Əsas səhifə > Yazılar, Əli Kərimli > Özümüzə güzəştə getmədikcə özgələrə məğlub olmağa məhkumuq və ya Ukrayna seçkilərinin dedikləri

Özümüzə güzəştə getmədikcə özgələrə məğlub olmağa məhkumuq və ya Ukrayna seçkilərinin dedikləri

Narıncı inqilab baniləri Ukraynanı demokratiyaya qovuşdurdular. Keçid dövrünü yaşayan ölkədə dinc mübarizə ilə avtoritar liderə qalib gəlmək, ilk demokratik hakimiyyət olmaq nə qədər çətin və şərəflidirsə, hakimiyyətdən xalqın istəyinə görə vaxtında, azad seçkilər keçirərək getməyi bacarmaq da o qədər çətin və şərəfli işdir. Bu baxımdan narıncı inqilab liderlərinin dövlət və millətləri üçün çox böyük missiya yerinə yetirdiklərinə və Ukrayna tarixində də istənilən halda çox hörmətli yer tutacaqlarına heç bir şübhəm yoxdur.

Amma həyat parodokslarla doludur. Demokratiyaya keçidin örnəyini yaradan narıncı inqilab liderlərindən təkcə nəyi necə etməyi yox, həm də nələri etməməyi öyrənmək olar. Hamıya məlumdur ki, demokratik qüvvələrin bugünkü məğlubiyyətinin kökündə əsasən hakimiyyətdə olduqları 5 ildə heç vaxt dayanmamış daxili intriqalar və sərt rəqabət durur. Məhz bu daxili mübarizə onların hamısını nüfuzdan saldı, ümumi rəqiblərini gücləndirdi.

Doğrudur, onların nüfuzdan düşməsinin  başqa səbəbləri də var. Oliqarxlarla mübarizədə başarısızlıq, sosial və iqtisadi  çətinlikləri aradan qaldira bilməmək belə səbəblərdəndir.

Baxmayaraq ki, demokratik hərəkat liderləri  xeyli dərəcədə populyarlıqlarını itirmişdilər, amma yenə də son anda – II turda birləşə bilsəydilər, qalib gələ bilərdilər. Amma bunu etmədilər, daxili mübarizəyə o qədər aludə oldular ki, açıq-aşkar ümumi rəqiblərinə uduzmağa razı oldular, amma bir-birinə güzəştə getmədilər.
Parlament seçkilərinə 9 aydan da az qalmış bir zamanda demokratik qüvvələrin bir-birinə cəbhə açmasının nə qədər ağır nəticələr verə biləcəyini Ukrayna demokratları bizlərə daha bir dəfə də – əyani şəkildə nümayiş etdirdilər. Bir-birinə güzəştə getməyən  demokratlar beləliklə də  ümumi rəqibə məğlub oldular. Bizə qalır bu açıq dərsdən nəticə çıxarmaq.

Ukraynada seçkilərin geopolitik nəticələrinə, xüsusilə də Azərbaycanın demokratikləşməsinə təsirinə gəldikdə isə… bəlkə bəzilərinizi təəccübləndirdim. Məncə, Ukraynada Rusiyaya yaxın qüvvələrin hakimiyyətə gəlişinin Azərbaycanın demokratikləşməsinə hətta müsbət təsiri  də ola bilər:

1-ci səbəb:

ABŞ-ın narıncı koalisiyanın daha bir müddətə də hakimiyyətdə qalmasına səy göstərməməsi,  Rusiyanın da seçkilərin II turunda tərəfsiz kimi görünməyə çalışması və beləliklə də Ukrayna seçkilərində 2004-də müşahidə olunmuş ABŞ-Rusiya qarşıdurmasının olmaması onu göstərir ki, prezidentlər B. Obama və D. Medvedyev həqiqətən də 2 ölkə arasında gərginliyi aradan qaldırmaq barədə razılığa gəliblər.

Bu razılıq həm də keçmiş Sovet məkanında nüfuz dairələri uğrunda mübarizə aparmamağı da əhatə edir. Güman etmək olar ki, bu razılaşma xalqların müstəqil seçim hüququna daha artıq hörmət olunması haqqındadır.
2005-ci ildə Rusiya xüsusi xidmət orqanlarının Azərbaycan hakimiyyətinə demokratikləşmə prosesinin qarşısını almaqda  əhəmiyyətli kömək göstərdiyi bizə məlumdur. Rusiya TV-lərinin birində Kremlə yaxın politoloq Qleb Povlovskinin: «İndii bizim MDB məkanında  məxməri inqilablara qarşı əksinqilab senarimiz var və biz bu senarini artıq Azərbaycanda uğurla tətbiq etdik» dediyini şəxsən özüm eşitmişəm. Keçmiş Sovet məkanında nüfuz rəqabətini ən azı açıq və kobud formada aparmamaq barədə ABŞ-Rusiya razılaşması Rusiyanın üzərinə  də Azərbaycanda hakimiyyət uğrunda mübarizə işinə ən azı 2005-də olduğu kimi kobud müdaxilə etməmək öhdəliyi qoyur.

Ukraynada demokratik qüvvələrin məğlub olmasının Azərbaycanda demokratik prosesə hətta pozitiv təsir edə biləcəyi ehtimalının

2-ci səbəbi:

ABŞ-ın xarisi siyasət prinsiplərində axtarmaq lazımdır. Uzun illərdir ki, ABŞ xarici siyasətində əvvəlcə SSRİ-ni, sonradan da Rusiyanı küncə sıxmamaq, daha mühafizəkar qüvvələrə əsas verməmək dialoqa, əməkdaşlığa hazır olan liderlərlə yaxşı münasibət saxlamaq üçün ifrata varmamaq, bir az da sadə ifadə etsək «ağ etməmək» əsas prinsiplərdən biri olub. Henri  Kissincer öz  “diplamatiya”sında  bu prinspin ABŞ xarici siyasətində, xüsusilə də M. Qarbaçovun və B. Yeltsinin hakimiyyətdə olduğu illərdə necə geniş tətbiq olunduğunu təhlil edib. Mənim şübhəm yoxdur ki, sonrakı illərdə də bu siyasət davam edib.
2005-ci ildə də Qərbin digər Respublikalardan fərqli olaraq Azərbaycanda demokratikləşmə prosesinə dəstək verməməsinin səbəbləri arasında neft lobbisi və s. ilə yanaşı Rusiyanı özündən çıxarmamaq üçün «ağ etməmək» prinsipi də mühüm rol oynadı.
Yəqin ki, oxucuların xeylisi uzun illər ABŞ senatının X.Ə.Komitəsinin sədri olmuş senator Lugarı tanıyır. Senator həm də Ukraynada 2004-cü il prezident seçkilərinin demokratik keçirilməsinə, beləliklə də dolayısı ilə narıncı inqilaba güclü dəstəyi ilə məşhurdur. Senator Lugar 2005-ci ildə Azərbaycana da gəlmişdi. Seçkilərdən bir neçə ay qabaq Azərbaycanda olarkən senator açıq şəkildə Azərbaycanda məxməri inqilab istəmədiklərini söyləmişdi. Sonradan ABŞ rəsmiləri ilə görüşdə mən əlbəttə bu bəyanata öz etirazımı bildirdim. Söhbət ondan getmir ki, biz istəyirdik ki, senator Lugar Azərbaycanda da məxməri inqilab istədiklərini söyləsin. Xeyr, mənim mövqeyim ondan ibarət oldu ki, senator Lugarın «biz Azərbaycanda məxməri inqilab istəmirik» fikri elə «biz Azərbaycanda məxməri inqilab istəyirik» fikri qədər səhv idi. ABŞ-ın belə yüksək səlahiyyətli rəsmisi seçkiyə cəmi bir neçə ay qalmış Azərbaycanda hakimiyyət dəyişikliyində maraqlı olmadıqlarını bəyan etməli deyildi.

O zaman Vaşinqtonda bir çoxları düşündülər ki, MDB məkanında Qərbin dəstəklədiyi məxməri inqilablar bir az da davam etsə, Rusiyanın əsəbləri dözməyəcək, guya daha mühafizəkar-revanşist qüvvələr güclənəcək Rusiyada və s. Beləliklə, həm də «ağ etməmək» üçün Azərbaycanda demokratik dəyişikliklərə açıq-aşkar dəstək vermədilər
.
İndii «ağ etməmək» növbəsi Rusiyanındır, ABŞ başda olmaqla Qərbin isə artıq «ağ etmək» kompleksi yoxdur.

Mən Azərbaycanda demokratik dəyişikliklərin hansısa xarici qüvvələrin köməyi ilə həyata keçirilməsini istəmirəm və ümidlərimi buna bağlamıram. Amma mən hansısa xarici ölkənin bizim ölkəmizdə əksinqilabi senariləri sınaqdan keçirməsinə də, başqa bir ölkənin isə seçki ərəfəsi Azərbaycanda rejim dəyişikliyi istəmədiklərini bəyan etməsinə də qəti şəkildə qarşıyam.

Ukraynadakı seçkilər ümid yaradır ki, məlum dövlətlər 2005-ci ildəki yanlış davranışlarını bu il Azərbaycanda bir daha təkrar etməyəcəklər.

Kateqoriyalar: Yazılar, Əli Kərimli
  1. Salman
    Fevral 12, 2010 tarixində, saat 10:05 səhər

    Yazinizi beyendim. siyasi lider her sheraitde ardinca geden adamlara pozitiv impulslar vermeyi bacarmalidir. Bu sizde alinir.

  2. zahir
    Fevral 12, 2010 tarixində, saat 10:15 səhər

    Eli bey, mence de Ukraynadaki meglubiyyetden sonra respublikacilar indiki hokumete tezyiqi artiracaqlar. Deyecekler ki, biz Ukraynani Rusiyadan qurtardiq amma sizin hokumet qoruyub saxlaya bilmedi. Odur ki, ABSH Ukraynanin evezini cixmaq uchun kechmish SSRI erazisinde nese etmelidir. Sizin tehlille raziyam.

  3. Qismet
    Fevral 12, 2010 tarixində, saat 10:27 səhər

    Eli bey, duz yazmisiniz ki, 2005 de butun xariciler demokratik quvvelere yox, hakimiyyetdekilere komek etdi. Komekleri ozlerine qalsin hec olmasa qarishmasalar, yene bu xalq bashinin caresini tapar.Yaxshi tehlildir. Ardi gelsin.

  4. Vetenperver
    Fevral 12, 2010 tarixində, saat 10:36 səhər

    Əli bəy, bu yazılar davam edəckmi? Yoxsa bu bir kampaniyadır və bir azdan başa çatacaq? Niyə bunu soruşuram? Ona görə ki, yazılarınızın bizə müsbət təsiri olur.

  5. sakit
    Fevral 12, 2010 tarixində, saat 10:49 səhər

    Ay millət, məncə bu yazıda Əli bəyin əsas məqsədi Ukraynada baş verənlərdən istifadə edib bizim müxalifətin birləşməsi məsələsini yenidən müzakirəyə çıxarmaqdır.

  6. ruslan
    Fevral 12, 2010 tarixində, saat 11:11 səhər

    salam ALI bay! man sizin faliyyatinizi coxdan izlayiram va amayinizi qiymatlandiriram. siz na vaxta kimi komanda oyunu oynayacaqsiz? siza lazimdirmi ki kecmish seckilardaki kimi isa qambar,iqbal agazada, va digarlari sizi meydanda tak qoysun?musavat vaxti ila guclu elektorati olan partiya olub indi siz bilmirsiniz ki partiyanin yalniz adi qalib?siz gormursunuz ki hakimiyyat siza qarshi yenidan cirkin kompaniyaya bashlayib? qudrati, fazili,danishdiran,onlara oz matbuatlarinda yer veran bilmirsiniz kimlardir? siz bilmirsiniz ki isa bay niya qazetin tasisciliyindan imtina etdi? siz bilmirsiniz ki siz birlashmak isdadikca sizi sasiniz azalir?yetarki siz ozunuz tak LIDER kimi xalqi onun sarkardasi kimiarxanizca aparasiniz!bayam siz ozunuza arxayin deyilsiniz? dovr dayishili zaman kecib millat sizi gozlayir mohkam ol haydi irali millatin boyuk ovladi basdir kimlarasa guzashda getdiyin siz birdafalik bili va agah olun sizi na iqtidar na da muxalifat liderlari qabul etmak istamirlar.bu gun onlar birlashib sizi lakalamak istayirlar amma onu bili bu millat bu xalq buna imkan vermayacak.tanri siz yar olsun yazilarinizi davam edin boyuk donush yaranib ganclikda SAG OLUN!!!

  7. Səxavət
    Fevral 12, 2010 tarixində, saat 12:12 axşam

    Əli bəy Ukraynadan niyə nəticə çıxardmalıyıq axı özümüzdə nəticə
    çıxartmalı praktika var 2003 də prezident seçkiləri dərs götürün !

  8. Səxavət
    Fevral 12, 2010 tarixində, saat 12:14 axşam

    Ruslan bəy Siz Müsavat haqda yanlış fikirdəsiz Müsavat yeganə qüvvədi ki,tək başına hakimiyyətə gəlsin!

  9. Cemil
    Fevral 12, 2010 tarixində, saat 1:40 axşam

    Sexavet ders problemin varsa gel men sene ders vermeye haziram.

    Razmerinden boyuk danishma.Musavat partiyasini senin kimi qaraguruhun temsil etmesi biabirciliqir.

    Nezere al ki biz de men de senin kimi yaza bilerik.Ancaq seviyyemizi gozleyirik. kime nece yazmaq olar bunu oldugun oyren.

  10. Anar
    Fevral 12, 2010 tarixində, saat 1:47 axşam

    Ali bey teshekkur edirem bele vaxtinda olan movqeyinize gore.Birlik davam etmeldir.

    Meni burada Sexavet adli istifadeci teeccublendirdi.2003-den ders gturmek lazimdirsa ele birlikden qacanlar gotursun.2003-de bu ve ya diger sebebden muxalifet meglubyyete ugrayib.Bundan Eli bey yox gece iken birlikden imtina edenler ders goturmelidir.

    Nehayet Sexavet bey,Eli Kerimli Azerbaycanin geleceyidir.Onunla bu tonda nese yazmaq senin seviyyenden xeber verir.Ayib olsun sene!

  11. ibrahim
    Fevral 12, 2010 tarixində, saat 1:54 axşam

    Səxavət bəy, Əli bəyin dərsə ehtiyacı yoxdur. Oözü dərs verir,nümunə göstərir. Amma bəziləri onun dərslərini qavraya bilmir.2003-DƏ heç Əli Kərimli namizədliyini irəli sürmədi. Bəlkə yaşın çatmır xatırlamağa. Mən xatırladım. O zaman cəbhədə təzəcə parçalanma olmuşdu. İsa Gənbər cəbhə sədri kimi Əli Kərimlini yox. Mirmahmud bəyi tanımışdı.Düzdür bu səhvini o 2 il sonra 2005-də düzəltməli oldu.Ama o vaxt hələ Əli bəyi tanımırdı. Ona görə də seçki kompaniyasının əvvəlində AXCP Etibar Məmmədovu müdafiə edirdi. Ama sonradan Əli Kərimli Etibarı necəsə inandırdı ki, İsa Gənbəri vahid namizəd kimi müdafiə etsinlər. Sonra İsa bey özü bu razılaşmanı pozub Etibar Məmmədova vəd etdiyi baş nazir vəzifəsini bu dəfə Rəsul Quliyevə vəd etdi . Bununla da birlik pozuldu. Yəni demək istəyirəm ki, bir tərəfdən düz deyirsən ki, özümüzün 2003 seçkilərindən nəticə çıxarmaq lazımdır. Ama bu nəticəni o vaxtda birliyi pozan, seçkisaxtalaşdırıldıqdan sonra isə mübarizəyə başçılıq etmək əvəzinə aradan çıxan siyasətçi çıxarmalıdır. Adını da yazımmı? Yoxsa kifayətdir?

  12. Fuad Qəhramanlı
    Fevral 12, 2010 tarixində, saat 1:56 axşam

    Ukraynadakı proseslərin Azərbaycana mümkün təsiri daha çox Əli bəyin vurğuladığı kimi,nəyi edib nəyi etməmək məsləsində örnək alınmsaı ilə bağlı ola bilər. Ancaq Ukraynadakı seçkilərin nəticələri neokonservatorların ABŞ-n postsovet məkanında əldə etdikləri mövqelərin Obama adminstrasiyasının fəal olmayan nxarici siyasəti nəticəsində əldən verildiyini göstərməkdədir. Özü də postsovet məkanında əldə olunmuş bu maraq zonalarında Qərbyönlü hakimiyyətlərin bərqərar olması ABŞ-n Orta Şərqdə nüfuzuna zərbə vuran hərbi müdaxilə siyasətindən fərqli olaraq demokratik dəyərlərin müdafiə olunmsaı sayəsində mümkün olmuşdur və bu demokratiya istəyən xalqlarda o zaman ABŞ-a rəğbət yaratmışdır.Lakin bu gün ABŞ-n fəal olmamsı Rusiyaya fəal görünmədən qonşu ölkələrdəki daxili resurslardan istifadə edərək itrilmiş mövqelərini geri qaytarmağa imkan veririr. Məncə bunun müsbət çəhəti odur ki, ABŞ-n maraq zonalarının yenidən Rusiyanın nəzarətinə keçməsi ABŞ-da Obama adminstrasiyasının yanlış xarici siyasətinin tənqidi üçün əsaslar yaradır . Gürcüstan ardınca da Ukrayna…Rusiya irəliləyir və Azərbaycan da birmənalı şəkildə artıq onun orbitinə daxil olub. Əgər Obamanın yanlış xarici siyasəti ilə bağlı tənqid və müzakirələr başlayarsa o zaman Azərbaycanda qarşıdan gələn seçkilərdə demokratiyaya dəstək göstərilməsi Obama iqtidarının gündəminə otura bilər.Bu baxımdan Ukraynada narıncıların yenilgisi Azərbaycanda demokratik proseslərin perspektivinə müsbət təsir göstərə bilər..

  13. Zaur Əhmədli
    Fevral 12, 2010 tarixində, saat 2:07 axşam

    Əli bəy Azərbaycan hakimiyyəti nə qədər güçlü görünməyə çalışsa da,cəmiyyətimiz nə qədər passiv təəsürar yaratsa da ölkədə bütün saxta seçkilərə qarşı kütləvi etirazlar həmişə Rusiyanın dəstəyi ilə yatrılıb. Sizin təhlilinizdə dediyiniz kimi əgər bu dəfə Rusiya əvvəlki missiyasını yerinə yetirməsə o zaman bu ilki parlament seçkilərində müxalifətin uğur şansı böyük olacaq. Mən Rusiya və ABŞ arsaında postsovetməkanında xalqların seçim məsələsinə fəal müdaxilə etməməklə bağlı razılaşmanın olması barədəki gümanınızla razıyam və hesab edirəm ki,bu yeni şəraitdə çatışmayan təkcə müxalifətin birliyi məsələsidir.Bundan ötrü də sizin necə çalışdığınızı müşahidə edirəm və bu yolda sizə uğurlar..

  14. Vaqif Cahangir
    Fevral 12, 2010 tarixində, saat 2:15 axşam

    Əli bəy yazınız çox məntiqli və realist yanaşmadır.Sizə bir təklifim var irəli sürdüyünüz birlik təklifini pozmaq üçün aydın görünür ki, biriləri aranı qarışdırmağa çalışır. Məncə siz bu ara qarışdıranlara qarşı ictimai təzyiq mexanizmindən istifadə etsəniz daha yaxşı olar. Müxalifətin birlik modeli ilə bağlı kimləri ki, bu modeldə görürsünüz onların iştirakı ilə bir konfrans çağırın və burada aydınların,mətbuatın da iştirakına şərait yaradın.Və orada hər kəs öz mövqeyini ifadə etsin və hakimiyyətin göstərişi ilə partiyasını qoyub müxalifət düşərgəsində agent axtaranlar cəmiyyət qarşısında gerçək kimlikləri ilə görünsünlər.

  15. Vasif Budaqov
    Fevral 12, 2010 tarixində, saat 2:31 axşam

    Əli bəy, yazınızı oxudum və təəsüfləndim. Müxalifətin birləşməsi üçün hər şey edirsiniz,yazırsınız,danışırsınız,bir biri ilə şəxsi ədavət aparan adamlar arsında birləşdirici məqamlar tapmağa, onları intiriqalarından əl çəkməyə inandırmağa çalışırsınız,iddialarınızdan geri durursunuz,layiq olmayan adamlara dözürsünüz və.s Biraz da qibtə ediləsi səbr və iradə,bu tərif deyil kənardan görünəndir…Ancaq bu qədərinə dəyməz,siz mübarizə aparmaq istəyənləri öz ətrafınızda birləşdirməyə çalışın, buraxın Müsavatın başını,İsa bəy ilin sonunda başqanlıqdan gedir, ona görə də deputat olmaq itəyir,sizin dediyiniz yolla getsə hakimiyət ona bu payı verməz,ona görə də sizin bu birlik çağrışınızı pozmaqla iqtidarla bazarlığa gedir.Onun ətrafında olanlardan kimsə mübarizə aparmaq istəyirmi, sizdə bilirsiniz ki, yox zorla,ictimai təzyiq yolu ilə onu özünüzə qoşsanız da 2005-ci ildə olduğu kimi sizi yarı yolda hakimiyyətə satacaq…Əməyinizə heyfiniz gəlsin

  16. Vuqar Veliyev
    Fevral 12, 2010 tarixində, saat 2:35 axşam

    Eli beyin yanshamasi kifayet qeder real ve umidvericidir.Muxalifet bu sheraitden istifade ederek birge formdada herekete kecmelidir.Ilk novbede birlik hellin tapmalidir.Prinsipce birlik helli tapib.Azadliq bloku var.Musavat da qoshulmalidir.

    Sexavet kmii yazanlara gelende ehemiyyet vermeyin.Here oz seviyyesin ortaya qoyur.Yel QAYADAN hec ne apara bilmez!

  17. YASAR
    Fevral 12, 2010 tarixində, saat 3:22 axşam

    HORMETLI ELI BEY FIKIRLERINIZLE RAZILASMAQ OLAR AMA BIR SEY VAR KI BU RELLIQ KIMI BASADUSULSEDE SADECE BIR EHTIMALDI.MEN UMUMIYYETLE DIQQETI ESRIN EVVELINE YONELTMEK ISTEYIREM 1918-20 CI ILLERIN EVVELLERINDE MUSAVATIN BIRLIK CAQIRISLARINA MUNASIBETLER NECE IDI.MEYER INDI HEMIN DOVRUN BASQA FORMASI DEYILMI? SONUDAKI MELUM.AXC-MUSAVAT HAKIMIYETININ DEVRILMESINE REVAC VERENLER BU GUN HAKIMIYETE GELENNEN SONRA YENIDEN HEMIN CUTLUYUN IQTIDARINA PROBLEM OLMAYACAQINA EMINLIK VARMI? NE ISE MOVZUNU UZATMAQ OLAR AMA NE FAYDA.QOY 2010 XALQIMIZIN UQUR ILININ BASLANGICI OLSUN.TANRI TURKU QORUSUN.

  18. Anar
    Fevral 12, 2010 tarixində, saat 3:51 axşam

    “Özümüzə güzəştə getmədikcə özgələrə məğlub olmağa məhkumuq” – inşallah bu söz tarixə düşəcək!

  19. Mehemmed
    Fevral 12, 2010 tarixində, saat 8:13 axşam

    Eslinde,bu movzu ister ciddi politoloji tehlil,istersede siyasi proqnozlashdirmanin chetinliyi baximindan olduqca chetin hallardandir.Eli bey bu tehlil yazisinda istinad etdiyi ssenarilerde kenar quvvelerin rolunu ne azaltmagin,nede ona maksimalistcesine bel baglamagin terefdari kimi chixish edir.Mence bu en dogru yanashmadir.Chunki,onlarin roluna dair yanashmada 2 halin mumkunluyunun dogurdugu neticeler labuddur.Eger onlarin qeyri-peshekarcasina onceden hansi rengli inqilabi desteklemesin dile getirmeleri ne qeder olke siyasetine ne qeder kenar mudaxile cehddirse,onu desteklemediyini soylemek bir qeder demokratiyanin “yetin” qoymasina isharedir.Yeni 1-ci halda olkede ciddi naraziligin olmadigi halda onun “suni nefes” hesabina deyishikliyin STIMULLASHDIRMASINI,2-ci halda ise siyasi naraziligin bartlayish seviyyesine chatmasina baxmayaraq demokratiya terefdarlarini MEYUS etmek niyyeti ortaya qoyulur.Bu ise dogrudan yolverilmez siyasetdir.Halbuki,demokratiya besheri ve dunyevi ideologiya oldugu uchun onun desteklenmesi tereqqiperver ve dunyanin demokratik kesminin,terefdarlarinin esas vezifelerine daxildir.

  20. Amerika Azerisi
    Fevral 13, 2010 tarixində, saat 7:25 axşam

    Super tehlil! Ukrayna meselesinde movzunun hem daxili siyasi hem de xarici siyasi aspekti yuksek deqiqlikle ifade edilib! Bu tehlilin Azerbaycana aid hissesinin novbeti sherhlerde daha da inkishaf etdirilmesini chox isterdim. Chox maraqli movzular var burada. Ali bey senator Luqarin movqeyinden yazir ve chox deqiq yazir. Onlarin motivleri uzerinde de diqqeti cemlemek yaxshi olardi. Belke sehv edirem, amma mene ele galir ki, 2005-de (2003- ayri sohbet idi, genc ve perspektivli naghili amerikalilari inandirmishdi) Amerikalilar inanmirdilar ki, demokratik quvveler qalaba chala bilerler ve buna gore eslinde Aliyevlere reverans edende dushunurdular ki, onsuz da o qalib gelecek, sonra da Rusiya ona minnet qoyacaq ki, seni biz qoruduq, qoy ele men da deyim ki, onu mudafie edirem. Fikrimce, butun bu oyundan bir-biri ile baghli iki mentiqi netice chixir:
    1. Xarici quvvelerin hesablamalari reallighi deyishmekden daha chox reallighi tesbit etmeye, onu tesdiqlemeye yonelik olur;
    2. Bu reallighi beyenmirikse, onu deyishmek uchun xarici quvvelerin desteyinden evvel daxilde subut etmalik ki, (1) bu olke demokratlarin idarechiliyine kechmeyene qadar sabit olmayacaq; (2) bu hakimiyyet deyishikliyi istenilen halda bash tutacaq, qansiz, ya qanla. Bu, yeni realliq demakdir. onu yaradandan sonra nainki Qarbin, mueyyen meqamda hetta Rusiyanin da desteyini qazanmaq uchun ughurlu bazarliq etmek olar.

    Bu sonuncu meseleni nece etmeye galince, Ali bey bu sahede muqayiseye gelmez olchude daha chox bilgilidir. Manim oz chapimdaki dushuncelerime gore, garak Azerbaycanda bu rejimin hakimiyyeti ile bir barishmaqliq ovqati yaradilsin ve parlament sechkileri yaxinlashdiqca muxalifet qazi bir qeder de artirsin. Hokumetdekiler achiq ve en sert sozlerle “adqoyduya” maruz qalmalidir. Ilham Aliyevin adi chakilmalidir, bu adi chakmaya qorxanlarin ozune bir “ad” qoymaq lazimdir, ehali ile gorushler kechirmeye cehdler edilmelidir, polisle qarshidurmalardan chekinmek lazim deyil. proses kutlevi xarakter alanda yuzleri, minleri habs etmek chatin olur. Bu arada ise xalq demokratlarla iqtidar arasinda ESL BIR DAVA gorar ve umid etmek olar ki, hansisa meqamda bir teref sechib tutar. Uzaqdan haydi vurushun demayin exlaqi naqisliklerinden xabarim var ve buna gore mene deyile bilecek her bir qinaghi beri bashdan haqli hesab edirem. Amma bashqa yol da gormuram. 16 ildir demokratik quvveler xalqin az basha dushduyu murakkab movqe manevrleri edir, xalq ise fikirleshir ki, bunlar yene oyun oynayirlar. Savashmaq lazimdir, ozu de geriye yol qoymadan savashmaq lazimdir. Muxalifet deyir xalq biz inam gostersin vurushaq. Manca eksine olmalidir. Muxalifet vurushmalidir, ozu de en semimi ve en achiq usullarla vurushmalidir ki, xalq ona inansin.

    Ali beye ughurlar!

  21. Amerika Azerisi
    Fevral 13, 2010 tarixində, saat 7:28 axşam

    Sonuncu abzasda yazida sahvan barishmaqliq gedib, barishmazliq kimi oxunmalidir.

  22. Fevral 14, 2010 tarixində, saat 7:14 səhər

    Ukrayna seckilerinden ders chixarilmalidi.

    Muxalifet daxilindeki guzeshtlerin eleyhine deyilem, lakin teleskenlik yerine bezi sheyleri zamana buraxmaga ehtiyac var.

  23. Mahammad
    Fevral 14, 2010 tarixində, saat 3:32 axşam

    Ali bey,sizin serhinizle tam raziyam,ancaq sizin ruslanlarin ve cemillerin yersiz mudefiesine ehtiyaciniz oldugunu dusunmurem.Men bileni MUSAVAT-in ana muxalifet oldugunu ve onun basqaninin en derin zekali ve milletini seven birisi oldugunu danmaq en azi yersizdir.

  24. Tural
    Fevral 15, 2010 tarixində, saat 10:04 səhər

    Evvela bu amerika azerisi adindan yazan soydashimizin dediklerine qatiliram.Yazida Ukrayna seckileri herterefli tehlil olunub ve bize lazim olan neticeler cixarilib. Indi qalir diger muxalifetcilerin de konstruktiv olub, birliye gelmesi.En axirinci sherhin muellifi Mahammad beye ise demek isteyirem ki, men Eli beyin birlik teshebbusunu desdekleyirem. Ona gore de sizin ana muxalifet adlandirdiginiz musavata ters suallarimi unvanlamiram.Helelik. Birliye umudum bir az da olsa var. Ama ozunu en yeke muxalifet sayan quvve muxalifeti peren-peren salmaq ucun bu qeder dagidici olmamalidir.

  25. Oktyabr 30, 2010 tarixində, saat 8:46 səhər

    güzel makale olmuş teşekkürler

  1. Fevral 12, 2010 tarixində, saat 4:29 səhər

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: