Əsas səhifə > Yazılar, Əli Kərimli > Azərbaycanda demokratiya səsləri eşidilmək istəyir

Azərbaycanda demokratiya səsləri eşidilmək istəyir

02.04.2010
Əli Kərimli, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri («The Washington Post»)Bir çox amerikalı ola bilsin ölkəm Azərbaycanı zəngin neftinə ya da Ermənistanla Dağlıq Qarabağ münaqişəsinə görə tanıyır. Amma bizim ölkə üçün demokratiya uörunda mübarizə də çox önəmli məsələdir.

HAKİMİYYƏTİ İRS ALAN LİDERDƏN NƏ GÖZLƏYƏSƏN?

Martın 5-də Vaşinqton Post qəzeti iqtidar ailəsinin Dubayda 75 milyonluq dəbdəbəli mülkü almasından bəhs edib. Azərbaycanda çox az adam prezident İlham Əliyevin ailəsinin xaricdə əmlaka investisiya yatırması xəbərindən təəccüblənib. Saxta seçkilər yolu ilə hakimiyyəti atadan oğula irs alan liderdən başqa nə gözləmək olar?

Əliyevin müxalifət və müstəqil mətbuatı qəddarlıqla sıxışdırması 2003-cü ilin oktyabr ayından – o, seçiləndən sonra başlayıb. Hakimiyyətin seçkidən çox- irsən təhvil verməyə bənzəyən ötürülməsinə etiraz edən minlərlə azərbaycanlı həbs olunub və döyülüb.

ABŞ DA İLHAM ƏLİYEVİN «QƏLƏBƏSİNİ» TƏBRİK EDİB
Müxalifət tərəfdarları həbsxanada incidildiyi zaman ABŞ Dövlət katibinin o zamankı müavini Riçard Armitac Əliyevə zəng edərək onun seçkilərdə «tam qələbəsini» təbrik edib. Etirazın demokratiya səsləri polis dəyənəyinin zərbələrindən boğulub. Qərb qüvvələri gənc və mütərəqqi hesab etdiyi yeni liderlə işləməyə can atırdı.
Təxminən 2 ildən sonra 2005-ci il parlament seçkiləri ərəfəsində Azərbaycan demokratları yenidən Əliyevlərin avtoritar rejimini dəyişməyə qərar verdilər. Onlar Qərb ölkələrinin Gürcüstan və Ukraynada Qızılgül və Narıncı demokratik inqilablara dəstəyindən ruhlanmışdı. Əfsuslar olsun ki, hadisələr artıq tanış olan istiqamət üzrə cərəyan etdi:
Hökumət seçkinin nəticələrini saxtalaşdırdı; müxalifət etirazları dağıldı; bununla belə Vaşinqton saxtalaşdırılmış seçki nəticələrini təsdiqləyən Azərbaycan Konstitusiya Məhkəməsinin işini alqışladı.

AZƏRBAYCAN – FEODAL MALİKANƏSİ

Əliyev beynəlxalq ictimaiyyətin susqunluğundan yararlanaraq tarixi demokratik ənənələri olan ölkəni feodal malikanəsinə çevirib. Hökumət əsas müxalifət partiyalarını mərkəzdə yerləşən qərargahlarından çıxarıb. Müstəqil media da onun qəzəbinə tuş gəlib. Fikrini birbaşa deyən müxalif jurnal redaktorlarından biri 2005-ci ilin martında güllələnərək öldürülüb; bir neçəsi isə qondarma ittihamlarla ağır həbs cəzası alıb.

AZƏRBAYCANIN DEMOKRATİYA ƏNƏNƏSİ

Vaxt vardı ki, Azərbaycanın gələcəyi ümidli görünürdü. 1980-ci illərdə Azərbaycan Sovetlər Birliyinin çöküşünə aparan demokratik hərəkatların ön xəttindəydi. 1992-ci ildə biz ilk demokratik seçki keçirdik. Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəy səslərin 59 faizini qazanmışdı. Elçibəy özünü 1918-ci il Azərbaycan Demokratik Respublikasının banilərinin siyasi varisi kimi göstərdi. Azərbaycan müsəlman dünyasında parlament demokratiyasının əsasını qoyan ilk ölkə idi ki, əksər Qərb ölkələrindən də əvvəl universal səsvermə hüququ tanıyırdı.

Amma indi seçkilərdə yalnız İlham Əliyevin səsi sayılır. Ötən il real alternativ müxalifətin iştirak etmədiyi seçkidə özünün ikinci prezidentliyini «qazanandan» sonra Əliyev və onun möhürü olan parlament prezidentliyə namizədliyin limitini referendum yoluyla aradan qaldırmaq üçün konstitusiyada dəyişiklikləri təşkil etdilər.

MÜXALİFƏT SEÇKİYƏ NİYƏ GEDİR?

Noyabrda parlament seçkiləri keçiriləcək. Demokratik müxalifət bir daha rejimlə yarışmağa hazırlaşır. Hakimiyyətin ötən illərki davranışını dəyişəcəyinin əlamətləri görünmədiyi üçün biz qərara almışıq ki, seçki prosesində iştirak edək, çünki anlayırıq ki, bu, ideallarımız uğrunda mübarizədə bir şansdır.

AVTOKRATİK RUSİYANIN PEYKİ STATUSUNA SON QOYAQ

Bizim platforma sadədir: Biz ölkədə işlək demokratiya yaratmaq istəyirik. Azərbaycan insan resursları ilə zəngindir və biz ölkəmizin neftdən asılılığını azalda bilərik, bunu etməliyik. Biz korrupsioner məmurların nəzarətində olan iqtisadi monopoliyaları qırmalıyıq. Məqsədimiz azad, bazar iqtisadiyyatına əsaslanan iqtisadiyyat qurmaqdır. İstəyirik ki, Azərbaycan Avro-Atlantika məkanına inteqrasiya etsin, avtokratik Rusiyanın təsiri altından çıxsın.

«DEMOKRATİYAYA AZ ƏHƏMİYYƏT VERİLİR»

Biz azadlıq uğrunda mübarizəmizi davam etdirərkən gərək Birləşmiş Ştatlar da Cənubi Qafqazın ən böyük dövlətinə uyğun siyasət aparsın. Uzun müddətdir ikitərəfli münasibətlər enerji, təhlükəsizlik və demokratik inkişaf sahəsində əməkdaşlığa əsaslanıb. Təəssüf ki, azərbaycanlıların çoxu ABŞ siyasətinin enerji maraqları və terrorçuluqla qlobal mübarizəyə söykəndiyini düşünür. Fikrimizcə, demokratiyaya az əhəmiyyət verilir. Ümid edirik ki, Obama administrasiyası demokratik islahatlar və insan haqlarının Amerika-Azərbaycan münasibətlərində prioritet olduğunu Azərbaycan liderinə aydın ifadə edəcək.
SİZDƏN PUL İSTƏMİRİK

Amerika siyasətçiləri Yaxın Şərq ölkələrindən öyrənməlidirlər ki, avtoritar, korrupsioner rejimlər etibarlı müttəfiq deyillər. Onların idarə olunanların razılığına əsaslanan «sabitliyi» də həmçinin. Azərbaycanın demokratik müxalifəti Birləşmiş Ştatlardan müdaxilə, yaxud maliyyə yardımı istəmir. Bizə öz dəyərlərini müdafiə edən Amerikanın mənəvi dəstəyi lazımdır.

Kateqoriyalar: Yazılar, Əli Kərimli
  1. Fuad Qəhramanlı
    Aprel 2, 2010 tarixində, saat 2:25 axşam

    Əli bəy təbrik edirəm çox uğurlu yazıdır.Azərbaycanın demokratik ənənəsini və bu günkü demokratiya problemini çox aydın və yığcam ifadə etmisiniz.Həm də qürurlu bir yazıdır,”bizə pul deyil,Amerikanın mənəvi dəstəyi lazımdır” sonluğu azadlıq və demokratiya uğrunda mübarizə aparan liderin kimsənin qarşısında aşağılanmayan məğrur mövqeyini çox gözəl təqdim edir.Məncə bu yazı həmdə ABŞ siyasi dairələrinin və ictimai rəyinin sizin simanızda Əliyevlərə altrnativ baxışını ifadə edir.

  2. Zümrüd Yağmur
    Aprel 2, 2010 tarixində, saat 2:41 axşam

    Məqalə Azərbaycan iqtidarı üçün ciddi siyasi zərbədir. Çünki ilk dəfədir ki The Waşinqton Post kimi nəinki ABŞ da, dünya ictimai rəyində ciddi təsir gücünə sahib olan belə bir nüfuzlu nəşrdə Azərbaycan müxalifət liderinin mövqeyinin açıq şəkildə ifadə olunmasına imkan verilir. Zənimcə bu qarşıdan gələn parlament seçkilərində beynəlxalq birliyin hakimiyyətin saxtakarlıqlarına əvvəlki kimi seyriçi qalmayacağından, Azərbaycanda demokratiya probleminin neftin kölgəsindən çıxacağından və Azərbaycanda demokratik hərakata beynəlxalq dəstəyin artacağından soraq verir.

  3. Aprel 2, 2010 tarixində, saat 3:04 axşam

    Chox ugurlu ve realligi eks etdiren lakonik mesajlardir.Chox sag olun Ali bey!
    Siz ardicilliqla ABS admistrasiyasinin ve diger insitutlarinin buraxdigi sehvleri ve yetim qoyduqlari demokratiya deyerlerini onlarin yeniden yadina salirsiz.Onlarin enerji ve tehlukesizlik maraqlarinin demokratik maraqlari golgede qoymasini dogru olaraq prioritetlerini mueyyenleshdirmesini zeruri hesab edirsiniz.Fikrimce,bu sechki oncesi Azerbaycan muxalifet liderinin unvanli murecieti de adlandirila biler.”WP” qezeti siradan olan metbu orqan olmadigi uchun ABS-in resmi movqeyi yeqin ki,sechki oncesi Azerbaycanda demokratiyanin veziyyeti ile bagli ifade olunacaq.Chunki,demokratiya hech vaxt ve uzunmuddet YETIM qala bilmez.

  4. Vaqif Aslanlı
    Aprel 2, 2010 tarixində, saat 3:17 axşam

    Əliyevlərin mülkləri ilə bağlı yazılmış yazıda Əli bəyin fikirlərinə istinad olunması və sonar da Əli bəyin məqaləsinin dərci Vaşinqtonun Əli Kərimlini İlham Əliyevə alternative müxalifət lideri kimi gördüyünü göstərir. Bunu Amerikadan görürlərsə, burada bəzilərinin də intriqalarını bir kənara qoyub nəticə çıxarması gərəkdir.

  5. Şakir Piriyev
    Aprel 2, 2010 tarixində, saat 3:18 axşam

    Məqalə Azərbaycan müxalifətinin böyük uğurudur. Əli bəyin bu yazısı məncə o demək olacaq ki, indiki ABŞ hakimiyyəti üzərində Azərbaycandakı demokratik proseslərə münasibətdə ciddi ictimai nəzarət var və buna görə də Obama ən azı əvvlkilər kimi Azərbaycanda Əliyevlərin antidemokratik addımlarına biganə qalmayacaq.

  6. Nadir Ağalarov
    Aprel 2, 2010 tarixində, saat 3:20 axşam

    Əli bəy eşq olsun ,çox gözəl və sistemli şəkildə bizim demokratiyaya hazır ölkə olduğumuz və məhz Qərbin səhvlərinə görə istəyimizə nail ola bilməməyimiz göstərmisiniz. Bundan əvvəl Əliyevlərin mülkü ilə bağlı olan yazı və indi də bu artıq onu göstərir ki, Azərbaycanda demokratiya problem sizin təmsilçiliyinizlə Amerikanın gündəminə otrur.

  7. Zakir Rüstəmli
    Aprel 2, 2010 tarixində, saat 3:21 axşam

    Bu məqalə məndən ötrü sürpiriz oldu. Görünür nəhayət bu il demokratikləşmə növbəsi bizə çatacaq. Çünki bu yazı artıq dünya ictimai rəyini növbəti addımlara hazırlamaq üçündür.

  8. Aqşin Cavadlı
    Aprel 2, 2010 tarixində, saat 3:23 axşam

    Əli bəy sağ olun, siz bununla digərlərindən fərqli olaraq intriqalardan, bölücülükdən uzaq olub Azərbaycanın demokratiya problemini dünya gündəminə oturtmaqla məşğul olduğunuzu və ciddi nəticələr qazandığınızı göstərirsiniz. Sizə bu yolda uğurlar.

  9. Samir
    Aprel 2, 2010 tarixində, saat 3:27 axşam

    Təşşəkkürlər Əli bəy! Demokratiya şüarlarda, hesabatlarda qalmamalıdır. Sahiblərindən yeri gəldikcə tələb də edilməlidir! Siz bunu tələb etdiniz!!!

  10. Amerika Azerisi
    Aprel 2, 2010 tarixində, saat 5:06 axşam

    Ughurlu addimdir. Washington Postun sehifesinde bu meqaleye ingilis dili bilenler sherhlerini qoysalar lap ela olar. Hele ki, orada daha chox hokumetperest adamlarin movqeyi ifade olunub. Washington Postdaki yaziya sel kimi axan sherhler hem de onu gosterer ki, Azerbaycanda demokratiya meselesi 3-5 adami deyil, ciddi bir kesimi maraqlandirir. Bir daha tebrikler!

  11. zaur qurbanli
    Aprel 2, 2010 tarixində, saat 9:03 axşam

    artiq bizim muxalif dushergede vahid namized meselesi ortaya chixsa bu movqeyi eli kerimli haqqedir.evveller isa qemberi bu movqede gorenlerin choxu da artiq eli beyin bele uguru ile razilashar yeqin

  12. Mahir Ələsgərli
    Aprel 3, 2010 tarixində, saat 4:37 axşam

    Əli bəy sağ olun ,hakimiyyətin bu qədər basqısına rəğmən Azərbaycanın demokratiya problemini beynəlxalq miqyasda gündəmə gətirmək və Əliyevlər iqtidarının antidemokratik mahiyyətini ifşa etmək sahəsində çox uğurlu addım atmısınız

  13. Vidadi Soltan
    Aprel 3, 2010 tarixində, saat 4:39 axşam

    Əli bəy məncə parlament seçkiləri ərəfəsində mühüm olan məsələ ABŞ mətbuatının Azərbaycanda demokratiya məsələsinə diqqət yetirməsidir. Bu insanlarda Qərbin bu dəfə Azərbaycanda gedən demokratik mübarizəyə dəstək verəcəyi və müşahidəçi qalmayacağı inamını gücləndirir.

  14. Nadir Əhmədov
    Aprel 3, 2010 tarixində, saat 4:40 axşam

    Azərbaycanda istər 2003-cü ildə,istərsə də 2005-ci ildə bir xalq olaraq demokratik dəyişiklkiər üçün çox böyük siyasi fəallıq göstərdik. Ancaq Qərbin Ukrayna və Gürcüstanda olduğu kimi demokratiyaya dəstək verməməsi biz geri atdı. Belə görünür ki,artıq ABŞ Azərbaycana münasibətdə bu səhv siyasətində dəyişiklk etməyi planlaşdırır və müxalifət lideri kimi sizə və demokratiya məsələsinə diqqətin artması da yəqin ki, bununla bağlıdır.

  15. Arzu Zeynalaova
    Aprel 3, 2010 tarixində, saat 4:45 axşam

    Əli bəy bu səylərinizə görə sizə təşəkkür edirəm.Mən ingiltərədə yaşayıram,inanın ki,hər dəfə ölkəmə gələndə gördüklərimə görə əzab çəkirəm.XXI əsrdə bu rəzalətdə yaşamaqmı olar, hakimiyyətdə olanlar biz orta əsrlərə doğru sürükləyirlər,mən ingilis dostlarımı ölkəmə gətirməyə utanıram,çünki gəlib burada yaşananları görsələr xalqımız haqqında xoş olmayan şeylər düşünəcəklər.Bu barabarlığa son verməyin vaxtı çatıb.Bu yolda sizə uğurlar.

  16. Shaig Jafarzade
    Aprel 4, 2010 tarixində, saat 7:07 səhər

    Eli bey, dushunurem ki, siyasi muxalifette bir addim ondesiz.
    Sadece hakimiyyet hagginda tengidleriz deyil, nece Azerbaycan qurazaginizi eshitmek chox maragli olardi.

  17. Sənubər
    Aprel 4, 2010 tarixində, saat 2:46 axşam

    Azərbaycanda baş verənlərin təkcə bizim məsələmiz olmadığını, burada insan haqlarının və demokratiyanın qarantı kimi cıxış edənlərində məsuluyyət daşımalıarı da bir mənalı şəkildə məqalədə vurğulanıb. Obama hakimiyyətə gələndən sonra dünyanın yaşadığı həyacanı indi də xatırlayıram, sanki müharibədən cıxmış dünya nəhayət ki, sülh olmanın bayramını yaşayırdı. Eynən mən də öz ölkəm üçün bu dəyişiklikdən pay düşəcəyini gözləyirdim. Hələlik bu gözləntim özünü doğrultmayıb. AŞB təkcə Ərəb dünyasında korlanmış imicini düzəltmək qayğısını cəkməməlidir, AZərbaycan kimi ölkələrin də inamını qazanmalıdır. Bu il secki ilidir və bizim ABŞ-dan yenə seckilərdən sonra “bir addım demokratiyaya doğru atılmış addım” deyib hər şeyə göz yummasını yox, prinsipial mövqe gözləyirik.

  18. Rauf
    Aprel 4, 2010 tarixində, saat 2:51 axşam

    Abş mesajımızı, burda da demokratiya istəyən qüvvələrin olduğunu, Azərbaycanın təkcə neft ölkəsi olmadığını, həm də demokratik dünyanın bir parcası olmaq istəməsini bu yazı tam anlamı ilə anlatmışdır. Maraqlıdır, demokratiya deyən ABŞ-ın bundan sonrakı addımları nə olacaq, yenə də insanların inamını qırıb Azərbaycandakı demokratiyanı arxadan vuracaq, ya doğrudan da bu dəfə dediklərinin arxasında olacaq…

  19. Natiq Güləhmədoğlu
    Aprel 5, 2010 tarixində, saat 3:07 axşam

    Təkcə Əli Kərimli mənim partiyamın sədri olduğun agörə deyil, ümumiyyətlə müxalifətin və Azərbaycan xalqını narahat edən ciddi problemlərin Vaşinqton Post kimi nüfuzlu mediada əks olunması sevincimə səbəb oldu. Nə deyə bilərik, davamı gəlsin…
    Əli Həsənaz başda olmaqla PA-dakıların bu yazını oxuyub necə istierika keçirdiyini təsəvvür edirəm

  20. cavid
    Aprel 23, 2010 tarixində, saat 11:31 səhər

    salam men sizi bir olke bacisi kimi gorurem siz bizim fexrimizsiniz size olan reqbetim sonzuzdur biz sizi destekleyirik ve her zaman yaninizdayiq

  21. murad
    İyun 23, 2010 tarixində, saat 7:03 axşam

    Əliyevlər çox güclüdürlər.Vəba xəstəliyi kimi hər tərəfə yayılıb.Bu bəzəndə bizim günahımızdır.Niyə?Çünki,Azərbaycandakı demokratiyanın qədrini bilmədik.Mən böyüyüb oxuyacam.Ancaq təsüflər olsun ki,AXCP,Ümidin və basqalarının deyil yapın üzvi olacam.Mən Əli bəyi alqışlayıram belə yazı üçün.Mən AXCP liyəm ümidliyəm müsavatçıyam.Artıq sizin liderliyinizdə mübarizəmiz davam edir.Artıq ox yaydan çıxdı mən əliyevi sevmirəm.Əli bəy demokratdı və Əli bəy tənqidlərə baxmayaraq buna dozür.Məncə “Səs“qəzeti sabotaj yəni dayandırılmalı və ya dağıdılmalıdı.Amma nə olur olsun boyuyub AXC li olacam.Atatürkün əsgəri olacam.Məncə basqa yazilarinizda olmalidi.Demokratiya ümidi kəsiləndə biz gələcəyik sizin liderliyinizdə.Məncə Əliyevlər sevinməsin ki, Elçibəy öldü.Onun sozleri və Ruhu buranı dolaşır VƏ əli bəy kimi ümid partiyacısı üzvi kimləri minlərlə Elçibəy olmasada əsgərləri yetişib onlar sizis,yetişir onlar bizik,yetişəcək onlar hələ uşaqdırlar.Eşq olsun “BÜTÖV AZƏRBAYCAN YOLUNDA MÜBARİZƏ APARAN VƏ APAMAĞA SÖZ VERƏN DEMOKRATLARA“

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: