Əsas səhifə > Yazılar, Əli Kərimli > İlham Əliyev izahat versin

İlham Əliyev izahat versin

Vaşinqton Post qəzeti  Əliyevləri tam ifşa etdi. Sadə azərbaycanlılar iqtisadi böhranla çarpışırkən, Azərbaycan əhalisinin  2 milyona qədəri ayda 70-80 manatla dolanmağın sirlərinə yiyələndiyi vaxtlarda  ailəyə yaxın işbazlar da İlham Əliyevin  12 yaşlı oğlunun adına 44 milyon dollarlıq əmlak almaqla məşğul imişlər.

Vaşinqton  Postun əməkdaşı həmin əmlakın yerləşdiyi  Dubayın milyonçular məhəlləsinin  şəkillərini də yayimlayib. Araşdırma xarakterli məqalədə ailənin başqa korrupsiya  əməllərindən də bəhs edilir.

Maraqlıdır, nə edəcəklər? Bu yazını yazan Elmar deyil ki, ölürtdürələr. Aqil Xəlil deyil ki, bıçaqladıb, sonra da mənəvi terrora məruz qoyasan. Qənimət Zahid, Eynulla Fətullayev, Mirzə Sakit, Emin Milli, Adnan Hacızadə deyil ki, şərləyib həbs etdirəsən. Bəli, cənablar, korrupsiyanı, talanı, oğurluğu gizlətmək mümkün deyil. Siz burada 5-7 min tirajı olan qəzetlərdə ifşa olunacağınızdan  ehtiyatlanıb mətbuata divan tutdunuz, indi isə milyonlarla tirajı olan, dünyanın ən məşhur qəzetlərindən biri sizi ifşa etdi.

İqtisadi böhranın təsiri açıq etiraf olunmasa da, son illərdə hökumət xalqa yönəlik bir çox xərclərdən “qənaət” edir. 2009- cu ilin büdcə xərclərindən 15% kəsdilər. 2010-cu ildə də büdcə xərclərini 17% azaldıblar. Bu arada pensiya yaşını yuxarı qaldırmaqla, 10 000-lərlə iş yerini ixtisar etməklə, ən imkansızlar üçün nəzərdə tutulan sosial müavinətləri belə bir müddət verməməklə  də hökumət xalqdan xeyli “qənaət” etdi. Necə düşünürsünüz, bu “qənaətlərlə” Dubayda alınan 74 milyon dollarlıq əmlakın arasında bir əlaqə yoxdurmu?

Mənim şəxsən şübhəm yoxdur ki, bu məqalədə yazılanlar korrupsiya aysberqinin yalnız görünən kiçik bir hissəsidir.  İlham Əliyev yazılanlarla razılaşmırsa, Vaşinqton Postu məhkəməyə versin. Baxaq görək Azərbaycan məmurlarının nəzarət etmədiyi müstəqil məhkəmədə korrupsioner olmadığını sübut edib, yazılanları təkzib etdirə biləcəkmi? Yox, əgər bunu etməyəcəksə istefa versin! Üzərində təkzib olunmamış, belə ağır ittihamlarla dövləti təmsil etməzlər.

  1. Zümrüd Yağmur
    Mart 5, 2010 tarixində, saat 6:50 axşam

    Azərbaycan xalqından oğurlananlar 11 yaşlı uşağın adına alınan villalar, mülklərə xərclənir, burdasa insanlar bir parca çörək üçün kölə kimi işləyir…Aydındır ki, iqtisadi inkişaf deyəndə məhz aldıqları mülklərin sayı, yığdıqları varidatın artımını nəzərdə tuturlar. İnkişaf edən Azərbaycan deyil, bunların oğurluq miqyasıdır… Şübhə etmirəm, əgər başqa planetlərdə də torpaq satılıb villa tikilsə Orada ən bahalı məhəllədə İ.Əliyevin və bizim nazirlərin mülkləri yerləşəcək…

  2. Valeh Sadıqov
    Mart 5, 2010 tarixində, saat 7:23 axşam

    Əli bəy,bu məqalə onu göstəriri ki,İlham Əliyevin korrupsioner olması, başçılıq etdiyi ölkəyə gəlir gətirən bir obyekt kimi baxması müxalifətin ortaya atdığı iddia deyil,bu faktlar artıq beynəlxalq səviyyədədə etiraf olunur.Hələ bu harasıdır İlham Əliyevin varidatı 17 il ərzində bu ölkənin talanmış varidatından təşkil olunub və onun dəyəri 10 milyardlarla ölçülür.

  3. Murad Dadaşov
    Mart 5, 2010 tarixində, saat 7:25 axşam

    Əli bəy ,müxalifət bu məsələnin üzərində ciddi şəkildə durmalı və İlham Əliyevə istefa tələbi ilə də seçki kompaniyasına başlamlıdır.Ancaq istefa tələbini niyə təkcə siz səsləndirməlisiniz.Bəs İsa bəy niyə susur, görünür Lalə xanımı hədəf seçmək daha asandır.

  4. Cəmil Qasımlı
    Mart 5, 2010 tarixində, saat 7:26 axşam

    Biz bir xalq kimi, ayağa qalxıb bu quldur hakimiyyətindən qurtulmalıyıq.Bu məqalə hansısa Con üçün deyil, bizi qəflət yuxusundan ayıltmaq üçndür ki,gör sizin səfalətiniz, göz yaşlarınız hesabına körpə uşaqlarını harınlaşdırırlar.Daha nələrə dözməliyik ay millət.

  5. Selay
    Mart 5, 2010 tarixində, saat 7:29 axşam

    Məncə Azərbaycanda bu fakt heç kimi təəcübləndirməyəck.Çünki Əliyevlərin rüşvətxor olduğu,Azərbaycanın varidatını talamaqla milyardlarla varidata sahib olduğunu kim bilmir ki.Sadəcə olaraq bu fakt dəryada damladır,yəqin ki,araşdırılsa yüzlərlə belə faktlar üzə çıxar.

  6. Sənubər
    Mart 5, 2010 tarixində, saat 7:31 axşam

    Müxalifətin birlik modeli elə İlham Əliyevə istefasını tələb edənlərin birliyi formatında təşkil olunmalıdır.

  7. Əzəmət Nəbiyev
    Mart 5, 2010 tarixində, saat 7:34 axşam

    Bu məsələni elə belə buraxmaq olmaz. Bu fakta münasibət bildirməyənlər hakimiyyətin əlaltılarıdır.Bu təkcə korrupsioner İlham Əliyevin deyil, həmdə bu biabırçılığa münasibət bildirməyən liderlərin,QHT-çilərin ifşasıdır.Əli bəy cəsarətinizə və açıq və səmimi mövqeyinizə görə eşq olsun sizə. Utansınlar müxalifətçilik oynayanlar.

  8. Nüsrət Həsənli
    Mart 5, 2010 tarixində, saat 7:40 axşam

    Əli bəy sizin bloqunuzu izləyəndən sonra mənə aydın oldu ki,İlham Əliyev niyə sizə bu qədər aqressivdir. İndi anladım ki, o da bu hakimiyyətə təhlükənin haradan gəldiyini gözəl bilir. Halal olsun sizə, mən siyasətlə heç vaxt məşğul olmamışam, ancaq bu prinsipiallığınıza və ağlınıza görə AXCP-yə üzv olacağam.

  9. Vidadi Soltan
    Mart 5, 2010 tarixində, saat 7:44 axşam

    Görəsən İlham Əliyev bundan sonra nə deyəcək.Normal ölkələrdə bu faktlar ölkənin qarışması,xalqın ayağa qalxması və hkimiyyətin bütün tərkibdə istefası üçn kifayət edərdi.Ancaq bunları yaxasından tutub aşağı salmasan,bunlar gedəsi deyillər.Əli bəy bu yolda sizə uğurlar.

  10. Anar
    Mart 5, 2010 tarixində, saat 8:27 axşam

    Olkeni viran gune qoy ancaq ogluna varidat tikdir.Buna ne ad verek ki adekvat olsun?

  11. Turkan
    Mart 5, 2010 tarixində, saat 8:34 axşam

    Azerbaycanin 98% ehalisi hakimiyyete muxalifdi, sadece 2-3% aciq qalani ise evde metbexinde, sebeb total gorxudu. Ancaq mushaide etmishemki bu il aciq aydin narahatciliq daha uzdedi hetta bunu bir cox nazirliklerin ishcileri ile sohbetdede gormushem belkede sebeb heyat shertlerinin dahada agirlashmagindadi. mence biz bu tip xeberleri daha genish kutlelere catdirmaliyiq cunki ehalinin yarisi belke yaridan coxu internet istifadecisi deyil , TVler ise bu tip xeberleri ictimayiete catdirmir. Normal bir olkede bu tip xeberden sora xalq kucelere axishib etiraz ederdi , hesabat teleb ederdi bizde ise xalqin xeber almagina mehdudiyyet qoyulub mence etiraz seslerinin daha cox yukselmemesinin sebeblerinden biride budurki ehali intiharlardan , herbide olan biabirciliqlardan , hebsde olan jirnalist ve bloggerlerden ve s. cox az melumatlidi. Hormetle…

  12. Mehemmed
    Mart 5, 2010 tarixində, saat 9:27 axşam

    Salam Ali bey! Sizi reyimden once salamlamagimin once sebebi,bu gun muzakireye chixardiniz meselenin butun siyasetchilerden ferqli olaraq cesaret numayish etdirmenizdir.Siz danishilan agizlara dash basilan bir zamanda daha da cesaretli movzulardan behs edirsiz.Chunki,indi gur-guruldayan ozunu muxalifet qezetinin redaktoru DIN naziri ile gorushmeyini achiq-aydin tebligat materiali kimi teqdim etmekden chekinmir ve bezi siyasetchiler ise birlik modellerinden danishmaq evezine agent axtarishindan behs ederek,I.Eliyevi achiq-aydin tenqid etmekden chekinirler.
    Bele mohteshem media qurulushlarinda melum faktin achiqlanmasi ondan xeber verir ki,bu melumatlari 10 milyonlarla insan metbuat vasitesile bunden xeber tutacaq.Bu ise ayda 16,000 ABS dollari mebleginde emekhaqqi alan olke rehberinin real gelirleri ile muqayisede bu ziddiyyet teshkil edir.
    Mence,butun bunlardan ferqli diger melumatlar ortaya chixsa yene teeccublenmeye deymez.Chunki,ister Ingilterede,istersede Turkiyede azerbaycanlilar mehellesi adlanan mehelledeki melum oliqarxlarin mulkleri hamiya melumdur.Turkiyenin chox bahali sheheri olan Istanbulda xanin,kechmish Sederek Gomruk menteqesinin sedrinin hektarlarla torpaq sahelerinin,mulklerinin MDB mekaninda zavod ve fabriklerinin olmasini meger kim bilmirki? Butun bunlara gore,daha bu cemiyyetde kimise utandirmaq mumkun deyil.Onlarda mehz bu bagliliga gore,qan bahasinada olmush-olsa bu yalanchi ve saxta iqtidarlarini qoruyub saxlalamildirlar.Chunki,indiki veziyyet ogru dunyasinin qaydalarini xatirladir.Bir nefer tutulsa,butun ogrular tutulacaq,shehebeke dagilacaq.Ona gore,butun varliqlari ile bir-birlerini mudafie etmek mecburiyyetindedirler.

  13. flower
    Mart 5, 2010 tarixində, saat 11:02 axşam

    Na edacaklar , Ali bey ? Deyacaklar , bunu yazan ermanilara qulluq edan adamdir …
    Bu millatin 70 faizi da inanacaq .

  14. ALOV
    Mart 5, 2010 tarixində, saat 11:23 axşam

    Salam Ali bey.Avvalca Bloqunuzda tekminlesme etmenizi rica edirem S onra da Aliyevlerin cinayetkar zumre oldugunu Amerikalinin kesf etmesi teze ixtira deyil.Bu laqeyid xalqima 40 ilden artiqdi melumdu.Sadece bu cinayetin ciddi arasdirilmasi ve mehkeme mustevisine kecirmek ucun birge sey gostermek lazimdir.

  15. Aydın Cəfərli
    Mart 6, 2010 tarixində, saat 7:25 səhər

    Əli bəy maraqlıdır Azadlıq qəzeti bu məqaləni İlham Əliyevin ifşası kimi verir,Yeni Müsavat isə Amerika Azərbaycan prezidentini hədəf aldı başlığı ilə təqdim edib.Özü də Yeni Müsavat elə şərh edib ki,guya İlhamın Qarabağ məsələsində tutduğu mövqeyə görə ona təzyiq edilir.Baxın Rauf Arifoğlu hakimiyyətə işləməyini heç gizlətmir,ictimai rəyi bu korrupsiya faktından yayaındırb elə təəsürat yaratmağa çalışır ki, guya bu İlhamın milli məsələlərdə,Qarabağ məsələsindəki mövqeyinə görə ona qarşı haqsız təzyiqdir. Əli bəy siz bu adamlarla mı birgə seçkiyə getmək istəyirsiniz,Müsavat partiyasının bəyanatında buna görə İlhamdan istefa tələb etməyə cəsarətləri çatmayıb. Bunlarsız xalqın sizə etimadı daha böyükdür.

  16. Mart 6, 2010 tarixində, saat 9:04 səhər

    Ilham Əliyev və ya hakimiyyətdə olan başqa məmurların istefa verə biləcək qədər ləyaqətləri olsaydı Azərbaycan bu durumda olmazdı. Bunların nə dövlət idarə etməyə, nədə istefa verməyə ləyaqət və səviyyələri çatmadığı üçün millət bunlara layiq olduqları yeri göstərməlidirlər.

  17. Ramil
    Mart 7, 2010 tarixində, saat 8:36 səhər

    Məncə hakimiyyətə qarşı belə əsaslı korrupsiya faktı ortaya çıxmışkən Yeni Müsavatın satqınlıq arqumentləri darmadağın olmalıdır. Faktı əhaliyə çatdırmaq lazımdır ki, yeni müsavata inanan insanlarımız aldanmasın.

  18. Namiq Shemkirli
    Mart 7, 2010 tarixində, saat 12:32 axşam

    Bu məqalə həqiqətən ölkədaxili mühitin durulmasına da yardım edir. Musavat partiyası və Yeni Müsavatla bağlı deyilınlər sözsüz ki əsassız deyil. Silkələyirlər duruluruq. Amma gəlin bir məqamı da nəzərdən qaçırmayaq. Niyə ABŞ-ın mövgeyindən yazılmış məqalədə alternativ fikir kimi məhz Əli Kərimlinin fikirləri yer alıb? Belə anlaşılır ki onlar da kimin kim olduğunu yaxşı bilirlər.

  19. Elnur Sadigov
    Mart 7, 2010 tarixində, saat 3:46 axşam

    Meni teeccublendiren bash verenlere Azerbaycandan gelen reaksiyalardir.Bu boyuklukde korrupsiya fakti qalib qiraqda bizim expertler ABSh-in Ilham Eliyevle uzlushmesine diqqet chekir.Muxtelif sherhleri oxuduqca adamda bele teessurat yaranir ki,Washington Post qezeti de Xalq qezeti kimi Prezident administrasiyasinin sifarishi esasinda ishleyir.

  20. Shaig Jafarzade
    Mart 7, 2010 tarixində, saat 4:35 axşam

    Dogurdan Yeni Musavatin movgeyi belli oldu.

  21. edalet
    Mart 7, 2010 tarixində, saat 4:48 axşam

    Əli bəy, siz hüquqünassiz. Baş Prokurorluğa cinayət haqqında rəsmi məlumuat verin partiya adındanş Qoyun bir az tər töküb nə cavab verəcəklərini düşünsünlər.

  22. Guneyli
    Mart 8, 2010 tarixində, saat 12:22 səhər

    Salam, men Quzey Amerikada yashayan bir Guney Azerbaycanliyam. meni herkes burada Azerbaycanli taniyir yani ozumu bele tanitdirmisham. bugun bir sinif dostum zeng edib, deyirki sizin presidentinizin balaca oglu choxlu miqdarda pulla Dubayide bir ev alib. bu dostum bu xeberi buranin yerli qazetlerinin birinde oxumushdu. o adam danisha danisha biran qizarmagimi hiss etdim. orda xalqimizin durumu ortadadir, xalqin chox yaxshi veziyetde yashaya bilmir hal buki buna qadirdir. neise, chox utana utana o Amerikali dostuma achiqlamisham ki sherqde chox olke bashchilari beledir. ozlerini xalqdan daha chox dushunurler. telefon baglandi amma ureyimde chooox bir agirliq hiss etdim. yadima istanbulun kuchelerinde avara dushen, evinden yurdundan en az pula ishleyen elecede rusyada, Azerbaycanlilar dushdu. goresen nedir bu xalqin gunahi? Guneyde ocur, Quzeyde bele. Senin haqqin yoxdur bizim bashimizi dunyada ashagiya salasan. men olkemi fexrle tanitdiriram, sen o fexri ve qururu menden alirsan, buna haqqin yoxdur!!!
    Sagolun

  23. Ilqar Abdullah
    Mart 8, 2010 tarixində, saat 9:33 səhər

    Men gorurem ki,tamamiyle durulmaginiz uchun ,hele chooox silkelenmeli olacaqsiniz.

  24. A. Yusif
    Mart 9, 2010 tarixində, saat 7:03 səhər

    Hörmətli Əli bəy, sizi neft-qaz sektorundan salamlayırıq. Bu dəfəki Parlament seçkilərində möhkəm durun, sizə dəstək verəcəyik. Bu cəmiyyətin canını bu acgöz rüşvətxarlardan qurtarmağın vaxtı çatıb. Özümüz görmədik, heç olmasa, övladlarımız insan hüquq və azadlıqlarına hörmətin təmin edildiyi, insan ləyaqətinin alçaldılmadığı, rüşvətxorluğun olmadığı bir cəmiyyətdə yaşasınlar. Bu istiqamətdə kim getsə, biz onunlayıq!Siz gəncsiniz, enerjilisiniz, güclü xarizmanız var, yetər ki, arxanısca geədnlər ilə həmişə səmimi olasınız. Uğurlar Sizə!

  25. Namiq Shemkirli
    Mart 9, 2010 tarixində, saat 10:03 səhər

    Ilqar bey, chalishiram sizin sherhleri oxuyum. Yazinizdan gorunur ki siz de oxuyursunuz. Bu sherhi de oxuyacaginiza umid edib de size bele bir sade sual unvanlayiram. Tekce “bizi” yox, butun cemiyyetimizi silkeleyen bu tukurpedici faktlara Isa bey shexsen ozu niye tepki gostermir. Inanin ki men de daxil olmaqla choxlari bele tepkini gozleyirler.

  26. vuqar
    Mart 9, 2010 tarixində, saat 9:39 axşam

    men azerbaycan hakimyetinin bu qeder etdiyi leyaqetsizliyine dozmeyib xarici olkeye uz tutanlardan biri kimi demek isteyirem ki,artiq xalqin ayaga durmaq vaxti coxdan catib.azerbaycan xalqina bu qeder yatmaq yarashmaz vuqar ispanya

  27. Ilqar Abdullah
    Mart 10, 2010 tarixində, saat 9:15 səhər

    Namiq bey, bu suali yaxshi olar ki,Isa beyin ozune unvalayasan.Sualini bu linke gonder,men umud edirem ki,Isa bey seni maraqlandiran suala oz bloqunda etrafli cavab verecek.
    http://www.isagambar.blogspot.com/

  28. Mehemmed
    Mart 10, 2010 tarixində, saat 12:45 axşam

    Bu iqtidar ve onun bashchisi I.Eliyevin hesabat vermek mesuliyyetleri choxdan itib.Chunki,onlar xalq qarshisinda hesabatli deyil,xalqi oz qarshilarinda sorumlu hesab edirler.Evveller,hesabat veresi yer kimi ABS-i gorurduler,daha cenab I.Eliyevin sevimli sozu olan UDM-i artandan sonrada beyenat verdi ki,Azerbaycan musteqil dovletdir,ne etdiyini kiminle meslehetleshdirmir.Yeni dunyanin mutereqqi kesiminin daha eleyhine qarshi getmekde bunlar uchun adi hala chevrilib.Artiq isterikadadirlar.
    Tez-tez cemiyyetde shablon olan ifade var:”Bu iqtidarin pulu choxdur,onu yixmaq olmaz ve s.” Achigi bele pullarin choxlugu iqtidari guclendire biler.Amma bizdeki pul cemiyyetin zengin olmasi hesabina deyil,ailenin zengin olmasi hesabina oldugu uchun o cemiyyeti guclendirmir,eksine onu zeifledir.Men ise dushunurem ki,bu iqtidar PULUNUN AZLIGINDAN DEYIL,MEHZ LAP CHOXLUGUNDAN YIXILACAQ.Baxarsiz,biz onu birlikde goreceyik.Bu illerin sinagindan chixmish tecrubedir.

  29. Mart 22, 2010 tarixində, saat 4:18 axşam

    Eli bey, Tesekkur tam deqiqlikle yazmisiz .Ve butun yzialrivizla raziyam Ilham sadece heleki yigir am,a her seyin sonu var bununda olacag

  1. Mart 5, 2010 tarixində, saat 5:17 axşam

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: