Əsas səhifə > Yazılar, Əli Kərimli > Müstəqillik budurmu?

Müstəqillik budurmu?

Vaşinqton Postun son yazısı dövlət başçısını çox həyacanlandırıb. İlham Əliyev, hətta Novruz bayramı çıxışında da “bizim daxili işlərimizə qarışan” xarici dairələrdən xalqımıza şikayət edib. Xalqımıza da, xaricilərə də xeyli məsajlar göndərib. Yıgcam şəkildə ifadə etsək məlum çıxışda 3 əsas məsaj var idi:

  1. İlham Əliyev yeni vədlərlə xalqın Qarabağın taleyi ilə bağlı narahatlığını aradan qaldırmağa çalışdı.
  2. Ona qarşı xarici təzyiqlərin olduğundan danışdı və bu xarici təzyiqlərin guya onun müstəqil siyasət aparması ilə bağlı olduğuna işarə etdi. “Bizim daxili işlərimizə qarışanlara” bu fəaliyyətlərini davam edəcəkləri halda onlarla yolumuzun ayrıla bıləcəyi məsajını verdi.
  3. Növbəti dəfə xalqımızın çox yaxşı yaşamasından bəhs etdi. İddia etdi ki, iqtisadiyyatımız güclü, pulumuz çoxdur, bizə heç kimin köməyi  lazım deyil.

Nə baş verdiyini və İlham Əliyevin bəyanatlarında nə qədər haqlı olduğunu birlikdə araşdıraq:

Əvvəla, İlham Əliyevin Qarabağla bağlı vədlərlə danışması təzə xəbər deyil. İndiyə qədər nə qədər belə vəd olub? İndi də Qarabağla bağlı xeyli vəd verdi. Amma xalqın əsas narahatlığından bəhs etmədi. Elmar Məmmədyarovun Azərbaycanın  Minsk qrupu tərəfindən irəli sürülmüş yeniləşmiş Madrid prinsipləri ilə razılaşdığı barədə bəyanatı təkzib olunmadı. Hansı ki, bu prinsiplər Dağlıq Qarabağın statusunun həmin ərazidə keçiriləcək referendumla müəyyən olunmasını nəzərdə tutur.

2-ci məsaja nəzər yetirək:  Son günlərə qədər xarici dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycana yalnız 1 istiqamətdən təzyiqi ehtimal oluna bilərdi. Nəzəri cəhətdən düşünmək olardı ki, erməni lobbisinin təsiri altında olan bəzi beynəlxalq dairələr Azərbaycandan Qarabağla bağlı birtərəfli güzəştlər tələb edir, bizim “milli” hökumət də bu güzəştlərə razılaşmır. Son illərdə İlham Əliyev və onun ətrafındakılar çox çalışıb ki, azərbaycanlıları məhz bu təbliğatla antiqərb əhvalına kökləsin.

Amma, artıq Qarabağ problemi ilə bu şəkildə manipulyasiya etmək mümkün deyil.  Azərbaycanın Xarici İşlər Naziri  ATƏT-in Minsk qrupunun məlum təklifinə razılaşdığını rəsmən bəyan edib. Əgər siz hətta Qarabağın öz statusunu  referendum yolu ilə müəyyənləşdirib, Azərbaycandan ayrılmasına da razılaşmısınızsa  sizə daha Qarabağla  bağlı xaricdən hansı təzyiq ola bilər ki? Siz bundan sonra Qarabağla bağlı təzyiqləri daxildən gözləyin.

Yox əgər təzyiqlərin mili maraqlarımızla bağlı olduğuna israr edirsinizsə, o zaman sual yaranır. Bizdən nə istəyirlər ki, İlham Əliyev bütün təzyiqləri  göz önünə alıb, o müqəddəs milli marağımızı qəhrəmancasına müdafiə edir, amma güzəştə getmir? Bəlkə xaricdən kimlərsə bizdən Qarabağdan başqa da torpaq istəyir?  Bəlkə bizim neftimizi, qazımızı kimsə bizdən pulsuz almaq fikrinə düşüb? Bəlkə hansısa bir superdövlət eynən bizim aliqarxlar kimi Azərbaycan iqtisadiyyatına “haqq qoyub”, bizdən qazancımıza görə faiz istəyir? Cənablar o  mifik qüvvələr nə istəyir azərbaycandan? Azərbaycan xalqının haqqı deyilmi  bilsin ki, kimlər, onun milli maraqlarına  necə qəsd etməyi düşünür?

Azərbaycan hakimiyyətinə beynəlxalq aləmdən doğrudan da təzyiqlər var. Bir bəyanatın, qətnamənin mürəkkəbi qurumamış digəri qəbul olunur. Amma bu təzyiqlər milli maraqlarımıza qarşı deyil, milli maraqlarımız  üçündür. Avropa Şurası, Avropa  Birliyi, ABŞ Dövlət Departamenti, hətta BMT də Azərbaycanda insan haqları və demokratiyanın vəziyyətindən, korrupsiya və qanunsuzluğun genişlənməsindən  narahatlığını bildirir. Məhz bu məsələlərə görə ölkəmizi tənqid edən beynəlxalq ictimai təşkilatları və nüfuzlu media quruluşlarını saymaqla qurtarmaz.

Azərbaycan hökuməti orta əsrlərə yaraşan repressiv siyasəti ilə ölkəmizi sivil dünyadan xeyli dərəcədə uzaqlaşdırıb. İndi iqtidarı xaricdən  tənqid edənlərin sayı-hesabı yoxdur. Amma bu tənqidçilərin “məsləhətverənlərin” heç biri demir ki, Azərbaycan hansısa milli marağından vaz keçsin, əksinə onlar təklif edir ki, nəhayət hökumət öz vətəndaşlarına normal  insan kimi yanaşsın.

İlham Əliyev dedi ki, bundan sonra da bele məsləhətləri eşitməyəcək. Çünki biz müstəqilik.

Yəni doğrudanmı Azərbaycanın dövlət başçısı 5-6 gənci, jurnalisti repressiya etməyi, mitinqçiləri döyüb-dağıtmaği, partiyaların fəaliyyətini de-fakto iflic etməyi, seçkiləri saxtalaşdırmağı, ölkənin korrupsiya üzrə dünya liderlərindən birinə çevrilməsini dövlət müstəqilliyinin əsas atributları hesab edir? Eynulla Fətullayevin, Emin Millinin, Adnan Hacızadənin, Ruslan Bəşirlinin və digər siyasi məhbusların azadlığa çıxması Azərbaycanın  müstəqilliyini  sarsıdarmı?

Belə məlum olur ki, repressiya aparatını, seçki saxtakarlığı mexanizmini, korrupsiya piramidasını saxlamaq hökumət üçün o qədər önəmli imiş ki, hətta ölkənin strateji seçimi dəyişdirilə bilər, Avroatlantik inteqrasiya siyasətindən rəsmən imtina oluna bilər, ölkə bütövlükdə Kuba, Şimali Koreya kimi sivilizasiyalı dünya ilə qarşıdurmaya cəlb oluna bilər, amma hökumət indiki repressiv siyasətindən imtina etməz. Hökumətin əsas prioritetinin xalqın maraqlarını deyil, kürsüsünü qoruyub saxlamaq olduğu bundan da açıq ifadə oluna bilərmi?

İlham Əliyevin son məsajı ölkəmizin iqtisadi gücü ilə bağlı idi. O, iddia edirdi ki, Azərbaycan özü-özünü təmin edən, öz hesabına yaşayan bir dövlət olduğuna görə, xalqımız çox yaxşı yaşadığı  üçün bizim heç kimə ehtiyacımız yoxdur. Əvvəla, nəinki bizdən 10 dəfələrlə yaxşı yaşayan Avropanın istənilən dövlət başçısı, heç ABŞ, Yaponiya, Çin, Almaniya, Böyük Britaniya kimi böyük iqtisadi güclərin  dövlət başçıları belə bəyanatlar vermirlər.

Onlar başa düşür ki, müasir dünyada xalqların rifahını yüksəltməyin yolu uğurlu  beynəlxalq əməkdaşlıqdan, xarici investisiyaların və yeni texnalogiyaların cəlb edilməsindən   keçir. İndi 21-əsrdə heç kim natural təsərrüfata keçməyə hazırlaşmır. Həm də belə siyasətin nəticəsidir ki, ötən il ölkə iqtisadiyyatına qoyulan xarici investisiyalar 38% azalıb, bu gedişlə daha da azalacaq. Ölkə demokratiya və şəffaflıq standartlarına uyğun olmadığı üçün milyardlarla dollarlıq xarici yardımlardan  artıq məhrum olub. Necə iddia etmək olar ki, xalqımızın bu pullara ehtiyacı yoxdur?

Sonda onu da qeyd edim ki, İlham Əliyevin xalqımızın yaxşı yaşaması haqqında fikirləri də yumşaq desək çox şişirdilib. Əlbəttə, onun özünün və yaxın ətrafının indi  çox zəngin olduğu artıq heç kim üçün sirr deyil. Təəssüf ki, xalqımızın mütləq əksəriyyəti çox acınacaqlı durumda yaşayır. Milyonlarla insan sosial-iqtisadi çətinlik üzündən ölkəni tərk edib. 1,3 milyon pensiyaçının orta pensiya məbləği cəmi ayda  104 manatdır. Daha 700 000 insan isə aylıq qazancı 60 manatdan aşağı olduğu üçün ötən ilin oktyabr ayına qədər ünvanlı sosial yardım alırdı. İndi hökumətin “əli aşağı” olduğu üçün həyatın dibində yaşayan soydaşlarımız bu 60-70 manatdan da məhrum olublar. Büdcə ildən-ilə daha da kiçildiyindən hökumət hətta pensiya yaşlarını belə qaldırıb. Mən heç işsizlərin, gözünü məhv olmuş kənd təsərrüfatına dikənlərin durumundan danışmıram.

Vətəndaşları bu qədər ağır problemlərin məngənəsində sıxılan bir ölkənin başçısı dünyaya meydan oxuyub, ölkəni təcridə və daha da yoxsulluğa aparmaqdansa xalqını bu acınacaqlı durumdan çıxarmaq haqqında düşünsə, qabaqcıl dünyanın imkanlarından da bu məqsədlə istifadə etsə daha məntiqli olmazmı?

Kateqoriyalar: Yazılar, Əli Kərimli
  1. Ali Rza
    Mart 23, 2010 tarixində, saat 7:29 səhər

    Cetin suallardir…
    Ilham Eliyev bunlara ne cavab vererdi, maraqlidir…

  2. Cemil
    Mart 23, 2010 tarixində, saat 7:42 səhər

    Ilham Eliyev yene de nelbekide firtina edir

  3. Ebulfez Qurbanli
    Mart 23, 2010 tarixində, saat 7:56 səhər

    Dubay mulklerinin ifshasi ve ard-arda bir nece hadise Ilham Eliyevi esebleshdirib.Indi o otaqdan cixa bilmeyib qab-qacaqi qanadlari ile sindiran bir yavrucuq qusha benzeyir.

  4. orxan
    Mart 23, 2010 tarixində, saat 8:59 səhər

    Müxalifət lideri belə olar.İlham Əliyev nə desə Əli Kərimlidən operativ və sərrast cavab gəlir.

  5. alim
    Mart 23, 2010 tarixində, saat 9:02 səhər

    Toxun acdan xəbəri olmaz deyirlər. Korrupsionerlər özləri çox varlanıb deyə elə bilirlər ki, xalq da toxluq edir. Xalq çarəsizlikdən başını götürüb ölkəni tərk edir, intihar edir,bunlar nə danışır.

  6. Kərimov Sahib
    Mart 23, 2010 tarixində, saat 10:37 səhər

    Əli bəyin bu yazısı əslində bir ölkənin vətandaşlarının faciəli yaşamının bariz görüntüsüdür.Qeyd edək ki,yazıda hükumətin statistik rəqəmlərinə istinad olunub.Şişirdilmiş və kortəbii statistika ilə əhalimiz 9 milyondur.Onun 2 milyondan coxu bu ölkədə yaşamır.Qalan 6 milyondan bir az artıq əhalinin də təqribi statistikaya görə 3 milyon civarındakıları yaşı 17-yə catmamış insanlardır.Qalan 3 milyondan bir az artıq əhalinin də 1.3 milyonu pensiya ilə (104 manat),700 000 min nəfərinin də ünvanlı sosial yardım aldığını nəzərə alsaq həmcinin 1 milyon civrında da işsizlər ordusu hesablandıqda bu ölkədə 200-300 min əhalinin normal yaşayışını təmin edə bildiyini görürük.Nəticə odur ki Azərbaycanda insanların böyük əksəriyyəti ,yəni 80%-i gündəlik yaşam mübarizəsi verir.

  7. Mart 23, 2010 tarixində, saat 11:35 səhər

    Evvela,men dushunurem ki,Novruz bayramina gelen minlerle sade vetendashlar qarshisinda I.Eliyevin xarici siyasetden,Qarabag probleminden genish danishmasi PROTOKOL qaydalarina ziddir.Chunki,”obivatelin” bayram ehval-ruhiyyesinde predmetden kenar danishilmasi ne demekdir?
    Musteqillikle bagli prezidentin dediklerine menimde sherhim var.
    1. Gerek I.Eliyev musteqil dovlet olmaqla bagli “prinsipialligina” 1993-cu ilde Rusiya-Iran xettinin ABS-Turkiyye xettinden ustunluyunu nezere alib,o dalgada hakimiyyete gelmekleri zamani nezere alardilar.Chunki,onda hemin dovletlerin Azerbaycanin daxili ishlerine qarishmasi zamani “yox” demeyi bacarmaq lazim idi.Axi,pulsuz pendir telede olmur?

    2. Musteqillik 17 illik muddetde Azerbaycanda musteqillik uchun vurushanlarin deyil,musteqilliyin elde olunmasinin en sert meqamlarinda olkeden kenar olanlarin karyeralarinin yukselmesine sebeb oldu.Chunki,hemin illere qeder helede Moskva “propiskasinda” olan mudafie naziri S.Ebiyev,”Azal”in prezidenti C.Esgerov ve choxsayli kosmopolitler musteqqilikden esl behrelenenler oldular.M.Maqamayev,Rastropovich,Ibrahimbeyovlar ve yuzlerle rus ushaqlarini Azerbaycanin simvoluna chevirdiler.Azerbaycanin musteqqilikle bagli en utanc sehifeleri ve simalarida mehz bunlar oldu.Boyuk tribunlari ve imkanlari olan bu shexsler Qarabagla bagli bir denede olmush-olsa emeli ish gore bilmediler.Sadece onlar uchun yaradilan bu imkanlardan ovladlarinin zengin olmalari uchun istifade edib,Azerbacani esl yetim ve kimsesiz qoydular.

    3.Musteqqilkle bagli deyerleri deformasiyaya ugratdilar.
    Butun xalq ugrunda verdikleri qurbanlarin behresi uchun chox umudlu idi.Amma ne umidler dogruldu,nede yeni umidler yarandi.Chunki,xalq musteqillik illerinde yexshi idaretme gormedi,varli ve fexr olunasi memleket gormedi,edaletli sistem gormedi,umid yeri kimi baxdigi mehkeme hakimiyyetide gormedi,ishgal olunmush torpaqlari qaytara bilecek muzeffer ordu gormedi,saglam iqtisadiyyat gormedi,vetenperver cemiyyet gormedi ve s.Nehayet butun bunlardan sonra musteqilliyin hechde yaxshi imkan olmadigi qenaetine geldi.Bunlari eden ise muxalifet ve cemiyyet olmadi.Bunlari eden mehz mahiyyetce kohne partnomenklatura olan YAPkratiya oldu.Ona gore onlar musteqillikle bagli esl kommunist fedakarligi gosterdiler.Xalqin shuurun korladilar ve ruhun pozdular.Amma men dushunurem ki,BUTUN BUNLAR MUSTEQILLLIYIN GUNAHI DEYIL,DAHA CHOX MUSTEQQILIKDEN ISTIFADE EDE BILMEMYIMIZIN GUNAHIDIR.

  8. Mart 23, 2010 tarixində, saat 1:14 axşam

    Beli,Eli Kerimlinin dediklerinde faktlara,argumentlere esaslanan mentig var.Bununla
    razilashmamag olmur.

    Bir megamida I.Alievin dediklerine fikrimi bildirim.Kim onunla olke daxilinde bir yolda getmirse,onu geyri ganunsuz tegibler,tegibler,ishgenceler,merhumiyyetler gozleyir.Onsuzda yuxarida geyd etdiyim megamlar her bir Azerbaycanli vetendashi yashayir,bu ve ya diger formada ve bu Aliev rejiminin siyaseti dahada boyuk fesadlara getirib chixardacag.Gozleme,dozum movgeyi hech bir behre vermeyecek.Xalg oz sozunu demelidir.

  9. Anar
    Mart 23, 2010 tarixində, saat 1:46 axşam

    Bu hokumetin musteqilliye munasibeti Istiqlal ordenine munasibetden aydin gorunur. Nedense bu orden yalniz Azerbaycanin istiqlal qazanmasinda hec bir rolu olmayanlara verilir. Ne qeder bu haqsizliq davam edecek? Istiqlal qazananlarin qismeti acliq,hebs, soyush, muhaciret oldugu halda istiqlal mubarizesinde 1 saat da ishtirak etmeyenler dovletin malini dagidaraq erkoyun ovladlarini indiden milyoner edir.

  10. Fikret
    Mart 23, 2010 tarixində, saat 1:52 axşam

    Biz qorxaqcasina susduqca bu haxsizliq da davam edecek. Istiqlali qazanmaq azdir, onu qorumaq da lazimdir. Tekce xaricilerden yox, daxildeki harinlardan, ogrulardan, darmayedlerden de qorumaq lazimdir istiqlali.Yeniden mubarizeye bashlanmalidir.

  11. Rasim
    Mart 23, 2010 tarixində, saat 1:57 axşam

    Hərdən mənə elə gəlir ki,iqtidar qəsdən müstəqilliyi gözdən salır. Yoxsa siyasi məhbusların buraxılmasının müstəqilliyə nə aidiyyatı var? Əli bəy, yaxşı yazmısınız.Sağ olun,həm arqumentli, həm də cəsarətli yazıdır.

  12. Esed
    Mart 23, 2010 tarixində, saat 2:01 axşam

    Müxalifət birləşib bunları yerində oturtmalıdır.Xalq çox narazıdır. mitinqlər başlasa bu dəfə çox adam qoşulacaq mitinqlərə.

  13. Tezexan Mirelem
    Mart 23, 2010 tarixində, saat 5:15 axşam

    Vallah, ilham əliyevin yadina düşdüse, bu milleti tebrik etsin bu ozü də böyük şeydir.

  14. Cabir
    Mart 23, 2010 tarixində, saat 8:27 axşam

    Təşəkkürlər Əli bəy. Cavab belə olar. Satılıq televiziyalarımız olmasaydı bu çıxışınız xalqımız eşidərdi.

  15. Fuad Qəhramanlı
    Mart 24, 2010 tarixində, saat 9:51 səhər

    İlham Əliyevin simasında vətənpərvər yaratmağa çalışanlar maraqlıdır indi görəsən hakimiyyətin yenilənmiş Madrid prinsipləri ilə razılaşmasına niyə münasibət bildirmirlər? Əgər Qrabağa görə təzyiqlər olursa onda niyə Elmar Məmmədyarovun yenilənmiş Madrid prinsipləri ilə razıyıq bəyanatına Qərb dəstək vermir? Axı bu hakimiyyət Qarabağı verməyə razılaşırsa onda ona təzyiqlər deməli heç Qarabağı almaqdan ötrü edilmir. Birdə ki bunların korrupsiya əməllərini ifşa olunursa, insan haqlarının tapdanmsaı beynəlxalq hesqabatlarda dilə gətrilirsə onda biz İlham Əliyevdən soruşmalıyıq ki,siz bu əməllərinizlə Azərbaycanı beynəlxalq təzyiqlər qarşısında niyə zəif duruma salırsınız? Niyə öz əməllərinizdən əl çəkib ölkəni bu qədər zəif durumdan çıxarmaq istəmirsiniz? Aydın görünür ki, bunlar təhlükəsizlik,enerji və demokratiya sahəsində apardıqları siyasətə görə özlərinə edilən təzyiqləri Qrabağa görə edildiyi barədə yalanlar uydurmaqla cəmiyyətdə yanlış təəsürat yaratmağa çalışırlar.

  16. Aydın Hacıyev
    Mart 24, 2010 tarixində, saat 10:01 səhər

    Əli bəy çox tutarlı və obyektiv məqalədir.Məncə artıq Qərbdə də dərk edirlər ki, Azərbaycanda demokratik dəyişikliklər olmadan ölkəmiz Qərbə inteqrasiya edə bilməyəcək.Ona görə də İlhamın Qrabağla bağlı sövdələşmə təklifinə fikir vermədən Azərbaycanda siyasi dəyişikliklər istiqamətində təzyiqlər edilir. Müxalifət parlament seçkiləri ərəfəsində Əliyevlərin balans siyasətinin iflasının yaratdığı imkanları doğru qiymətləndirib, təşəbbüsü ələ almalıdır.Seçki ərəfəsi çox uğurlu start vəziyyəti yaranıb.

  17. Nadir Şəfiyev
    Mart 24, 2010 tarixində, saat 10:15 səhər

    Əli bəy məqalənizi diqqətlə oxudum. Açıq görünür ki, bütün təzyiqlərə baxmayaraq Əliyevlərə qarşı mübarizənin strateqliyini öz üzərinizə götürmüsünüz və ideoloji baxımdan çox sərrast həmlələr edirsiniz. Məncə Vaşinqton Postdakı məlum məqalədə müxalifət lideri kimi məhz sizin fikirlərinizə istinad olunması və Avropa Şurasında sizin pasport məsələsinin müzakirəyə çıxarılacağı barədə xəbərlər Qərbdə İlham Əliyevə qarşı sizin bir alternativ kimi görüldüyünüzün anonsunu verir.İlhamımın Qrabağı referendum yolu ilə verməyə hazır olduğunu bildirməsi onun “qələminin qırılmasından” doğan təlaşdır və sizin hakimiyyətə gələcəyiniz günü gözləməyə məncə artıq kifayət qədər əsaslar var.

  18. vatandash
    Mart 24, 2010 tarixində, saat 11:22 səhər

    maraqli faktlardir ALI bey.tashakkurlar sizda boyuk SABR var onun manasiz cixishlarina qulaq asirsiniz

  19. Anar
    Mart 24, 2010 tarixində, saat 2:37 axşam

    İlham Eliyev kimilerinin bu dövletin başına gelmeyinin en böyük sebebkarı ele Eli Kerimli ve indiki müxalifetdekiler deyilmi? Yoxsa İlham indi Moskvada taksovatliq edecek adam idi….

  20. Zümrüd Yağmur
    Mart 24, 2010 tarixində, saat 2:42 axşam

    İlham Əliyev Azərbaycanın acı gercəyi olduğu kimi yazıda bu acılığın taleyimizə, milli maraqlarımıza və Qarabağın üzəriunə necə acımasızcasına cökməsi dəqiq şəkildə ifadə olunub.. Nə yazıq ki, İ. Əliyev hər dəfəsində doğru olmayan sözləri ilə bu milləti aldatdığını güman edir, millət də aldadılmış rolunu oynayır, amma nə aldadan aldada bilir, nə də aldadılan aldanır. Beləcə illəri kecir və Azərbaycan hakimiyyətinin talancılıq və yalancılıq siyasəti davam edir. Hakimiyyətin siyasətini artıq təkcə Qarabağa münasibətdə deyil, hər addımbaşı hiss edən xalqımız narazı olmasına baxmayaraq hələ ki, susur. Ancaq tarix göstərir ki xalqların susqunluğu avtoritar iqtidarları arxayın salıb onları səhv etməyə yönəldən bir tələ olur bəzən…
    Bu gün baş verənlər isə onu göstəriri ki, Qərbin səbri Azərbaycan xalqının səbrindən daha tez tükənib deyəsən.
    Azərbaycanda krallıq qurub adına da müstəqil siyasət qoyan Əliyevin “müstəqil” siyasətinin nəticəsidir ki, Azərbaycan bu gün beynəlxalq inteqrasiya prosesindən təcrid olunmaqdadır.. Hər şey bəllidir, amma görünür bu hakimiyyətə hələ də bəlli olmayan bir şey var ki, nə qədər bu xalqı sürüyə cevirməyə çalışsalar da “el” deyə bir şey var və elə o “elin gözü də tərəzidir”.

  21. abdullah
    Mart 25, 2010 tarixində, saat 4:45 səhər

    Əli Kərimli doğru danışır. Ama bilmək olmaz ki, o hakimiyyətə gəlsə idi necə olardı. Mən demirəm ki, pis olardı. Pis də ola bilərdi , yaxşı da. Çünki söz verənlər çoxdur, əmələ gəldikdə heç kəs əməl etmək istəmir. Azərbaycanın nemətləri çoxdur, lakin biz bundan faydalana bilmirik, biz buna LAYİQİK. Çünki, hər kəs özün düzəltsə Allah də həmin milləti düzəldər. Heç kəs düzəlmək istəmir, elə hey yapışırlar ki, prezident düzəlsin, nazir düzəlsin və s. A kişi elə prezident də, nazir də bizim millətin arasından çıxıb da. Deməli millət necədirsə Allah da ona layiq bir rəhbər təyin edir. Allahdan diləyim budur ki, bizim xalqımızı doğru yola yönəltsin, həmçinin prezident, bütün nazirlərə hidayət versin. Doğrudur balıq başdan iylənir deyiblər, ama hər şeyi başçıdan gözləmək lazım deyil. Hər kəs öz ailəsində Allah qorxusu, “molla” yox, müsəlman tərbiyəsini aşılasa ümid edirəm ki, inşallah düzələcək. Kim zəmanət verə bilər ki, onu vəzifəyə qoysalar 1 qəpik belə rüşvət götürməyəcək,1 qəpik haram yeməyəcək. Ona görə də, əqidə lazımdır bizim millətə. Ən böyük problem də bax budur. Kommunizm gəlir kommunist oluruq, kapitalizm gəlir kapitalist oluruq, demokratiya gəlir demokrat oluruq, rusların vaxtında məktəbdə qızlar məktəb forması geyirdi,çünki icbari idi, indi isə icbari deyil kim nə istəyir geyir. Bu sadəcə bir misaldır. Ona görə də qayıdın kökünüzə.

  22. mecid
    Mart 26, 2010 tarixində, saat 8:36 səhər

    Mubarize davam eleyir ve ser quvvelere qalib gelenedekde davam edecekdir!!!

  23. Mart 26, 2010 tarixində, saat 10:54 səhər

    Müstəqilliyimizi qoruyub pis-yaxşı saxlaya bildik. Amma, dəyərlərimizi yox. Müstəqilliyimiz qurmuşduq ki, yaxşı yaşayaq, sərvətimiz özümüzün olsun. İnsanlarımızın milli qürurunu özünə qaytaraq. Amma, nə oldu. Olanlarımızı da itirdik. Bu rejim dəyərlərimizi məhv etdi.

  24. Mart 26, 2010 tarixində, saat 7:14 axşam

    Əli bəyin yazılarına ölkə ictimaiyyətinin ciddi şəkildə ehtiyacı var.

    Hətta təklif edərdim ki, bloqda yayınlanan bu yazılar sadəcə elektron mediada yayınlanmasın, Azadlıq qəzeti başda olmaqla digər müxalifyönlü qəzetlərdə çap olunsun.

    • Nazim Akifoglu
      Aprel 6, 2010 tarixində, saat 3:24 səhər

      Elnur Bey cox sag olun! Eli Beyin yazilarini metbuatda yaymag lazimdir. Belke azdliq Radiosu vasitesi ile onun cixishlarini yaymag olar??? Yani bele bir media qurum tapmag lazimdir ki, cox adam onu oxusun ya eshitsin. Bu barede fikirlerinizi tam destekleyirem. O ki, qaldi Azerbaycandaki durum meselesine. Tabii ki, muxalifetin birleshmesi cox lazimdir ve cemiyet coxdan bu mesaji verir. Butun muxalifet, yani esl muxalifet guvveleri birleshmelidirler. Bu olkede hami bilir onlar kimlerdir ve butun didishmeleri kenarda qoyub Azerbaycan namine, Azerbaycanin geleceyi namine esl Muxalifet olan guvveler birleshmelidir. Rasulzade-Elchibey ideyalarina yene ehtiyacimiz var tabii. Iqtidar butun bunlara nece cavab verecek? Zennimce ferq elemeze. Ola bilsin ki, Eli beyin suallarina hec cavab vermesinler. Onlarin cavab vermeleride o gederde vacib degil. Ne cavab verecekler? Her shey aydindir ahi. Meni ise bashka bir sual maraglandirir. 10-15 il erzinde Azerbaycanin neft ve qazi tukenecek yani Azerbaycan neft ve qaz daha ihrac ede bilmeyecek dunyaya. Bu da haricde hamiya melumdur, amma Azerbaycanda bu barede dushunenler yoxdur ya cox azdir. Birce Eldar bey Namazov bu barede yazi cap etmishdi. Neft ve qaz olmayan memlekete bu iqtidar idare ede bilmeyecek. Cunku olkenin butun gelirlerinin 70-80 faizini neft ve qaz sektoru verir, geyri-neft sektoru inkishaf etmeyib olkede. Dovlet sektorunda ishleyen milyonlarla insanin maashlarini 10-15 ilden sonra ne cure verecekler?
      Teqaudculerin navaciblerini nece veecekler? Polisin maashini haradan verecekler? Ordunun zabitleri maashlarini haradan vere bilecekler? Mars planetinden pul gelecek onlarin maashlarini vermek ucun? Umumiyetle neft ve qazsiz Azrbaycan nece olacag? Cox maragli ve dushunmeli suallardir zennimce.
      Nazim Akifoglu

  25. anar
    Mart 27, 2010 tarixində, saat 8:37 səhər

    Elnur Mecidli duz yazib. Eli beyin bu yazilarina xalqin ehtiyaci coxdur. Calishib bu yazilari genish yaymaq lazimdir. Qezetler cesaret tapib bu yazilari cap etmelidir. Yeri gelmishken bu yazilari cap etseler onlarin tiraji da artar.

  26. alim
    Mart 27, 2010 tarixində, saat 8:45 səhər

    İlham Eliyev ne vaxt bu ittihamlara cavab verecek? Cavab vere bilermi?

  27. Ruslan
    Mart 28, 2010 tarixində, saat 8:10 axşam

    Biz tezlikle muxalifetin birliyini qormek isteyirik,chunku bu hakimyyete sille yox,yumruq vurmaqin vaxti chatib.Ilham Aliyev ve onun yaltaq komandasinin uzvleri tecridxana hayatina laiqdirler.

  28. vusal.
    Mart 28, 2010 tarixində, saat 9:09 axşam

    Boyuk oyunlar qedir dunyada boyuk qucler birleshir bes Eli bey siz niye Musavatla birleshmeyib cirtdanlarla birleshirsiniz kimdr Celaloqlu onun partiyasinda 1000 nefer adam yoxdur ne tutmusunuz ondan AXCP sedrisiniz Elcibey rehmete qedenden sonra ozunuzu onun davamcisi elan etdiniz bes indi deyirler ozude azerbaycan dilinde ki nuvesinde RESULZADE ELCIBEY ideyalarina sadiq olan partiyalarin birliyi lazimdir niye birleshmirsiniz niye menim adimdan xalq xalq deyirsiniz men ISAbeye ve size hormetim var sizi ayri qorende cox pis oluram milletinin bu qununde birlesmeyen muxalifet sonra lazim olmayacaq size birlik lazimdir beyler size birleshdikden sonra o MSK(SES YAZMA STUDIYASINI)da deyishiklik etmek secki qanunlarini deyishmek lazimdir millet neylesin ki siz oz aranizda bir noqteye qele bilmirsiniz onsuzda bu hakimiyetin tebliqat mashni bar qucu ile muxalifete qarshi ishleyir sabah musavat mitinqe cixsin obiri qun axcp sonra o biri partiyalar cemiyeti niye boluruk beyler QARABAQ boyda belasi olan olkede milletini vetenini seven muxalifet noqte verqul davasi eleyermi BEY biz bunu bu formada isteyirdik musavat bu formada istedi butun dunyada boyuk quce malik partiyalar irelide olur ki apardiqlari mubarizenin neticesi olsun menim sizden bir isteyim var BIRLIK .(xahish edirem sherhimi ishiqlandirin saytda.)

  29. Aydın Cəfərli
    Mart 29, 2010 tarixində, saat 10:00 səhər

    Vüsal bəy aydın görünür ki,birtərəfli şəkildə təlimatlandırılmısınız.Əli bəyə ünvanladığınız fikirləri İsa bəyə ünvanlayıb soruşun ki,Əli Kərimli Əliyevlərə qarşı mübarizədə öz prinsipiallığını sübut etmiş siyasi qüvvələrin birliyi təşəbbüsü ilə çıxış edərkən niyə birdən- birə İsa bəy Lalə xanıma agent deyərək ortalığı qarşdırdı? Bununla Müsavat nə əldə etdi? Bəlkədə İsa bəyin əxlaqında müttəfiqlərini müdafizəsiz qoyub oyun-oynamaq var ancaq gözəl bilirdilər ki,Əli bəyin mənəviyyatı müttəfiqini haqsız ittiham qarşısında qurban verməyə imkan verməyəcək.Bununla da əslində Müsavat AXCP ilə birləşmə təşəbbüsünü pozacağını hesablamışdı.Əgər inanmırsınızsa onda İsa bəydən soruşun,necə olurdu ki,2009-cu ildə Lalə xanımla birlikdə Respublika və Qarabağ uğrunda hərəkatda olurdu indi ola bilmir.Aldığınız cavabı qərəzsiz deyilsinizsə bura da yazarsınız.Məqsəd əslində AXCP-nin ətrafındakı Azadlıq blokunu dağıtmaq idi, çünki Lalə xanım kimi bir prinsipiallıq nümunəsi olan siyasi liderin Əli bəylə birgə olmasını Müsavat həzm edə bilmirdi.İsa bəydən soruşun ki,onun o zaman təsisiçisi olduğu və sifrişlərini yerinə yetirən Yeni Müsavat qəzeti necə olurdu ki,Lalə xanımı Bizim Timoşenkomuz adlandırırdı,ancaq Lalə xanım Əli bəylə birgə olan kimi ona münasibət dəyişdi.Cavabı yenə yazarsınız.
    2005-ci ildə Lalə xanım mandatdan imtina etdiyi halda İsa bəy müttəfiqlərinin də şərikli səsi ilə alınmış mandatı götrüb,verdiyi sözü tutmayıb saxta parlamentə getməklə ona bu günlərdə Qrosunda etiraf etdiyi kimi legitimlik qazandırdı və bununla da Lalə xanımla müqayisədə nə qədər etibarsız olduğunu ortaya qoydu.İndi bu etibarsızlıqla durub Lalə xanımı şərt qoyub birliyi pozmaq nə ilə bağlıdır,əgər bu inam məsələsi ilə bağlıdırsa onda Lalə xanım bu addımı ilə və 26 noyabrda İsa bəydən fərqli olaraq qaçmamaqla mərd və güvənilir lider olduğunu sübut edib.
    İsa bəydən soruşun ki,niyə Müsavatın üzvü olan Rauf Arifoğlunun İlhamı təbliğ etməsinə hətta birçox müsavatçılardan belə fərqli olaraq münasibət bildirmir,ancaq kənarda agent axtarmaq həvəsinə düşür.Sonra soruşun ki,əgər Lalə xanımla Əli bəy bir yerdə 5 il ərzində nümunəvi müttəfiqlik münasibəti saxlaya bilirlərsə onda Əli bəylə sözdə bir yerdə olmağı mümkün sayan İsa bəy niyə Lalə xanımla bir yerdə ola bilmir.
    Bunlar İsa bəy üçün cavabsız suallardır,çünki o haqsızdır və onun məqsədi müxalifətdəki birlik təşəbbüslərini pozub qarşılığında hakimiyyətdən mandat almaqdır.Birdə ki,məqsəd geniş ictimai müqavimət yaratmaqdırsa hətta nəinki Lalə xanımı hətta partiyası olmayan ictimai xadimlərin,hüquq müdafiəçilərinin də yer aldığı geniş birlik modeli cəmiyyətdə mübarizəyə inam yarada bilər.Lalə xanımın partiyası Müsavatla müqayisədə zəif görünə bilər ancaq lider kimi Əli bəydən və İsabəydən sonra citimai nüfuzuna görə ən qərəzli qiymətlə belə 3-cüdür.Belə bir liderin Birləşmiş müxalifətlə bir yerdə olması bizm ziyanımızadırmı,təbi ki,yox. Dava böyüklük kiçiklik davası deyil,Vüsal bəy adı altında gizlənmiş cənab,məqsəd bir bəhanə tapıb bu birliyi pozmaqdır.Əli bəy isə böyüklük və əsil ağsaqqallıq göstərərək böyük birlik yaradılması istiqamətində səylər göstərir və özü də bu birliyin təməlini Elçibəy-Rəsulzadə əxlaqına uyğun bir biçimdə ləyaqətli və səmimi müttəfiqlik əsasında qurmağa çalışır.Bu birlikdə böyüklüyündən kiçikliyindən aslı olmayaraq rejimin dəyişməsinə maraqlı olan hər kəsə yer var.

  30. Ramiz
    Mart 29, 2010 tarixində, saat 10:14 səhər

    Vüsal bəy, sizin musavatçı olduğunuzu bilirəm. İsa bəyin bloquna yazdığınız şərhlərdən də xəbərim var. Mən də cəbhə tərəfdarıyam. Eslində üzv sayıram özümü,ancaq heç bir rayon şöbəsində qeydiyatım yoxdur. Əli bəylə mən də razyam ki, azadliq və musavat seçkiye bir getsin. Amma bu imkanı İsa bəy aradan qaldırdı. Lalə xanıma qarşı yersiz ittihamların heç yeri yox idi. Musavat birlik istəyirsə AXCP-nin müttəfiqlərinə niyə hücum edir? Aydın məsələdir ki, sizlər birlik yox cəbhəni müttəfiqlərindən ayırmaq istəyirsiz. Cırtdanlarla oturub duran həmişə musavat olub. Necə olur ki, Bədrəddinlə müttəfiq ola bilirsiz. O Bədrəddinlə ki, qəzetlərdə İlham Əliyevdən xahiş edirdi, yalvarırdı ki, onun gətirdiyi kalbasaları kömrükdə saxlayıblar, kömək eləsin ki, kalbasaları buraxsınlar ölkəyə. Ama dünənə qədər müxtəlif birliklərdə birlikdə olduğunuz Lalə xanımı, Sərdar bəyi, Əli Əliyevi,Eldar Namazovu bəyənmirsiz? Qarabağ hərəkatını da siz parçaladınız, indi də birliyə əsas mane olan sizsiz. Birlik üçün timsah göz yaşlarınızı özünüzə saxlayın. Sizin birlikdən danışmağa haxqınız yoxdur.

  31. Asim
    Mart 29, 2010 tarixində, saat 10:22 səhər

    HORMETLI MUSAVATCI VUSAL,ELI BEYIN DEMOKRATIZMINDEN SUI-ISTIFADE EDIB, O TONDA SHERH YAZMAYIN ELI BEYE. HAMI GORUR KI, O SIZLERE FIKIR VERMEDEN IMKANI DAXILINDE HOKUMETLE MUBARIZE APARIR. HUNERINIZ VARSA SIZ DE KOMEK EDIN, YOXSA MANE OLMAYIN. ISTESEM ISA BEYIN BLOQUNA SENDEN DE CEFENG SHEYLER YAZARAM. AMA BUNUN HEC KIME XEYRI OLMAZ. AGILLI OLUN, MOVZUNU DA DEYISHMEYIN. IMKAN VERIN ELI BEY ILHAMLA MUBARIZESINI APARSIN. HAMINIZA UGURLAR.

  32. Adil Rzayev
    Mart 29, 2010 tarixində, saat 10:38 səhər

    Vüsal bəy əvvəla görünür diqqəti əsas müzakirə olunan məsələlərdən yayındırmaqla Əli bəyin dəyərli yazısı ətrafında geniş müzakirənin getməsindən narahat olanları təmsil edirsən.Ona görə də sənə qısa cavab verəcəyəm.
    İsa bəy Rəsulzadə Elçibəy yolunda olanların birliyini mükün sayır.Bu məncə qeyri səmimi yanaşmadır və Lalə xnaıma olan ittihamlardan sonra üstünə gələn dağıdıcı,inriqan yarlığından yaxa qurtarmaq üçün ortaya atılmış boş söz yığınağıdır.Çünki seçik ərəfəsi Əliyevlərə qarşı prinsipial olan narazı qüvvələri bir araya gətirmək istəyi ilə,bu birliyin yaradılmasına ideoloji məhdudiyyət qoymaq onu pozmaq deməkdir.çünki kimlərin bu ideoloji kriteriyaya uyğun gəldiyi necə müəyyən olunacaq,bu özü elə ziddiyətli məsələdir.Baxın İsa bəy 1998-ci ilədə Elçibəyin vahid namizəd olmasına razılıq vermədi,sonra 2001-ci ildə eyni prinsipi əsas tutaraq AXCP-dən ayrılan klassiklər qrupunu Elçibəy və Rəsulzadə irsini əsas götürərək AXCP kimi tanıdı, sonra isə klsasikləri istifadə etdikdən sonra bir kənara atıb(bu gün də eyni şeyi Əli Kərimlidən istəyir) 2005-ci ildə də Əli Kərimlinin sədri olduğu AXCP ilə bir bloka qoşuldu.Onda harada qaldı bu prinsiplərə sədaqət,ya İsa bəy səhv etdiyini etiraf etmli idi(bu etiraf indiyə qədər yoxdur)ya da deməli idi ki mən bu prinsiplərlə siyasi oyun oynamışım. Vəya İsa bəy Rəsulzadə ideyalarını bir tərəfə buraxaraq Müsavatı beynəlxalq Liberal ittifaqa üzv etdirməklə Rəsulzadənin millətçi irsindən üz döndərib bunu Nəsib Nəsibzadə və Ruf Arifoğlu da etiraf ediblər mətbuatda.Onda İsa bəy gərək bu prinsiplə özü Rəsulzadə yolundan sapmış sayılsın. Deməli İsa bəy bu dəfə də bu müqəddəs ideyaları siyasi oyunlarına alət edir.
    Başq bir məqam da odur ki,necə olur ki, İsa bəy 2005ci ildə Elçibəy Rəsulzadə irsinə aidiyyəti olmayan Rəsul Quliyevlə bir blokda olurdu indi bu prinsipə görə ola bilmir.5 il ərzində o idealistə çevrildimi, insanları özünüzə güldürməyin.Ən azı tanıdığımız Elçibəy əxlaqında bir qadını heç bir fakt olmadan durub şərləmək yaraşan hərəkət deyil.
    İsa bəy hiss edir ki,müsavatın birliyi pozması cəmiyyətdə narazılıq yaradır ona görə də bu cür boş sözlərlə kimliyini gizlətməyə çalışır.
    Məncə Vüsal bəy siz İsa bəydən soruşun ki,niyə müxalifətin birliyini pozur. O qədər güçlüsünüz ki, Lalə xanımla bir blokda olmaq sizə artıq gəlir. Bu gün Əli bəy bütün narazıları bir yerə yığmaq üçün dədə Qorqud filmindəki kimi Dədə Qorqud kimi hamıya əl uzadıb birliyə çağrır,siz sə güclü gücsüz ,agent,davası aparırsınız.görünür İsa bəyin bütün fəndləri tükənib,ona görə də intriqalarını daha pərdələyə bilmir.İsa bəy kaş sizdən də bir dəfə pozitiv bir davranış görəydik.Məncə siz bir lider kimi,ağlınızla deyil xislətinizlə qərar verisiniz,ona görə də qərarlarınız nəinki müxalifətə heç öz partiyanıza da xeyir gətirmir. Vaxtı ilə prezident olmağa çalışan İsa bəy bu gün bütün bu intriqaları salıb müxalifəti ona görə parçalayır ki, İlham Əliyev bunun müqabilində başqanlıqdan gedən İsa bəyi siyasətdəı qalması üçün mandatla mükafatlandırsın.Təəsüf…

  33. Mahir
    Mart 29, 2010 tarixində, saat 10:47 səhər

    Mən Elnur Məcidlinin təklifini dəstəkləyirəm,doğurdan da Əli bəyin yazılarına çox böyük ehtiyac var.Məncə bu yazıların yazılı mediada da yer almasına çalışmalıyıq və təklif edərdim ki,bu fikri bölüşənlər bu yazıların internetdə yaılması üçün fərdi təşəbbüslər etsinlər.
    Birdə Müsavtçı dostlardan xahiş edirəm burda da aranı qarşışdırmayın,bu vacib müzakirələrə intriqa gətrib mane olmayın.Bunu edənlər kənardan çox pis görünürlər.

  34. vusal.
    Mart 29, 2010 tarixində, saat 5:55 axşam

    Men ELI beyden yzyr isteyirem ancaq size cavab verim men yuxarida qetd etmishdim ki ISA beyle Eli beyi ayri qorende cox pis oluram kim ne deyir desin bu qun bu iki partiya en quclu partiyadir bularin birliyi Azerbaycana xeyri olar neinki teklikde men Eli beye qarshi deyilem siz ele butun sherhleri oxuyursunuzsa :MUSTEQIL:adiyla bir aqa qara deyen var ona cavab verin.Eldar namazov kimdir olarin apardiqi mubarize bir kompaniyadir Celaloqlu men onun cixishlarina qulaq asiram adamin eti tokulur saqa sola bir defe prezidente aciq munasibetini bildirmir Lale xanim baresinde ise susuram cunki bilmirem bilen kimi en keserlisini yazacam .Rauf Arifoqludan dediniz Isa bey musavat qezetinin tesisciliyinden cixib ve musavat musteqil qezetdir men de AZADLIQ qazeti vasitesiyle Rauf arifoqluna cox yazmisham sizinle burada raziyam. Elcibey barede xahish edirem beyin ruhuna toxunmayin .Burada Asim yazir ki ele cefengiyat yazaram qet yaz burada ISA beyin ne qunahi men oz fikrimi yaziram ve liderlerden birlik xahish edirem men ISA beyden ve yaxud ELI beyden KEMALEDDINLE yox biri biriyle birleshmesini isteyirem ve buna qore qeyd etdim ki,Qarabaq boyda belasi olan millet noqte verqul davasi elamaz yeni biz bunu bu formada isteyirdik musavat bu formada.Beyler yazirsiniz ki ISA bey liberal ittifaqa qoshuldu bilin musavat ideyalarinda vetene millete xeyanet yoxdur ve dunya sivil dunyadir emekdashliq olmazsa bize imkan vermezler hakimiyete qelek cunki avropanin neyine lazimdir ki musselman turk dovleti ve demokratiya. Bular bunu hezm ede bilmir lazimdir emekdashliq ki, Elcibey hokumetini beshikdece boqdular ve birde boqulmayaq Musavat itifaq baqlamaqla Musavat ideyalarindan imtina etmedi ki bunu musavata bir minus sayirsiniz rusiyanin saqlam quveleri ilede emekdashliq lazimdir neinki avropanin.Birde sonda deyirem men bu iki PARTIYANI birlikde qormek isteyirem ve olacaq bu birlik ancaq seckiden sonra qoreceksiniz sonra deyecekler beli biz bir tarixi shansi de elden verdik.MUSAVAT AXCP KXCP.

  35. vusal.
    Mart 29, 2010 tarixində, saat 6:44 axşam

    Mahir qardash musavatcilar arani qarishdirmir neden bele fikirleshirsiniz neye qore bu iki liderden birlik umacaqim var cunki bele bir shansi hansi dovletde hansi muxalifete verseydiler o muxalifet coxdan hakimiyeti istefaya qondermishdir 75 milyonu menisemek az deyil birlik olsaydi coxdan neticesi olmushdu.Birde daha bizim YAP dan ne ferqimiz olur hansi demokratiyadan danishiriq ki sehflerimizi dostcasina muzakire edende biri birimize dushmen oluruq bize illerdir eliyevi tebliq edirler qorursen ne faydasi rejim curuyur.

  36. vusal.
    Mart 29, 2010 tarixində, saat 8:48 axşam

    Men birde bir sheyi basha dushmurem Mahir dardash hacandan birlik istemek arani qarishdirmaq olub .

  37. Turan
    Aprel 6, 2010 tarixində, saat 2:39 axşam

    Beylr ve xanimlar bir seye diqqe yetirmeyinizi xahis edirem ilham eliyev ve onun komandasi hansisa bir tedbirsonrasi yemekde ABS-in kecmis prezidenti Corc Busun Ilham Aliyeve yaxinlasb bade toqqusdurmasini “ugurlu xarici siyasetimiz”in bariz numunesi kimi qeleme verib, saqqiza sevinen usaq kimi sevinirler. Ama ABS-in indiki movqeyine, Azerbaycanda demokratik deyerlerin berqerar olmasi konusundaki prnsipial movqeyine ise ekstremist terror teskilatlari kimi movqe bildirirler.

  1. Mart 23, 2010 tarixində, saat 7:26 səhər

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: