Evyıxanlar
Yenə sökhasökdür. Bibiheybətdən, Binəqədidən başlayaraq şəhərin mərkəzində “qış bulvarı” üçün nəzərdə tutulan əraziyə qədər hər yerdə insanların min əziyyətlə tikdiyi və ya aldıgı evləri sökürlər. Hər yerdə polislə xalqı qarşı-qarşıya qoyublar. 1000-lərlə ailənin evini əlindən alıb küçəyə tökürlər. Ürək ağrıdan bir mənzərədir.Vətəndaşı dövlətindən narazı salan daha bir səbəb.
1000- lərlə insanın evini qanunsuz elan edib, heç bir əvəz ödəmədən sökürlər. Bəhanələri də odur ki, evlər ya neft şirkətinə aid olan ərazidə, ya da yüksək gərginlikli elektrik xətlərinin, dəmiryol xətlərinin çox yaxınlığında tikilib. Hamımız yaxşı bilirik ki, həmin ərazilərdə də dövlət orqanlarının razılıgı olmadan heç kim, ev yox, heç maşın qarajı da tikə bilməz. Sakinlərin dediyinə görə onlar tikdikləri ev üçün 15-ə qədər dövlət orqanının razılığını alıblar, bu qədər “razılıq”ların onlara neçəyə başa gəldiyini hesablamağa çalışın. Üstəlik torpağın özünü də pul ilə alıblar.
Nə qədər əcayib bir durum yaranıb: Vəzifə cinayəti törədib, səlahiyyəti çatmayan torpağları satan, həmin ərazidə tikinti aparılmasına “icazəni” pul ilə verən, bütün bunlara rüşvət müqabilində göz yuman vəzifəli şəxslər milyonlar qazanır və həmin şəxslər nəinki məsuliyyətdən kənarda qalır, hətta seçkini məharətlə saxtalaşdırdığına, peşəkarcasına yaltaqlandığına görə irəli çəkilir, illərin əziyyəti ilə özünə birtəhər ev-eşik düzəltmiş məzlum insanlar isə acımasız bir şəkildə küçələrə atılır. Budurmu “yeni azərbaycanlı” əxlaqı?
Təqribən 1 il qabaq Arif Qaraşov elan etmişdi ki, 400 minə qədər “qanunsuz” ev var. Qanunsuz sözünü ona görə dırnaqda yazdım ki, o evlərin tam əksəriyyətinin qanunsuz yox, sadəcə lazımi qaydada sənədləşdirilməmiş evlər olduğuna inanıram. Tesevvür edirsinizmi problem nə qədər böyükdür? Əslində 400 000 ailənin başının üstündən asılmış demokl qılıncından söhbət gedir. Bəs bu 17 ildə ata-oğul hakimiyyəti hara baxırmış ki, 400 000 “qanunsuz” ev tikilib? Nə əcəb elan etmirlər ki, 400 000 “qanunsuz” ev AXC hakimiyyəti dövründə-1 ilin içində tikilib?
Qış bulvarı adı ilə və digər bəhanələrlə şəhərin mərkəzi rayonlarından köçürülənlərin problemi isə bir az fərqlidir. Onların evlərinin qanuniliyi şübhə altına alınmasa da, dövlət orqanları onlarla qoçu kimi davranır. Bu adamların evləri ictimai ehtiyac adı altında alınır. Əvəzində isə bazar qiymətlərindən 2-4 dəfə az pul təklif olunur. Sonra da dövləti təmsil edən vəzifəli şəxs deyir: “Nə verirlər alın, sonra o da olmayacaq” Hökumətə yaraşırmı ki, vətəndaşla münasibətdə özünü reket kimi, qoluzorlu kimi aparsın?
Necə olur ki, hakimiyyət Pakistandan Rumuniyaya qədər xarici olkələrdə məktəb tikməyə, Gürcüstanı qazlaşdırmağa, Tacikistan da daxil olmaqla xarici ölkələrə milyardlarla sərmayə qoymağa, ölkənin hər guşəsində Heydər Əliyev mərkəzləri, muzeyləri yaratmağa və digər bu qəbildən layihələrə pul tapır, amma vətəndaşın uçurduğu qanuni, halal evinin əvəzini ödəməyə pul tapmır?
Dünya xalqları tarixən dövləti ona görə qurublar ki, fərdin təkbaşına özü üçün görə bilmədiyi işləri məsələn, onun özünü və əmlakını qorumağı, cinayətkarları cəzalandırmağı, ədalət mühakiməsini həyata keçirməyi, komunikasiyaları təmin etməyi və s. dövlət öz vətəndaşı üçün təmin etsin. İndiki hökumətin hər gün xalqa qarşı qəddar mövqeyini görən azərbaycanlıya necə inandırasan ki, bu dövlət bu xalqa zülm etmək üçün deyil, xidmət etmək üçün qurulub? İndi yaşananlar ədalətsizlik, böyük sosial problem olmaqla bitmir, həm də YAP iqtidarının tez-tez sui-istifadə etdiyi dövlətçiliyin sütunlarını sökür.
Amma yenə çarə var, problemi həll etmək olar. Bunun üçün ilk növbədə vətəndaşa azaciq sayğı olmalıdır. Əgər bu olsa, o zaman xüsusi komissiya yaradılmalı və həmin komissiyaya lazımı qaydada sənədləşdirilməmiş evlər problemini qısa müddətdə həll etmək vəzifəsi tapşırılmalıdır.
-İlk əvvəl həqiqətən təhlükəli ərazilərdə tikilmiş və digər sökülməsi zəruri olan evlər müəyyən edilməli, belə evlərin sahiblərinə tam bazar qiymətinə uyğun kompensasiya verilməlidir. Dövlətin və ya onu təmsil edən vəzifəli şəxsin səhvinin məsuliyyətini vətəndaş daşımamalıdır.
-Həyat üçün təhlükəli olmayan ərazilərdə tikilmiş və sökülməsi zəruri olmayan bütün evlərin qısa zamanda xüsusi mülkiyyət obyekti kimi sənədləşdirilməsi həyata keçirilməlidir.
-İndiyə qədər əvəzi ödənilmədən artıq sökülmüş evlərin sahiblərinə gec də olsa tam kompensasiya ödənilməlidir.
-Vətəndaşlara qanunsuz olaraq torpaq və həmin torpaqlarda tikinti üçün “icazə” satmış vəzifəli şəxsləri müəyyən edib, onların qanunvericiliyə uygun məsuliyyət daşımaları təmin edilməlidir.
-gələcəkdə də belə halların baş verməməsi üçün vəzifəli şəxslərin fəaliyyəti üzərində dövlət və ictimai nəzarət gücləndirilməlidir.
Əli bəy tamamilə haqlısınız.Azərbaycan hakimiyyəti bu millətə qarşı ən ağalasığmaz zülümləri edir,ləyaqətini,şəxsi toxunulmazlıq haqqını,mülkiyyət hüququnu istədiyi şəkildə tapdayır,ancaq təəsüf ki,bu əzəilənlərdən səs çıxmır,yenə sizlərsiniz hayqıran. Nə qədər ki,bu xalq özünə edilən zülmə belə dözümlü yanaşacaq, demokratiya bir yana qalsın, öz şəxsi haqlarının kütləvi şəkildə tapdanmasına mütiliklə baş əyəcək və onun haqqı uğrunda mübarizə aparanlara da “mən siyasətə qarıçmıram”deyib dəstək verməyəcək sırası gəldikcə hər kəs bu zülmdən,haqsızlıqdan payını alacaq.
Eslinde,bele sosial meseleler sade vetendashlar uchun bir chox hallarda siyasi problemlerden az chekili deyil.Chunki,bizim cemiyyetde su bogaza chixmayibsa,felaket qapimizi doymeyibse,dushunuruk ki,demek her shey qaydasindadir.Yaxud da,qaydasinda olmayan problem siyasi deyil,bu siyasi dushergeler-siyasi partiyalar,Ali,Isa,Ilham,Ramiz(bele adlandirma bir az kopud gorune biler) arasinda qarshidurmadir.Eslinde,bu her zaman hamimizi teqib eden neheng bir korrupsioner ve istismar xarakterli rejimdir,vampirdir.O,zaman-zaman bizi soracaqdir,o vaxra qeder ki,biz qansiz qalacagiq.Bu sokuntu emeliyyatida bele seriallardandir.Eslinde,bele neftle,kommunikasiya infrastukturu ile bagli zonalar hemin adlar altinda SOCAR(ARDNS)sokuntu ishi aparir,hetta tikilmish evlerden “haqq” alib,oz dagidici ishin gorur.
Bu sokuntuler ona gore bash vermir ki,hemin evlerin senedleri qaydasinda deyil,yaxud buna benzer hansisa sebeb var.Xeyr!Chunki,bu zaman hemin yere iddiachi qisminde hansisa mubahisiler olmali idi.Amma bele,deyil.Chunki,Arif Qarashov adli esl korrupsiya piramidasinin bashinda eyleshdirilmish bir shexs adi bir menzilin kupcha verilmesini 15,000 manatdan ashagi etmeyib.Indide hemin yirtici fealiyyeti Dovlet Emlakini idaretme Komitesinin sedri Kerem Hesenov edir.O zaman,hemin qiymete ev tikdiren ve bir tike chorek,ish dalinca Bakiya gelmish hemin mezlum hardan alsin ki,bu pulu verib,evine kupcha alsin.Bel ozbashinachiliqlarin chox davam etmemsi uchun Ali beyin tekliflerine birini de elave etmek isterdim.
Prezident heqiqeten bu veziyyetin anarxiyaya suruklenmesini istemirse,onda olke uzre umumi bir serencam vermelidir ki,indiye qeder heyata kechirilen mubahiseli olmayan tikintilerin her sotu uchun nezerde tutulan dovler rusumu(bu heddi mueyyenleshdirib) banklar vasiteile budcesine kochurulerek,onlarin qanuni kupcha verilmesi temin edilsin.Bu addimla hokumet 2 problemi eyni zamanda yetirmish olacaq:
Birincisi,mubahiseli torpaq,tikinti problemlerini hell ederek,vetendashlarin artan naraziliqlarinin qismen qarshini almish olar.
Ikincisi,fiskal alet vasietile,budceye daxilolma imkanlarini artirmish olar ki,indi budce kesirinin yaranma ehtimalinin oldugu bir sheraitde olduqca goyden dushme bir maliyye qaynagidir.
Zənnimcə, müxalifət cəmiyyətlə açıq dialoq aparmalıdır.Bir qayda olaraq hakimiyyətin etdikləri haqlı olaraq tənqid olunursa, cəmiyyət də bu baş verənlərə seyriçi qalmağa görə açıq tənqid olunmalıdır. Bu olmadığına görə hakimiyyətin özbaşınalıqları qarşısında susan insanlar bəs müxalifət haradadır deyib,rastlaşdıqları haqsızlıqlara görə müxalifəti fəaliyyətsizlikdə günahlandırılar.Azərbaycan cəmiyyəti bu günədək ölkədə baş verənlərə görə məsuliyyətini anlamır və üzləşdiyi problemləri siyasi hakimiyyətin fəaliyyətinin nəticəsi kimi deyil,sanki bir təbii fəalakət hadisəsi kimi qəbul edir. Sanki evləri onların əlindən alıb uçuran iqtidar deyil,zəlzələdir. Açıq şəkildə cəmiyyətə müraciət olunaraq deyilməlidir ki,nə qədər ki siz korrupsionerlərin haqlarınızı tapdaması ilə belə sakitcə barışacaqsınız, bundan da ağır problemlər sizi gözləyəcək və haradansa nağıllarımızda olduğu kimi”ağ atlı oğlan” gəlib sizi qurtarmayacaq. Bu baxımdan məncə Azərbaycanda demokratik dəyişikliklərin qarşısında duran ən böyük maneə elə Azərbaycan cəmiyyətinin hüquqi və siyasi geriliyi, vətəndaşlıq məsuliyyətini dərk etməməsidir. Cəmiyyət demokratik dəyişikliklər yolu ilə mülkiyyət və insan hüquqlarının toxunulmazlığına təminat veriləcəyini anlasa o zaman müxalifətin çağrışına ehtiyac olmadan belə bu hakimiyyətin qarşısında ictimai müqavimət yarana bilər.
Əli bəy, tamamilə haqlısınız, bu hakimiyyət ölkənin sərvətlərini talamaqla doymayıb xalqın da əlində olanı soymaqdadır. 400 min evin söküləcəyi barədə məlumatların yayılmasında hakimiyyətin özü məncə maraqlıdır,çünki bu yolla bu evlərin sahiblərini qorxuya salıb sonra da hərəsindən 2-3 min manat rüşvət alacaqlar ki, sizin evinizin adını söküləcəklərin siyahısından çıxarırıq. Bu isə 5-6 milyard manat gəlir deməkdir. İlham Əliyev ötən ilin iqtisadi böhranından itirdiklərini bu yolla kompensasiya edəcək. Pullar yığılıb qurtarandan sonra isə sisin yuxarıda göstərdiyiniz təkliflərə uyğun olaraq müəyyən addımlar atacaqlar və bunun da adını qoyacaqlar İlham Əliyevin humanizmi.Sonra da əhaliyə minnət vuracaqlar ki evinizi sökmədik.
Əli bəy insanların hüquqlarını tapdadılar,hər addımda məmur özbaşınalıqları ilə alçaltdılar yetmədi, indi də evlərini söküb küçələrə salmaq istəyirlər.Bəlkə bundan sonra xalqımız küçələrə çıxıb haqqını tələb edə. Qəribə xalqıq evimizi də söküb küçəyə atırlar səsimizi çıxarmaq istəmirik. Görəsən bizə daha nə etməlidirlər ki, bu əliyevlərin haqsızlığına bəsdir,dur deyə bilək.
Məsələ belədir ki, Azərbaycan hakimiyyətinin başçısı Rusiyadan mükafat alıb. Deməli o İvanın ev tikənidir. “biri ölməsə biri dirilməz”- İlham Əliyev Azərbaycan xalqına ev tiksəydi Rusun evini yıxardı.. Bu işin sadə tərəfi. Başqa tərəfdən İlham Əliyev Xalqı taqəıtdən tam saldığını zənn edir və buna görə də onun buldezeri insanların evinə girir. Amma fərqində deyil ki, bu millət taqətsizdi amma sahibsiz deyil..
insanların artıq heç nəyə ümidi qalmayıb.
bir zamanlar kemal sunalın (şaban) filmlərində görürdülər bu mənzərəni.
indi isə adi reallığa çevrilib.
görəsən evləri sökülənlər anlayırlarmı ki, günah hacıabalada yox ilham əliyevdı, avtoritar rejiminin mahiyyətindədir?
Əli bəy, ölkənin mühüm məsələləri ilə bağlı çox məntiqli və obyektiv münasibət bildirirsiniz. Bu yazınızı da diqqətlə oxudum və təşəkkür edirəm. Ümid eirəm ki, bu ənənəni davam etdirəcəksiniz. Qarşıdan gələn parlament seçkiləri ərəfəsində cəmiyyətin həssas olduğu məsələlərin gündəmə gətrilməsi ictimai siyasi fəallığın artması və müxalifətin ictimai maraqlatı təmsil etməsi baxımdan mühüm əhəmiyyət daşıyır.
Ilham eliyev sizin kimi agilli olsaydi yeqin ki azerbaycanlilar onun 20 ilde hakimiyyetde olmasina etiraz etmezdi.
Evleri yixilanlar gorek ozleri ne edecekdir?
Əli bəy mən siyasətdən uzağam, ancaq düşünürəm ki, bu gün ölkəmizdə elə məsələlər baş veriri ki, bu hər bir vətəndaşın maraqlarına toxunur. Ona görə də müxalifətin insanları narahat edən sosial problemlərə müraciət etməsinə və haqqı tapdanan həmvətənlərimizinda bu məsələlərdə həssaslıq göstərməsinə ehtiyac var. Bu vətən bizimdir və onun problemlərini də bizdən başqa kənardan kimsə gəlib həll etməyəcək.
Ali bey cox lazimli movzuya toxundugunuza gore teshekkur. Aslinde bu olkede bir qanunsuz hadise, nesne var qeyri-legitim hakimiyyet.Amma bir sheyide qeyd etmek isteyirem ki, Islama gore mezlumun gunahi zalimin gunahi ile beraberdir. Eger xalq oz huququn teleb etmese mehshur filmde deyildiyi kimi sabah geleb deyecekler papagini ver namusunu ver . Nece ki, deyirler.
Cəmiyyətin müqavimət gücü zəif olduqda hakimiyyətlar öz əməllərində sərhəd tanımazlar.Susub durduqca bundan betəri olacağı şübhəsizdir.Əlbəttdə ki şəhər böyüyəndə hansısa binaları söküb yerində daha böyüklərini tikmək olar,amma evləri söküb hansısa park tikmək..bu artıq azğınlığın yüksək həddidir.Bir qalıb Ərdoğanın əkinçiyə dediyi( ananı da al gir bu memleketden) sözü camaata desinlər.Buda deyilsə artıq mən təəcüblənmərəm.
Taleh Qardashim Sn.Erdogan`a haksizlik ediyorsun. O ki degil milletin evini elinde alip sökmek, imkani az olanlara ev tikiyor.Dövlet kurulusunun adi TOKI dir, internetden görebilersen kac aileye ev verildi indiye qeder.Yüzbinlerce memurlardan zoraki alinan ev edindirme adindaki pullarini yine Erdogan geri ödüyor. Erdoganin Ekinci ye bu sözü özellikle söyledi cunki o ekinci diger partilerden birinin provakötürü idi. Sen tabi bunu bilmezsin… Ve onu komsularida malumat veriplerki hemin shexsin yasayis imkani iyidir. Evi, masini, pulu var yani varli shexsdir. Derdleri Erdogan`a zibil atmak ve pislemektir.
Eviyıxılanlar bu yıxanların nə zaman evini yıxacaq, buna cavab vermək cətin məsələdir, çünki evi yıxılanlar bu yıxanlardan birini görən kimi öz ömürlərindən kəsib məmnuniyyətlə onlara bağışlamaq üçün Allahın qarşısında az qala növbəyə dururlar. Bu evi yıxılanlara yardım etmək vicdanı, ölkəsində normal cəmiyyət görmək istəyi, həmvətənlərini rahat görmək arzusu sizi rahat buraxmır, amma nə yazıq o evi yıxılanlara ki, bunu anlamır…
Efsuslar olsunki , bu cur mesele menden de artiq yan kecmeyib. Gabag fikirleshirdim, bashini awaga sal ve iwini gor , amma bundan sonra………