Əsas səhifə > Yazılar, Əli Kərimli > İlham Əliyevin Euronews kanalında müsahibəsinə söz ardı

İlham Əliyevin Euronews kanalında müsahibəsinə söz ardı

İlham Əliyevin bu müsahibəsinə böyük marağın olması başadüşüləndir. Axı o neçə illərdir ki, nəinki Azərbaycan jurnalistlərinə müsahibə vermir, hətta dünyanın ən nüfuzlu media quruluşlarına da müsahibə verməkdən imtina edir (enerji araşdırmaları ilə məşğul olan kiv-lər istisnadır). Azərbaycanın dövlət başçısının  xalqla təmasda yalnız monoloqa üstünlük verdiyi  təzə xəbər deyil.

Beləliklə, mən də müsahibəyə baxdım. Müsahibənin Qarabağa aid olan  1-ci hissəsi normal keçdi. Hər şey jurnalistin: “Sizin ölkənizdə Azərbaycan hələ SSRİ-nin tərkibinə daxil olmazdan əvvəl müsəlman dünyasında ilk demokratik respublika qurulub. O zaman siz Azərbaycanda postsovet diktaturasının hökm sürdüyü haqda danışanlara necə cavab verərdiniz?” sualından başladı.

1-ci doğru olmayan fikir

İlham Əliyev dedi ki, bütün bunlar  bir sıra beynəlxalq  kiv-lərin, özünü beynəlxalq hüquq müdafiə təşkilatı adlandıranların  çox ədalətsiz və olduqca qərəzli tənqidi hücumlarıdır.

Əvvəla, bu tənqidi hesabatları hazırlayanlar İlham Əliyevin acıqla beynəlxalq hüquq müdafiə təşkilatı  “adlandırılanlar”  kimi təqdim etdiyi əhəmiyyətsiz, tanınmamış təşkilatlar deyil.

Human Rights  Watch,  Freedom House, Beynəlxalq Amnistiya, Beynəlxalq Helsinki  Federasiyası başda olmaqla bütün nüfuzlu insan hüquqları təşkilatları, Sərhədsiz Repartiyorlar, Beynəlxalq Jurnalistləri  Müdafiə Komitəsi  başda olmaqla  dünyada söz azadlığını müdafiə edən qurumların tam əksəriyyəti Azərbaycan hakimiyyətini mütamadi olaraq tənqid edirlər.

2-cisi bu təşkilatlar İlham Əliyevin başçılıq etdiyi hökuməti insan haqlarınının tapdanmasına,  mediyaya olan təzyiqlərə, jurnalistlərin, gənc fəalların uydurma ittihamlarla həbsinə,  sərbəst toplaşma azadlığının, digər hüquq və azadlıqların məhdudlaşdırılmasına, seçkilərin saxtalaşdırılmasına görə tənqid edirlər. Hər kəs şahiddir ki, onlar bu tənqidlərində haqlıdır. Bir dövlət başçısı  hamının bildiyi həqiqətləri  elə hamının da gözünün qabağında danmağı  gərək özünə rəva görməsin.

Bir də ki, bu həqiqətləri təkcə onlar da demir.  Bütün nüfuzlu beynəlxalq KIV-lər bu həqiqətləri dünyaya yayır. AB Parlamenti, AŞ PA, ATƏT, ABŞ Dövlət departamenti, hətta BMT belə Azərbaycan hakimiyyətinin qeyri-demokratik idarəetməsini zaman-zaman mühakimə edir. Yoxsa İlham Əliyev inanırmış ki, avropalıları inandıracaq ki, onların 100 illər ərzində qurduğu bütün təşkilatlar ədalətsiz, qərəzli, amma o obyektiv və dürüstdür?

Məsələyə başqa tərəfdən də baxaq. Çətinliklə də olsa fərz edək ki,  İlham Əliyevin dediyi kimi bütün dünya bizə qarşı qərəzlidir. Bəs bunun məsuliyyətini kim daşıyır? Hanı sizin “uğurlu neft siyasətinizin” nəticəsi? Hanı sizin  “balanslı” xarici siyasətin nəticələri? Əgər bütün dünya bizə qarşıdırsa bu sizin xarici siyasətin iflası deyilmi?

2-ci doğru olmayan fikir

Jurnalistin – bəs o zaman Azərbaycanda müxalifətin real siyasi şanslardan məhrum edilməsi və bir çox opponentlərinizin səsini boğduğunuz haqda deyilənlər necə olsun?

Sualına dövlət başçısı nə az-nə çox beləcə də cavab verdi:

Bu məsələdə söz xalqındır… Bizim günahımız deyil ki, Azərbaycanda müxalifət zəifdir. Hətta sizə deyə bilərəm ki, müxalifət niyə bizdə bu cür fəlakətli vəziyyətdədir: ona görə ki, Azərbaycan xalqı getdikcə daha yaxşı yaşayır. Ötən ilki böhran dövründə bizim iqtisadiyyat 9,3 faiz artıb…

Partiyaların qərərgahını əllərindən alacaqsan, mitinqləri, yürüşləri, rayonlarda görüşləri polis gücünə qadağan edəcəksən, azad seçki keçirilməsinə imkan verməyəcəksən, illərlə müxalifətin TV-də görünməyinə qadağa qoyacaqsan, hətta müxalifət partiyası sədrinin pasport almağına belə imkan verməyəcəksən, sonra da avropalıya deyəcəksən ki, “Azərbaycan xalqı getdikcə daha yaxşı yaşayır. Ona görə də müxalifət zəifdir”

Düzü şərh etmək də çətindir.

Əvvəl düşündüm ki,  görünür günah avropalıların özündədir. Onlar yəqin əsas veriblər ki, İlham Əliyev onları belə sadəlöv, hər  əsassız sözə inanan sayır, amma jurnalistin tərs suallarından başa düşdüm ki, avropalılar bizə də, İlham Əliyevə də məsaj verdilər ki, onların əslində hər şeydən xəbəri var, amma nəyə görəsə özlərini  uzun müddət bilməyən kimi aparıblar.

Azərbaycan xalqının getdikcə daha da yaxşı yaşaması, hətta ötən ilki iqtisadi böhran ilində də bizdə inkişaf olması haqqında fikrin doğru olmadığına xalq özü şahiddir. Hökumətin özünün təqdim etdiyi rəqəmlər də  bu fikrin həqiqət olmadığını sübut edir. Ötən il dövlət büdcəsinin xərcləri nəzərdə tutulduğundan 20% az yerinə yetirilib, bu il də büdcənin 17% azalması nəzərdə tutulub. Avropada heç bir ölkədə belə bərbad vəziyyət yoxdur. Ona görə də mən ötən il tikintidə, metallurgiyada, ticarətdə, daşımaçılıq və başqa sahələrdə yaşanan böhrandan, iş yerlərinin bağlanmasından bəhs etmirəm.

“İqtisadiyyatın 9.3% artması” fikrinə də aydınlıq gətirmək istəyirəm. Yadınızdamı ötən il neft platformasında qəza (qaz sızması)  və Gürcüstanda müharibə səbəbindən ilin axırıncı rübündə  neft çıxarılması və satışı azalmışdı? Bu il belə problemlər olmadığından həcm etibarı ilə Beynəlxalq Əməliyyat Şirkəti  daha çox neft çıxarıb və satıb. Amma əsas məsələdən yan keçilir. Satılan neftə görə Azərbaycana ötən illə müqayisədə 3 dəfə az pul daxil olub. (Mənbə: anspress.com saytının 2 fevralda Dövlət Kömrük Komitəsinə istinadan yaydığı məlumat). İndi özünüz düşünün əgər ötən il ixracatdan Azərbaycana daxil olan pul 3 dəfə azalıbsa, bizim bu 3 dəfə az pula daha çox barel neft satmagımızı iqtisadi inkişaf adlandırmaq doğrudurmu?

Yenə də çətinliklə də olsa təsəvvür edək ki,  dövlət başçısının iddia etdiyi iqtisadi inkişaf həqiqətən də olub. Məgər xalqlar iqtisadi baxımdan  yaxşı yaşayanda müxalifət zəif olur? Bu nə məntiqdir? Bu necə təfəkkür tərzidir? Bu məntiqlə bizdən 10, 15, 20 dəfə yaxşı yaşayan Avropa ölkələrində, ABŞ-da gərək heç hakimiyyətlərlər dəyişməsin ki. Bəlkə İlham Əliyev bu avropalıların, amerikalıların, yaponların və bu qəbildən həqiqətən iqtisadiyyatı inkişaf etmiş xalqların qədirbilən olmamağına işarə edirmiş? O cür gözəl yaşayırlar, üstəlik də hər 4-5 ildən bir müxalifətə səs verib hökumətlərini dəyişirlər.

3-cü  doğru olmayan fikir

Jurnalistin bir nəfərin qeyri məhdud  müddətə prezident seçilməsinə imkan yaradan konstitusiya düzəlişləri ilə bağlı sualına cavab verərkən  İlham Əliyev iddia etdi ki, “bu düzəliş hansısa şəxsi səbəblərə görə edilməyib”. Onun bu fikrinin doğru olmadığını bilməyən varmı? Həm iqtidar tərəfdarları, həm də müxalifətçilər əmin deyilmi ki, bu düzəlişlər məhz onun yenidən “seçilməsinə” şərait yaratmaq üçün  edilib?

Dövlət başçısının bu düzəlişləri Avropada baş nazirlərin qeyri-məhdud müddətə  seçilmək imkanları ilə əsaslandırmağa çalışması da heç bir tənqidə dözmür. Əgər İlham Əliyev  baş nazirlərlə prezidentlərin statuslarını fərqləndirməkdə, niyə bütün dünyada baş nazirlərin deyil prezidentlərin seçilməsinə məhdudiyyət qoyulmasınının məntiqini başa düşməkdə çətinlik çəkirsə bu pis haldır. Başa düşürsə, amma bilə-bilə saxta arqumentlər gətirirsə  bu daha pis haldır.

Əslində bu 8 dəqiqəlik müsahibədə təkzib edilməli fikirlər daha çoxdur. Amma mən yazını yekunlaşdırmaq istəyirəm.

Sonda yazının əvvəlindəki bir fikrimə yenidən qayıtmaq istəyirəm. Müsahibədə İlham Əliyev Qarabağla bağlı doğru  fikirlər də səsləndirmişdi. Lakin mən əmin deyiləm ki, əcnəbi tamaşaçı o fikirlərin də düzgünlüyünə çübhə etməyəcək.  Ona görə yox ki, mən də bütün dünyanın bizə qarşı qərəzli olduğunu düşünürəm. Yox, ona görə ki, bu qədər qeyri-səmimi, doğru olmayan fikirlərin, saxta arqumentasiyanın içindən yeganə doğru fikri axtarıb tapmaq və ona inanmaq sadəcə çətin olacaq.

  1. mecid
    Fevral 8, 2010 tarixində, saat 12:59 səhər

    eli bey qan turali facebookda yazmisdiki:Eli Kerimli ile ilham eliyevin debatini tesevvur elemeye calisir,mense o debatdan sonrasini tesevvur elemeye calsiiram.Rezil olanin ise ilham eliyevin yox helede ona inanan veya her nedense destekleyen insanlarin insan icine cixa bilmemelerini gormeyi arzulariyam.ugurlar

  2. Natiq Güləhmədoğlu
    Fevral 8, 2010 tarixində, saat 9:29 səhər

    Ilham “liyev 8 dəqiqəlik müsahibədə özünü pis duruma saldı. Zatən Əli Kərimli seçki vaxti 3 dəqiqəlik çıxışında bu “gənc və perespektivli” siyasətçinin daşını daş üstə qoymurdu.
    sadəcə utanıram ki mənim belə prezidentim var

  3. perviz
    Fevral 8, 2010 tarixində, saat 2:26 axşam

    Yaxshi yazilib. Hem agilli arqumentler var, hem de cesaret. Bele yazilardan sonra Qan Turalin debat arzusu cetin ki bash tuta.

  4. Salman
    Fevral 8, 2010 tarixində, saat 2:30 axşam

    Eli bey, bu yazilari yazib, bizimle fikirlerinizi bolushduyunuze gore size teshekkur edirem. Hec olmasa ureyimizden tikan cixarirsiniz. o gun olsun ki, yeniden sizi televiziyalarda gorek.

  5. Ilqar Abdullah
    Fevral 8, 2010 tarixində, saat 4:11 axşam

    Ali bey, cox duzgun olaraq gosterirsiniz ki,iqtisadiyyati,yasham terzi yuksek seviyyede olan olkede muxalifet zeif olmur,eksine guclu olur.Dovlet rehberi,iki gunden bir xarici sefere cixir,ingilisce danishir,o,yeqin gorur ki,ABS ve diger inkishaf etmish qerb dovletlerinde muxalifet hansi guce malikdir.Bu,olkelerde fealiyyet gosteren muxalifet partiyalari hec de zeif deyil,eksine iqtidardakilar qeder guce malikdir.Onlar her seckiden seckiye bir-birlerini evez edirler,bizdeki kimi kreslo ve vezifelerinden zeli kimi yapishmayiblar.Bu, bir qanunauygunluqdur ki,diktatura olan,korrupsiyalashmish olkelerde muxalifet zeif,iqtisadiyyati,yasham terzi,yuksek olan olkelerde ise muxalifet guclu olur.Dovlet rehberinin bir terefden olke iqtisadiyyatinin ilden ile iri addimlarla irelilemesini,diger terefden ise burada fealiyyet gosteren muxalifet partiyalarinin zeif olmasini demekle,ozunu, tuku tukden secen qerb jurnalistlerinin ve cemiyyetinin qarshisinda gulunc veziyyetde qoyub.Turkun sozu,yaziqlar olsun.

  6. Ebulfez Qurbanli
    Fevral 8, 2010 tarixində, saat 5:10 axşam

    Muxalieti zeif hesab eden oglan polisin arxasinda gizlenmez

  7. Namiq Shemkirli
    Fevral 8, 2010 tarixində, saat 8:41 axşam

    Bu müsahibə İ.Əliyevin jurnalistlərdən niyə gaçmasənın səbəbini açıqladi. Bir daha göründü ki, o əvvəlcədən hazırlanmamiş suallara cavab verə bilmir. Atası da demokratiyanı yaxına buraxmırdı. Amma demokratiyadan elə danışırdı, tanımayan elə bilərdi ən böyük demokrat odyr. Bu isə özünü elə dolaşdırdı ki,dünyanin ən nüfuzlu kanallarından birinin demoratiya ilə bağlı sualını “biz buna imkan verməyəcəyik” şəklində cavablandırdı.

  8. şerur
    Fevral 9, 2010 tarixində, saat 8:16 səhər

    azerbaycan oyanır…amma ayılmayıb.ayılandan sonra her şey,her kes düzelecek.1 başçı lazımdı.her şey xalqa bağlıdı.xalqı ise aldadanlar cavab vermeli olacaq.ne de olmasa bu olacaq.xalq buna qadirdir.

  9. Fuad Qəhramanlı
    Fevral 9, 2010 tarixində, saat 4:34 axşam

    Əli bəy,güman edirəm ki,İlaham Əliyev sizin bu rəyinizlə tanış olandan sonra ətrafına deməsə də özlüyündə fikirləşəcək ki, mən Əli Kərimliyə necə söz haqqı verə bilərm, onda gərək hakimiyyət sevdasından birdəfəlik əl çəkəm. Digər tərəfdən mən səmimi deyim ki,onun baş nazirlə prezidenti fərqləndirə bilməməsinə görə bir vətəndaş olaraq pərişan oldum.Bu o deməkdir ki,o baş nazirin ancaq hökumətin başçısı olduğunu, prezidentli respublikalarda isə prezidentin həm dövlətin, həm də hökumətin başçısı sayıldığından xəbəri yoxdur.Bu həm də o deməkdir ki,o parlamentli idarə etmə forması ilə prezidentli idarəetmə formasını fərqləndirə bilmir.
    Başqa bir tərəfdən İlham Əliyev bildirir ki,nüfuzmuz artdıqca bundan narahat olanlar bizi demokratiya məsələsinə görə tənqid edirlər.Bu tənqid edən təşkilatlar hamısı da Qərb mənşəli təşkilatlardırlar. Maraqlıdır onda İran,Ermənistan,Rusiya nəinki bizi demokratiya məsələsinə görə heç vaxt tənqid etmirlər, hətta bu ölkələrdən bir çoxu bizi tərifləyirlər.Onda İlham Əliyevin məntiqindən belə çıxır ki,bizi tənqid etməyən bu ölkələr elə bizə dost olan dövlətlərdir. Təəsaüf,bu düşüncəyə,bu məntiqə görə təəsüf və birdə yazıq bu millətə…

  10. Mehman Rüstəmli
    Fevral 9, 2010 tarixində, saat 4:56 axşam

    Əli bəy,çox maraqlı şərh vermisiniz,əlavə edəcək bir sözüm yoxdur.Ancaq bir məsələni bildirmək istəyirəm ki,İlham Əliyev müharibədən danışır, hərçənd ki,hər kəs bilir ki,öz ölkəsini minimum səviyyədə idarə edə bilməyən birinin müharibə bəyənatları ciddi qəbul edilə bilməz. Bir neçə gün bundan öncə adi bir qarın yağması ölkədə enerji böhranına səbəb oldu, nəinki regionlar, ölkənin paytaxtı iflic vəziyyətinə düşdü.Bir qarın öhdəsindən gələ bilməyən, sıradan çıxmış eletirik məftillərinin bərpasına günlər sərf edən, bu qədər bacarıqsız və səriştəsiz prezidentlə və onun iqtidar komandası ilə necə müharibə etmək olar.Dinc dövrdə ölkəsinin enerji təhlükəsizliyini təmin edə bilməyən prezidentin müharibə hədələrinə yəqin ki,heç bizi kənardan müşahidə edənlər də ciddi baxmırlar.

  11. Mehemmed
    Fevral 9, 2010 tarixində, saat 8:48 axşam

    Meni bu musahibede narahat eden eden meqam-guya xalqimizin gunu-gunden yaxshi yashamasi hesabina iqtidari destekleyir ve bu siyasetle barishir deye,muxalifet zeifleyir….
    Evvela,eger bu iqtisadi siyasetin uguru 700 min ish yerinin achilmasidirsa,ona neinki,Bakida yashayanlar,hette eyaletlerde yashaynlarda inanmir.Chunki,bu ish yerleri achilibsa,onda niye rayonlardan ish dalinca Bakiya,Bakidakilarda ish dalinca Rusiyaya gedir? Eger bu ish yerlei achilbsa,onda budcede ve vergi ohdeliklerde sosial odemelerin hecmi artmali idise,onda niye realliqda azalib? Mehz,budceden DSMF-e ona gore transfertin hecmi artib? Niye,pensiya islahati adi altinda budceye qenaet rejimine kechmisiz?????
    Ikincisi,eger iqtisadi ugurlarin artmasi hesabina toplumu memnun edib,oz cezbetme dairisinde saxlayan iqtidar niye yoxsullugun seviyyesini artmasi hech,bohran dovrunde onun azalmasindan danishir? Axi,Avropa Birliyi olkelerinde bu reqem bizdeki elan olunan 10%-den yuxaridir.Onda bu reqemler hesabina gerek biz Avropa olkelerinden ondeyik.Demek reqemlerde biz chox ondeyik,onuda qebul edirem
    Uchuncusu,eger bizde iqtisadi ugurlar hesabina ehali iqtidari destekleyen dushergeye kechibse,onda gelirleri artan ehali niye illerle yigilib qalmish kommunal xerclerini odeye bilmir? Mehz,bu realligi nezere alaraq siz ehalinin qaz pullarini bagishlanilmasina dair ferman verdiniz.Axi,gelirleri artan ehali gerek ki,ozunu girov veziyyetinde hiss edib,qapisini 10 defe doyen mufettishe borclu qalmaq istemez?

    Tebii ki,bu yalnish iqtisadi kursu daha keskinlikle tendiq etmek olar,amma bunu bizden daha yaxshi goren ve bilenlere ne izah verek.Nece deyerler,gorunen daga ne beledchi??????

  12. Zor Oglan
    Fevral 10, 2010 tarixində, saat 7:08 səhər

    Yaxşı yaşayırıq – Hər gün əlimizdə olanın alınması qorxusu ilə yaşayırıq, əgər almırlarsa və almağa uzun müddət davam etmirlərsə onda xalqımız uzun müddət ərzində bir az da olsa keçmiş qorxularını üstündən ataraq rahat yaşamağa başlayır. Prezidentin “xalq hər il daha rahat yaşayır” deməsilə yəqin bunu nəzərdə tuturmuş. Olmasın belə “rahat” yaşamaq. Çünki, vaxt gələcək qorxularımız başımıza gələcək, indiyə kimi gəldiyi kimi…

    Deyirəm yaxşı ki, müsahibə oldu bir az da olsa insanların ayılmasına səbəb oldu.

    Bütün bunların hamısını çox yaxşı bilirik. Müxalifət də daxil olmaqla xalqın hamısı problemlərdən danışır, ancaq bir nəfəri görmədik ki, problemlərin həllindən danışsın.

  13. Fevral 10, 2010 tarixində, saat 8:32 səhər

    Ilham Eliyevin deomkratiya, insan haklari ile bagli suallaara alergiyasni hele choxdan bilirem..O hele ASPA=dakli heyetin rehberi oloanda bir defe onunla musahibe almishdim…O zaman suallarima chox esebi shekilde cavab vermishdi…Onda hele prezident deyildi….

  14. Fikret Huseynli
    Fevral 10, 2010 tarixində, saat 11:21 axşam

    Eli beyin sherhine soz ola bilmez. Men onu deyim ki, Ilham Eliyevin musahibesini dinledikden sonra azerbaycanli olmagima utandim. Chunki dunyanin harasinda oluruqsa olaq, bizi olkemizle ve bizi temsil eden olke rehberile taniyirlar. Men ise bele bir olke rehberile temsil olunmaqdan heqiqeten utaniram…

  15. Babalar
    Fevral 11, 2010 tarixində, saat 8:46 səhər

    Chox dogru ve tutarli sherhdir.

  16. Fevral 11, 2010 tarixində, saat 11:47 səhər

    Zennimce Azerbaycan evvelki kimi yatmish veziyyetde deyil ve gunu gunden oyananlarin sayi coxalir. Bir vaxtlar mende Eliyevleri destekliyirdim, amma I.Eliyevin bu cur qanunlar qebul etmesi onu gozumden saldi. (aciq aydina hamiya melum oldu ki, bu addimlar oz xeyri ucundur. ve bu addimlari prezidente sigirshdirmadim.)
    Beli Azerbaycan oyanir ve bir de Ilham secilse, yeqin ki, xalq ayaga qalxacaq. Evvelkinden daha cox insanlar toplashacaq Azadliq meydanina.

    Yaziya gore de tebrikler. Ugurlu alinib.

  17. Zaur Veysəlov
    Fevral 11, 2010 tarixində, saat 3:56 axşam

    İlham Əliyevin aqresiyası onun güçündən deyil,zəifliyindən soraq verir.Onun atası da avtoritar lider idi,ancaq belə aqressiv deyildi,o zaman müxalifətə müəyyən fəaliyyət imkanı verilirdi.Çünki Heydər Əliyev prosesləri nəzarətdə saxlaya biləcəyinə əmin idi,ancaq İlham Əliyevdə natamamlıq kompleksi var və o öz zəifliyini bildiyindən siyasi prosedsləri mümkün qədər dar çərçivəyə salmağa,ən xırda demokratik təşəbbüsləri boğmağa çalışır.Çünki prosseləri idarə edə bilməyəcəyini,nəinki müxalifət liderlərindən,hətta öz komandasındakı 10-cu dərəcəli bir məmurdan da zəif olduğunu anlayır.Vasif Talıbov ona görə onun sevimlisidir ki, onun kütlüyü və qaba zoru İlhamın təbiətinə daha yaxındır.Adi bir jurnalistin qarşısında 3 əks sualdan özünü itrib,ifşa olunan İlaham Əliyevin görün Əli bəyilə açıq mübarizədə nə günə düşər.Hətta mən əminəm ki,Əli Həsənov da onun kimi zəif görünməzdi.Bu adam qorxur ,özü də hər şeydən ona görə də kənarda Rusiyanın himayəsinə möhtacdır,daxildə yersiz aqresiyası ilə ətrfını və cəmiyyəti qorxu içərisində saxlamağa çalışır.

  18. Sabir Zeynallı
    Fevral 11, 2010 tarixində, saat 4:14 axşam

    Əli bəy, Azərbaycanda avtoritetsiz avtoritar rejim mövcuddur.İlham Əliyev nəinki cəmiyyətdə, heç öz komandasın da avtoritet sayılmılr. Atsınından miras qalmış hakimiyyəti ölkəni öz aralarında bölüşdürmüş oliqarxlar qoruyurlar. Bu adam səriştəsiz, idarəetmədən xəbərsiz, vaxtını daha çox əyləncəyə sərf edən “atanın ərköyün” balasıdır. Sadəcə olaraq Heydər Əliyev ona strukturlaşmış avtoritar rejim mexanizmi miras qoyub və bu rejim də onu yaşatmaqdadır.

  19. Sənubər
    Fevral 11, 2010 tarixində, saat 4:20 axşam

    İlham Əliyevin prezidentliyi taxta bütün Allahlığı kimidir, yolunu azmış bütpərəstlərin bütə sitayişi ondan yalançı Allah obrazı yaratdığı kimi, yolunuazmışların etiqadı İlham Əliyevi prezidentə çevirib.

  20. Fevral 11, 2010 tarixində, saat 4:56 axşam

    Zaur Veysəlov, sizinle tamamile raziyam.

  21. Zaur Pasha
    Fevral 15, 2010 tarixində, saat 10:21 axşam

    Qurban olum Allaha! Yaxwi ki, bu musahibeye baxmamiwam, yoxsa xecaletimden sozun esil menasinda olerdim! Qardawlar cox gozel qeyd etdiler ” Men xecalet cekirem ki, menim bu cur ” Prezidentim ” var! ” .. Men indi bawa duwmeye, anlamaqa bawlayiram ki, dovletimiz ve dovletciliyimiz niye bu gundedir! Men indi anlayiram ki, ayri – ayri musteqil ekspertler deyende ki, Vallah Ilhamin bunlardan xeberi yoxdu < onlar neyi nezerde tuturlarmiw! Amma men yenede bir weyi anlaya bilmirem ki, sozun esil menasinda boyuk tefekkur sahibi, esil mentiq yiyesi olalan ve bizi, yeni xalqi temsil eden muxalifetimiz ve Liderlerimiz niye bu " aqil " sahibine meqlub olurlar? Niye?

  22. Ilqar Qasimov
    Fevral 16, 2010 tarixində, saat 11:41 səhər

    Zaur Pashaya.
    Sen musahibeye baxmayaraq bele rey bildirirsense – bu ozu ozluyunde boyuk bir faciyedir. Hemishe calish ki oz fikrivi soyleyesen, haya kuya uyma.
    Musahibe ise cox ela idi, Prezidentimiz muxbire yaxshi ders verdi.

  23. Anar
    Fevral 16, 2010 tarixində, saat 2:22 axşam

    Ilqar bəy, sizə müsahibəyə baxan lazımdırsa, MƏN BAXMIŞAM. Sözünüz nədir? Bu məqalədə heç bir təhrif yoxdur. Əli bəy sizlər kimi yalan danışmaz heç vaxt. Qara yaxmaq isə vicdansızlıqdır, şərəfsizlikdir. Sizin dostlarınız bunu Əli bəyə qarşı zaman-zaman ediblər, indi də siz edirsiz. Ayıbdır!

  24. Ilham
    Fevral 20, 2010 tarixində, saat 10:43 səhər

    Prezidentlə musahibəyə təkrar-təkrar 3 dəfə baxmişam. Özumu cox utancli hiss edirəm. Suallar dərinləşdikcə prezidentin mimikasinin dəyişməsini hiss etmək cətin deyil. Ölkə daxilində əvvəlcədən hazirlanmiş yaltaq suallara cavab verməyə öyrənmiş prezident pis vəziyyətə duşur. “Biz buna imkan verməyəcəyik” fikri isə bu hakimiyyətin ic uzunu acir və Azərbaycanin demokratiyadan nə qədər uzaq oldugunu bir daha subut edir.

  1. Fevral 8, 2010 tarixində, saat 7:28 səhər

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: