki, umidsizlenmeyin. 20 yanvarda shehidler xiyabanina ozxoshuna gelen insanlara fikir verseniz gorersiniz ki bu MILLETIN MENEVIYYATI HELE YERINDEDIR. Sadece sari simi oynada bilmemisiniz. Chalishin bey, duz yoldasiniz. Internetde de bir fayda var. Burda hemishe sechilmishler olur.

  20. mercanli
    Yanvar 25, 2010 tarixində, saat 2:59 axşam

    mene maragli olan mitinglerin yeridi,qebelede “novostroyka” tikilir,azadliq meydani diskoteka olub qalanlarida hamisi seherden qiraqdadi.seherden qiraqda kecirilen miting ne qeder effetli ola biler?

  21. Zümrüd Yağmur
    Yanvar 25, 2010 tarixində, saat 3:49 axşam

    Müxalifətin birliyi təbii ki, 2005-ci ildə olduğu kimi indi də zəruridir və bunu xalqın mənafeyi tələb edir. Secki ərəfisində bütün olanların üzərindən kecib böyüklük nümayiş etdirərək bir mövqeydən cıxış edə biləcək bir müxalifət bloku bu birliyi gözləyən xalqa təbii olaraq müsbət impuls verəcəkdir. Unutmayaq ki, qarşıda seckilərə inamını itirmiş cəmiyyəti yenidən səfərbər etmək kimi cətin bir vəzifə var. Bu da ancaq müxalifətin birliyi ilə mümkündür.Digər təərəfdən Qərblə hakimiyyətin soyuq münasibətlərinin indiki məqamında müxalifətin parakəndə deyil, bir güc olaraq meydana cıxması demokratik mübarizədə beynəlxalq dəstək qazanmağa imkan verir. Bunun alternativi isə bütün bunlardan imtinadır ki, bu da mübarizəyə başlamadan məğlubiyyət deməkdir. Bunu istəyənləri ictimai qınağa məruz qoyub onları bu zərərli fikirdən cəkindirmək lazımdır.

  22. Ilqar Abdullah
    Yanvar 25, 2010 tarixində, saat 5:20 axşam

    Elburus bey,men hech de oturaq mitinqin eleyhine tebligat aparmiram ,eksine tam terafdariyam.Men demek isteyirem ki,Azerbaycan kimi olkede oturaq mitinq kechirmek uchun orada ,en azi Bizim Azerbaycan blokunun 2003cu il oktyabr ayinin 12 de teshkil etdiyi mitinqdeki kimi insan denizi olmalidir.Bu mitinqi hakimiyyet numayendeleri gorenden sonra bir choxlari artiq cemodan ehval ruhiyesinde idiler,hetta teyyareleri de hazir veziyyetde saxlamishdilar ki,aradan chixmaq olsun.Mesele ondadir ki,iqtidar muxalifetle arxasinda boyuk insan denizini gordukde hesablashmaga bashlayir.Bu insan denizi on minlerle olchulmur,Elburus bey,yuz minler,milyonlar lazimdir.Bele denizi bir gune yaratmaq olmaz.Eshitmemisen,deyerler,dama dama gol olar ve ya deniz.

  23. Anar
    Yanvar 25, 2010 tarixində, saat 7:02 axşam

    Bu gun Facebookda hakimiyyete yaxin gencler Isa beyin ve Evez Temirxanlinin bir-birlerine qarshi olan ittihamlarini paylasirlar.Bu furseti onlarin eline vermek kimin isine yarayir? ve ya 26 noyabra gore burada qinaqla danisanlar,Isa bey 10 dekabrda oturaq aksiya teklif edirdi.10 dekabrda otursaq ne olacaqdi?Oturaq aksiyani gencler isteyirdi.Oturduq.Qurur tariximizdir!Indi butun dartishmani bir terefe atib birleshmek ve sona qeder kishi kimi sözumuzun ustunde dayanmaliyiq.Azadliq bloku ve sonda fikrinden donmeyeceyine umid etdiyimiz Musavat.

  24. Yanvar 25, 2010 tarixində, saat 7:53 axşam

    Əli bəy həmişə müxalifətin birliyinə calışıb. Amma yazıklar olsun ki, bəzi özünü müxalifət elan edən hakimiyətin qul becələri buna mane olublar

  25. Anar
    Yanvar 26, 2010 tarixində, saat 7:18 səhər

    Təşəbbüs təqdirəlayiqdir. İnşallah bu il heç vaxt olmamış birlik olacaq və Azərbaycan xalqı seçkiləri udacaq. Bu xalq qələbəyə layiqdir. Yaşasın Azərbaycan xalqı, yaşasın xalqın qələbəsini tezləşdirən liderlər! 2010-DEMOKRATİK AZƏRBAYCAN! Əli bəyin dediyi kimi, hakimiyyətin ən yaxın müttəfiqini – qəlbimizdə olan pessimizmi – rədd etmək lazımdır. Nikbin olmasaq, yaxşı şeylər haqqında düşünməsək qələbə asan olmayacaq.
    İnşallah QƏLƏBƏ bizim olacaq!

  26. Arif
    Yanvar 26, 2010 tarixində, saat 8:26 səhər

    Əli bəy sizcə Rauf Arifoğlu İsa Qəmbərə siznlə birgə blok yaratmağa içazə verəcəkmi? Axı həmişə müxalif düşərgədə birlik imkanı yaranan kimi,iqtidarın mətbəxindən ötrülən tezislərlə Rauf Arifoğlu”Yeni Müsavat”vasitəsi ilə AXCP Müsavat arasında gərginlik yaradır.Bu dəfədəmi belə olacaq, İsa bəy yenəmi bu senarilərin iştirakçısına çevriləcək.?

  27. perviz
    Yanvar 26, 2010 tarixində, saat 9:46 səhər

    Eli bey birlik yaxshi sheydir.Men de razi.Ancaq nece mueyyen edeceksiniz ki kiminle birleshmek olar,kiminle yox? Men ele Azadliq blokunu en yaxshi birlik sayiram.Eger sohbet prinsiplerden gedirse bu blok gerek seckiye tek getsin.Yeri gelmishken azadliq qezetinin internet sehifesinde birlik formati ile bagli sorgu kecirilir.Sorguda ishtirak edenlerin coxu azadliq blokunu seckide ishtirak ucun en ugurlu variant sayir.Camaat size inanir,sizi yari yolda qoyanlardan size muttefiq olmaz.Seckiye azadliq bloku kimi gedin, hamimiz size destek verek.

  28. Ilqar Abdullah
    Yanvar 26, 2010 tarixində, saat 11:26 səhər

    Sozun duzu, men Azadligin saytindaki sorguya baxdiqda chox kederlendim.Eger, insanlar yaradilacaq birlikde esas muxalifet partiyasi olan Musavati gormek istemirlerse,buna ne ad vermek olar.Kederlendim,ona gore ki,choxluq bele sechim edibse, onda bizim arzuladigimiz birlik bash tutmaya biler ve xalq bu birleshmeyi sevmeyen insanlarin ucbatindan omurluk monarxiya sistemli olkede yashamaga mehkum olar.Chox teessufler olsun,beyler.

  29. Yanvar 26, 2010 tarixində, saat 11:47 səhər

    Muxalifetin birliyi asan meseledir. Sechkide Qelebe chalmaq da asan ishdir. Esas problem bunun yeni neticelerin arxasinda dayanib sonuna qeder doyushmekdir.

  30. Xalid
    Yanvar 26, 2010 tarixində, saat 5:47 axşam

    Demokratik cəmiyyətlərdə nə cəmiyyət rejimi dəyişməkçün müxalifətin birləşməsini zəruri sayır, nə də müxalifət hakimiyyətə gəlməkçün artıq enerji sərf edərək birləşməyin yollarını və formasının axtarır. Amma təəssüf ki, indiki məqamda həmi xalqın istəyi haqlı görünür, həm də müxalifətin bu yöndə enerji sərf etməsi tamamilə başadüşüləndir Uğurlar arzu edirəm.

  31. Arzu
    Yanvar 26, 2010 tarixində, saat 6:31 axşam

    Əli bəy təklifinizlə diqqətlə tanış oldum. Doğurdan da müxalifətin seçki kompaniyasına uğurlu startının ilk və əsas şərti prinsipial müxalifət mövqeyindən çıxış edən qüvvələrin birləşməsidir.Problem ondadır ki,hakimiyyətin əsas rəqib kimi görüb hədəf seçdiyi siznlə bir yerdə olmaq həm də çəsarət tələb edən məsələdir.Ona görə də siznlə bir blokda olmağa nə qədər partiyanın cürəti çatacaq, məncə bunu zaman göstərəcək.Sizə bu yolda uğurlar arzu deirəm…

  32. Lətif
    Yanvar 26, 2010 tarixində, saat 6:39 axşam

    Əli bəy, mən Ümid Partiyasının üzvüyəm,ona görə də nə AXCP-ni nədə ki,Müsavatı müdafiə etmirəm.Partiyamızın lideri İqbal bəyin mətbuatda da səslənmiş belə bir fikri var ki,Müsavat AXCP ilə ona görə bir blokda olamaq istəyir ki,sonda iqtidarn AXCP-yə olan aqressiv münasibətinə görə Müsavatı parlamentə buraxsın. Məncə İqbal bəyin bu fikri hazırkı dönəmə uyğunlaşdırsaq onda belə demək olar ki,İsa bəy Əli Kərimlinin müxalifət düşərgəsini birləşdirmək təşəbbüsünə mane olmaq müqqabilində bəri başdan hakimiyyətlə bazarlığa gedəcək.Məncə bu dəfə Müsavat birlik təşəbbüslərini pozmağa çalışacaq. Sizə bu çətin işdə uğurlar…

  33. Sabir
    Yanvar 26, 2010 tarixində, saat 6:43 axşam

    Əli bəy,mərhum Əbülfəz Elçibəydən sonra müxalifət düşərgəsini birləşdirmək missiyası ilə siz çıxış edirsiniz…Sizə uğurlar.

  34. Ələsgər
    Yanvar 27, 2010 tarixində, saat 4:59 axşam

    Müxalifətin parlament seçkilərinə vahid blok şəklində qatılması uğur qazanmamız üçün ən doğru formula sayıla bilər. Mən Müsavat partiyasının üzvüyəm və Müsavatla Azadlıq blokunun vahid blok formalaşdıracağına inanıram.Yuxarıda bəzilərinin İsa bəyin guya ümummüxalifət maraqlarından çıxış etməyəcəyi və Azadlıq bloku ilə olmaq istəmədiyi barədə dedikləri məncə doğru deyil və sonda Müsavatın da olduğu Azadlıq bloku şəklində seçkiyə qatılacağımıza inanaıram. Əli bəy, sizə bu birlik təşəbbüslərində uğurlar arzu edirəm!

  35. Yanvar 28, 2010 tarixində, saat 7:54 səhər

    Doxsaninci illerin axiri idi.Sehv etmiremse,ya 1995,yada 2000-ci il idi.Partiyanin Ali Meclisinin iclasinda Ali bey,durub bir teklif verdi ki,novbeti parlament sechkilerine hazirliq meselesin gundeliye salinsin.Hetta onda,merhum Ebulfez beyede qeribe gelmishdi ki,Ali beyden bele qeyri-standart teklif? Onda chox adamda qeribe teesurat yaratmishdi ki,axi sechkiler hele indi qurtarib.Ali bey,teklifinin esaslandirmasi uchun soyledi ki,NOVBETI SECHKIYE MEHZ SECHKIDEN ONCE,INDIDEN HAZIRLASHMAQ LAZIMDIR.Bunun uchun hemin ilin sechki ilin gozlemeye ehtiyac yoxdur.Dogrudan,siyaseti peshe kimi qebul edenler sechkiye sechkiden once hazirlashmalidir,baxishlarini indiden bolushmeli ve start verilende artiq o finishe yaxinlashmaga dogru kursun suretlendirmelidir.O baximdan Ali beyin bu meqalesi hem analitik,hemde SIYASI KOMPAS baximindan siyasi hedefleri gosteren yazidir.Sechki ile baxishlarin butun siyasiler ortaya qoymali,hansi meqamda prinsip numayish etdirecekler,muxalifetin birlik formalarin nece gorurler,hemin spektri nece formlashdirmagin terefdaridirlar,iqtidara munasibetleri nece olacaq ve s.istiqametleri aydinliq getirmelidirler.
    Eger yenede birlik yaranib,sonra aradan chixib parlamente arxa qapidan gireceklerse,elde olunmush blokun qerari onlar uchun hech bir ehemiyyet kesb etmeyecekse,hemin muqavileye bir kagiz parchasi kimi baxacaqlarsa,onda onlarin sinesinden indiden arxaya itelemeyin terefdariyam.
    Bir soz var,eger kimse birinci defe inamimdan istifade edib,aldadirsa,Allah hemin insana lenet elesin,yox eger hemin insana 2-ci defe aldaniramsa,onda mene lenet elesin.Ona gore,men shexsen her 5 ilden bir saxta birlik formalari qurub,hansisa qeyri-exlaqi davranishlarini absurd “arqumentelerle” esaslandirib novbeti illerde yene masa arxasinda nelerise muzakire etmek haqqinda dushunceklerse,onda indiden shurlu suretde bu birlik formalarindan,imitasiyadan imtina etemek daha yaxhsisidir.Men bele gorurem,birlik formasin!

  36. Orxan
    Fevral 25, 2010 tarixində, saat 8:00 səhər

    Emce birlik Eli Kerimli,Isa Qember ve Lale Sovket arasinda olmalidir.Cunki bunlardan bawqa butun partiyalar zaman zaman yolunu deyiwdi ve bele partiyalara guvenmek olmaz.

  1. Yanvar 25, 2010 tarixində, saat 10:56 səhər

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: