Əsas səhifə > Yazılar, Əli Kərimli > Ordumuzda ölüm konveyeri

Ordumuzda ölüm konveyeri

Yanvarın 28-də  Azərbaycan  ordusunda növbəti  faciəvi  cinayət hadisəsi  baş verib. 2 əsgərimiz 4 yüksək rütbəli zabitimizi  öldürüb, 2 zabitimizi də ağır yaraladıqdan  sonra özlərini də öldürüblər. Heç şübhəsiz ki, bu xəbər  hər bir azərbaycanlını sarsıdıb. Çox ağır itkidir. Hərəsi bir evin ümüd yeri, dirəyi olan, birlikdə isə millətimizin güvənc yeri olan  6 gəncimizi olduqca mənasız bir ölüm əlimizdən aldı. Ölənlərin valideynlərinə, yaxınlarına,  bütövlükdə millətimizə başsağlığı verirəm,  kədərlərini bölüşürəm.

Əli Kərimli

Bütün dünya ordularında cinayətlər, bədbəxt hadisələr baş verir. Amma Azərbaycan Ordusunda baş verənlər heç bir ölçüyə sığmır, müqayisəyə gəlmir. Bir neçə ay qabaq da Seyfəli təlim mərkəzində bir əsgər 4 zabiti güllələmişdi. 2009-cu il ərzində orduda 73 nəfər hərbçimiz ölüb. Onun 28 nəfərinin atışma zəminində, silahla öldürülməsi rəsmən təsdiq olunub. Atəşkəs illərində orduda ölənlərin sayı isə 1000-lərlədir. Bütün bunlar çox dəhşətlidir. Nə baş verir ordumuzda? Əsgər və zabitlərimizi bir-birinə silah qaldırmağa  bəzən də özünü öldürməyə nə vadər edir? Haradandır bizim ordumuzda bu qədər qəddarlıq, insana, soydaşa nifrət?

Ordudakı çoxsaylı ölümlərin səbəbini  nizamnamədən kənar münasibətlərdə,  güclünün zəifi, yüksək rütbəlinin aşağı rütbəlini, çox xidmət edənin təzə gələnləri döyüb, təhqir edib, alçaltmasında axtarmaq lazımdır. Zorun legitimlik qazanmasında, şikayət etməyə obyektiv bir instansiyanın qalmamasında, qanunçuluğa nəzarətin, istintaqın, məhkəmənin iflasında axtarmaq lazımdır.

Orduda müşahidə etdiyimiz qəddarlığın da, insana nifrətin də, zora meylliliyin də səbəbini cəmiyyətdə, bugunki idarəetmədə axtarmaq lazımdır. Onlar gözlərini açıblar güclünün, vəzifəlinin, pulu çox olanın “haqlı” çıxdığını, qalib olduğunu görüblər. Polisin dinc əhalini-qadını, qocanı,  döyməsinin, sürüməsinin şahidi olublar. Onlar eşidiblər ki,  dinc əhalini döyən polislərin cəzalandırılmasını bütün dünya tələb etsə də prezidentləri buna imkan verməyib.  Hər il işgəncələrdən nə qədər adamın öldüyünü, buna görə heç kimin məsuliyyət daşımadığını, bu ölümlərin sadəcə statistikaya çevrildiyini görüblər. Beləliklə əmin olublar ki, bu cəmiyyətdə cinayətə görə cəza labüd deyil, insan həyatının isə heç bir qiyməti yoxdur.

Məsələyə bir az geniş yanaşsaq orduda bərqərar olmuş ölüm konveyerinə görə əslində hamımız məsuliyyət daşıyırıq. Hakimiyyət, bu kriminal rejimi qurduğu, bəslədiyi üçün təqsirlidir. Hər gün üzləşdiyimiz eybəcərliklərin memarı onlardır. Müxalifət olaraq bizlər,  neçə illər ərzində bu ölüm konveyerini durdura bilmədiyimiz üçün, cəmiyyəti səfərbər edib xalqı bu kriminal və korrupsioner hakimiyyətdən  hələ də xilas edə bilmədiyimiz üçün məsuliyyət daşıyırıq. Polis, prokuror, hakim hər yerdə zor və qəddarlıq toxumu səpdiklərinə, zorakılığı həyat normasına çevirdiklərinə, 1000-lərlə zorakılıq hallarına göz yumduqlarına  görə təqsirlidir. Vəzifəli şəxs, antiinsani rejimin bir vinti olduğuna görə, korrupsiya  və rüşvətin bu qədər adiləşib, həyat tərzimizə çevrilməsində iştirakına görə məsuliyyət daşıyır. Hətta müəllim belə hüquqsuz və savadsız şagirdlər yetişdirdiyinə görə günahkardır … Bütün yerdə qalanlar da  bu rəzaləti illər ərzində səssizcə seyr etdiyinə görə, mənim başım salamat olsun, başqasından mənə nə? Deyib yaşadığına, ölkədə dəyişikliklər üçün heç bir iş görmədiyinə  görə məsuliyyət daşıyır.

Amma bir nəfər var ki, onun məsuliyyəti hamıdan artıqdır. Bu şəxs əlbəttə ki, hər bir vətəndaşın həyatına görə məsul olan İlham Əliyevdir. Məhz onun idarəetmə anlayışı cəmiyyətin bütün sferalarında zorun, gücün kultunu yaradıb. Ölkədəki hüquqi nihilizm, cəzasızlıq, qanunçuluğun, məhkəmə sisteminin bu şəkildə gözdən düşməsi onun siyasətinin nəticəsidir.

Ordu da toplumun bir hissəsidir. Cəmiyyətimizə aid olan bütün problemlər orduya da aiddir. Amma ordu daha qapalı sistem olduğundan əslində bütövlükdə topluma aid problemlər orduda daha eybəcər formada zühur edir. Əlbəttə,  problemlərin əsaslı həlli Azərbaycanda  köklü dəyişıkliklərdən keçir. Ölkədə qanunçuluğun möhkəmlənməsi, müstəqil və ədalətli məhkəmə sisteminin bərqərar olması,  media azadlığının təmin edilməsi, ordu üzərində xalq tərəfindən seçilmiş parlament nəzarətinin təmin edilməsi, hərbi hissələrin qapılarının vətəndaş cəmiyyəti  nümayəndələri, jurnalistlər və əsgər valideynləri üçün açılması, korrupsiya ilə dövlət səviyyəsində mübarizə aparılması orduda da vəziyyəti müsbətə doğru dəyişəcək.

Amma bunların hamısı gələcəkdə olacaq. Korrupsiya və kriminal pramidası demontaj olandan sonra.  Ölkəmizdə demokratiya bərqərar olanda . O vaxta qədər camaatın min əziyyətlə böyüdüb, vətənin müdafiəsinə göndərdiyi uşaqları məhv olmamalıdır. Onların həyatını  belə mənasız ölümlərdən qorumalı olan şəxs isə dövlət başçısı İlham Əliyevdir.

Cənab İlham Əliyev,  sizin öz qurduğunuz sistemi köklü şəkildə dəyişəcəyinizlə bağlı bir illüziyamız yoxdur. Amma orduda ən elementar qayda-qanunu  yaratmağa siz borclusunuz.  Orduda daha nə baş verməlidir ki, siz ordunun problemlərini yüksək hərbi rəhbərliklə ciddi şəkildə müzakirə edəsiniz, əsgər və zabitlərimizin kütləvi şəkildə məhv edilməsinə görə məsuliyyət daşıyan şəxsləri   cəzalandırasınız? Dinc dövrdə, bir ildə  73 ölüm hadisəsinin  baş verməsi sizi inandırmadımı ki, ordudakı problemləri gizlətmək,  ört-basdır etmək yox,  onları həll etmək lazımdır?

  1. Yanvar 30, 2010 tarixində, saat 8:17 səhər

    Çox maraqlı məqalədir. Müharibə vəziyyətində olan ölkənin ordusunda belə hallar baş verərsə, əsgərdə döyüşmək üçün ruh qalarmı? Xeyr, qalmaz. Bir epizod xatırladım. Bir nəfər qohumum Gəncədə hərbi qulluqda olduğu zaman, mərhum Heydər Əliyev orduya baxış keçirmişdi. Yadımdadır ki, adamı vahiməyə salan silahların nümayişini və əsgərlərin də ölkənin işğal olunmuş torpaqlarını azad etməyə hazır olduğunu deyəndə fəxr etmişdim. Ordumuzun silahı və əsgəri ilə fəxr etmişdim. Sonra həmin əsgər olan qohum ordudan qayıtdı və bu epizodu ona danışdım. Onun dedikləri mənə şoka saldı. Dedi ki, o gördüyün silahların heç biri yararlı deyildi. “spisat” olunmuş silhlar idi onlar. Biz onları mərhum prezident gəlmədən öncə təmizlədik, rənglədik və döyüş görkəmi verdik… yaşadığım şoku ifadə etməyə çətinlik çəkirəm…

  2. Selcan Ismayilova
    Yanvar 30, 2010 tarixində, saat 3:23 axşam

    Eli bey yazinizi cox beyendim ureyimden kecenleri yazibsiz size heyranligim bir kez daha artdi.Biz mubarizeni aparamaliyig cixis yolu yoxdur .

  3. Valeh
    Yanvar 30, 2010 tarixində, saat 3:35 axşam

    Əli bəy tam haqlı olaraq bu məsələni gündəmə gətrirsiniz.Azərbaycan ordusunda bu gün çox saylı problemlər var və elə təbliğat aparırlar ki,sanki bu problemləri dilə gətirmək ordumuza,VƏTƏNİMİZƏ QARŞI DÜŞMƏNÇİLİK ETMƏKDİR.Məqsəd də bu yolla orduduakı acınacaqlı durumu gizlətməkdir.Bu ilk növbədə övladları orduda olan və orduya övlad göndərən vətəndaşlarımızı narahat etməlidir.Nə zamana kimi ağzımıza su alıb gözləyəcəyik və bu gözləmənin də qarşılığını övladlarımızın həyatı ilə ödəyəcəyik.

  4. Yanvar 30, 2010 tarixində, saat 3:36 axşam

    “Spisat” olunmuş silahları yenisi ilə əvəz etmək olar, amma “spisat”olunmuş ruhu yeniləmək çox çətin işdir…

  5. Səbuhi
    Yanvar 30, 2010 tarixində, saat 3:44 axşam

    Sizinlə tamamilə razıyam.Bu gün ordudua mənəvi-psixoloji durum çox acınacaqlı vəziyyətdədir.Əsgərlər öz komandirləri tərəfindən təhqir olunur,onlardan rüşvət tələb olunur,çağrışın ilk günündən valideyinindən rüşvət alırlar ki,oğlunu döyüş bölgəsinə göndərməyək. Bu orduda vətənə sevgi necə ola bilə,bir halda ki,hələ düşüncəsi tam formalaşmamış gənc əsgər gəldiyi cəmiyyətdə haqsızlıq,ədalətsizlik görübsə və orduya gəldikdən sonra yeməyi satılırsa,paltar üçün ondan pul tələb olunursa,qüruru rəhbərləri tərəfindən aşağılanırsa.İlham Əliyevin ali baş komandan olduğu ordu bundan artıq olada bilməz Əli bəy.

  6. Xaliq
    Yanvar 30, 2010 tarixində, saat 3:54 axşam

    Əli bəy siz bir problemi qeyd etməmisiniz,bu gün orduya ayrılan vəsaitin artırılması əslində vətənpərvərlikdən deyil,korrupsiya maraqlarından irəli gəlir.Ordu elə bir sahədir ki,digər sahələrdən fərqli olaraq oradakı korrupsiya əməllərini mətbuat kənardan da olsa monitorinq edə bilmir. Xəbəriniz varmı ki,son illər Rusiyadan alınan texnikalar rus ordusundan istifadə müddəti bitdiyi üçün çıxarılan yararsız texnikadır.Əslində yarıdan da az qiymətə alınan bu texnika ən baha özü də təzə texnika qiymətinə sənədləşdirilir və yerdə qalan pullar mənimsənilir. Ötən il Rusların Hindlilərlə belə bir əməliyyatı hindistan xüsusi xidmət orqanları tərəfindən ifşa olunmuşdu,bizdə isə bu işin başında ölkə rəhbərliyi durur və korrupsiya dövlət siyasətinə çevrildiyinə görə kimsə cürət edib bu faktlara aydınlıq gətirə bilməz.Bu gün ordumuzun aldığı texnika əslində ancaq”metalluma”yarayır.

  7. Vəli
    Yanvar 30, 2010 tarixində, saat 4:24 axşam

    Əli bəy tamamilə haqlısınız,bu ki demokratiya məsələsi deyil,bir çoxları biz siyasətlə məşğul olmuruq deyib mənə nə desinlər.Sağ olun ki bu məsələni gündəmə gətirməklə bu gün bu problemin acısını yaşayan insanların nrahatlığını səsləndirirsiniz.Biz müharibə getməyə getməyə övladlarımızın bir dəstə rüşvətxorun,işyarıtmazın əməllərinin qurbanı olmasına nə qədər dözəcəyik..

  8. Yanvar 30, 2010 tarixində, saat 6:03 axşam

    Teshekkurler Ali bey. Azerbaycan xalqinin coxdandir qanayan bir problemine ishiq salmisiniz. Ordudaki sovetden qalma , rus ordusuna xas, bizim milli kimliyimizle adet-enenemizle uyushmayan dedovshina,qeddarliq,loru dilde desek hokumetin olmamasi sonunda bu cur qeddarliga getirib cixarib.Torpaqlari ishgalda olan bir millet ucun itirilmish her bir esgerin,zabitin yeri daha cox gorunur.Ne vaxta qeder bu veziyyetle barishacayiq??????????????????????

  9. Namiq Əsgərov
    Yanvar 30, 2010 tarixində, saat 6:14 axşam

    Məqalədə ordumuzdakı duruma görə hər kəsin məsuliyyət daşıdığ fikri ilə tam razıyam.Bəzən biz nə edək,bizlik nə var deyirlər haqsızlığa məruz qalanlar.Çox sadə sizin deməyə cəsarətiniz çatmırsa heç olmasa mübarizə aparan insanlara dəstək olun,dinimizdə deyildiyi kimi münafiqlər kimi hərəkət etməyin.Niyə görə narazı olduğunuz halda müxalifət partiyalarına üzv olub bacardığınız dəstəyi vermirsiniz haqq üçün savaşan insanlara.Əli bəy mən din adamıyam bəlkədə mənimlə razılaşmayacaqsınız,ancaq bu millət susmaqla zülmü haqq etmiş olur.Qurani Kərimdə buyrulur ya zülmə qarşı mübarizə aparacaqsan,ya da ki,gücün yetmirsə o ölkədən hicrət edəcəksən,öçüncü yol yoxdur.Biz nəinki mübarizə aparmırıq,heç mübarizə aparana dəstəkdə vermirik.Dəyişiklik necə olacaq,otrub çayxanada deyinməklə dəyişiklik olmur.İnnanmaq olmur ki kos-koca kişilər dubinka qorxusuna görə hər gün övladlarının,ailəsinin qarşısında ehtiyaca üzündən içində min dəfə sınmağı qəbul edir,ancaq səsini çıxarmır.

  10. Zahid Abbasov
    Yanvar 30, 2010 tarixində, saat 6:23 axşam

    Əli bəy yazdıqlarınızla tamamilə razıyam.Əgər bir ölkədə ədalətsizlik,hüquqsuzluq,rüşvət baş alıb gedirsə və güclünün gücsüzü əzməsi üzərində xoşbəxtlik axtarılırsa əsgər o vətəni necə sevə bilər.Bu hakimiyyət öz siyasəti ilə insanlarda vətənə sevgi deyil,nifrət yaradır. Biz ölkəmizi bu rüşvətxorlardan təmizləməsək ermənilərdən torpaq ala bilməyəcəyik.Mən özüm hərbi xidmətdə ağır xəstələndiyim halda pul verib hospitala yerləşdim,oradada valideyinlərimin pulu ilə müalicə olundum. İndi siz deyin mən arxamda da düşmən olduğu halda qarşıdakı erməni ilə necə döyüşüm,bilirəm ki yaralansam yenə də valideyinlərimin pulu ilə müalicə olunmalıyam.

  11. Xalid
    Yanvar 30, 2010 tarixində, saat 6:35 axşam

    Azərbyacan cəmiyyəti bütövlükdə ölümə məkum edilmiş bir cəmiyyətdir. Bu qərarla razılaşmayan çox az sayda insan var ki, onlrala hakimiyyət özü hesab çəkir. Yəni etiraza cavab olaraq verdiyi ölüm qərarını bu insanların üzərində özü də icra etmiş olur. Lakin bu qərarın şamil olunduğu çoxluq özləri öz aralarında bu qərarı icra etməkdə davam edirlər. Əvvəllər bu fərdlərin özlərinə qəsd etməsi ilə dəbdə idi. Lakin ölümə məhkum edilmiş çoxluq bununla nəyəsə nail olmayacaqını və ən əsası da bunun uzun zaman aparacaqını görüb, taktikanı dəyişərək kütləviliyi çıxış yolu kimi seçib.Amma hadisələr onu diktə edir ki, bu taktika sonuncu da deyil. Ən azı, son hadisəlrdə hadisəni törədən əskərlər cəmiyyət arasıında milli qəhrəman, şəhid kimi adlandırılır.

  12. Ataxan
    Yanvar 30, 2010 tarixində, saat 7:01 axşam

    Əli bəy,məqalənizi oxudum,ancaq sizn məqalədən öncə ordudakı haqsızlıqların,özbaşınalıqların acısını dadmış vətəndaşların səsi çıxmalı idi.Hardadırlar onlar niyə susurlar,nə zaman onlardan səs çıxacaq.Əli bəy bu əzilənlər səhərdən axşamacan TV-lərdə şouları seyr edir,çayxanalarda dedi-qodu edir, mədələrindən başqa heçnə düşünmürlər.Bunlar öz nadanlıqları,mütilikləri ilə gəlin bizi əzin,ayaq altında tapdayın gələcəyimizi,istədiyiniz kimi bizmlə rəftar edin deyirlər. Bu məzlumlar heç ömürlərində bir dəfə 40 qəpik verub qəzet almayan,müxalifətçilərə bunlarında işi gücü qurtarıb deyən binəvalar,güclü görəndə yarınmağa fürsət axtaran özünü bilməzlər,rəhbər istədikdə meydanlara çıxarılıb öz faciəsinə əl çaldırılan zavallılardır.Əli bəy, sizin probleminiz inanın bu iqtidar deyil,sizin ən böyük probleminiz bu xalqdlr,əgər bu xalq nələri itirdiyinin fərqində olmuş olsa idi siz bu rejimi bir ayın içində tarixin arxivinə göndərmiş olrdınız.Heyf sizdəki o istedada,bu millətin bəsirət gözü bağlanıb …

  13. vatandash
    Yanvar 30, 2010 tarixində, saat 7:42 axşam

    ALI BAY sizinla raziyam vacib, vaxtinda yazilan yazi idi.orduda bela hallarin olmasi ordunun demak olar ki tam nazaratsiz olmasindan xabar verir.tasavvur edin bu harbi hissa dushmanin 100-200 metrliyinda yerlashir burda vaziyyatin bela olmasi cox masalalardan xabar verir.vaxti ila bu hakimiyyat bu xalqin torpaqlarini veri indi isa zaman-zaman aziyyat cakan zabitlarini, asgarlarini o hadda catdirirlarki onlar bir-birini gullalayirlar.bu hadisa bashqa harbi hisalara da tasir gostaracak.dunyasini dayishanlara rahmat sag qalanlarina shafa, bu hadisaya sababkarlara isa BOYUK ALLAHDA NAHLAT DILAYIRAM!!!!

  14. Anar
    Yanvar 30, 2010 tarixində, saat 7:59 axşam

    Ilham Eliyev kimi bacariqsizin,fersizin ali bash komandan oldugu ordu bashqa cur ola bilmez!

  15. Yanvar 30, 2010 tarixində, saat 8:03 axşam

    Eger chox ciddi monitorinq aparilsa,gorerik ki,Azerbaycan sulh dovrunde esger olumu,herbideki intiharlarin sayi,gullenme ve bu qebilden olan itkilerin sayi muharibe dovrunden olan itkilerden choxda boyuk olmaz.Hele bura onu elave etmirem ki,muxtelif deri-zohrevi xestelikleri,”dedovshina”,nizam-intizam adi altinda qeddarligin sertliyi hesabina ferariliyin sayinin artmasi daha da artmishdir.On besh il bundan evvel herbi hisselerde ilk olaraq gullenme hali bash verende,onda gerek mudafie nazirinin ozunun ishtiraki ile genishterkibli mushavire kechirib,onu meydana chixaran sebebleri ve sebebkari deqiqleshdirerdi.Amma iller boyu,kasibin ovladlari olsede,oldurulsede sanki,bu insan itkisi deyil,sadece statistikadir.Chunki,insan taleyi burada nezere alinmir.Jurnalistlerde herbideki veziyyetden yazanda,oz eyiblerine sirr perdesine burumek uchun onlari konfidensional informasiya adi altinda gizli saxlamaq uchun deriden-qabiqdan chixirlar.
    Dashkesendeki bu gullenme halida siradan olan bir veziyyet deyil.Gorun,hemin esgerleri hansi hala getiribler ki, zabitleri gullemekle yanashi,sonradan bir-birlerinide gullemek qeder cesaretli addim atiblar.Bu sozun esl menasinda faciedir.Zabitlerin bogaza yigdirdigi ve oz heyatlarina qesd etmekden bele chekinmeyen egserlerin faciesidir,Azerbaycan ordusunun movcud veziyyetinin dozulmezliyinin faciesidir.Bu facieye reaksiya verib,hesabat vermeyen mesuliyyetsiz nazir mutleq istefa erizesin yazib redd olmalidir ki,laqeydliyi hesabina ordudadki veziyyete nezaret ede bilmeyib.
    Amma,onlari biabirchi veziyyetden istefa vermek medeniyyeti evezine ona yeqin mukafat verilecek.Chunki,bu olkede en biabirchi addimdan sonra hemin sahenin rehberine fexri adlar verilir.Beneniyardan sonra Vasifi “Shohret” ordenine layiq bilen dovler bashchisi,indi Sefer Ebiyeve “Defterxana generali” adi verilecek.

  16. Yanvar 30, 2010 tarixində, saat 8:35 axşam

    Son 15 ilin sulh dovrunun monitorinqi aparilsa,belkede gorerik ki,sulh sheraitinde intihar edenlerin,gulleyenlerin ve yaxud gullenenlerin sayi,qisaschiliq zemininde olan qesdden adam oldurme ve diger bele hallarin olmasi,muharibe dovrunde olenlerin sayindan belke de choxdur.Chunki,bu itkiler sayi az gorunen,lakin tez-tez bash veren olum hadiseleridir.Buraya elave etsek,ordudaki nizam-intizam adi altinda qeddarliqdan bash goturub ordunu terk eden,deri-zohrevi,verem xesteliklerinin kutlevi yayilmasi,”dedovshina”,ferarilik ve diger hallarin olmasini hele bura elave etmirik.
    Indi ise orduda biabirchi facie bash verib.Dord zabiti qetle yetiren ve sonra ise bir=birini oldurmek qeder cesaretli addimlara mecbur edilen esger faciesi.Lakin bu tek indi bash veren birinci hadise deyil.Bele hallar evvellerde bash verende,gerek mudafie naziri seviyyesinde genishterkibli genish mushavire kechirilmeli idi.Amma laqeydlik zemininde hehc ne olmamish kimi bunlarin ustunden kechilib,neticede ondan pis ve acinacaqli facie.Mesuliyyet hissin itirmish birce nefer chixib demir ki,bu veziyyeti yaradan sebebler arashdirilacaq ve sebebkarlardan qalanlar ise istintaq celb edilecek.Eksine,bunu da ustunu ortub,valideynlere hede-qorxu geleckler ki,deyin,ovladlarimiz bele psixi xeste idiler ve s.Az-chox mesuliyyet hissi olan nazir bu hadiseden sonra istefa erizesin yazib,redd olub getmelidir ki,men ordudaki veziyyete nezaret ede bilmemishem ve neticede facie yaranib.Eksine hele bele bibarichi hadiselerden sonra hemin sahenin ugursuz rehberlerine mukafatlar verilir.Beneniyar hadisleri bunu bir daha gorsetdi ki,vasife “shohret” ordeni veren olke rehberi,S.Ebiyevede “DEFTERXANA GERERALI” adi vermelidir.Birce muharibeden qelebe qazanmayan mudafie naziri general adin yenice alib…Biabir olmushlar!

  17. Namiq Shemkirli
    Yanvar 31, 2010 tarixində, saat 10:15 səhər

    Cəmiyyəti şoka salmış bu faciyəyə Əli bəyin toxunması çox zəruri idi. Təşəkkerlər Əli bəy. Məsələyə bir qədər başqa yöndən də baxmaq olar. Demokratiyanın, söz azadlığının boğulmasını, korrupsiyanın çiçəklənməsini, məmur özbaşinalıqlarını iqtidar özü yaradır. Ordudakı belə faciələr isə hakimiyyətə gərək deyil. Amma faciələrin sayı artır. Bu o deməkdir ki iqtidar nəzarəti itirir. Kiçik Əliyev ata Əliyevin qurduğu sistemi nəzarətdə saxlaya bilmir. Belə halda hansısa fors-major hadisənin yaranması hakimiyyəti tam iflic edə bilər. Hakimiyyətə real alternativin hər vəclə boğulduğu indiki şzraitdə belə xaos, ilk növbədə, iqtidar sahiblərinin özlərini “yeyəcək”. Başqa sözlə, məsuliyyəti üzərinə götürə biləcək real müxalifətin varlığı hakimiyyətdəkilərin özləri üçün də “xilasedici jilettdir”. Nə qədər paradoksal səslənsə də bu belədir.

  18. Nabatəli müəllim
    Yanvar 31, 2010 tarixində, saat 3:13 axşam

    Dil və üslub baxımından köşə yazarları üçün nümunədir…
    Çox keçməyəcək ki, ordudakı bespredel adi həyat normasına çevriləcək. Bax onda görüm Ramil Yusubov necə deyəcək: Azərbaycan Avropada ən təhlükəsiz məkandır.

  19. Sefer Ebiyev
    Yanvar 31, 2010 tarixində, saat 4:36 axşam

    Hele bu harasidir? Bu ali bash komandan ki sizin ve bizim var bele surprizlerin cox shadili olacaqsiniz

  20. Zümrüd Yağmur
    Yanvar 31, 2010 tarixində, saat 6:32 axşam

    Azərbaycanda şəxsiyyətinin formaslaşdırılması istiqamıətində o qədər yalnışlar var ki, məktəbdən şəxsiyyəti sındırılan uşaqlar sonra orduya getdilkdə bu tendesiya davam edir. Sındırılmış biri vətəni də qoruya bilməz.Azərbaycan ordusunda baş verən bu kimi hadisələr də ölkədəki durum, insanların qürur və ləyaqətinin sındırılması və ən nəhayət məmur özbaşnalığının orduda komandir özbaşnalığı ilə əvəzlənməsi nəticəsində baş verir.Cəmiyyətydəki münasibətlər, hakimiyyətin öz vətəndaşına münasibəti orduda da özünü bu kimi hallarla büruza verir.Cəmiyyətdə , ölkəımizdə ictimai münasibətlərin xarakteri necədirsə orduda da bundan fərqli nəsə gözləmək olmaz.

  21. Fuad Qəhramanlı
    Yanvar 31, 2010 tarixində, saat 6:35 axşam

    Azərbaycanda mövcud problemləri hər hansı məmurun öz fəaliyyəti kimi təqdim etmək doğru olmazdı və bu gün ölkədə dövlət siyasətinə çevrilmiş korrupsiya,hüquqi nihilizm,məmur özbaşınalığı və s. dövlət başçısı səviyyəsində himayə olunur və bütün bu neqativliklər piramida şəklində hakimiyyətin bütün strukturlarını sarıb.Əgər dövlət başçısı. Əli bəyində toxunduğu bu problemə münasibət bildirməyibsə və bundan da bir neçə gün öncə ölüm konveyrinin işlədiyi ordunun rəhbərinə şöhrət ordeni verirsə bu o deməkdir ki,əslində yaşananlar birbaşa onun idarəetmə üsulu ilə bağlıdır və bunlara görə məssuliyyəti də o daşıyır.Məncə İlham Əliyevdən məsuliyyəti təkcə Əli bəy deyil,bir xalq olaraq biz də tələb etməliyik.

  22. Natiq Güləhmədoğlu
    Fevral 3, 2010 tarixində, saat 10:49 səhər

    Azərbaycan ordusu çoxdan bizim qürur yerimindən hüzür, qəm kədər yerinə çevirilib.

  23. Oktyabr 24, 2010 tarixində, saat 5:40 axşam

    Ehhhhhhh, bu millətin dərdi boyukdur ,gorəsən nə zaman bizim ölkədə də bir normal dövlət sistemi yaranacaq , bu qədər özbaşınaliq ,başlı – başını saxlasin ,bacarana baş qurban sistemi hec bir olkədə yoxdur, yalnız bizdə ” mən salim olum , dunya cahan batsa da batsin” sistemi mövcüddur .Vay kasib kusubun halına , bu mıllətin ümidi qalib bir Allaha , Allahin bari bizlərə rəhmi gəlsin

  1. Yanvar 30, 2010 tarixində, saat 10:17 səhər

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: