Əsas səhifə > Yazılar, Əli Kərimli > Millət, Qarabağı itiririk!

Millət, Qarabağı itiririk!

Xəyanətin anatomiyası

Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov Azərbaycan tərəfinin Qarabağ münaqişəsinin nizamlanması üçün ATƏT-in Mins Qrupu tərəfindən təklif olunan Madrid prinsipləri ilə razılaşdığını rəsmən bəyan edib. Əlavə də edib ki, indi rəsmi Bakı Ermənistanın cavabını gözləyir. Bir gün qabaq isə Minsk qrupundakı fransalı həmsədr Bernar Fasie Madrid prinsiplərinin xalqdan gizli saxlanılan əsas mahiyyətini açıqlayıb. Deyib ki, Qarabağın yekun statusu Qarabağda müharibədən öncə yaşamış əhalinin iştirakı ilə keçirilən referendumla müəyyənləşəcək.

Hətta Azərbaycanın öz statistikası belə müharibədən qabaq Qarabağda yaşayanların 70 faizinin erməni olduğunu təsdiq edir. Vaxtilə Qarabağda yaşamış azərbaycanlıların xeyli hissəsinin ermənilərin hegemonluq etdiyi Qarabağa qayıdacağına şübhələrimizi bir kənara qoyub, təsəvvür etsək də ki, referendumda iştirak edənlərin 25-30%-i azərbaycanlı, 70-75%-i erməni olacaq, kim şübhə edər ki, bu referendumun nəticəsi ermənilərin istədiyi kimi – Qarabağın müstəqilliyi olar?

Niyə səsvermə ilə öz siysi taleyini müəyyənləşdirmək hüququ, Rusiyanın, Gürcüstanın, Maldaviyanın, hətta Avropa ölkələrinin tərkibindəki, çoxlu sayda muxtar qurumlara verilmədiyi halda yalnız Qarabağa verilir? Hər kəsə aydın deyilmi ki, bu referendum Qarabağın Azərbaycandan ayrılmasının mexanizmi kimi düşünülüb? Qarabağı itirməyə nə qədər yaxın olduğumuzu hiss edirsinizmi?

Son 17 ildə Qarabağı itirmək təhlükəsini dəfələrlə yaşamışıq, amma əminəm ki, indi qarşılaşdığımız ən real təhlükədir. Azərbaycan hökuməti Qarabağın Azərbaycandan müəyyən bir zaman içində, tədricən ayrılması planına razılaşıb, qalanı zaman məsələsidi.

Sual yaranır, sonda Qarabağın Ermənistana verilməsinə və ya müstəqil olmasına razılaşacaqdıqsa, o zaman nədən savaşdıq? Niyə bu qədər şəhid verdik? Niyə 1 milyon insan qaçqın həyatı yaşadı? Hələ də 5000-ə qədər insanımız girovluqdadır, ölüsünü, qaldısını da bilmirik. Nədən ötrü verdik bu itkiləri, axı düşmən bizdən elə əvvəldən Qarabağı istəyirdi. Bu müharibə Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın və Kəlbəcər uğrunda olmayıb axı. Əvvəldən, erməni tərəfi deyib ki, Qarabağın müstəqilliyinə razılaşsanız işğal etdiyiniz torpaqları qaytararıq.
Belə çıxır ki, bizə bir millət olaraq bu məhrumiyyətləri ona örə yaşatdılar ki, biz məğlubiyyətlə barışmaq həddinə qədər alçalaq.

Bizi bu günlərə necə gətirdilər?

17 ildir bizi bir millət olaraq addım-addım məğlubiyyətə doğru gətirirlər. Əvvəlcə döyüşən batayonları tərxis edib, torpaqların işğalına şərait yaradıldı, Qarabağda könüllü döyüşənləri ləkələdilər, narkoman, başıpozuq dedilər – Millətin döyüş əzmini qırdılar. Ona görə də bu gün fransalı həmsədr Bernar Fasie bizə həqarət edə bilir. Müdafi Nazirimizi qeyri-ciddilikdə ittiham edir, erməni döyüşçülərinin mərdliyindən danışır və cavabsız qalır.

Sonra xalqı məğlubiyyətə hazırlama əməliyyatının ikinci fazası başlandı. Qarabağ müharibəsinin qazilərinə divan tutuldu, şəhid ailələri, diqqətdən kənarda saxlanıldı, hətta Milli Qəhrəman ailələri də. Orduda ayrı-seçkilik salındı. Heç bir zənginin övladı Qarabağın həndəvərinə də yaxın düşmədi. Qarabağ ətrafı səngərlər ancaq kasıb balalarına həvalə olundu. Gənc nəslin vətənpərvərlik duyğularına dəhşətli zərbələr vuruldu (orduda daha nələr baş verdi? Bilirsiniz. Hamısını təsvir etməyə nə ehtiyac).

Böyük yalanlarla başımızın altına yastıq qoyub, bizi dünyada təklədilər, müttəfiqsiz qoydular. Əvvəlcə «Müdrik neft siyasəti ilə» Qarabağı qaytaracaqları vədini verdilər. İllər keçdi bu vəddən bir şey alınmadı, sonra «regionun lider» dövlətinin başçısı yeni sloqan irəli sürdü bizim hərbi xərclər sən demə Ermənistanın ümumi büdcəsinlən çoxmuş. Ona görə də lazım gələn kimi torpaqlarımızı azad edərikmiş, bir müddət də millətin başının altına bu cür yastıq qoyuldu. Təbii ki, lazım gəlmədi, amma beynəlxalq aləmdən bir az ciddi olun bəyanatları gəldi və cavabsız qaldı. Xalqın başını qatmaq üçün daha hansı yalanları danışmadılar? Bir gün iddia elədilər ki, Rusiyaya qaz satmaqla, Qarabağı guya Rusiyanın əli ilə azad edəcəklər, başqa gün «analoqu olmayan» iqtisadi gücümüzlə Qarabağın qaytarılacağı vəd olundu. Hətta absurd o həddə çatdı ki, Ermənistana demoqrafik göstəricilərimizlə – yəni xalqımız ermənilərdən sürətlə çoxaldığına görə qalib gələcəyimiz də vəd olundu…
Amma bu vədlər xalqı qismən arxayınlaşdırıb hökumətə vaxt qazandırmağa yarasa da xalqı məğlubiyyətlə barışdırmağa kifayət deyildi.

Ona görə də 2006-cı ildən xalqı məğlubiyyətlə barışdırmaq əməliyyatının növbəti mərhələsinə start verildi. Vətənpərvər müxalifət əsas hədəf seçildi, xalq etirazlarını təşkil edə biləcək təşkilatlar bütün fəaliyyət imkanlarından məhrum edildi. Ofislər boşaldıldı, İlham Əliyevin fəxrlə dediyi kimi «evlərində oturub, siyasətlə məşğul olmağa» məcbur edildik. Televiziyalar tam nəzarətə götürüldü, mediya ilə savaşda hökumət böyük «qələbələr» qazandı. Kimini tutub, kimini satın alıb, kimini ölkədən didərgin salıb, axır ki, mediyanın 95%-nə nəzarəti ələ keçirdi.
Ötən il isə xalqımızı Qarabağın itirilməsi ilə barışdırmaq siyasətinin sonuncu mərhələlərindən birinə start verildi. Səbəbli-səbəbsiz, müxtəlif bəhanələrlə Türkiyə ilə münasibətlər soyuduldu. Xalqa aşılamaq istəyirdilər ki, biz nəinki «döyüşə bilmirik», dünyanın böyük, güclü dövlətləri ermənilərin dostudur, üstəlik bizim qardaş Türkiyə də Ermənistanla dost olmaq, Azərbaycanı meydanda tək buraxmaq istəyirmiş…

Bəs belə ağır, çıxılmaz durumda xalq neyləsin? Əlbəttə ilk növbədə Qarabağın verilməsini udsun, etiraz etməsin çünki başqa çarə yoxdur. Sonra da gərək nankor olmasın, «döyüşə bilməyən, aciz, çarəsiz, dilsiz-ağızsız, arxasız, müttəfiqsiz» bir xalqa Ağdam, Füzuli və digər rayonları «öz müdrik siyasəti» ilə qaytara bilmiş Liderə ömrü boyu minnətdar olsun, onun əbədi prezidentliyi üçün çalışsın.

Xəyanətin Anatomiyası bu qədər sadədir.
Belə acı sonluq labüd idimi? Biz doğrudandamı çarəsiz durumda idik?
Əlbəttə ki, yox, bu ağır duruma düşməyə bilərdik. 16 ildir ölkədə atəşkəs var. Biz bu 16 ildə ordu quruculuğuna ürək yandırsaydıq, əsgərə, zabitə öz övladımız kimi baxsaydıq, orduda korrupsiya və intizamsızlığın qarşısını alsaydıq, müharibə veteranına, şəhid ailəsinə, gərəkən hörməti qoysaydıq, dövlət səviyyəsində vətənpərvərlik təbliğatı aparsaydıq, indi bizim ordumuz da Türk ordusu standartlarına xeyli yaxınlaşardı (eyni millət deyilik?). Nə Bernar Fasie, nə bir başqası da ordumuza ironiya ilə yanaşa bilməzdi.

Demokratik islahatlar aparılsaydı, güclü iqtisadiyyat qurulsaydı, ölkənin sərvətlərindən hamıya pay düşsəydi, ölkə vətəndaşına imkanlar yaradan bir siyasi sistem olsaydı, siyasi qüvvələr arasında dialoq, milli məsələlərdə həmrəylik olsaydı, xalqın gözü öz dəyənəyimizlə qorxudulmasaydı, toplum bu qədər gücsüz olmazdı, hökumət xalqına güvənərdi, xalq da hökumətinə dəstək verərdi.
Azərbaycan hökuməti, NATO-ya, Avropa Birliyinə inteqrasiya siyasəti həyata keçirsəydi, dünya demokratiyalarına qaynayıb-qarışsaydı, indiki kimi təklənməzdi. Türkiyə ilə daha sıx və səmimi dostluğa çalışsaydı, indi hökumətimiz müttəfiqsizlik hissi ilə yaşamazdı.
Hər şey başqa cür,daha uğurlu ola bilərdi… Hələ də ola bilər, vəziyyətimiz çox çətinləşib, amma yenə də ümid var. Bunun üçün ilk növbədə xalq özündə güc tapıb bizə təklif olunan Qarabağ itkisi ilə barışmamalıdır. Barışmadığını bütün dünyaya göstərməlidir.
Müxalifət yəqin ki, yaxın günlərdə bir araya gəlib, aradakı ixtilafları kənara qoyub, sizi millətimizi mitinqlərə çağıracaq. O zaman sizin cavabınız necə olacaq?
İllərin haqsızlığının, ədalətsizliyinin, yalanının, repressiyasının, sosial məşəqqətinin əydiyi qamətləri düzəltməyə, bütün dünya qarşısında «biz Qarabağdan vaz keçmərik, onun itkisi ilə barışmarıq» hayqırmağa varsınızmı?

Kateqoriyalar: Yazılar, Əli Kərimli
  1. Anar
    Mart 13, 2010 tarixində, saat 8:07 axşam

    Azərbaycan xalqı bu həqarətə dözməyəcək. Bu xalq ayağa qalxacaq!

    • qumuq
      Mart 15, 2010 tarixində, saat 11:00 səhər

      Buralarda ol…

      • Anar
        Mart 16, 2010 tarixində, saat 3:10 axşam

        Mən buralardayam, sənin kimi zahid orucluq etmirəm….

  2. Ceyhun Zakiroğlu
    Mart 13, 2010 tarixində, saat 9:45 axşam

    Salam, ƏLİ BƏY! Sizin blokdakı yazılarınızı izləyirəm. Həqiqətən camaatın sizin təhlillərinizə böyük ehtiyacı var! Sözün açığı Qarabağ düyünü o həddə çatıb ki (təbii – bu hakimiyyətin sayəsində), həll olunması müşkül, qeyri-mümkün görünür. Bəllidir ki, əliyevlər hakimiyyəti bu düyünü çözməyəcək, mümkün qədər uzatmağa, daha da dərinləşdirməyə çalışacaq, torpaqlarımızı geri qaytarmaq, qorumaq əvəzinə, işğal olunmuş torpaqlarımızdan öz hakimiyyətlərini qorumaq üçün bir kart kimi istifadə edəcəklər, necə ki, edirlər. Görünür həqiqətən hakimiyyət Qarabağ məsələsini referendumla həllinə daha çox çalışır. Doğru olaraq bunu xəyanət hesab edirsiz (bunun başqa adı satqınlıqdır)! “Xəyanətin Anatomiyası”nı elə təhlil etmisiniz ki (sadə və tutarlı), oxucular vəziyyətin nə yerdə olduğunu tam aydın şəkildə görəcəklər. Qarabağın və işğal olunmuş digər torpaqlarımızın geri qaytarılması üşün yeganə yol bu hakimiyyətin dəyişməsi və SİZİN hakimiyyətə gəlməyinizdədir! Çox təəssüf ki, bu hələlik mümkün olmur! Ancaq əmin olun, fürsət düşən kimi xalq, millət yenə sizin (müxalifətin) çağırışınıza müsbət cavab verib, yenə sizin arxanızca gedəcək! Biz səbirsizliklə bunu gözləyirik! BİZ QARABAĞDAN VAZ KEÇMƏRİK, ONUN İTKİSİ İLƏ BARIŞMARIQ!

  3. Mart 13, 2010 tarixində, saat 11:31 axşam

    lazim olsa olerik amma torpaqin bir qarishinida vermeyeceyik diqalara.ey xalqim ayiq olun.

  4. Nizami
    Mart 14, 2010 tarixində, saat 12:13 səhər

    Salam, Əli Bəy! Biz bu Xalqın övladları kimi torpaqların itirilməsilə barışa bilmərik! Əli Bəy, bu gün bu ağır məqamda Azerbaycan Xalqının bir Lider kimi sizə ehtiyacı var. Bu da təsadüfi deyil ki, siz həmişə bu Xalqın və Vətənin gələcək taleyinə həsas yanaşmısınız və ən təhlükəli məqamlarda belə Xalqın yanında olmusunuz. Azərbaycan Xalqının ümidi göydə uca Allaha yerdə də sizədir. Bu gün biz, bir Millət kimi sizin ətrafınızda birləşərək İradə göstəməliyik və Əliyev rejiminin bu çirkin oyunlarının qarşısını almalıyıq!

  5. Mart 14, 2010 tarixində, saat 6:35 səhər

    Salam Əli bəy, sözün düzü mən inanmıram ki, bizim xalq ayağa qalxsın! Məndə istəyərdim ki, bizim xalq ayağa qalxıb öz haqqlarını tələb etsin lakin bunu etməkdə bizdə güc qoymayıblar. Ağıllı gənclərimiz ölkəni tərk edir, həbs olunur və s. Yerdə qalanlar isə ixtidarı səhərdən axşama kimi reklam edən mediadan doyunca qidalanıb.
    Siz çox vaxt bizi Gürcüstan ilə müqayisə edirsiniz. Lakin bir şeyi unutmusunuz ki, Gürcüstanın sabiq prezidenti qan tökülməsin deyə istefaya getdi, bunu isə bizim hakimiyyət edən deyil! Birdə, bizim dövlət nə qədər ki, Amerika və Rusiya kimi hegamon ölkələrin çaldığı ilə oynayır, onların maraqlarını güdür, bizə bu yolda nə Amerika nə də ki, Avropa biriyi kömək edəcək!

  6. Mart 14, 2010 tarixində, saat 7:10 səhər

    ELI BEY SIZIN MEQALENIZI MARAQLA OXUDUM VE YAZILANLAR TAM HEQIQETDIR. BIZIM BELAMIZIN BIRIDE ODUR KI MILLET OLARAQ COX SEBIRLIYIK. BU SEBIRDE BIZI ZEIFLIYE YALTAQLIGA KOLELIYE APARIR.QARABAGIN BEXTI ELE QEDIMDEN QARA BAG OLUB. QARABAGLILAR OZUDE BU IWGAL FAKTI ILE BARIWDIGINDAN BIZ MUHARIBE YOLU ILE ORA HELE BIR NECE ILDE GEDE BILMEYECEYIK

  7. vusal.
    Mart 14, 2010 tarixində, saat 7:26 səhər

    Sen ay ushaq qarabaqlilarin adindan danishma belke qarabaqin hansisa bir iki bolqesi yolunu azib bu qarabaqlilar demak deyil qarabaqi xeyanetle verdiler qarabaqlilar vermedi.

  8. Mart 14, 2010 tarixində, saat 7:40 səhər

    Men Ilham Alievin etrafinda olan Azerbaycan insanlarini,dovlet strukturlarinda ishleyen azerbaycanlilari da ayaga durmagi chagiriram.
    Eli bey,Siz muxalifeti arada olan ixtilaflari goymaga chagirirsiniz.Shexsi heysiyyatina gore ixtilaflara yol veren muxalif ola bilmez.O neinki muxalif,o satgin kategoriyasina da aid ola biler.
    ANA VETENIMIZIN 100% FAIZ TORPAGLARi DUSHMEN ELINDE OLDUGU HALDA,POZUCU MUNASIBETLER,SHEXSI MARAGLAR,ANCAG SATGINLIGA BERABERDIR.
    Yenede tekrarlayiram.Ermeniler torpaglarimizin bir hissesini Daglig Garabagi Ilham Aliev dovrunde gaytarmayacaglar.Ermeniler o zaman Garabagi gaytarardilar ki,Azerbaycanin prezidenti Garabag ugrunda vurushan,merd,gorxu bilmeyen,mudrik ve demokratik yonlu insan olsun.Bu adami ermeniler gorseler,sulh yolu ile torpaglari gaytaracaglar.Bele insan var.

  9. vusal.
    Mart 14, 2010 tarixində, saat 7:47 səhər

    Eli beye hormetim var bir heqiqeti deyim bey ele birlik formasini pozan sizsiz deyirler Memmedemin Elcibey ideyalarina sadiq partiyalar birleshek niye o BALACA EQIDESI DUZ OLMAYANLARLA BIRLESHIRSINIZ sizin buqun bu meydanda bir siyasetci kimi yetishmeyinizde Elcibeyle ISA beyin birbasha rolu olub siz isa beyle bir partiyada bir herekatda olmusunuz neden bu qeder qisqancliq BELI ISA BEY EN QUCLU PARTIYANIN BASHQANIDIR ve ANA MUXALIFETIN LIDERIDIR milleti ayaqa qalxmaqa caqirirsiniz bu millet kimin daliyca qetsin bilmir cash bash qaliblar BIR SIZ BIRLESHIN KI MILLETDE QORSUN KI doqrudan bular milletin azadliqi ucun calishirlar yoxsa ay aman qoymayin ISA QEMBER prezident oldu men qaldim ;MEN SIZI SEVEN BIR INSANKIMI BUNUN NECE VARLIQINI YAZDIM BIRLESHMEK LAZIMDIR BU SON SANSDIR AND OLSUN SECKIDEN SONRA BIR NECE PARTIYA MEHV OLACAQ MEN AXCP SEVIRAM CUNKI BU PARTIYADA BOYYK ELCIBEY OLUB bes neden siyasetde onun ideyalarina bele laqeyidlik .MUSAVAT AXCP KXCP.

  10. Kərimov Sahib
    Mart 14, 2010 tarixində, saat 9:58 səhər

    Millət olaraq Qarabagın itirilməsi ilə təbii ki,razılaşmayacağıq.Mən buna inanıram.Sonda millət qalib olacaq.Ancaq real təhlükə var.Ən ağrılı məqam isə ondan ibarətdir ki,hakimiyyət Qarabagın itirilməsi planına cəmiyyətin nə qədər hissəsini cəlb edə biləcək,nə qədər şərəfsiz ziyalı tapacaqlar ki,bu prosesi dəstəkləsin,nə qədər məmur tapacaqlar ki,bunu qeyd şərtsiz icra etsin,nə qədər qaçqın-köçkün tapacaqlar ki,vətən torpağından vaz kecməyə hazır bəyanatlar versin,nə qədər əsgər valideyini tapacaqlar ki,müharibə istəmirik desin,nə qədər simasız tapacaqlar ki,televiziyalara çıxardıb millətə təslimiyyəti aşılasınlar bax bu daha qorxuludur.Şəxsən mən demokratik proseslərə dəstək verməyən insanları qınasam da haradasa onları başa düşməyədə çalışırdım.Amma bu təhlükə qarşısında susanların bir adı var şərəfsizlər!Millətimiz tarixi sınaq qarşısındadır.Ya şərəfli mübarizə və qələbə ya da ……..

  11. Tezexan Mirelem
    Mart 14, 2010 tarixində, saat 10:20 səhər

    Salam. Əli bəy, bu hakimiyyət Qarabağ məsələsindən ancaq milləti qorxuda saxlamaq uçun istifadə edir. Axi bu kart vasitəsi ilə bu xalqa nə qədər acilar çəkdiriblər, nə qədər analari gözüyaşlı qoyublar. Atəşkəs deyilən dövrdə şəhidlərimizin sayi günbegün artir. Buna son qoyulmalidir. Cəbhə bolgəsində əsgərlərimiz nə gündədir hamiya bəllidir. Daha dözmek olmur

  12. Fuad Qehramanlı
    Mart 14, 2010 tarixində, saat 3:11 axşam

    Hakimiyyət niyə bu təslimiyyətçiliyə razıdır?

    Hakimiyyətin Qrabağla bağlı tutduğu təslimiyyətçi mövqe nə ilə izah oluna bilər? Aydın görünür ki, qarşıdan gələn parlament seçkiləri ərəfəsində Qərblə soyuq münasibətləri olan iqtidar çiddi narahatlıq keçirir. Xüsusi ilə Vaşinqton Post qəzetində dərç olunmuş bir məqalənin ölkənin siyasi gündəminə bomba kimi düşməsi bu kimi təzyiqlərin davam eəcəyi təqdirdə hakimiyyətin seçki əəfəsində ciddi beynəlxalq təzyiqlə üzləşə biləcəyinin anonsunu verdi. O üzdən də hakimiyyət Qarabağ məsələsində təslimiyyətçi mövqe seçərək beynəlxalq aləmə Qarabağ məsələsində güzəştə getməklə demokratiya tələbində israr etməməyi təklif edir.Bu bir bazarlıqdır və özü də milli mənafelərimiz üzərindən yapılan bazarlıq.Hakimiyyət ümid edir ki, bu məsələdə Qərbdə böyük təsir imkanına malik olan erməni lobbisinin də dəstəyini qazana biləcək. Çünki, bu halda erməni lobbisi Qarabağ məsələsində güzəştə getməyə hazır olan Əliyev iqtidarını müdafiə etməyə məcbur olacaq. Demokratik seçkilər isə vətənpərvər milli qüvvələrin Qrabağ məsələsində təslimiyyətçi sülhə qarşı daha üst səviyyədə müqavimət göstərməsinə yol açar ki, bu da ermənilərin istəklərinin gerçəkləşməməsi deməkdir. Bu səbəbdən də bu gün Qarabağ məsələsində yenilənmiş Madrid prinsiplərinə hə deməklə iqtidar Qrabağın referendum yolu ilə verilməsinə razı olduğunu uca səslə bəyan etməkdədir.

  13. Aydın Cəfərli
    Mart 14, 2010 tarixində, saat 3:41 axşam

    Vüsal bəy bu məsələ diqqəti mövzudan yayındıra biləcəyi üçün sizə qısa cavab verirəm. Əvvələa sizi kim bilgiləndiribsə səmimiyyətinizdən istifadə edib sizi yanlışa yönəldib,çünki məlumatsızlığınız o dəqiqə görünür. Əvvələa Əli bəy Müsavat partiyasına ilk gündən müraciət edərək Azadlıq bloku ilə birgə olmağı təklif edib.Və Əli bəyin bu təklifinə qarşı Müsavat rəhbərliyindən verilən sərt imtina cavablarına da hakimiyyəti sevindirməyək deyə reaksiya verməyib. Heç olmasa Bloqdaqkı əvvəlki yazıları oxuyun.Digər tərəfdən biz güç məsələsindən,böyüklük məsələsindən danışırıqsa klassiklər nə zamandan böyük sayılıblar. AXCP-dən ayrılandan sonra müxalifətin 2005-ci ildəki mitinqlərinə çıxardıqları adam sayı heç 100 nəfərə çatmayıb. AXCP bunu da bir kənara qoyub güc ölçmək yerinə nəinki Azadlıq blokundakı partiyaların, hətta tanınmış ziyalıların,ictimai xadimlərin də olduğu birliyi yaratmağı təklif edib.Bu birliyin yaranmamsı üçün isə İsa bəy Lalə xanıma böhtan ataraq onu agent adlandırmaqla müxalifət daxili qarşıdurmaya səbəb oldu.Lalə xanım isə İsa bəydən fərqli olaraq 2005-ci ildə saxta parlamentə getməkdən imtina etməklə daha parinsipial və dediyi sözün üstündə duran müxalifət lidei olduğunu göstərib. İsa bəy 1998-ci ldə Elçibəyin prezidentliyə vahid namizəd olmasına mane olandamı Elçibəyçi oldu, yoxsa 2001-ci ildə AXCP-ni parçalamaq üçün Klassikləri tanıyandamı Elçibəyçi oldu. O zaman da eyni ifadələr işlədilirdi,indi də. Bəs nə oldu Klassikləri istifadə edib atandan sonra, yenə də 2005-ci ildə Əli Kərimli ilə bir yedə oldu. İndi yenə də öz intriqalarına klassikləri alət edib. Bu birliyin alınmamsının səbəbkarı Müsavat partiyasıdır,əslində Lalə xanıma hücum etməklə müxalifət daxili birlik təşəbbüsünü pozub bunun qarşılığında hakimiyyətdən mandat hədiyyəsi almaq istəyirlər. Sizi öyrədənlər Yeni Müsavatda İsa bəylə bərabər İlham Əliyevində təbliğatının da aparıldığını sizə deməyiblərsə bunu biz sizə xatırladırıq.Kənarda agent axtaran İsa bəy nədən öz partiya üzvünün açıq şəkildə İlhamı təbliğ etməsinə münasibət bildirmir.Bunu bir ondan sorun.

    Qarabağ kimi vacib məsələ müzakirə olunan yerdə bu cür üsullarla diqqəti əsas məsələdən yayındırmaq doğru deyil.

  14. Taleh
    Mart 14, 2010 tarixində, saat 4:21 axşam

    Əvvala Vüsal bəy,müxalifətin Anası yoxdur! Mövzuya aid olmayan söhbəti yazmağa nə hacət??
    Əli bəy doğrularə buyurdunuz,amma hələki hamı yatıb.Bu daş ürəklər oyanana oxşamır.

  15. vusal.
    Mart 14, 2010 tarixində, saat 7:05 axşam

    MEN Sizinle Aydin ve Taleh Bey bu bloqda mubahise etmek istemirem ve yene yaziram kim bu rejime qarsidirsa men onu alqishlayiram.Nece yeni butun dunyada muxalifet bir araya qelir bizde biri birinden qacir beli Elcibey ona qora boyukdur ki O milletini sevirdi veteninin bir qarishisina xeyanet etmezdi men dunyadan qetmish insan baresinde xosh sozler yaziram ve bu sozler semimidir Meni kim oyrede biler ki yazirsiniz ki sizi kim bilqilendiribse beli Serdar Celaloqlu Iqbal Aqayevle birlikde olanda ELI Bey daha uca qorsenir neinki ISA qemberle,MEN YAZIMIN sonunda yuxarida yazmishdim ve birde yaziram Musavat Axcp Kxcp ve menim fikrimdir menim fikirlerimi Ali bey oxuyub ozu qotur qoy edacak siz ele cox oxuyansizsa oxuyun ve bashqa saytlarda men sizininkimi aqa qara deyenlerle Eli beyin mudafiesine qalxiram .BELI EBULFAZ ELCIBEY TARIXIMIZDE AD QOYUB QETDI O INSAN MENIMUCUN NEINKI BOYUK BOYUKLERIN BOYUYUDUR YENI Bu qun HAQQINDA mubahise etdiyimiz insanlarin BOYUYU.

  16. vusal.
    Mart 14, 2010 tarixində, saat 7:13 axşam

    Birde deyirem Aydin bey bilirsense kim Ilham Eliyevi TEBLIQ edir yaz QORUM o nece MUSAVATCIDIR ADI NEDIR Qarabaqin Qeri donmesinin bir yolu var ya bu Hakimiyetin deyishdirilmesi yada muxalifetin birleshib bir yumruq olmasi ki hakimiyet xeyanete qederse O YUMRUQU onun bashina endirsin .MUSAVAT AXCP KXCP.

  17. vusal.
    Mart 14, 2010 tarixində, saat 7:20 axşam

    Bir olub ish qormek lazimdir ve onda millet liderini sececek yoxsa bir iki defe hakimiyeti tenqid etmekle lider olmur QARABAQSIZ AZERBAYCANI tesevur etmek olmaz eli Bey xaxollar birleshdi qirqizlar birleshdi Qurculer birleshdi biz yeni olardan acizmi olduq.MUSAVAT AXCP KXCP.

  18. Qemgin vetendas
    Mart 14, 2010 tarixində, saat 7:44 axşam

    Hormetli Eli bey size de basqalarina da hormetle yanasiram.Bilirem Qarabagin bu gune dusmesinde hakimiyetin gunahi var.Ancaq ozumuze de sual verek.Bes bizim gunahimiz yoxdurmu ? Eger bizim her birimiz uzerimize dusen mesuliyeti layiqince yerine yetirseydik hakimiyet bu hereketlere curet ede bilerdimi ? Aramizdan kimi se bas supurgeci teyin eden kimi asagilara zulm etmeye baslayiriq.Gunahi da yuxarilarda goruruk.Birimizin haqqi tapdananda onu hammiliqla mudafie etmeyin evezinde gunahkari mudafie edirik.Bizi vezife herisliyi,servet toplamaq,bacariqli ovladlarimizin ayagindan dartib serleyende,zindanda curudende Qarabag elden getmeli idi.
    Bizler ozumuz ozumuze ne hormet qoyuruq ki,yad milletler de bizi mudafie etsin ? Gorun ne gune qalmisiq ki,usaqlarimizi canvarla,sirle qorxudmagin evezine polisle qorxuduruq.Heqiqi dusmen qalib kenarda oz icimizde veten xaini axtaririq ve bir-birimizi xeyanetkar adlandiririq.
    Teklif edirem: Heqiqeten siz muxalifeti birlesdirerek bu rejime ve xarici dusmenlere qarsi mubarize aparmaq isteyirsizse butun partiyalari aciq diskusiyaya devet edin.Istenilen vetendas da aciq sekilde bunu gorub fikirlessin-kimin ardinca getmek olar.Eger aciq diskusiya olmasa millet secim ede bilmeyecek.Neticede Qarabag da elden gedecek,hakimiyetdekiler de xalqa qarsi oz zulmunu artiracaq.Menim bu vetenimin geleceyi ugrunda heqiqi komandana ehtiyacim var.Bele bir komandan tanisam onun emrlerini yerine yetirmeye haziram.

  19. Əsədbəy
    Mart 15, 2010 tarixində, saat 8:03 səhər

    Salam Əlibəy,75 ildən artıqdır kommununistlər daimə xalqı aldadaraq tarixi Azərbaycan ərazilərini mərhələ mərhələ ermənilərə və gürcülərə veriblər.Sovetlər dövründə qonşu dövlətlər tərəfindən zəpt olunan əraziləri ad ba ad və sahələri ilə elan olunmasa Azərbaycan Xalqı bu hakimiyyətin istefasını istəməlidir və müxalifəti bu mübatizəyə dəvət edirəm.Vətəni istəyən torpaqlarını erməniyə verməz. Qarabaqq uğrunda şəhid olanların ana və bacılarının gözlərinə baxmağa necə cəsarət edərik.Yəni vətən torpa uğrunda Azərbaycan anası oğul doğmayıb.Nə qorxmaq olmuşuq, Sibir yox, Şuşa yox qeyrətsiz gezməkdənsə qeyrətli zindanda yatmaq daha şərəflidir.Vətəni istəyənləri Qarabaq Zənqəzur,Göyçə Arpaçay Azərbaycan Mərdləri Babalarımızın qəbirləri taptalanır sizi Ərazi uqrunda mübarizəyə çağırıram.

  20. Farid
    Mart 15, 2010 tarixində, saat 8:25 səhər

    Salam Əli bəy,
    mən artıq Azərbaycan hakimiyyətindən iyrənirəm. Neçə illərdiki milləti bütün hisslərindən (özünu dərk, iradə, vicdan kimi) məhrum etməyə çalışan iqtidar elə alçaq üsullardan istifadə edir ki, mən artıq iyrənirəm. Bu qədərmi insanlıqdan kənara çıxmaq olar, bu qədər də mi hissiyyatsızlıq olar? Bunlar ölən insanı güllələyən qansız qatillərə oxşayırlar. Ay qardaş, siz bəyəm ermənisiz? Siz bəyəm bu millətdən deyilsiz? Vallah başqa millətlər, hətta ermənilər belə bizə bunların etdiklərin eləməz. Bunlar gözü qanlı manqurdlardı…
    Millət elə bir vəziyyətdədir ki, elə bil ümidi hər şeyə kəsilib, hər addımından, hər sözündən ürkür, qorxur, hər zaman, hər yerdə onu təqib edən bir görünməz dəyənəyin olduğunu düşünür. Bizim hakimiyyət günahkarları yox, düşünən beyinləri, mərd insanları cəzalandıran bir cəza sistemi formalaşdırıb. Həqiqətən də olaylar mənim də Azərbaycanın gələcəyinə olan ümidlərimi azaldır və hər keçən gün özümüzü itirdiyimiz hiss edirəm.

  21. Mart 15, 2010 tarixində, saat 2:01 axşam

    Salam! Əli bəy, Sizə elə gəlmirmi ki, haqqnda bəhs etdiyiniz şeyləri dəyişmək nə bizim, nə də Sizin əlinizdə deyil. Qarabağ problemini hərbi yolla həll etmək üçün Rusiya, ABŞ kimi dövlətlərin razılığını almaq lazımdır. Onlar isə buna heç vəchlə razı olmazlar. Saakaşvili də populist bəyanatlar verirdi və sonu uçgünlük, yalnız Rusiya üçün uğurlu sayıla biləcək müharibə ilə qurtardı. İnanırsınızmı ki, Azərbaycanın alkoqolik, rüşvətxor, əsgəri zorlayıb pulunu əlindən almağı özünə yaraşdıran zabitləri ilə müharibə aparmaq və rusa, erməniyə qalib gəlmək olar?! Yaxşısı budur, xalqa öz platformanızı açıqlayın ki, Qarabağı necə xilas etməyi düşünürsünüz və hakimiyyətə gəlsəniz bunu necə edəcəksiniz. Hakimiyyəti tənqid etmək asandır, mən bəlkə Sizdən daha sərt tənqid edə bilərəm. Amma daha yaxşı variantlara malik olmadığım üçün susmağa üstünlük verirəm. Və başda Siz olmaqla müxalifətin kütlədən nicat gözləməsini başa düşə bilmirəm. Tarix bizə öyrədib ki, kütlə həmişə liderlərin arxasınca sürünüb. Bizdə isə kütləni arxasınca apara bilən lider hələ ortada yoxdur. Mən hardasa 10 il bundan əvvələ qədər Sizin bunu bacaracağınıza inanırdım. Siz isə hələ də kələfin ucunu tapmaqda acizlik nümayiş etdirirsiniz. Doğrudanmı İsa Qəmbərlə, Əvəz Temirxanla, Əli Əliyevlə, Mirmahmud Fəttayevlə, Arif Hacılı ilə və müxalifətdəki digərləri ilə bunu etməyin mümkünlüyünə hələ də inanırsınız? Sizi Sizə inanan, Sizi xilaskar qismində görən insanlarla səmimi olmağa dəvət edirəm. Zamanında adamlarin imkanlarından istifadə edib sonra adamlar aciz duruma düşəndə onları lazımsız bir şey kimi kənara atmaq vərdişindən də əl cəkməyin zamanıdır.Sizi kimlər tərk etmədi? Heç burada özünüzün də zərrə qədər günahkar olduğunuzu düşündünüzmü? Yoxsa, sadəcə, o da satıldı deməklə kifayətləndinizmi? Əgər səmimi olsanız, biz yenə də Sizə yardım etməyə hazırıq. Mən hələ də o fikirdəyəm ki, kimsənin Sizi gözardı etməyə, müxalifətdə qocaltmağa haqqı yoxdur. Hörmətlə, köhnə silahdaşınız…

  22. shahmaroğlu
    Mart 15, 2010 tarixində, saat 4:39 axşam

    Hörmətli cənab Kərimli,
    Hörmətli Soydaşlar,

    Qafqaz kimi bölgələrdə, bildigimiz kimi, millətlər söz sahibi deyillər, ay Dostlar, ay Əzizlər. Təbii ki Azərbaycan respublikası vəya Azərbaycan Milləti özü ayağa qalxıb döyüşə start vura bilər, elə ki Gürcülər elədilər və elə ki Filistin Milləti keçən 60 ildə muharibə vəziyyətində yaşamaqdadır. Qarabaq nəinki təkcə Ruslara bəlkə butun Avropa ve Amerika dövlətinə bir “As” karti kimi əllərindədir, onlar bu As karti heç zaman əldən vermiyəcklər, beləliklə hər zaman öz istəklərini hər bir Azərbaycan dövlətinə və Azərbaycan Millətinə təhmil edəcəklər, istəkləridə sadəcə Nəft və bölgədə mövcud olan başqa başqa yeraltı vəya yerüstü resorslardır, və başqa tərəfdən Türk Millətləri özlərindən asılı saxlamaq.
    İki güclü vəya güc potansiyelinə malik olan Türk dövlətini “Kürd”, “Erməni”, “Fars” və “Qıbrıs” problemləri ilə məşqul ediblər. Uyqur Türkünü Çin bəlasından qurtarmaq istəmirlər, o ki qaldi Qazaxistan, Özbəkistan, Türkmənistan və Qırqızistan, onlarda rəsmi səviyyədə Rusların satelitləri olub, 20 ildən sonra hələdə rus dili onların əməldə rəsmi dövlət dilləridir.
    Muharibə variyanti, Qarabaqın azadlıqı uçun, təkcə Güneyazərbaycanla birlikdə bəlkə bir şansı ola, ən çox insanitgisi ilə birlikdə. Güneyazərbaycanın azadliqi batı dunyasının butun hesablaşmalarını ola bilsin ki dəyişdirə bilə.
    Məncə heç bir siyasi qudrət Quzeyazərbaycan respublikasında Qarabaq problemin çözə bilməz. Batı dunyası belə problemləri yaradmır ki bizlər, özbaşımıza, onu çözə bilək. Fələstin Xalqından vəya Çeçen Xalqından daha artıq özümüzdən fədakarlıq göstərmək istəyirikmi əcəba?

    Hörmətlə
    Şahmaroğlu Almanyadan

  23. Asif
    Mart 15, 2010 tarixində, saat 5:55 axşam

    Eli bey, cagirishiniza qoshuluram. Biz indi de etiraz etmeyib ne vaxt edeceyik?
    Ulker xanim, Eli bey bizi herbi yolla torpaqlari azad etmek ucun muharibeye cagirmir ki,o bizleri teslimci sulhe etiraz etmeye cagirir.Bu orduyla muharibeye hazir olmadigimizi Eli bey de bilir yeqin. Bu yaxinlarda ordu haqqinda yazi yazmishdi. Savasha bilmirikse torpaqlari ele indi bu saat teslim etmeliyik? Belke gelecekde ordumuzun veziyyeti yaxshilashacaq,beynelxalq alemde bizim xeyrimize deyishiklikler olacaq.
    Ulker xanim, yazirsiniz ki, muxalifet liderlerinin kutleden nicat gozlemesini basha dushe bilmirsiniz.Kim kutleden nicat istedi ki? Eli bey muxalifetin birlikde kecirmek istediyi mitinqe xalqdan destek isteyir.Istemesinmi, tekmi kecirsin mitinqi?
    Ulker xanim, sherhinizin sonunda cebhede kecmish illerde bash verenlerden yazmisiniz. Men de cebheciyem. Eli beye kecmish silahdash kimi muraciet etmisiz, bele cixir ki, menimle de kecmish silahdashsiniz.Men sehv etmiremse siz Asim Mollazadenin partiyasina geden Ulker xanimsinz. Gizletmeye calishsaniz da peshmanciliginiz hiss olunur. Hele de gedishinize beraet axtarirsiniz. Yazirsiniz ki,Sizi kimlər tərk etmədi? Heç burada özünüzün də zərrə qədər günahkar olduğunuzu düşündünüzmü? Yoxsa, sadəcə, o da satıldı deməklə kifayətləndinizmi?
    Ulker xanim, Eli bey ozu size cavab yazsa mene de maraqli olar. Amma mene bu son illerin cetinliklerini yashamish cebheciye de bu movzu maraqlidir. Gelin birlikde xatirlayaq Cebheni, Eli beyi kimler terk etdi ve haradadir onlar? Qudret Hesenquliyev, Elimemmed Nuriyev,Asim Mollazade, Qulamhuseyn Elibeyli, Eli Mesimov ve digerleri, onlara qoshularaq oz sosial problemlerini hell etmek isteyen bezi siravi cebheciler. Ulker xanim bu adamlar hamisi bu yaramaz, kriminal hokumetin sufresinin bashina toplashiblar. Eger onlar Eli beyden aralandiqdan sonra da heqiqi muxalifet movqeyinde qalsaydilar, men de indi sizinle beraber muzakire ederdim ki, belke Eli beyin de rolu olub onlarin partiyadan getmeyinde. Amma gorursunuz ki, onlar hardadir, kime qulluq edir. Onlara mandat, pul, mashin lazim imish. Onlara lazim olan sheyleri Eli bey onlara vere bilmezdi. Onlar partiyadaki, Eli beyin yanindaki siyasi movqelerini satib, pula cevirdiler. Onlara haqq qazandirmaga calishmayin.

  24. Isa Sadikov
    Mart 15, 2010 tarixində, saat 7:28 axşam

    Ali bey salam.Sizinla tam raziyam va galin gabul edak – Qarabag hala 1994 ilin may ayinda itirildi.Bunu basha dusmak ucun na harbiki na alim olmag lazim idi.Muhariba tarixinda gorunmamish ataskas elan olundu va bununla biz butun imkanlardan marhum olduk.aliev heydar oz kirkin maksadlarina nail olmag ucun ermanilarin heyrina ataskas elan etdi.Yadinizdadirsa muhariba vaxtdi ermanilar hansisa guzastlara razi idilarsa sonraki illarda,yani ataskasdan sonra vaziyat tamam dayisdi.Va geda geda Qarabagin itirilmasini bu guldur hakimiyat rassmilasdirdi.Bugun bu hakimiyatla,alievlarla tazadan Qarabagin gaytarilmasindan danismag guluncdu.Hami gulunc hami eybacardi.Bu ordu ila,bu “ali bas”komandan ila,bunun abiev kimi naziri ila Qarabagin gaytarilmasindan danisanlar ozlarini gulunc vaziyata salir.Agar dogrudanda biz Qarabagin itirilmasi ila razilasmag istamiriksa bunun bir yolu var-milli hakimiyatin gurulmasi.Bu hakimiyati tezlikla kanarlasdirib va butun cinayatlarina gora xalgin garsisinda cavab vermalidirlar.Vatanin 20% torpagi ishgal altinda,1mln gacgini,shahid ailalari,allilar -agir vaziyatda, bunlar isa 75 mln mulk alirlar.Qarabag bu gun ancag Qarabaglilarin va Qarabag ugrunda savasda istirak edanlarin galbinda,urayinda-bunlara isa fargi yoxdu harada yashamag.

  25. vusal.
    Mart 16, 2010 tarixində, saat 9:13 axşam

    ISA SADIQOV qarabaq doyushlerinde ishtirak etmish komandirdir .

  26. vusal.
    Mart 17, 2010 tarixində, saat 9:31 səhər

    Isa Sadiqovla raziyam

  27. Vətəndaş
    Mart 23, 2010 tarixində, saat 11:41 axşam

    Hörmətli Əli bəy və digər müzakirə iştirakçıları,

    Azərbaycanda demokratiya problemləri ilə bağlı bütün dediklərinizə qoşuluram. Yeganə razılaşmadığım Qarabağla bağlı burda oxuduğum fikirlərdir. Və xahiş edirəm, mənim fikirlərimi YAP-ın “sifarişi” ilə yazıldığı bəhanəsi ilə kənara atmayasınız.

    Sizin təhliliniz həddindən artıq emosional və praqmatizmdən uzaqdır. Biz baza prinsiplərini ağ-qara rənglərdə görməməliyik. Əgər sülh yolu ilə Dağlıq Qarabağ ətrafındakı ərazilər qaytarılarsa, DQ-ın özünə azərbaycanlıların təhlükəsiz qayıdışı təmin olunarsa və DQ-ın yekun statusun qeyri-müəyyən gələcəkdə konsensus əsasında, Azərbaycan Konstitusiyasının imkan verdiyi imkanlar çərçivəsində, müəyyən edilərsə, bunun nəyi Azərbaycanın milli maraqlarına ziddir?

    Baza prinsiplərini kökündən rədd etmək doğru addım deyil. Sadəcə, bu pinsiplərdə detallara xüsusi diqqət və əhəmiyyət vermək lazımdır. Bir millət kimi bizim məqsədimiz o olmalıdır ki, erməni tərəfinə bu prinsipləri təhrif etməyə imkan verməyək. Azərbaycanın razılığı olmadan DQ-ın yekun statusunun birtərəfli qaydada müəyyənləşdirilməməsini və DQ-ın yekun statusunun müəyyənləşdirilməsindən öncə azərbaycanlıların təhlükəsiz qayıdışını təmin edəcək çərçivə sənədinin və yekun sülh anlaşmasının bizim üçün məqbul olduğunu gəlin hamılıqla qəbul edək.

  1. Mart 13, 2010 tarixində, saat 9:59 axşam
  2. Mart 16, 2010 tarixində, saat 1:09 səhər

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: