Əsas səhifə > Yazılar, Əli Kərimli > Qarabağ Azərbaycanınmı, yoxsa Türkiyəninmi bir parçası?

Qarabağ Azərbaycanınmı, yoxsa Türkiyəninmi bir parçası?

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda növbəti dəfə birmənalı Qarabağ bəyanatları verdi. Bizim işğal altında olan torpaqlarımız azad olunmazsa, Ermənistanla sərhədləri açmayacaqlarını uydurma erməni genosidinin ildönümünə tam 10 gün qalmış bir daha və tərəddüdsüz söylədi. İndi Azərbaycanda tam əksəriyyət bu sözün yerinə yetiriləcəyinə əmindir. Həm də bu mövqe iqtidarlı-müxalifətli Türkiyə Böyük Millət Məclisinin, bundan da vacibi böyük Türk millətinin mövqeyidir. Bu aydın və birmənalı dəstək üçün hər kəsə təşəkkürlər!

Türkiyə baş nazirinin Vaşinqton sammitində Azərbaycanı müdafiəsi tək bununla bitmədi. O həm də Azərbaycanın iştirakı olmadan bölgə problemlərinin həllini mümkünsüz sayıb, Azərbaycanın da masaya dəvət olunmasını istədi. Bununla da bizə ciddi ipucları vermiş oldu. Məlum oldu ki, hökumətimizin uğursuz siyasəti ona gətirib çıxarıb ki, regionumuzun problemləri “regionun liderinin” iştirakı olmadan müzakirə və bəziləri hətta həll olunur. Türkiyə baş naziri təkid edir ki, heç olmazsa öz problemlərinin müzakirə və həll olunmasında Azərbaycan iştirak etsin. Ölkəmiz bölgədə cərəyan edən proseslərdən təcrid olunmasın.

Hökumətin nəzarətində olan tv-lər də sevincək bu xoş xəbərləri tamaşaçıya çatdırırdılar. Bilirlər axı vətəndaşlarımız çox narahatdır ki, dünya liderləri bir araya gəlib regionumuzun məsələlərini, Qarabağın taleyini müzakirə edirlər və orada Azərbaycan təmsil olunmur. Ona görə də tv-lər xalqımızı rahatlatdılar ki, bizi də qardaş Türkiyə təmsil edir.

O Türkiyə ki, qardaşıq, dilimiz eynidir, amma bu hökumət onların dilini xarici dil sayır. O Türkiyə ki, dinimiz eynidir, amma onların tikdiyi məscidləri hökumətimiz qapadır. O Türkiyə ki, onun əsgəri bizim azadlığımız üçün şəhid ola bilir, amma bizim hökumət Türk şəhidlərinin məzarlığından ay-ulduzlu Türkiyə bayrağını endirməyə utanmır. Nəhayət, o Türkiyə ki, biz ərklə ondan tələb edirik ki, bizim düşmənimizi öz düşməni bilsin, amma onu didib-parçalamaq istəyən PKK-nı bizim hakimiyyət terrorçu təşkilat kimi tanımır.

Qarabağ probleminin nizama salınması üçün beynəlxalq aləmdə ciddi bir dinamizm müşahidə olunur. Təkcə son bir həvtədə Türkiyə baş naziri ABŞ, Rusiya, Fransa prezidentləri ilə Qarabağla bağlı ciddi müzakirələr aparıb. Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün Türkiyə Cumhuriyyəti öz nüfuzundan maksimum istifadə edir, aktiv diplomatiya aparır. Nə yazıq ki, hakimiyyətdəkilərin yarıtmaz siyasəti Azərbaycanın öz dövlət başçısı İlham Əliyevi bu prosesdə iştirakdan məhrum edib.

İndi İlham Əliyev ya Qarabağ ətrafında baş verənləri müstəqil palitoloq kimi kənardan şərh edir, ya da Qarabağı Türkiyə baş naziri Ərdoğanın öhdəsinə buraxıb, özü daha “strateji” işlərlə, məsələn, keçidlərin, körpülərin, Bakı-Sumqayıt yolunun n-ci kilometrinin lentlərini kəsməklə, Heydər Əliyev mərkəzinin tikintisinə nəzarət etməklə, güləş yarışlarına tamaşa etməklə məşğul olur.

Azərbaycansız Qarabağ müzakirələri hökumətin “balanslaşdırma” siyasətinin dalana dirənməsi, beynəlxalq aləmdə təklənməyimiz deyilsə,bəs nədir? Azərbaycan dövlət başçısının iştirakı olmadan ən yüksək səviyyələrdə Qarabağ müzakirələri Azərbaycan iqtidarının iflası, belə bir hakimiyyətin mövcudluğunun bizim milli maraqlarımıza təhlükə olduğunun təsdiqi deyilsə, bəs nədir?

Kateqoriyalar: Yazılar, Əli Kərimli
  1. Əli Məmmədov
    Aprel 15, 2010 tarixində, saat 10:32 axşam

    Əli bəy, Əliyev irtica rejiminin iç üzünü açıb dünyaya göstərməyiniz təqdirəlayiqdir. Özünüz də şahidisiniz ki, sizin bütün məqalələrinizə çox geniş şərhlər də yazmışam. Ancaq 14 apreldən sonra məndə çox böyük məyusluq yaranıb. Sizin də yaxşı bildiyiniz kimi Azərbaycan xalqı Aparıcı muxalifət olan Müsavat Partiyasını və AXCP-ni dar gündə, ölkəyə gərəkli bir gündə bir birindən ayrı təsəvvür etmir.Çox təəssüf ki, Musavat Partiyasının aksiyasına AXCP-nin mənəvi dəstəyini görmədik. İkinci də “Azadlıq qəzeti” Musavat Partiyasının keçirdiyi aksiyanın işıqlandırılmasına çox qısqanclıqla yanaşıb.Bunlar çox böyük yolverilməz səhvlərdir. Əksinə belə yanaşmalarla Əliyev irtica rejiminin dəyirmanına su tökmüş oluruq.Bu barədə bir qədər düşünsəniz pis olmaz!

  2. Mecid
    Aprel 16, 2010 tarixində, saat 2:21 səhər

    Eli bey elave bir sey yaza bilmirem,siz lazim olani yazmisiniz bu movzuda.Yene cox gozel yazi idi.
    Guzel gunler gorecegiz,Gunesli gunler…

  3. Fuad Qəhramanlı
    Aprel 16, 2010 tarixində, saat 7:04 səhər

    Əli bəy tamamilə haqlısınız. Uzun illər ərzində Əliyevlərin Qrabağla bağlı ağardığı siyasət bu gün iflasa uğrayıb və Azərbaycan dövləti nəinki mühüm regional məsələlərin müzakirəsindən,hətta Qrabağ probleminin həlli prosesindən təcrid olunub.Bir vaxtlar Qrabağı azad edəcəyik deyən İlham Əliyev son müşavirədəki çıxışında yenilənmiş Madrid prinsipləri ilə razıyıq,yəni Qarabağı referendum yolu ilə verməyə hazırıq deyir.Budur yalan və səriştəsiz siyasətin sonu.İndi də Qrabağı stmaqla hakimiyyətlərinin ömrünü uzatmağa çalışırlar.Bu hakimiyyət təkcə anti demokratik olnmayıb,həm də anti milli bir zehniyyətə shibdir.Ona görə də demokratiyanı düşünməyənlər heç olmasa Qrabağ naminə bu gün özlərinə bir az əziyyət verib yerlərindən tərpənməyə çalışmalıdırlar.

  4. Aprel 16, 2010 tarixində, saat 7:57 səhər

    Ali bey chox serrast meseleleleri ortaliga goyub.Insan sozleri ile yox emelleri ile deyerlendirilir.Ugurlar Size ,Ali bey!
    Ali Memmedovun iddiasina gelince.Beli,Musavatda vetenperver ogullar var.Eshg olsun onlara!
    Lakin efsus ki,Musavatin yeritdiyi “muxalifet”siyaseti, Isa Gambar ve onun bezi terefdashlari terefinden Alievin yeritdiyi siyaset kimi saxtadir.2005-ci il parmalent sechkilerini bir misal kimi de getirmek olar.Alieve parlamentde Musavat kimi “muxalifet”lazim olmasa idi,orada oturmazdilar.Bu Ilhama serfeli idi.Siz onu desteklediz.Hemde “Soz danishigdan kecher”deyibler.Bunu derk elemek uchun Isa Gambar kimi bilikli olmag lazim deyil.
    Ali bey Memmedov ola biler ki, Siz sidg ureknen bu xalgi beladan chixartmag isteyirsiniz.Lakin bilin Isa Gember Alievin demokratiya dekorasiyasidir.Men AXCP-den deyilem ve AXCP-nin fikirlerini soylemirem.Gisa olarag fikrimi Size bildirdim.

  5. Aprel 16, 2010 tarixində, saat 8:16 səhər

    Isterdim yuxarida yazdiglarima elave edim.Ali Memmedov eksine Musavatin ve Raufoglu AXCP-ye olan munasibetini gormushuk.Bi sozle Musavat “Azadlig “blokuna xeyanet etdi.Hech olmasa Lale Shovket xanimdan Isa Gambar ders goture idi.Yene de soyleyirem.Men yuxarida yazdiglarim partiyalardan deyilem.Men hansi partiyadan oldugumu desem, Isa Gemberin sifeti agarar. 2003 ilde Nyu-yorkda Azerbaycanlilar gabaginda Alievi ashagilayici soyshler ile chixishi zamani,Azerbaycanli bir nefer ona Mahir Djavadova zeng etmeyi teklif etdi.Isa Gambarin sifeti agardi ve dedi:-Men Djavadova zeng etsem meni Aliev hebs eder!Bu nece olur Aliev onu soymeye icaze verir?!
    Sizi tanimiram.Lazim olsa margalanqaram.Amma,xahish edirem,aldanmayin!

  6. Zümrüd Yağmur
    Aprel 16, 2010 tarixində, saat 8:47 səhər

    Son vaxtlar ABŞ-ın bölgədəki problemləri Azərbaycansız masaya yatırması, ölkəyə səfir təyun etməməsi onu göztərir ki, Obama hakimiyyəti Əliyevlə əməkdaşlıq istəmir. İlham Əliyev apardığı, daha doğrusu apara bilmədiyi, bəlkə də anlamadığı siyasətinin nəticəsidir ki, Azərbaycan dünyadan tədric olunmuş vəziyyətdədir. Siyasəti qol gücü hesab edən hakimiyət başılarını da işin içinə qatıb düşünmək istəmirlər ki, əslində son dövrlərə qədər Türkiyəyə qarşı nümayiş etdirdikləri “dirsək” siyasəti ilə Ərdoğan hakimiyyətinn də etimadını itiriblər.Kecirdiyi son müşavirədə Əliyevin dedikləri, sonra Əli həsənovun cıxışı bir daha göstərdi ki, Azərbaycan hakimiyyəti işin ciddiliyini ya anlamır, ya da özünün yarasız siyasətini etiraf etmək istəmir. illərdir Qarabağ məsələsində hec bir şey əldə etməyən Əliyev hazır varkən məslənin bütün ağırlığını Ərdoğanın üzərinə yükləyib, özüsə deyildiyi kimi lent kəsməklə məşğuldur. Bu hakimiyyət üçün Qarabağ deyə bir problem yoxdur, təki hakimiyyətlərinə xələl gəlməsin, ancaq anlaya bilmirlər ki, siyasət əzələ nümayişi deyil, Obama hakimiyəti də Azərbaycan xalqı…induiyə qədər ağıllı deyil zor siyasəti quranlar elə zorla da siyasət yürüdüb sanki dünyanı da bir kənara itələyə biləcəklərini zənn edirlər…

  7. Sənubər
    Aprel 16, 2010 tarixində, saat 9:10 səhər

    Musavat partiyasının piketinə dəstək verməməkdə günahlandırma sayağı yazılan şərhə qısa münasibət bildirmək istərdim, cünki məqalədə elə hər şeyi yazıb olub bitənləri təqdim etmisiniz. Mən müxalifət partiyalarından hec birinin üzvü deyiləm, məsələləri də Facebookdan kənarda o qədər də izləmirəm, amma son vaxtlar Musavat Partiyasını mövqeyini anlaya bilmirəm, kənardan görünən o ki, musavat partiyası və musavatcılar sözlərinin qurtardığı yerdədirlər. Əminəm ki, AxCPdən olanlar o piketə qatılıb dəstək versəydi, onda da musavatcılar deyəcəkdilər ki, AXCP musavata yandaş olub öz zəifliyini gizlətmək istəyir.Çağırılmamış qonaqlardı, bizim sizə ehtiyacım yoxdu, biz ən böyük partiyayıq.Buna bənzər ittihamlar eşidəcəkdik. Bir də axı olanı bu qədər də gizlətmək olmaz, daha bu məsələrlə maraqlanan hər kəsə bəllidir ki, müxalifətin, AXCP və Musavatın birliyini elə musavat pozdu. Yap sayağı yalan və qarayaxma siyasəti ilə hakimiyətdəkilər xalqı aldada bilir ki, siz aldadacağınızı zənn edirsiniz.

  8. Əli Məmmədov
    Aprel 16, 2010 tarixində, saat 11:51 səhər

    Mənim şərhimə münasibət bildirənlərin nəzərinə çatdırmaq istəyirəm ki,sizə ünvanlanmayan iradlara münasibət bildirməyinizə lüzum yoxdur.Lazım gələrsə, məsləhət olarsa, bu iradlara yalnız şəxsiyyətinə hörmət etdiyim Əli Kərimli cavab verə bilər.Buna onun savadı da, qabiliyyəti də,inteleqtuol səviyyəsi də imkan verir.Vəzirə,vəkilə ehtiyac yoxdur. Əli Kərimli məni çox yaxşı tanıyır. Şərhlərimdən vaxtaşırı startlar gətirilir, düzgün və prinsipal mövqeyim həmişə Əli Kərimli sevənlərin diqqət mərkəzindədir.Bunun üçün “Azadlıq qəzeti”ni və “Azadlıq Radiosu”nu vataşırı izləmək kifayət edir.

  9. Ruslan
    Aprel 16, 2010 tarixində, saat 1:13 axşam

    Sag ol Senuber xanim.Musavat ve isa daim muxalifetin birliyini pozub pozacaq da,chunki sifarish beledir.

  10. celil kekec
    Aprel 16, 2010 tarixində, saat 3:41 axşam

    Merhaba,
    Azerbaycan’ı Türkiye’den izliyoruz. Azerbaycanın sevinci bizim sevincimiz, üzüntüsü bizim üzüntümüz. Atatürk bu sözü yıllar önce söylemiş.Ha..bazen bir kaç dangalak çıkabilir. Dostluğu “döner, kebap vs..” diyerek küçümseyebilir. Bunlar gerçeği değiştirmez.
    Nasıl ki Türkiye Avrupa’dan bakınca daha iyi görünüyorsa Azerbaycanı buradan daha iyi görebiliyoruz. Mesele şu:
    Azerbaycanda halk ayrı, devlet yöneticileri ayrı. Demokrasi sorunu var. Önce serbest seçimler sonra gerçek demokrasi.
    Toprak meselesine gelince:
    Bu iş çok karmaşık. Bir kere ermeniler toprak hediye etmez. Azerbaycan öyle güçlü olmalı ki ermeniler korkularından toprak vermeli.
    Bu iş o kadar kolay değil. Ordunun yapısı nasıl değişecek? Mevcut yönetim nasıl değişecek? Kırgız modeli mi? Türkiye modeli mi? Türkiye modeli çok zor işliyor. Şimdi referandum olacak. Daha sonra asker-sivil bir yığın değişiklik gündemde. Ancak gerçek demokrasiye çok yaklaşıldı. Azerbaycanda durum farklı. azerbaycanda zaman Azeri kardeşlerimizin aleyhine işliyor. Ermeniler soykırım yaptıkları bölgelerde kök salıyor. Çok acil olarak topraklar el değiştirmeli.
    Bir kere kesinlikle kardeş kavgasına girişilmemeli. Yok Ali yok veli yok isa…”Bunları bir tarafa bırakalım. “Kardeşim siz bu düzene karşı mısınız?” Evet. O zaman partiler tek çatı altında seçime girsin ve mevcut rejimi demokratik yollardan değiştirsin. Cunta oluşumu vs..tehdit var mı? Olabilir. Bu bir çok ülkede var. Önemli olan tehlikeleri bertaraf etmek. Demek istedğim: Azerbaycan ayaklarını sağlam zemine bastırmadan topraklarını kurtaramaz.
    Bu nasıl olur? Türkiye bu konuda önemli şans. Sayın Erdoğan müthiş bir şans. Ama bütün bunlar yeterli değil. Kale içeriden ele geçirilir. Kısa ve öz: Azeri kardeşlere çok iş düşüyor. Sen ben kavgasına gerek yok. Mevki makam önemli değil. Tek çare kenetlenmek. Tek çare düşmanı çaresizliğe itmek. Ancak bunun için de birilerinin saltanatına son vermek gerkiyor.
    Bayraklar inse de, birbirimize kızsak da biz aynı ağacın dallarıyız. Bakın hangi halk böyle birbiri ile yazışabiliyor. Biz tek millet ayrı devletiz.
    Türkiye’den selam ve saygılar.

  11. Turanli
    Aprel 16, 2010 tarixində, saat 5:39 axşam

    Eli bey cox haqlisiniz. Men bu iqtidari beyenmirem amma muxalifetdende deyilem size bir sulaim var niye imperialist amerikadan destek isteyirsiniz ?

  12. Fuad Qəhramanlı
    Aprel 16, 2010 tarixində, saat 5:56 axşam

    Hörmətli Əli Məmmədov. Azərbaycan Xalq Cəbhəsi Partiyası Müsavat partiyasının keçirdiyi aksiyanı təqdir edir və bu aksiyanın təşkiltçılarının fikir və düşüncələri ilə həmrəydir. Bu məsələdə hər hansı fikir ayrılığı ola bilməz və bizlər bu gün istər cəbhəçi, istərsə də müsavatçı olaraq eyni hədəflər uğrunda mübarizə aparırıq. Bax bu, bizm mənəvi dəstəyimizdir və “Azadlıq” qəzetində bu aksiyaya diqqət yetirməklə, həm də biz Müsavatın aksiyasına siyasi dəstəyimizi və diqqətimiz göstərmiş olduq. Sizdə o fikir haradandır ki, AXCP Müsavatın aksiyasına mənəvi dəstək verməyib? Sizin bu fikirlə razı deyiləm və istər AXCP, istərsə də Müsavat partiyası mitinq keçirmək iddiasında olduqları halda, piket məsələsini bu qədər xüsusiləşdirməyə, zənnimcə, bir o qədər ehtiyac yoxdur.Mübarizəmiz qabaqdadır və biz irəliki zamanlarda AXCP və Müsavat partiyasıda daxil olmaqla müxalifətin birgə izdahmlı aksiyalarını yəqin ki,çox keçirəcəyik.

  13. Namiq Shemkirli
    Aprel 16, 2010 tarixində, saat 7:26 axşam

    Chox maraqli hadiseler bash verir. Iqtidardakilar ele zenn edirdiler ki, muxalifetin fealiyyetini zor gucune engellemekle demokratiyanin qarshisini kese bilecekler. Anlaya bilmirler ki demokratiya tek muxalifetin yox, hem de beynelxalq super guclerin maraqlari dairesindedir. Indi YAP-cilar demokratik islahatlar teleb eden ABS-i, Avropani “nakazat” edirler. Bu adamlar o qeder chashiblar ki, butun dunyaya qarshi durush getire bileceklerini dushunurler. Allah agil versin.

  14. Ayəndə
    Aprel 16, 2010 tarixində, saat 7:42 axşam

    Əli bəy, nə yaxşı ki, siz varsınız.Zaman-zaman Əliyevlərin siyasətini ifşa edib,bütün dünyaya çatdirirsiniz.Siz haqlısiz, bu iqtidarın xarici siyasəti də,daxili siyasətinin gününə salınıb. Sadəcə, bu adamlar özlərində kişilik tapıb, etiraf edə bilmirlər.Artıq sadə insanlar da görürlər ki, Qarabağ problemi ilə bağlı İlham Əliyev deyil, Ərdoğan daha çox və kəskin danışır.Bir məsələni də qeyd etmək istəyirəm. İndiki iqtidara, avtoritar rejimə etiraz edən hər bir kəs alqışa layiqdir.

  15. Zahid vaqifoğlu
    Aprel 17, 2010 tarixində, saat 6:27 səhər

    Əli bəy gəldiyimiz mərhələ çox faciəvidir. Biz öz problemlərimizin müzakirəsində iştirak edə bilmək imkanından mərhum edilmişik. İlham Əliyev saxta vətənpərvərlik ritorikası ilə Qərbi ədalətsizlikdə günahlandırmağa çalışır və bu yolla məsuliyyəti üzərindən atmağa çalışır.Azərbaycan təhlükəsizlik,iqtisadi və siyasi sahədə Qərbə inteqrasiya siyasətini aparmış olsa idi indi ABŞ-la münasibətlərimizdə bu gərginlik yaranmazdı və biz də diplomatik təcridlə üzləşməzdik.Bunlar öz tayfa hakimiyyətlərini qorumaq üçün Azərbaycanı Rusiyanaın təsir dairəsinə salamaqla və feodalizmə sürükləməklə hazırk duruma səbəb olublar.

  16. Rəşad
    Aprel 17, 2010 tarixində, saat 6:29 səhər

    Əli bəy həmişəki kimi yenə də çox sərrast yazmısınız. Ilham Əliyev sanki prezident yox nəqliyyat naziridir.Onun vətənpərvərlikdən danışmağa nə haqqı var,yenilənmiş Madrid prinsiplərinə razılıq verməklə referendum yolu ilə Qarabağı satmağa hazır olduğunu bildirir.Bəs lazım gəlsə müharibə edərik deyirdi, nə oldu indi. Müharibədə uduzduqları kimi,diplomatiyada da uduzdular. Bunlar ancaq əliyalın müxalifətçiləri meydanda polislərə döydürməklə avtoritarizmin qələbəsini əldə ediblər.Bundan savay bu xalqa verəcəkləri heç bir müsbət şey yoxdur.

  17. Məcid Bayramlı
    Aprel 17, 2010 tarixində, saat 6:30 səhər

    Əli bəy yazılarınız çox maraqla izləyirəm. Ilham Əliyev zaman bizm xeyrimizə işləyir deyirdi,nə oldu indi referendum yolu ilə Qrabağı satmağa hazıarıq deyirdi. Belə çıxırdı ki,o Qarabağı hakimiyyəti üçün təhlükə yaranacağı zamana saxlayırmış və indi Qərbin demokratiktəzyiqləri qarşısında Qrabağı satamaqla bazarlıq təklif edir,bu millim xəyanətdir.

  18. Rüstəm Əliyev
    Aprel 17, 2010 tarixində, saat 6:32 səhər

    Əli bəy salam, mən İlham Əliyevdən başqa nəticə gözləmirdim. Bu adam o qədər səriştəsiz və qeyri peşəkardır ki,mən əminəm ki,onu London birjasında neftin qiymətindən başqa heç nə maraqlandırmır.Ona Azərbaycan deyil, Xəzərin dibindəki neft yataqları lazımdır.Yazıq o şəxslərə ki,oturub ondan nəsə müsbət bir şey gözləyirlər.

  19. İnkoqnito
    Aprel 17, 2010 tarixində, saat 6:33 səhər

    Əli bəy salam.Mən hakimiyyətdə olduğum üçün adımı yazmıram.İnanın ki,daxildə çox böyük qorxu var ki,İlham Əliyevə birazada təzyiq olsa o hər şeyi qoyub qaça bilər. Ona görə də hakimiyyətin bu günkü müqavimət inadı təkcə cəmiyyəti qorxutmağa deyil,həmdə İlham Əliyevi qalımağın mümkünlüyünə inandırmaq üçündür. Siz belə də davam edin, belə gedərsə hakimiyyət daxildən də çat verəcək.

  20. Aprel 17, 2010 tarixində, saat 1:27 axşam

    Yaxshi ki qardash Türkiyənin baş naziri sayin Rəcəb Tayyib Ərdoğan variymish yoxsa Islam dünyasi sorun bataqliginda bogulurlar. Äslindä bogulublar desäm tam yerindä olacaq . Türkiyänin bash naziri isä bu sorun bataqligindan chixmamiz üchün älindän gäläni edir.

  21. Süleyman Sultanlı
    Aprel 17, 2010 tarixində, saat 1:29 axşam

    Əli bəy , ilk öncə bu cür məqalələrə görə sizə təşəkkür edirəm. Amma sizin bu mövzuya yaxın olan başqa bir mövzu haqqında fikirlərinizi bilmək maraqlı olardı – Azərbaycan ABŞ münasibətləri. Açıq-aydın görsənir ki, Azərbaycan ABŞ arasında münasibətlər korlanır . Sizcə Azərbaycan rəsmilərinin ABŞın Ermənistanı və Qondarma Qarabağ respublikasını dəstəklədiyini qeyd edib buna görə də münasibətlərə yenidən baxacaqlarını demələri nə qədər həqiqətə uyğundur.Bəlkə münasibətlərin korlanmasının arxasında WASHINGTON POST qəzetində bir-birinin ardinca çıxan iki biabırçı məqalə durur və ABŞ anlayıb ki artıq bu cür avtoritar rejimi dəstəkləmək olmaz. Bəyəm Azərbaycan rəsmiləri indiyədək dəfələrlə qeyd etməmişdilər ki, ABŞ Ermənistanı açıq-aşkar dəstəkləyir, ABŞla münasibətləri korlamaq üçün bu iddia indi niyə yadlarına düşüb. Bu münasibətlərin pozulmasından kim itirıcək ?

  22. Aprel 17, 2010 tarixində, saat 3:07 axşam

    Hörmətli Əli bəy!

    “Qarabağ Azərbaycanınmı, yoxsa Türkiyəninmi bir parçası?” adlı yazınıza görə təşəkkürlər!

    Sizdən, heç olmasa, həftədə 1 dəfə belə yazı gözləyirik… Müxalifət liderlərinin yazmağı başqa, müxbirlərinki başqa! İndiyədək liderlərin ardıcıl yazdıqlarını görməmişəm, bunu ilk olaraq Siz etdiniz! Sizlərin yazmağının bir başqa effekti var, hələ xarici mətbuata çıxmağınızı demirəm. Gördünüzmü necə şoka düşdülər, indiyədək ayıla bilmirlər…

    Xalqımız Sizin ağıllı, məntiqli çıxışlarınızı hər zaman maraqla qarşılayır. Seçkiqabağı çıxışlarınız hələ də unudulmur… Sizə uğurlar!

    Sonuncu yazınızla bağlı demək istəyirəm ki, artıq bu iqtidar son siyasi iflas astanasındadır. Bunun təməli isə ötən ilin əvvəllərində, Sizin də yazdığınız kimi, türk filmlərinə qadağa, Şəhid Türk Əsgərlərinin məzarlığı üzərində Türkiyə bayraqlarının endirilməsi ilə qoyuldu… İnanıram ki, artıq gecdir, körpülər yanıb və Türkiyə bunun əvəzini Əliyevlərdən çıxacaq!

    O cümlədən, Amerika və Avropa – öz yerini bilməyən, azərilərin qanı bahasına topladığı sərvətdən başı gicəllənən və artıq özünü dünyanın nəhənglərinə tay bilən İlham Əliyevə layiqli cavab verəcək, ona öz yerini göstərəcəklər. Buna çox əminəm. Amin!

  23. Aprel 17, 2010 tarixində, saat 3:41 axşam

    Ali beyin bu yazisi ritorik yazi deyil.Bir dene luzumsuz arqument tapib gostere bilirlerse,choxsayli media qurulushlarinda cavablandirsinlar.Amma burada meseleler ele sert qoyulur ki,hamisi oz eksin tapmish heqiqetlerdir.Turk bayraginda endirdiler,turk dilinin de resmi dil kimi taninmasindan imtina etdiler,PKK-a da xususi sevgilerinde izhar etmekden chekinmediler,qazi Turkiyeye deyil,qardashlari olan Rusiyaya da satmaga qerar verdiler ve.s Daha ne qaldi ki,bu iki xalqi ve dovletleri bir-birinden resmi ve faktiki ayiran? Neyi etmek lazimdirsa,onuda edirler.Sadece bir-birine munasibetde prezidentler dostum,qardashim deyirler,vesselam.Bu muracibetde artiq ironiya movzusu kimi danishlir.Chunki,qardash demekle,qardashliq etmek ayri-ayri anlayishlardir.
    Ali bey,chox ustaliqla meqalesinde bizim iqtidarin turkden,turchulukden ve Turkiyeden danishmasina utanc mesajin chatdirdi.

  24. Aprel 17, 2010 tarixində, saat 4:29 axşam

    Qardash Türkiyäyi azärbaycandan küsdürmäk üchün iqtidarda daxil hami älindän nä gäldi isä etti. Näymish sayin Tayyib Ärdogan dindariymish. Nä olsun qardashim dindar olanda nä olar.
    Män shäxsän Yeni Musavat qäzetindä oxudum Räcäb Tayyib Ärdogan ashiri bir dindar shäriätchi kimi qälämä veriblär.
    Indi göräk söz istesalatchilari vätäni qurtlar süfräsindän necä qurtaracaqlar?

  25. Elnur Sadigov
    Aprel 18, 2010 tarixində, saat 5:10 axşam

    Salam Eli bey,

    Azerbaycan texminen bezi ferqli chalarlariyla Vezirov/Mutellibov dovrunde dushduyu veziyyete dushub.O dovrdeki kimi hakimiyyet olkenin maraqlarini qorumaq imkaninda deyil.Neceki,Vezirov Qarabagin ishgalina boyuk hazirligin getdiyi bir meqamda qoz agaci ekmekle,hamam tikmekle meshgul idise indi de Ilham Eliyev Qarabagin itirilmesinin resmileshdirilmesi prosesinin getdiyi vaxtda yol tikintisi,kanalizasiya temiri,gulesh yarishlarinin teshkili kimi ishlerle meshguldur.

    Tarix tekrar olunur.O dovrde de hakimiyyet strukturlari “ciddi” ishlerle meshgul oldugundan dovlet maraqlari Xalq Cebhesi terefinden qorunurdu.Indi de AXCP ve onun sedri Eli Kerimli milli maraqlarin mudafiesindedir.Qarabaga tehlukeyle bagli heyecan tebili chalir.

  26. Kərimov Sahib
    Aprel 18, 2010 tarixində, saat 8:47 axşam

    Əli bəy həmişə olduğu kimi yenədə hakimiyyətin bütün səhvlərini dəqiq göstərdiniz və durumu təhlil etdiniz.Amma artıq Türkiyə hakimiyyətinə də açıq dildə anlatmaq lazımdır ki,bütün sorunlarımızın həlli üçün Azərbaycanda demokratiya olmazsa olmazdır.

  27. Aprel 19, 2010 tarixində, saat 8:05 səhər

    Balansli xarici siyaset kursundan danishan Azerbaycan iqtidari uzaq ve yad olkeleri neinki dost olkelere chevire bilmediler,eksine strateji muttefiq ABS ve qardash Tukriyeni de itirdiler.Halbuki,diplomatiyanin gucu mehz dost olmayanlari dosta chevirmekle mueyyenleshdir.Amma ozlerin hami ile beraber mesafede durmagin mudrikliyine inandirmish Eliyevler artiq bu addimlari ile avroatlantik mekana interasiya yolundan imtina etmish oldular.Artiq daha ireli gederek Ziyafet Esgerov soyledi ki,biz ABS-in addimlarina gore NATO ile munasibetlerimize yeniden baxa bilerik.Eslinde demek isteyir ki,Azerbaycana NATO deyil,NATO-a Azerbaycan lazimdir.
    Uzunuz gulsun,cenab iqtidarchilar.Demokratiyaya ifrat formada yad munasibetle siz ozunuzu daha ne qeder guldureceksiniz ki? Ne qeder dunyaya meydan oxumaqla ozunuzden mushtebehliyinizi numayish etdireceksiniz?

  28. Aprel 20, 2010 tarixində, saat 4:42 axşam

    Türkiyənin bu fəallığı nə İlham Əliyev iqtidarını, nə də Rusiyanı qane edir. Azərbaycan iqtidarı prosesdə iştirakdan kənarda qalmasından, Rusiya isə Türkiyənin Qafqazlarda, Balkanlarda və Şimali Afrikada fəallaşmasından narahatdır.

  1. No trackbacks yet.

Bir şərh yazın