Əsas səhifə > Yazılar, Əli Kərimli > Növbəti «qurban» kim olacaq?

Növbəti «qurban» kim olacaq?

Hakimiyyət bizimlə «rus ruletkası» oynayır

Əli KərimliÖlkə ictimaiyyəti Elmarın öldürülməsindən 5 il keçməsi münasibəti ilə tədbirlər planı hazırladığı bir vaxtda, AXCP Culfa rayon təşkilatının sədri, Bənənyar dustağı Rza müəllimin həbsdə olduğu zaman üzləşdiyi işgəncələr səbəbindən öldüyü xəbərindən bir daha sarsıldı. Sonra isə şok yaradan daha bir xəbər. Rza müəllim azadlığa çıxan kimi dünyasını dəyişmiş tək «Bənənyar dustağı» deyilmiş. Daha 3 nəfər «Bənənyar dustağı»da azadlığa çıxan kimi dünyasını dəyişib. Daha birinin də həyatı uğrunda mübarizə gedir.

Bənənyarda həbs olunanlara dəhşətli fiziki işgənclərin verildiyi hələ o günlərdə məlum idi. Amma indi hər şey daha aydın və birmənalıdır.  Rza müəllimin və digər Bənənyar dustaqlarının vaxtsız ölümü üçün əsaslar həbsxanada yaradılıb.

Rza müəllim də Şahmərdan Cəfərov, Elmar Hüseynov, Həmidağa Zahidov və digr əqidə dostlarımız kimi siyasi qətlin qurbanıdır. Demokratiya, əqidə uğrunda mübarizədə, şəhid olmuş dostumuzdur.

Oğru və kriminal rejimlərini möhkəmlətmək, haqqını, hüquqlarını tələb edənləri susdurmaq, bu arada kənardan baxanları da qorxutmaq üçün nə qədər adamın hə          yatına, sağlamlığına, azadlığına qəsd etdilər.

Xalqımızın böyük çoxluğunun demokratiya şəhidlərinin ruhunu hər zaman hörmətlə andığına, onların uğrunda qurban getdikləri dəyərlərə rəğbətlə yanaşdığına heç bir şübhəm yoxdur. Əksəriyyət bilir ki, onlar özləri üçün yox,  millətimiz üçün yaşamağı seçdilər. Yaxınlaşan qəsdin ayaq səslərini eşitsələr də, qorxub geri çəkilmədilər. Hüquqsuzluqla, haqsızlıqla barışmaqdansa, şərəfli ölümü seçdilər.

Amma etiraf etmək lazımdır ki, hər belə qəsddən sonra qorxanlar, «ağıllı» olub bizlərə qoşulmadığı üçün özündən daha da razı olanlar da olur. Hər belə hadisədən sonra belələri əmin olurlar ki, «Az aşım, ağrımaz başım», «Palaza bürün, elnən sürün» prinsipləri ilə yaşadıqlarına görə onlar özlərinin və yaxınlarının həyatını riskə atmırlar.

Mənim sözüm də belələrinədir. Yanılırsınız, əziz həmvətənlərim. İllüziya ilə yaşayırsınız. Bir ölkədə, kimisə öldürüb, əmlakını əlindn alıb cəzasız qalmaq olarsa, polis, məhkəmə, icra istədiyi ədalətsiz qərarı çıxara bilərsə, bu ölkədə heç kimin həyatına, azadlığına, əmlakına təminat yoxdur.

Siz ədalət uğrunda mübarizədən «mənə nə deyib» çəkilməkdə siyasi qətllərdən və repressiyalardan özünüzü sığortalaya bilərsiniz. Bəs ordudakı ölüm konveyerindən özünüzü, sevdiklərinizi necə xilas edəcəksiniz? Siz və sevdikləriniz təhlükəsizlik qaydasına baxan olmadığına görə hər il göydələnlərdən yıxılıb ölən 70-80 nəfərin arasında ola bilməzmi? Azğınların övladlarının heç bir cəzasız aftoşluq etdiyi, həyat üçün kifayət qədər təhlükəli yerə çevrilmiş şəhər küçələrində bir harınlaşmışın maşınının təkərlərinin altında qalmayacağınıza təminatınız varmı? Minlərlə başqa soydaşımız kimi həyatda bütün yollar üzünüzə qapandıqda, iradəsizlik edib intihara əl atmağa məcbur olmayacağınıza əminsinizmi? Valideynlərini “soymaq” məqsədilə cibinə narkotika atib tutduqları gənclərdən birinin sizin övladınız olmayacağını haradan bilirsiniz?

Tutaq k, bu təhlükələrin hamısından qorundunuz. Bunlarla dil tapıb zəngin oldunuz. Təzə, bahalı mənzil aldınız. Təzəcə köçdüyünüz yeni tikilmiş hündürmərtəbəli binanın  eynən M.Muxtarov küçəsindəki bina kimi sementsiz tikildiyinə görə bir gün başınıza uçmayacağına necə, təminat varmı

Əziz həmvətənlərim, onu izah etmək istəyirəm ki, insanın ali dəyər hesab olunmadığı, qanunun şah yox, şahın qanun olduğu, müstəqil məhkəmənin, vətəndaş cəmiyyətinin olmadığı ölkədə heç kim bir gün haqsızlığın qurbanı olmaqdan sığortalanmayıb.

Əlbəttə, bu bəlalar hamını əhatə etmir. Seçmə üsulu ilə, yaxud da hansısa təsadüflə qurbanlarını aramızdan seçir. Elə siyasətdə, mübarizədə də belədir. Hamını öldürmürlər, həbs etmirlər, döyüb şikəst etmirlər. Hakimiyyət bizimlə «rus ruletkası»oynayır. Vaxtaşırı aramızdan hansımızısa qurban seçir.

Görürsünüz ki, risk hər yerdə var. Amma inanın ki, mübarizədə bu riski yaşamaq qat-qat mənalıdır. Ən azı ölüm səni haqlayana qədər şərəflə yaşayırsan. Həyatını nə üçün riskə atdığını dərk edirsən. Əgər bir gün rejim səni qurbanlıq seçirsə, onda da ölümün sadəcə statistika olmur. Elmar, Şahmərdan, Həmidağa və Rza müəllim kimi əfsanələşirsən, gələcək nəsillərə nümunə olursan, şam kimi yanaraq onların cığırlarına  işıq tutursan.

Kateqoriyalar: Yazılar, Əli Kərimli Etiketlər: ,
  1. Ali Rza
    Mart 3, 2010 tarixində, saat 3:37 axşam

    Əvət, ancaq mübarizə mənlik verir hər millətə (Hüseyn Cavid).
    “Nəşəsiz bir ömrü ancaq mübarizə güldürür” (yenə ulu Cavid) həqiqətini qəbul etmədikcə, başa düşməyəcəyik ki, “ölməyin eybi yoxdur, yaşamamaq dəhşətdir” (bu da dahi Hüqo).
    Nəhayət, “ölmək qəhr olub alçalaraq yaşamaqdan doğur, yaşamaq qəhr edib yüksələrək ölməkdən” (Hz.Əli) və bu, bütöv millətlərə də aiddir.
    Unutmayaq, “ömrün mənası şərlə mübarizədədir” (İppolit Ten).

  2. Seymur Həziyev
    Mart 3, 2010 tarixində, saat 4:46 axşam

    Azəırbaycan hakimiyyəti- İlham Əliyev bütün bu olaylarda Vasif Talıbova vəkillik edib. Üzr istəyirəm, onu mükafatlandırıblar və bu cür fiziki ölümlərin daha kütləvi mənəvi-pisixoloji öülmlərə-n qətliamlara səbəb olduğunu bildiyi üçün bu taktikadan yararlanmağa üz qoyub. Amma bizm sayımız barədə dəqiq məlumatlı deyillər. Olsalar bilərlər ki, beş yüz miniunci YAP-çını tapdıqları ailədə belə onlara inan olmadığı halda milyonlar bizmlədi. Mübarizə ən böyük şansdır. Savaşanın bir şansı olduğu halda savaşmayanın heç nəyi yoxdur…. Ona görə də yeganə alternativ bu rejimin yaxınlaşmış sonunu tamamlamaq üçün birləşmək və mübarizə aparmaqdır…

  3. Namiq Shemkirli
    Mart 3, 2010 tarixində, saat 6:49 axşam

    Cox agir ve cox agrili movzudur. Bu barede nese yazmaq da cetindir. Amma cemiyyetde heraret durmadan artir. 88-ci ilin evvellerini yada salaq. O vaxt kim deye bilerdi ki, cemi bir-nece aydan sonra butun xalq meydanlara axacaq ve SSRI KQBS-i kimi mudhish bir quvve de bu qalxinmani yene bilmeyecek. Ele gorunur ki, indi de oxshar veziyyet yashanir. Hansisa bir qigilcim ( o zaman hemin qigilcim Topxananin qirilmasi oldu) naraziliqlari partlayisha, cemiyyetin heraretini qaynama noqtesine catdira biler.

  4. imran
    Mart 3, 2010 tarixində, saat 7:17 axşam

    Men de raziyam bu fikitle qacmaq,mubarizeden cekilmek cixish yolu deyil.Biz cox olmaliyiq. Cox olsaq hec ne ede bilmeyecekler.

  5. elxan
    Mart 3, 2010 tarixində, saat 7:21 axşam

    Eli bey, yaxshi ki, movzunu deyishib yene iqtidarla mubarizeye yoneltdiz. Yoxsa bu muxalifet daxili diskusiyalar adami bezdirir.

  6. Mart 3, 2010 tarixində, saat 7:46 axşam

    Elmar Hüseynova Allah rəhmət etsin. O öz yolu və həyatı bahasına başa gələn mübarizəsi ilə məktəb qoydu. Ölməzlik və cəsarət məktəbi. Öyrənməli çox şey var.

  7. ASLAN AKBEY
    Mart 3, 2010 tarixində, saat 7:53 axşam

    Gör indi bu müxalifətlə birləşsə bugün-sabah AXCP-ni də bugünə salıb arxasından min cür oyun çıxarar.MÜSAVAT-ın başqanı çox özündən razıdır tək egtsin seçkilərə…Müsavatdan olan siyasi bilənlərimiz var, ama əksəriyyəti geri təfəkkürlü adamlardı deyirlər bəlkə vaxt 1991di Azərbaycanda o vaxt ki Azərbaycandı…Əli bəy siz barı bir çarə tapın bunlara qalsa bugünkündən də betər olacayıq…Çox danışmaq istəmirəm qısacası bir mətn…
    “Biliyorsunuz ki, Türk milleti hep hür ve bağısız bir millet olarak yaşamıştır.Bu millet hiç bir zaman bağımlı yaşamadı.Yayamaz ve YAŞAMAYACAKTIR…” Mustafa Kemal ATATÜRK

  8. Mart 3, 2010 tarixində, saat 8:00 axşam

    Hər bir mübarizənin sonu olur. AXCP-nin də mübarizəsinin məntiqli sonu olacaq.

  9. Saadət
    Mart 4, 2010 tarixində, saat 5:33 səhər

    Əliyev hakimiyyətinin rus ruletkası bir gün öz tepesinde partlayacaq. Necə ki Rusiya “uf” demədən İranı ayağının altına qoya bilir, Azərbaycan da onun üçün heç nədir. Mübarizə yolunu seçmiş ləyaqətli insanlar ya bu yolda ölür, ya da onu uğurla sona çatdırır. Ətrafımızda dəhşətli seşlər baş versə də, satqınlıqlar baş alıb getsə də, düşünürəm, biz hələ ölməmişik və davam etmək borcumuzdur. Necə ki, bir müsəlman qadını-Benəzir Bhutto ölümü bahasına olsa da bunu bacardı, biz nədən bacara bilməyək ki…Sizə və mübarizəmizə uğurlar! Tezliklə fəallaşmamız arzusuyla!

  10. Natiq Güləhmədoğlu
    Mart 4, 2010 tarixində, saat 8:14 səhər

    Təşəkkür edirəm Əli bəy.
    heyf ki bu cür mövqenizi Televiziyalarda mitinqlərdə səsləndirmək imkanı yoxdur.
    Amma bu il-hansi ki onu imkanlar ili kimi qiymetlendirmişik belə bir şəraiti yetişdirmək sansimiz var
    Yenidən sizi coşqulu xalq kütlələrinə xitab etməyinizi gözləməkdəyik
    Ugur olsun

  11. Mart 4, 2010 tarixində, saat 2:45 axşam

    Əli bəy, təşəkkürlər yazıya görə…
    Bir de Razi bey duz deyir “hər bir mübarizənin sonu olur. AXCP-nin də mübarizəsinin məntiqli sonu olacaq”. Mütləq olacaq…

  12. Zümrüd Yağmur
    Mart 4, 2010 tarixində, saat 4:43 axşam

    Azərbaycanda insanların baş verənlərə biganə olması, ” başını aşağı salıb bir tikə çörək üçün yaşaması”hec də “səndən kecdi mənə dəydi” qanunauyğunluğunun Bu ölkədə işləməməsi anlamına gəlmir.Artıq çoxdandır ki, bu ölkədə ən adi vətəndaşın nədənsə, ədalətsizlikdən, haqsızlıqdan sığortalı olması deyə bir şey yoxdur.İnsanların yanaşmasındakıə yanlışlıq, “mən siyasətə qarışmıram” deyib kənara cəkilməsi bu kimi halların artıq virus kimi bütün cəmiyyətə sirayət etməsisi hakimiyyətin ədalətsizlik və cəza makinasının daha da aktiv işləməsinə səbəb olur. Amma mən əminəm ki, bir gün insanlar anlayacaq ki, Azərbaycanda baş verənlər təkc siyasətlə bağlı deyil ki, ona da qarışmayasan, çünki bir toplumun bu qədər olacaqlara rəğmən daima susmalıdır deyə bir qanunauyğunluq da yoxdur və bu hakimiyyət də xalqın qəzəbindən sığortalı deyil…

  13. Mart 4, 2010 tarixində, saat 6:45 axşam

    Dostlar, xoş sözlər və dəstək üçün hamınıza təşəkkür edirəm. Her birinizin mövqeyi mənim üçün önəmlidir. Ümüd edirəm ki, yazdıqlarınızın hər birinə (vaxt çatdıra bilmədiyim üçün) reaksiya verə bilməməyimi anlayışla qarşılayırsınız.

  14. İlham
    Mart 5, 2010 tarixində, saat 8:57 səhər

    Əli bəy,sağ olun yaxşı yazıdır.Mübarizə aparmağın alternativi yoxdur. Mənə nə deyənlər də günlərin birində peşman olacaqlar. Ama yaxşı olar ki,öz başlarına gəlməmiş indidən mübarizəyə qoşulalar.

  15. ibrahim
    Mart 5, 2010 tarixində, saat 9:05 səhər

    Əli bəy vaxtınızın az olmasını bilirik. Buradakı şərhlərin hamısına cavaba vaxt çatdıra bilməzsiz.Onu da başa düşürük.Ama yazılarınızı davam etdirsəniz yaxşı olar. Ümüd edirəm davamlı olacaq.

  16. Garib
    Mart 6, 2010 tarixində, saat 6:40 axşam

    Ali bey sizinle raziyam,amma bir elavem var.irag.Iran,Turkiyeden gelen kurd terrorculari ecayib paltarlarini deyishib olurlar biznesmen[SOKAR-in pulunun hesabina]olurlar xozeyin-istasadiyyat ve böyuk siyasetin aparici kölge figurlari,coban-feodal deyerlerini cemiyyete etalon olarag siriyirlar.Uzde gulselerde,icde nifretle doludurlar.Problemlerimizin bashi bu fitnedir ki,bunlardan temizlenmek vacibdir.ALLAH bize yar olsun,Amin…

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: