Əsas səhifə > Yazılar, Əli Kərimli > Söyüş- acizlərin və əxlaqsızların silahıdır

Söyüş- acizlərin və əxlaqsızların silahıdır

Hakimiyyətdəkilərin əsəbləri dözmədi. Ardıcıl və sərt tənqidi yazılar, kəskin suallar onsuz da bu adamları hövsələdən çıxarırdı. Vaşıngton Postdakı yazı da görünür onları özündən çıxaran son təkan oldu.

Bu gün bloguma haker hücumu təşkil etmişdilər. Bloguma nəzarəti ələ keçirib, öz əxlaq və mənəviyyatlarına uyğun materiallar yerləşdirmişdilər. Blogumun yerləşdiyi wordpress.com saytına müraciət etdim. Təcili tədbir gördülər. Bloguma nəzarəti geri ala bildim. Bu rəzillikdən xəbər tutmuş çoxsaylı mətbuat və ictimaiyyət nümayəndələrinə, sadə vətəndaşlarımıza göstərdikləri mənəvi dəstək üçün təşəkkür edirəm.

Ölkəmizin ictimai-siyasi həyatına qara piar da İlham Əliyevlə birlikdə 2003-cü ildən gəlib. Görünür tərəfdarlarının vəd etdiyi “islahatlar” elə bundan ibarət imiş.

Söyüş həmişə zəiflərin, sözü, arqumenti, mədəni diskussiya aparmaq qabiliyyəti olmayanların silahı olub. Acizliyin, siyasi mübarizədə məğlubiyyətin etirafı kimi qiymətləndirilir. Bu kimi “texnalogiyadan” bir qayda olaraq intellekt və ya bioloji qüsurları səbəbindən komplekslərlə yaşayan əxlaqsız nakişilər istifadə edir.

Azərbaycan iqtidarı mənəvi terrordan rəqiblərini və tənqidçilərini susdurmaq üçün istifadə edir. Adamları şantaj edirlər ki, həqiqətləri davamlı şəkildə desəniz, yazsanız, sizi söydürərik. Mənim özümün susdurulmağım üçün nələri etməyiblər? Nəticə əldə etməyiblər və heç vaxt da əldə edə bilməyəcəklər.

Mən özünü qoruma instiktlərimə də, mənəvi terror qorxusuna da artıq daxilən qalib gəlmişəm. Heç kimdən və heç nədən qorxmuram. Belə üsullarla özünüzü daha da gözdən sala bilərsiniz, məni isə şərlə mübarizə hədəfimdən yayındıra bilməzsiniz.

İlham Əliyev, sizə müraciət edirəm. Hakimiyyətin sizin üçün çox qiymətli olduğunu bilirəm. Sizin istefa vermək istəmədiyinizi, iqtidarınızı qorumaq üçün səylər göstərməyinizi başa düşürəm. Amma bu səylərin əxlaq çərçivəsində də həyata keçirilə biləcəyi mümkündür. Sizə növbəti dəfə təklif edirəm ki, mənimlə siyasi mübarizəni kişi kimi aparın. Başa düşün ki, söyüşün 2 başı var. Bumeranq kimi qayıdıb söyənə və söydürənə dəyir.

Kateqoriyalar: Yazılar, Əli Kərimli
  1. Ebulfez Qurbanli
    Aprel 5, 2010 tarixində, saat 6:30 axşam

    Ali bey biz sizinle qurur duyuruq!

    Sona qeder Sizinleyik!

  2. Rəşadət Axundov
    Aprel 5, 2010 tarixində, saat 7:14 axşam

    Bəy, bunların səviyyəsi, intellekti elə bu nöqtəyə qədərdir. Bugün bir dostumun bu hadisəyə reaksiyasını eşidəndə gördüm ki elə mən düşündüklərimi deyir. Bloqun dağıdıldığını deyəndə: Bilirəm, xəbərim var, amma nə təəccübləndim, nə hirsləndim, çünki bunların səviyyəsi budur dedi. Belədəki qoy bloqu dağıtsınlar, qəzetləri bağlasınlar, biz yazıları əllərimizlə belə paylayarıq insanları məlumatlandırmaq üçün. Qələbəyədək mübarizə!

  3. Taleh
    Aprel 5, 2010 tarixində, saat 7:15 axşam

    Əxlaqsızlar!! Kşiyə yaraşmaz belə mübarizə.

  4. Sehla Feyruzova
    Aprel 5, 2010 tarixində, saat 7:17 axşam

    Eli bey,dövletin menbeyi xalqdir.xalq sizi destekleyir! Ùmidvaram ki, demokratiyani Azerbaycana Eli Kerimli getirecek. Arxanizda genc ordu var! Möhkem olun!

  5. sevil
    Aprel 5, 2010 tarixində, saat 7:55 axşam

    Azerbaycanda kanun adına hiç bir şey yok Aliyevler hanedanlığı bir gün çökecek. Altın çamurda bile parlar. mücadeleye devam edin Ali bey

  6. vatandash
    Aprel 5, 2010 tarixində, saat 7:55 axşam

    ali bey qoy sayti daqitsinlar bunlarin saviyyasi amali bundan ibaratdir birdaki na qadar sixsalar o qadar tez doyush bashlayacaq bizlar haziriq

  7. Qan Turalı
    Aprel 5, 2010 tarixində, saat 8:03 axşam

    Əli bəy, günəşi palçıqla suvamaq olmaz…
    Bunların təbliğatı da özləri kimi ləyaqətsiz və şərəfsizdir…
    Sizin məşhur ARAYIŞ təklifinizdən sonra bu cür halların dəfələrlə təkrarlanması sübut edir ki, onlar üçün heç bir dəyər yoxdur…
    Bu günkü əxlaqsız hərəkətə ən gözəl cavabı sizin yazınızı təkrar dərc edən RADİKAL qəzeti verdi…
    Biz qalib gələcəyik!
    No Pasaran!

  8. Kərimov Sahib
    Aprel 5, 2010 tarixində, saat 8:10 axşam

    Böyük düşünən insanları bu cür cılız,əxlaqsız yollarla yolundan və mübarizəsindən döndərmək mümkün deyil.Əli bəy bu pis əməllərin sahibləri bu cür düşünə,bu cür yaşaya bildikləri ücün bu cür “cavab” verirlər.

  9. Elnur Sadigov
    Aprel 5, 2010 tarixində, saat 8:12 axşam

    Salam Ali bey,hakimiyyet enenevi verdishlerine el atmasaydi teeccub dogurardi.Her shey gozlediyimiz kimi cereyan etmeye bashlayir.Evvelce inzibati terror,bu netice vermese menevi terrora muraciet etmek bu hakimiyyetin reqiblerle davranish usuludur.Adam ne qeder kutbeyin olar ki, ish vasitelerinin hec bir netice vermediyini goresen,yeniden eyni vasitelere muraciet edesen.

    Cenablar,Ali Kerimlini soymekle yerinde oturtmaq mumkun olsaydi bu adam 2003-de sesini batirib yerinde oturardi.Amma bu mumkun olmadi,eksine 2005-ci ilde sizi,12-illik hakimiyyet tarixinizde gormediyiniz hucuma meruz qoydu.

    Ali Kerimliye qarshi bashladilan bu menevi terror Azerbaycan siyasi tarixinde yeni bir sehifeni acir.Menevi hucumlara durush getiren lider numunesi yaranir Azerbaycanda.Ali Kerimlinin selefi Elchibey daha chox fiziki mehrumiyyetlere dozumuyle bir numuneydise,Ali bey menevi repressiyalarin qarshisinda durush getirmekle eyilmezliyin bashqa bir numunesini yaradir.Eminem ki,Azerbaycanda siyasi liderliyin tedqiqatchilari bu meqami gore bilecekler.

  10. Ali Rza
    Aprel 5, 2010 tarixində, saat 8:16 axşam

    Her zaman tarixden silinenler yeni tarix yaradanlari cirkaba batirmaq isteyib. Ama her zaman da batan ozleri olub.

  11. Mecid
    Aprel 5, 2010 tarixində, saat 8:24 axşam

    İnanın mende teeccüblenmedim,çünki bunların kim olduglarını hamı bilir.Öz quş beyinleriynen ağıllı hereket elediklerini zenn eleyirler,xalqı ve Eli beyi mübarizeden çekindirmek isteyirler,day fikirleşmirerki bele qara p.r lar bizi dahada ruhlandırır.Bu hadise bir daha bunların qorxudan ne hala düşdüklerini gösterir.

  12. Aprel 5, 2010 tarixində, saat 9:17 axşam

    Etiqası,mədəniyyəti və kişiliyi olan kəs mübarizəni kişi kimi aparar, ləkə yaxmaz. Xalq arasında süni yolla hörmət qazanmaq mümkün deyil. Xalqı talayıb, varidatını oğurlayıb, əzib, təhqir edib, kölə halına salıb, sonra da o xalqdan sevgi və inam gözləyirlər. İştahanız çox yaxşıdır YAParteid hökuməti! Atalar demişkən; Nə tökərsən aşına, o da çıxar qaşığına. Əliyev sülaləsi, siz 17 ildə öz harınlığınızla, haqsızlığınızla xalqdan ancaq nifrət qazanmısınız. Ona görə özünüzü yormayın. Sizin insanlığa yaraşmayan ləkələriniz nə Əli Kərimliyə yapışmaz, nə də başqalarına. Əksinə belə iftiralarınızla onsuzda olmayan hörmətinizi heçə endirirsiniz. Əgər kişiliyiniz çatırsa Əliyevlərin Dubay mülklərini cavablandırın, xalqa izahat verin. Əli Kərimlinin dedikləri hamının bildikləri həqiqətlərdir. Hətda bütün dünya bu həqiqətləri bilir. Hamınızın əməlləri gec tez açılacaq. O zaman o qədər də uzaqda deyil. Şərin haqqa qalib gəldiyini tarixdə heç kim görməyib, siz Əliyev sülaləsi də bunu görməyəcəksiz!

  13. zaur qurbanli
    Aprel 5, 2010 tarixində, saat 9:34 axşam

    eli bey,sizi soyenlere inananlari bosh verin,zaten onlar soyushsuz de oz shexsiyyetsiliklerini gosterecekler.qaldi ki bizlere-sizin destekchilerinize biz zaten hemishe sizinleyik,soyushle de,soyushsuz de.mohkem olaq.az qalib bunlarin omrune.noyabr bizimdir

  14. Aprel 5, 2010 tarixində, saat 9:45 axşam

    Bu cür şərəfsiz metodlarla mübarizə aparmaq ancaq şərəfsiz adamların işidir. Odur ki, möhkəm olun. Şərəfsizlərin şərəfləri yoxdur zatən, qısa bir müddətdə tükənəcək hamısı.

  15. Serdar Dadashov
    Aprel 5, 2010 tarixində, saat 11:53 axşam

    Bloqunuzu izləyirəm. Bu hakimiyyət doğurdan da şərəfsizmiş. Amma Haqq yerini tapdı. Xalqımızın ürəyi sizlədir Əli bəy!

  16. Nazim Akifoglu
    Aprel 6, 2010 tarixində, saat 2:21 səhər

    Salam Ali bey,
    Sizi tam destekleyirem.
    Cox duz yazdiniz.
    Nezerinize catdirmag isteyirem ki, siz hakimiyetde oldugunuz bir ilde etdiyi ishlerin
    sizden sonra gelenler 17 ilde yuzde bir hissessinide gore bilmediler.
    Size ugurlar!
    Dr.Nazim Akifoglu

  17. Saadət
    Aprel 6, 2010 tarixində, saat 5:15 səhər

    Əli bəy, bizim gözəl bir ata sözümüz var. Məhz bunlar üçün deyilib-“İt hürür, karvan yürür!”. Azadlığa-demokratiyaya gedən mübarizə karvanı hansı yoldan olsa öz ünvanına yetişəcək. İtə də elə hürmək qalacaq…İşinizə baxın!

  18. Ilqar Huseynli
    Aprel 6, 2010 tarixində, saat 6:32 səhər

    Tarix,zaman öz sözünü deyib və deyəcək.Azərbaycan xöşbəxtdir ki,tanrı ona Əli Kərimli kimi dahi,xəxsiyyətli,fiziki və mənəvi cəhətdən sağlam Siyasi Lider bəxş edib.
    İt hürər, karvan keçər əziz dostumuz. Haqq,millət və Biz hər zaman sizinləyik.

  19. Rovshan Nesirli
    Aprel 6, 2010 tarixində, saat 6:39 səhər

    Ən çox diqqətimi çəkən Heç kimdən və heç nədən qorxmuram cümləsi oldu. Bəli ilham kimi insanlardan qorxub geri çəkilmək Azərbaycana xəyanət olardı. ilham bu hərəkəti ilə necə gılız olduğunu bir daha göstərmiş oldu

  20. Natiq Güləhmədoğlu
    Aprel 6, 2010 tarixində, saat 8:02 səhər

    İlham Əliyev öz playboy əxlaqını Azərbaycanda dominant dəyərə çevrimək istəyir.
    Onun bu arzusu ürəyində qalacaq.
    Bu cür tə\rbiyəsizliklə kimlərsə düşünürsə bizi yolumuzdan döndərəcək ciddi şəkildə yanılırlar
    İt hürməkdə olsun, karvan yolundadır

  21. vusal.
    Aprel 6, 2010 tarixində, saat 8:07 səhər

    Eli bey fikir vermeyin o uzdeniraq kishiler oz yaxinlarinin mydafiesine qalxirlar ona qore ozleri oz shekillerini sizin sayta yerleshdirirler olarda kishilik olsaydi milleti butun dunyaya sepelenmezdi men deyerdim ki neinki kishilik hetta insanliq yoxdur olarda bu hokumet terefinden yerleshdirilibse bu olarin zeifliyi demekdir cunki haqlidirlarsa teledebat teshkil eylesinler desinlerki fakt budur biz haqliyiq yoxsa hansisa yzdeniraq shekilin yerleshdirilmesi bu zeiflik elametidir ve sonda size uqurlar siyasetde MUSAVATLA birlik arzulayiram.

  22. Tezexan Mirelem
    Aprel 6, 2010 tarixində, saat 9:09 səhər

    Salam, Əli bəy! Yaxşi olardi ki, sizə qarşı yenidən bu kompaniyaya başlayanlar öz anasinin, bibilerinin, bacisinin, arvadinin, baldizlarinin haqqinda yaxşi-yaxşi maraqlansin.

  23. Fikret Huseynli
    Aprel 6, 2010 tarixində, saat 11:13 səhər

    Salam Eli bey. Bu, hakimiyyetin acizliyinin “palchiq vulkani” kimi puskurmesidir. Amma ne qeder puskurse de, palchiq ele palchiqdir. Ve her kes bilir ki, “palchiq vulkani” ne qeder yukseye tullanmaq istese de, sonda oz sahibine qayidir.

  24. Aprel 6, 2010 tarixində, saat 11:16 səhər

    Mence Eli Kerimli hele sechki erefesinde bu meseleye bir achiqlamasi ile noqte qoymushdu.. Gorunur kimlerse xanimlarindan bezibler…

  25. Ayəndə
    Aprel 6, 2010 tarixində, saat 11:45 səhər

    Gözlədiyimiz oldu, mən heç təəcüblənmədim. Bu hakimiyyətdən yaxşı nə isə gözləməyə dəyməz.Bu hakimiyyətin mahiyyəti budur. Onlar öz ailə əxlaqlarını cəmiyyətə sırımaq istəyirlər. Heç şübhəsiz bizim millət bu əxlaqsızığı qəbul etməyəcək. Qoy it hürməyində olsun, karvan yolunda…

  26. Qurbetci
    Aprel 6, 2010 tarixində, saat 12:41 axşam

    Eli bey, men ozum 8 ildir xaricde yashayiram. Sizi shexsen ele de yaxindan tanimiram. Amma iqtidarin bu murdar emellerinin siyasi mubarizede en son, en alchaq ve en sherefsiz bir metod oldugunu gorurem. Siz narahat olmayin, bele ucuz, seviyyesiz qarayaxmalarin effekti sifira beraberdir. Sifira beraber demek belke de dogru deyil, eks-effekt verir. Bu shekilde tebligati gorende bunlara nifretim daha da artir. Demokratiyanin beshiyinde yashadigim uchun, seviyyeli, mahiyyetli siyasi mubarizenin gundelik shahidi oluram ve menim olkemi idare eden insanlarin bu qeder dushuk, aciz ve seviyyesiz bir metoddan, shantajdan istifade etmesi meni meyus edir ve mende onlara qarshi mubarize hissini bir az daha guclendirir.
    Size guvenirik ve eminik ki, bele exlaqsiz shantajlar sizin mubarize ruhunuza menfi tesir gostermeyecek.

    Ugur olsun!

  27. Zümrüd Yağmur
    Aprel 6, 2010 tarixində, saat 12:56 axşam

    Öz ailələrində gördüyü əxlaqsızlığı başqasına sırımaqla nəyə nail ola bilərlər, ancaq lənətlənib layiq olduqları sözləri eşitməyə… Azərbaycan xalqı hər nə qədər qorxu ilə sakitləşdirilibsə də kimi kim olduğunu cox gözəl bilir. Bu kimi hərəkətlərlə haqq etdikləri yerə, tarixin zibilliyinə getmək üçün quyularını daha da dərun qazırlar. Cəhənnəmə qədər yolları acıq olsun!

  28. Aprel 6, 2010 tarixində, saat 1:38 axşam

    Men sizin medeni ve seviyyeli blogunuzu exlaqsizlara unvanlanmish sozlerle,soyushlerle doldurmaq fikrinde deyilem.Chunki,bele sozleri hetta sizin dinlemeyiniz dogru olmazdi.Amma cemiyyetdeki ovqatdan da hiss olunur ki,bir meqaleniz bunlar butun informasiya arsenalini nece mehv etdi.Artiq uzdeniraq Etibarin “Lider”de ne hurmeyi hech kimi maraqlandirmir.Cemiyyet gordu ki,mehdud imkanlarla boyuk inzibati sistemin churuk mahiyyetin nece ifsha etmek olar.Ona gore esebidirler.Isterikadadirlar.Bu addimlar gorsetdi ki,sechkiye qeder bunlarin esebleri dozmeyecek.Artiq sechki oncesi canli TV-den 2-3 chixishiniz bes edir ki,nokauda dushsunler.

  29. Fuad Qəhrəmanlı
    Aprel 6, 2010 tarixində, saat 2:14 axşam

    Əli bəy İlham Əliyevi kişi kimi mübarizə aparmağa çağırmısınız,məncə o bunu bacarsa idi bu çağrışa da ehtiyac olmazdı. Sizin varlığınız, apardığınız mübarizə təkcə azdlıq və demokratiyaya bağlı dəyərləri deyil, həmdə şərəfli insana xas ləyaqət və qüruru təmsil edir. Bunların sizə deyə biləcəkləri söz yoxdur,fikirdə də,nitqdədə,əxlaqdada sizn qarşınızda özlərini miskin və zavallı görürlər və başa düşürlər ki, üstünlükləri inzibati resurslardadır,bunsuz İlham Əliyevin özünü sizinlə müqayisə etməsinin psixoloji baxımdan onda necə gərginlik yaşatdığını təsəvvür edirsinizmi.
    Əli bəy bir hakimiyyəti ki,öz sözünüzlə,fikrinizlə və əxlaqınızla söyüş söymək həddinə qədər kiçildə bilmisnizsə bu sizin gücünüzdür. Geri qalanı artıq zaman məsələsidir. Siz bir xalqın taleyini dəyişmək missiyası qarşısına qoymuş lidersiniz və bu yolda mahiyyəti şərdən yoğrulmuşlar sizə çamur da atacaqlar, anacaq bizlər qürurla, fəxrlə apardığınız mübarizədə sizinlə birgə olacağıq.

  30. Aydın Cəfərli
    Aprel 6, 2010 tarixində, saat 2:27 axşam

    Əli bəy sizn və İlham Əliyevin simasında bu gün təkcə fərqli siyasətlər deyil, həmdə əxlaqla əxlaqsızlıq arsında mübarizə gedir. İlham Əliyev nazirlərini danlayanda işlətdiyi ifadələri və nazirlərinin onun haqında düşündüklərini sizə qarşı qara piar olaraq işlətməklər təkcə sizn siyasi mübarizəniz nəticəsində düşdükləri isterikanın əvəzini çıxmırlar, tamamilə mümkündür ki, bu işi sifariş edənlərin və icraçıların könlünə sizdən arayış almaq düşüb. Onlara təklif edərdim ki, buna görə sizə deyil xalqa üz tutsunlar,çünki bu halda onlara çoxsaylı arayışlar vermək imkanı yaranar.

  31. Namiq Shemkirli
    Aprel 6, 2010 tarixində, saat 4:14 axşam

    ALQIŞLAR, ALQIŞLAR, ALQIŞLAR!!! Bu gün bu söz çox deyilir. Təkrarçılıq olsa da mən də deyirəm: ƏLİ BƏY SİZİNLƏ QÜRUR DUYURUQ.

  32. Aprel 6, 2010 tarixində, saat 4:54 axşam

    Gorun Azerbaycani kim idare edir? Bunlarin hereketi tebiidir ve ozlerine garshi chevrilir.
    Ugurlar Size,Ali bey.

  33. Emin
    Aprel 6, 2010 tarixində, saat 5:08 axşam

    Chox gozel meqaledi. Ehsen deyirem. Sizinle temamile sonuna qeder raziyam Eli bey. Bir gun qalib geleceyik. Bu sadece bir vaxt meselesidi.

  34. Naida
    Aprel 6, 2010 tarixində, saat 5:54 axşam

    SIZINLE QURUR DUYURAM…….

  35. Aprel 6, 2010 tarixində, saat 6:45 axşam

    Əli bəy, sizə qarşı bu əxlaqsızlıq ucu-bucağı görünməyən mənəviyyatsızlıqdan xəbər verir. Siz isə bunların fövqündə dayanırsınız. Bütün Azərbaycan xalqı bilir ki, siz yüksək mənəviyyat və əxlaq sahibisiniz. Bu cür əxlaqsız hərəkətlər xalqın sevgisini sizə daha da artırır.

  36. Aprel 6, 2010 tarixində, saat 7:08 axşam

    Müslümanların birbirine düşmesi çok kötü bir durum.

  37. Aprel 6, 2010 tarixində, saat 9:54 axşam

    Ali bey bunlarin kimlikleri taaa evvel günden her kese melumdur. Sizinle qürur duyuruq.Bizim xalq yatmis aslan kimidir ,bir ayaga qalxarsa …..vay coxlarinin halina.! Cox merak edirem,o kesler ki,özlerini satdilar, yarin bu xalqin üzüne nece baxacaqlar ????? Tale yolunuzu aciq etsin ,Artiq Azadligin ayaq sesleri esidilmektedir !!!! Qöz yumma qünesden ne kadar nuru karalsa, Sönmez,ebedi,her qecenin G Ü N D Ü Z Ü VARDIR!!!(Tofiq Fikret).

  38. qedim
    Aprel 7, 2010 tarixində, saat 7:20 səhər

    Terbiyesizlik hec vaxt cavabsiz qalmir. hakim zumrenin exlaqi hamiya bellidir. Yeqin ki bunun bir sonu olacaq. Bir bele qarayaxmalarla boyuk bir Partiyanin liderini nufuzdan salmaq olmaz. Atalar ebes yere demir;Yel qayadan ne aparar ki,

  39. Ferhad Eliyev
    Aprel 7, 2010 tarixində, saat 8:30 səhər

    Ali Karimli kimi bir nece nefer de siyasetcimiz olsa Ilham eliyev kimiler Azerbaycani tum dunyada biabir etmezdi.

    Cenab Kerimli,hec vecinize dde almamayin.İlham Eliyev elaqdan danishinca sagina soluna baxsin.

  40. Anar
    Aprel 7, 2010 tarixində, saat 8:36 səhər

    Eli bey!
    Bloqunuzun daqilmasi 2 gundu ki, movzunu deyishib – mence bu, ele onlarin istediyi bir meseledir. Halbuki yaziniz butun region ve dunya metbuatinda chap olunmaqda davam edir. Size qarshi olan bu menevi terrora hech ehemiyyet bele vermeden bashladiqiniz cox uqurlu bir ishi davam etdirmeyinizi rica edirem. Chunki bu ishi tessuf ki, biz bacarmiriq – hem dil problemimiz var, ingilisceni meqale yazmaq seviyyesinde bilmirik, hem de muellifin chekisi onemlidir. Eslinde, bu meqale Azerbaycanin dunyanin bir parcasi olduqu ve olkenin demokratikleshmesi meselesinin serhedleri ashdiqi anlaminda qebul edilir.
    Diger terefden, Size qarshi aparilan bu kompaniya nufuzunuzu ve terefdarlarinizi chox suretle artirir. Ona gore narahat olmaq yox, delillere arqument tapa bilmediklerinden endishelenib ozunu itiren bu terrorculara gulmek lazimdir.
    Uqurlar!

  41. Nazim Vəliyev
    Aprel 7, 2010 tarixində, saat 10:05 səhər

    Əli bəy mən tələbəyəm. Sizə qarşı olan bu ləyaqətsizlik heç bir siyasi mənsubiyyəti olmayan tələbələr arasında da qınanır və hər kəs “gör Əli bəy”bunlara nə od qoyub ki,bu cür yolla acıqlarını soyutmağa çalışırlar. Siz artıq təkcə xalqımızın nəzərində deyil, həmdə Waşinqton Postdakı iki yazı da göstərdi ki,beynəlxalq səviyyədədə bu iqtidarın alternativi olan lider kimi qəbul edilirsiniz və görünür İlhamı əsəbiləşdirib özündən çıxaranda budur.

  42. Mahmud
    Aprel 7, 2010 tarixində, saat 10:06 səhər

    Mən inanıram ki,bu baş verənlər sizə ən kiçicik belə təsir göstərə bilməz.Çünki rəqibi seçəndə sizdə bilirdiniz ki, kazino yetirməsindən başqa əxlaq,yüksək mənəviyyat gözləmək olmaz. Dostluğuda,düşmənçiliyidə kişi kimi etmək grəkdir, genetik mənşəyi mübahisəli olanlardan bunu gözləmək olmaz. Mən bu şərəfsizliyə etiraz olaraq AXCP-yə üzv omağa qərar verdim.

  43. Ramiz Zeynalov
    Aprel 7, 2010 tarixində, saat 10:07 səhər

    Əli bəy, mən elm adamıyam , 68 yaşım var. İnanın sizə qarşı olan bu şərəfsizlik mənə o qədər ağır təsir edib ki,bu nə biabırçılıqdır, biz hara gəlib çıxmışıq, bu gedişlə axırımız nə olacaq. Bu arıtıq mənəvi fəlakətdir, hər bir ziyalı bu çirkab dalğasına öz etirazını bildirməlidir.Mənim iki oğlum var sizin bu məğrur və qətiyyətli mübarizənizə görə sizi öz övladlarımdan ayırmıram.Sizə qaşı deyə biləcəkləri sözləri qlmayıb ona görə də öz əxlaqlarına uyğun vasitələrə əl atırlar.İnanın bu şeylər sizi xalqın gözündə ucaldlr, hər kişinin götürəcəyi yük deyil sizin qaldlrdlğnız bu yük. Yolun haqq yoludur, Allah özü köməyin olsun.

  44. Musa Həsənli
    Aprel 7, 2010 tarixində, saat 10:08 səhər

    Əli bəy, bunlar öz çirkinliklərini açıb tökdükcə azacıq da olsa mənəviyyatı olan şəxslər bunları müdafiə etməməlidir. Yolunuz haq yoludur, əxlaqlarını satmaqla vəzifə qazananlardan başqa nəsə gözləmək olmaz. Bu şeylərə fikir verməyin.

  45. Rauf Ağalarov
    Aprel 7, 2010 tarixində, saat 10:09 səhər

    Əli bəy mən inanıram ki, zamanı gələndə bu Şərəfsizliyi törədənlərdən hesab sorulacaq və o zaman bir birinin üzünə dirənən miskinlər haqq etdiyi cəzanı alacaqlar.Bu da bir imtahandır.

  46. Vsif Hacıyev
    Aprel 7, 2010 tarixində, saat 10:14 səhər

    Əli bəy siz xalq hərəkatından gəlmisiniz,İlham Əliyev kazinodan.Siz onun atasına qarşı siyasi mübarizə aparanda İlham Əliyevin Ebru gündəşlə şəkilləri çap olunurdu,playboy kimi adı xarici mətbuatda hallanırdı.Görünən dağa nə bələdçi.Sizinlə fəxr edirik.

  47. Samir
    Aprel 7, 2010 tarixində, saat 11:44 səhər

    Eli bey xalqin sherefli siyasi lideri kimi men sizin vurgununuzam.Siz bulara fikir bele vermeyin xalq agi qaradan secmeyi yaxsi bacarir ALLAHA sukur ki sizin kimi liderimiz var inan ki sizin Tilviziyadaki bir ve ya iki cixisiniz bes edir ki xalq heqiqeti gorsun.Size edilen tehqirleri ozume aileme ve Azerbaycan xalqina edilmis tehqir hesab edirem sizinle fexr edirem.Azerbaycan gencleri heqiqeti gorur ve sizinledi.Ebulfez Elci bey demisdi ki xeyirle sher mubarize edir Azerbaycanda mutleq xeyir yani siz qalib geleceksiniz mubarizeye davam.HORMETLE

  48. Aprel 8, 2010 tarixində, saat 4:46 axşam

    Əli bəy

    Qozbeli qəbir düzəldər – elə belə deməyiblər.

    50 yaşına gəlib əxlaqdan yoxsun olanlara 50 dəfə də əxlaq dərsi versən düzələn deyillər.

    Onların istəyi də budu ki, insanları gündəlik mövzulardan yayındırsın.

    Yayınmamalıyıq, əksinə yay olmalıyıq, ox kimi beyinlərinə, fikirlərinə sancılmalıyıq.

  49. samir
    Aprel 8, 2010 tarixində, saat 5:45 axşam

    Eli bey menim bir teklifim var hakimiyyet sizden qorxdugu ucun TV lari sizin uzunuze baglayib seckiye qederki muddetde sizin cixislarinizi DVD-diskler sekilinde rayonlara sherlere paylamaq ve belece xalqi bilgilendirmek.Men istenilen fedekarliga haziram.

  50. Anar
    Aprel 9, 2010 tarixində, saat 4:14 axşam

    Biz Əli bəylə qürur duyuruq. Əli bəy, siz tək deyilsiniz.

  51. vatandash
    Aprel 10, 2010 tarixində, saat 8:41 səhər

    ali bay bu sharafsizlar ucun soyush adi haldir onsuzda xalq 18 ildir bunlari soyur na manasi birda ki kishi bilar kishi kimi mubariza aparmaq na demakdir

  52. Tovfiq
    Aprel 15, 2010 tarixində, saat 6:07 axşam

    Salam. Eli kerimli xahis edirem siz mene deyin gorum siz ibadet ehlimisiniz. Yeni sizin kimi aciq fiokirli, muselman bir xalqin prezidenti olmaqa real namized olan ve bir cox insanin nezerinde en real namized hesab olunan bir kes- Ali Kerimli namaz qilirmi,m ibadet edirmi? Ilham Aliyevin siyaseti ve olkeni qaranliqa suruklemesinden elave menim hemde o insanin namaz qilmamasi xosuma gelmir ve namaz qilmayan insanlar Allaha asi olan insanalrdir. Siz demi namaz qilmirsiniz? Y’ni goresen bir namaz qilan insan hakimiyyete gelecekmi bu muselman olkesinde?

  53. Fuad Axmedli
    May 15, 2010 tarixində, saat 1:30 axşam

    Salam Ali bey!!!istiqlaliyet ve demokratiya mubarizesindeki,coshqumuza ve vehdetimize eshq olsun.Mohkem olun,milletin sizin kimi qurur duydugu bir shexsiyyete qarshi tehqir onlarin meneviyatsizligindan ireli gelen bir sheydir!!!meneviyatsizi da kishi kimi sindirmaqdan asan shey yoxdur!!!

  54. RAFİQ
    Mart 31, 2011 tarixində, saat 6:25 axşam

    ALLAH MƏHƏMMƏD YA ƏLİ ƏLİYƏ KOMƏK OLMALİ

  55. Aprel 1, 2011 tarixində, saat 12:14 axşam

    eli Bey boyuk bir xalq ordusu sizin arxanizdadir,bunu hakimiyyet de gorur.Axirinin catdigini bilir ve hakimiyyetini qorumaq ucun en iyrenc hereketlere de el atir.Biz sizin apardiginiz mubarizede daim arxanizdayiq ve sexsen meni bu yoldan ancaq olum dondere biler.

  56. RAFİQ BORCALİ
    Aprel 1, 2011 tarixində, saat 4:32 axşam

    ƏLİ KƏRİMLİ AZƏRBAYCAN XALQİNİN NİCAT YOLUDR ƏGƏR ƏLİ BƏY PREZİDENT OLSA AZƏRBAYCAN XALQİNİN HEC BİR DƏRDİ OLMAZ ONA NƏ QƏDƏR TƏXRİBAT OLSA DA O DOZƏCƏK CUNKİ BİLİR ONUN UCUN OLMƏYƏ HAZİR OLAN QEYRƏTLİ OGLANLAR VAR

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: