Əsas səhifə > Müsahibələr, Əli Kərimli > “Təklifimin ağsaqqallığa dəxli yoxdur”

“Təklifimin ağsaqqallığa dəxli yoxdur”

26 February, 2010

Əli Kərimli: «Mənim yaşım ağsaqqallıq etməyə imkan vermir. Amma Isa bəy niyə ağsaqqallıq etmək istəmir, onu bilmirəm. Onun ki yaşı buna imkan verərdi»

«Kimin nə reaksiya verməsindən asılı olmayaraq, birlik üçün səylərimi davam etdirəcəm»

Müsavat başqanı Isa Qəmbərin “müxalifətdə casus axtarışı” tipli açıqlamaları düşərgə daxilində münasibətləri gərginləşdirib və bu gərginlik davam edir. “Azadlıq” blokuna daxil olan ALP lideri Lalə Şövkətə qarşı yönələn bu ittihamlar elə vəziyyət yaradıb ki, artıq müxalifətin seçkiyə böyük birlik halında getməsi ciddi sual altına düşüb. Yaranmış vəziyyətlə bağlı “Azadlıq”a müsahibəsində AXCP sədri Əli Kərimli çıxış yolunun qaldığını deyib və konkret təklif irəli sürüb. Ə.Kərimli Müsavat başqanının ad çəkmədiyini xatırladıb və deyib: “Isa bəy yaxın günlərdə xüsusi bir açıqlama ilə çıxış edib, onun ittihamlarının hədəfinin Lalə xanım olmadığını, bu fikri səsləndirən zaman Lalə xanımı düşünmədiyini söyləyə bilər. Təsəvvür edirsiniz, bu halda necə böyük dəyişiklik ola bilər…”.
AXCP sədrinin bu təklifinə Müsavat başqanı dünən münasibətini açıqlayıb. O, “Yeni Müsavat” qəzetinə verdiyi müsahibədə bu təklifi şərt kimi qəbul etdiyini göstərib və “casus” mövzusunda dediklərinin üstündə qaldığını bildirib. I.Qəmbərin cavabına münasibət öyrənmək üçün Ə.Kərimliyə müraciət etdik:

– Əli bəy, “Azadlıq” bloku ilə Müsavatın seçkilərdə birgə iştirakına imkanların qaldığı barədə bizə müsahibənizdə dediklərinizə Isa Qəmbərdən cavab gəlib. Siz bildirmişdiniz ki, Isa Qəmbər özünün “casus” ittihamlarında ad çəkməyib, odur ki, gələcəkdə açıqlama verib Lalə Şövkəti nəzərdə tutmadığını deyə bilər və bununla da birlik danışıqları üçün əsas yaranar. Amma Müsavat başqanı bunu şərt kimi dəyərləndirib və sözlərinin üstündə qaldığını deyib…
– Mən özümə qarşı kiminsə şərt irəli sürməsini qəbul etmədiyim üçün, özüm də heç kimə şərt qoymuram. Mən sadəcə Isa bəyə təklif etdim ki, mövqeyini aydınlaşdırsa yaxşı olar. Bir aydır ki, Azərbaycan mətbuatı bir sadə məsələni aydınlaşdırmaq istəyir. Isa bəyin agent axtarışının hədəfində Lalə xanımdır, yoxsa, yox? Bir tərəfdən iddia olunur ki, Isa bəy Lalə xanımın adını çəkməyib və bu fikirdə həqiqət var. Digər tərəfdən hər şey edilir ki, ictimaiyyətdə belə bir qənaət yaransın ki, hədəf doğrudan da Lalə xanımdır. Mən də istədim ki, bu qeyri-müəyyənlik aradan qalxsın. Həm də pozitiv istiqamətdə. Hamı görür ki, Lalə xanıma qarşı bu ittihamın səslənməsi ictimaiyyətin necə etirazına səbəb olur. Isa bəy də deyib ki, o, Lalə xanımın adını çəkməyib. O zaman daha aydın şəkildə hədəfin Lalə xanım olmadığını söyləməklə müxalifətin birliyi qarşısında maneəni götürmək olmazmı? Təklifi qəbul edib-etməmək isə Isa bəyin işidir.

– Isa Qəmbərin cavabından belə görünür ki, təklifi qəbul etmir. Cavabı olduğu kimi deyirik: “Hesab edirəm ki, əgər Əli Kərimli ağsaqqallıq eləmək istəyirsə, bunu ”Azadlıq” blokunun çərçivəsində məhdudlaşdırsın. Mənim siyasətdə Əbülfəz Elçibəydən sonra ağsaqqalım olmayıb və kimsə çətin ki, ola bilsin”.
– Mənim təklifimin ağsaqqallığa dəxli yoxdur. Şəxsən mən çalışıram ki, nəinki məndən yaşca daha kiçik olanların, hətta övladım yaşında yeniyetmənin də təklifi ağlabatandırsa, onu qəbul edim. Yox, təklifi məqsədəuyğun saymıramsa, onda səbəbini izah edim. Mənim yaşım ağsaqqallıq etməyə imkan vermir. Amma Isa bəy niyə ağsaqqallıq etmək istəmir, onu bilmirəm. Onun ki yaşı buna imkan verir.

– Bütün bunlardan sonra “Azadlıq” bloku ilə Müsavatın seçkidə birgə iştirak etməsinə yenə də təşəbbüs göstərəcəksiniz?
– Əlbəttə. Kimin nə reaksiya verməsindən asılı olmayaraq, birlik üçün səylərimi davam etdirəcəm. Birliyin alternativi daxili rəqabətin güclənməsidir, pərakəndəlikdir, 2010-cu il fürsətinin itirilməsidir. Ötən illərin təcrübəsindən xatırlayıram ki, Azərbaycan müxalifətinin birləşməsinə nail olmaq heç vaxt asan olmayıb. Yeri gəlmişkən, Isa bəyin bu günkü (dünənki – red.) açıqlamasından sonra onlarla mətbuat orqanı məndən cavab almağa çalışıb. Mən əlbəttə, belə bir məsələyə sağlam jurnalist marağını təbii sayıram. Amma illərlə müxalifətin varlığını belə xatırlamayan iqtidaryönlü medianın müxalifət liderləri arasında polemika yaratmağa bu qədər maraq göstərməsi də bizi düşündürməlidir. Deməli, onlar maraqlıdır ki, müxalifət daxilində gərginlik artsın, müxalifət liderləri parlament seçkilərinə hazırlaşmaq əvəzinə bir-biri haqqında “şok” açıqlamalar versinlər, gündəm dəyişsin. Şəxsən mənim hakimiyyətin bu istəyinin reallaşmasına kömək etmək fikrim yoxdur. Isa bəyin hansı açıqlama verməsindən asılı olmayaraq, onunla mətbuat polemikası aparmayacağam. Xahiş edirəm, jurnalistlər də bunu nəzərə alıb, bu mövzu ilə bağlı nə mənim, nə də özlərinin vaxtlarını almasınlar.

Xəyal Şahinoğlu

http://azadliq.az/?p=49115

  1. Fevral 26, 2010 tarixində, saat 2:07 axşam

    Əli bəy, sizin bu mətbuat polemikası aparmamaq mövqeyinizi qətiyyətlə bəyənirəm və hesab edirəm ki, bu addımınzla müxalifətin birliyinə səmimi olaraq can atdığınızı sübut edirsiniz. Birlik olmadan qələbə də çətindir. Hesab edirəm ki, birlik olmasa, qələbə də olmaz. 2010-cu ildən sonra daha çətin günlər başlayacaq. Bunu bütün müxalifətin dərk etməsi vacibdir və şəxsi inciklikləri siyasətə qatmaq yolverilməzdir.

  2. hemid
    Fevral 26, 2010 tarixində, saat 3:17 axşam

    eli bey eslinde siz boyukluyunuzuu gorsedirsiniz,nece deyiller agil yasda deyil basdadi.ugurlar

  3. mikayıl bəybala
    Fevral 26, 2010 tarixində, saat 4:17 axşam

    Müxalifətin həqiqi birliyinə nail olmaq üçün Əli bəyə dözüm, səbr arzulayıram ! Əli bəyin bir siyasətçi kimi güclü məntiqi zəkası problemin müsbət həllinə istiqamətləndirə biləcək. Siyasi reallıq heç vaxt yerində donub qalmır. Situasiya hər an dəyişə bilər: siyası eloktratın ictimai rəyi birlik formulunun qəbulunun zəruriliyini nütləq dərk edəcək….

  4. Mehemmed
    Fevral 26, 2010 tarixində, saat 8:28 axşam

    Siyasetde agsaqqalligi yalniz,yashla mueyyenleshdiren shexse ciddi shexs kimi baxmaq olmaz.Chunki,seyid ceddine arxayin olan kimi,yashi chox olub ona qurrelenen shexse de agsaqqal kimi baxmaq olmaz.Bezi psixoloqlarin reyine gore,chox vaxt enerjisi ve yaradici imkanlari tukenen shexsler oz yorgunlugunu,etaletliliyini mehz mudriklik kimi qeleme vermeye bashlayir.Eslinde,bunun adi yorgunludur.Indi de,agir hergi meshin kimi bezilerinin “benzini” qurtarib yari yolda qaliblar,tekrar-tekrar sehvler edirler,adlarini da qoyublar mudrik.
    Men shexsen,yasha sadece sirf fiziki faktor baxmagin terefdariyam.yeni,30,40,50 yash yahsamisan,vesselam.Chunki,mudrik insanin yashi psixoloji ve intelekt seviyyeye gore mueyyenleshmelidir.
    Achigi,bilmek isteyirsizse,men o qenaetdeyem ki,Isa beyin tekebburu imkan vermeyecek ki,bu munasibetler sivil mecraya dushsun.Chunki,o yene oz ampulasindadir.Ilden-ile ezilen quvvesi ve daralan ozunuifade imkanlarini o yenede gormur.Sanki,bu insanin besiret gozu tutulub.Div siyasetchini(Lale xanimi) indiden inkar movqeyinde durub.Ona gore,ona agsaqqal siyasetchi kimi baxmaq yalnishdir.
    Derinliyine getsek,sozun esl menasinda siz iki siyasi fiqur arasinda korlanmish munasibetleri qaydaya salmaq isteyirsiniz.Mence esl AGSAQALLIL budur.Isa bey,agiryana ve susaraq qelyanin tustuledib,xeyala dalirsa,bunun agsaqalliga ve mudrikliye hech bir aidiyyati yoxdur.Onda Vaqif Semedoglu,Anarida bu siyahiya qatmaq lazimdir.

  5. taleh
    Fevral 27, 2010 tarixində, saat 8:38 səhər

    Musahibe mene lezzet eledi. Eli bey birlik meselesinde semimi oldugu ucun Isa beyin iyneli aciqlamasina temkinle cavab verib.Ele edib ki, bundan sonra da birlik movzusunda danishmaq mumkun olsun. Ama eyni zamanda Isa beye cox tutarli cavab verib. Sherhlerden gorurem ki, bezi oxucular esas meseleni tutmayiblar. Eli bey diplomatik dil ile Isa beyin agsaqqala yarashan ishle meshgul olmadigini deyib. Shubhesi olanlar metne bir de baxsin. Musahibedeki- Isa bəy niyə ağsaqqallıq etmək istəmir, onu bilmirəm-sozu qanan adama verilmish cox aydin informasiyadir ki, Isa bey dagidiciliqla meshgul olur.

  6. imran
    Fevral 27, 2010 tarixində, saat 8:48 səhər

    Mence Azadliq bloku seckilere ozu hazirlashsin. Onsuz da musavat birliyi pozacaq.Ozunuzu yormayin.Musavati dile tutmaqdansa genclerle ishleyin.FB-da bir musavat funksioneri yazmishdi ki, tutaq ki, azadliqla musavat birleshdi.birge blok yaratdi, sonra da mitinqler bashladi Eli Kerimli ve Lale SHevket yene de oturaq mitinq teklif etdi, onda musavat ne edecek? Gordunuz beyler agent axtarishi bir behanedir bunlar real mubarizeden qorxurlar.

  7. Ilqar Abdullah
    Fevral 27, 2010 tarixində, saat 5:33 axşam

    Hamiya cox gozel melumdur ki,muxalifet partiyalari arasinda Azerbaycan dovletine dushmen movqede olan olkelere ishleyen siyasetciler var.Isa bey oz meshur cixishinda bu barede demishdi,lakin bu adamin kim oldugunu gostermemishdi.Mesele bundadir ki,bu adamlar ozu-ozlerini ifsha etdiler.Men Musavat partiyasinin ozu-ozunu ifsha etmish partiyalarla birlik yaratmasinin tam elehineyem.Eger, bele bir birlik yaranarsa ,onda seckiler meglubiyyetle neticelenecek.Ola bilsin ki,seckilerde muxalifet hemisheki kimi ses coxlugu ile qalib gelsin,lakin yalanci muxalifetle yaradilmaq istenilen birlik bu qelebeni heyata kecirmekde aciz qalacaq(hemisheki kimi).

  8. Vasif Sadıqlı
    Fevral 27, 2010 tarixində, saat 6:57 axşam

    İlqar bəy allah xairinə İsa Qəmbər kimi danışmayın siz müsavat düşüncəlilərin məntiqini başa düşmürəm.Baxın İsa Qəmbər 2001-ci ildə AXCP-dən ayrılan klassikləri bu partiyanı bölmək üçün tanıyanda siz düşüncəlilər onun bu addımını da doğru sayırdınız,sonra nə oldu Əli Kərimlini tanıyanda ondan bu səhvinin hesabını sordunuzmu.Nə qədər istəsəniz belə misal gətirərəm,İsa bəyə rəğbətinizin olması o demək deyil ki,ağa da qara deyəsiniz,indi o növbəti səhvini edirŞsizlər onu bu yoldan çəkindirmək əvəzinə ehkamçı düşüncənizlə müxalifə düşərgə daxili qarşıdurmalara haqq qazandırmağa çalışırsınız.Baxın İsa Qəmbərin bu şərləmələri Müsavata praqmatik baxımdan xeyir gətirsəydi deyərdik ki,öz partiya maraqlarına görə bunu edirlər,axı heç kim deyə bilməz ki,bu Müsavatın və ya müxalifətin maraqlarına nə xeyir gətitrir.Bəlkə siz deyə bilərsiniz,ancaq əksinə AXCP öz müttəfiqlik münasibətlərinə İsa bəyin bu şərləməsinə görə pozayacaq,nəticədə isə sabah seçki dairəsində səsələr müxalifət namizədləri arasında bölünəcək.Ümumi sözlərlə danışmayın bax zərər budur.Yoxsa ay filan agentlə bir yerdə olsaq uduzacağıq,boşboş sözlər işlətməyin.Lalə xanım Əli Kərimli ilə bir yerdə oldu bundan o ziyan çəkdimi,və ya Respublika və Qarabağ uğrunda hərkatda İsa bəy Lalə xanımla bir yerdə oldu buna görə zəiflədimi.Məntiqiniz və arqumentləriniz böhtana don geyindirməyə imkan vermədiyi üçün ümumi sölər danışırsınız….Qaldı yalnçı müxalifət məsələsinə Lalə xanımın Əli bəylə birgə olması və saxta parlamentdə İsa Qəmbərdən fərqli olaraq mandatdan imtina edib iştirak etməməsi onun daha prinsipial müxalufətçi olduğunu təsdiq edir…Əgər söhbət prinsipallıqdan gedirsə o zaman İsa bəydən soruşun ki,nədən ətrafındakılardan bir nəfəri də İlham Əliyevin adını çəkməyə cürət etmir,və ya müxalifətçilərin üzünə efir bağlı olduğu hlda Sülhəddin və Qabil Hüseyinli İTV ekranlarından düşmür. Və ya divan üzvü Qubad İbadoğlu vəzifə təklif etsələr gedib işləyərəm deyir,İsa bəy bunu qınamır,Müsavat deputat qrupunun parlamentdə səsi çıxmır İsa bəy bunu görməzlikdən gəlir.Çünki bunlar mübarizə deyil alver etmək istəyirlər,ona görə də aranı qarışdırıb toz duman içərisində əməllərini gizlətməyə çalışırlar,..sizlərdə bu oyunlara alət olursunuz.

  9. Nərmin Məmmədova
    Fevral 27, 2010 tarixində, saat 7:07 axşam

    Əli bəy mən İsa bəyi deyil sizi tənqid etməyin tərəfdarıyam.İlk öncə buna bəznzər kompaniya İsa bəy tərəfindən Eldar Namazova qarşı başlayanda,siz susudunuz,sonra Lalə xanımı şərləməyə keçdilər,dava düşməsin deyə cavab vermədiniz və tərəfləri barışdırmağa çalışdınız,indi növbə sizə çatı iynəli -iynəli ifadələrlə sizi provakasiyaya çəkib qarşıdurma tərəfinə çevirirlər.Sizsə hələ də bu adamla birlik imkamlarından danışırsınız.Yoxas 2005-ci ildə olduğu kimi sizi meydanda tək buraxıb,verdiyi sözə xilaf çıxıb saxta parlamentə qatılan İsa bəyin zərbələri hələ sizə yetməyib.Buraxın onun başını xalq onların hakimiyyətlə alver içində olduqlarını görür,birgə getsəniz sizi yenə də siz satacaqlar.Ona görə Azadlıq bloku şəklində getsəniz ən azı arxadan zərbə vuranınız olmaz.İsa bəylə birgə olmaq sizə xeyir gətirməyəcək.

  10. Vəzir Bayramlı
    Fevral 27, 2010 tarixində, saat 7:24 axşam

    Əli bəy, sizin təmkininizə və məsələlərə belə müdirik yanaşmanıza görə təşəkkür edirəm. İsa bəy görünür Llaə xanımla bağılı dediklərinin cəmiyyətdə narazılıq doğurduğunu, sizin barışdırıcı və birləşdirici mövqeyinizin təqdir olunduğundan narahat olduğu üçün indi də münaqişəni sizə transfer etməyə çalışır.Sizi münaqişə tərəfinə çevirməklə öz birləşdirici təşşəbüsslərinizi dəyərdən salmağa çalışır.Ancaq müsahibənizdə gözəl cavab vermisiniz,bu cür polemikalara girməyəcəyiniz bəyan etməkə İsa bəyin ən-ənəvi intriqa siyasətini boşa çıxardınız.Sizə uğurlar

  11. Sabit Sərdarov
    Fevral 27, 2010 tarixində, saat 7:32 axşam

    Əli bəy mövqeyiniz təqdir eirəm.Ancaq İsa bəyin bu davranışları onu göstəriri ki,onula birliyə sərf etdiyiniz əmək boşunadır.Siz Mübarizə aparmaq istəyənləri bir yerə toplamağa çalışın,biriləri yorulublar,tükəniblər onlara sözə baxan oğlan kimi görünüb mandat almaq gərkdir.Sizinlə bir olub hökumətlə dava etmək onların işinə gəlməz…Baxın Nəsib Nəsibliyə,İltizam Ələkbərliyə vəs..Müsavat deputatlarına görün səsləri çıxır heç…Buraxın hərə öz seçdiyi yolu getsin…Sizin mübariz davranışınız fonunda onlar öz bazarlaşma əməllərinin daha qabarıq görünəcəyindən narahat olub sizi bu hədəfdən daxili intriqalara yönəltmək istəyirlər..Sağ olun ki onların bu təəsinə düşmürsünüz…Xalqın ümidi sizədir

  12. Ilqar Abdullah
    Fevral 27, 2010 tarixində, saat 8:26 axşam

    Burada Ali beye muraciet eden sherhcilere demek isterdim ki,eger sizin ona hormetiniz varsa, onda gelin Ali beyin fikirlerine de hormetle yanashin ve besdirin burda yaxa cirib,ara qarishdirdiniz.Ali bey butun musahibelerinde vurgulayir ki,AXCP seckilere Musavatla getmek isteyir.Eger,Musavat zeif,hemfikirlerini meydanda tek qoyub qacan,iqtidara ishleyen,deputat mandatina heris olan partiya olsaydi Ali bey hec vaxt onlarla birleshmek istemezdi.Beli Ali bey Azerbaycanin siyasi arenasinda en guclu siyasetcilerden biridir.O,kiminle birleshmek lazim oldugunu sizden cox gozel bilir.Odur ki,bu cur menasiz meslehetlerinizle onun bashini agratmayin,oz ishinizle meshgul olun.

  13. Namiq Shemkirli
    Fevral 28, 2010 tarixində, saat 10:44 səhər

    TƏŞƏKKÜRLƏR ƏLİ BƏY. Həm İsa bəyin, həm də sizin dedikləriniz bir daha göstərir ki, ağsaqqalıq yaşla ölçülmür. İlqar Abdullahın dediklərində də həqiqət var: musavat zəif qüvvə deyil. Amma daha böyük olan başqa həqiqət də var: musavat yalnız İsa Qəmbərdən ibarət deyil. Müxalif birliyin nə qədər vacib olduğunu “oyunçu” olmayan musavatçılar gözəl bilirlər. Bu səbəbdəndir ki, birlik yolundakı müdrik çalışmaların həqiqi birliyə can atanlar tərəfindən davam etdiriləcəyinə inam böyükdür.

  14. Asif Yusifli
    Mart 1, 2010 tarixində, saat 4:01 axşam

    Isa bey hemishe oldugu kimi yenede dava salmaga maqam axtarir. Belediyye seckisinden ders almadilar deyesen.

  15. sancho
    Mart 2, 2010 tarixində, saat 2:05 axşam

    Men her zaman ozumu Isa beyin terefdari hesab etmishem bundan sonra da ele olacagam. Amma duzu Eli beyin temkinini ve movqeyini beyenmemek mumkun deyil. Heqiqeten de bu shexs tarix boyu muxalifetin birliyine zerbe vurmamaq uchun chalishib. Her ikisine ugurlar arzulayiram, xalqin size ehtiyaci var

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: