Əsas səhifə > 1, Yazılar, Əli Kərimli > Ləyaqət uğrunda mübarizə

Ləyaqət uğrunda mübarizə

Ölkədə yeni siyasi situasiya yetişməkdədir. Beynəlxalq təşkilatların, nüfuzlu dünya mediyasının sərt tənqidləri onsuz da İlham Əliyevin rahatlığını pozmuşdu. İndi isə uzun illərin məşəqqətlərinə səssizcə dözmüş xalq meydana çıxır. Bunu gözləmirdilər. Müxalifətin, ardınca da müstəqil gənclərin keçirdiyi etiraz aksiyaları, həmin aksiyalarda müşahidə olunmuş mübariz ruh hakimiyyət düşərgəsində çaşqınlıq yaradıb.

Polisin, mülki geyimli qoçuların bütün canfəşanlığına baxmayaraq etiraz aksiyaları baş tutdu. Yüzdən artıq etirazçı şəhərin mərkəzində hakimiyyətdə xüsusi qıcıq yaradan “azadlıq” və “azad seçki” şüarı səsləndirdi. Ölkə ictimaiyyətinin və dünyanın diqqətini ölkəmizdə hələ də vətəndaşların sərbəst toplaşmaq azadlığının olmadığına cəlb etdi. Bu aksiyalar zamanı müxalifət qüvvələri seçki ilində fədakar mübarizəyə hazır olduğunu nümayiş etdirdi. Müstəqil və mübariz gənclik isə ölkənin siyasi həyatına daha qətiyyətlə müdaxilə edəcəyini anons etdi. Ortaya mövqe qoya bilmiş hər kəsə təşəkkür edirəm.

Bu arada Azərbaycan dövlət başçısı dünya ictimaiyyəti qarşısında tolerantlıq şousu düzənləmişdi. Ermənistan yepiskopu II Qaragenə qədər çoxlu sayda dini liderlər Bakıya toplaşmışdılar. Bəli, Azərbayan hökuməti başqa dinlərə tolerantlıq edir, amma qardaş Türkiyənin tikdirdiyi məscidləri bir-bir bağlatdırır. Maraqlıdır nəyə görə, İlham Əliyev Köçəryana, Sarkisyana, Qaragenə qarşı nümayiş etdirdiyi tolerantlığı ona müxalifətdə olan vətəndaşlarına nümayiş etdirmir?

«Azadlıq» istəyən vətəndaşlarının ağzını sözün birbaşa mənasında qapadan ve onlari yerdə sürütdürən bir hökumət dünya ictimaiyyətinə özünü sivil, tolerant kimi sırıya bilərmi?

İndi 21-ci əsrdir. İndiki zamanda öz xalqına hörmət etməyən hökumətlərə başqa dövlətlər də hörmət etmir. İndi müasirliyin, tolerantlığın birinci şərti öz xalqının hüquq və azadlığına hörmət etməkdir. Öz millətinə divan tutub, düşmənlə mehribanlıq etməyin adı isə tolerantlıq yox, riyakarlıqdır.

Azərbaycan insanı demək olar ki, hər gün hakim ailənin korrupsiya sərgüzəştləri haqqında yeni təfsilatlar öyrənir. Korrupsiya piramidasının başında duranların milyon və milyardları, milyonlarla insanın sadəcə dolanışıq uğrunda mübarizəsi ilə kəskin təzad yaradır. Bir tərəfdə hər gün hüquqları tapdanan, çörəyə möhtac edilmiş, hüquqlarını tələb etdikdə döyülən-təhqir olunan mütləq əksəriyyət, qarşı tərəfdə isə ölkənin sərvətlərinin 90%-nə sahib olan, xalqla hesablaşmayan, azğınlaşmış kiçik bir qrup.Buna görə de azərbaycan insanı özünü təhqir olunmuş sayır. İndi aparılan mübarizə də yalniz azad seçki, hüquq və azadlıqlar, demokratiya və Qarabağ mübarizəsi deyil, həm də ləyaqət uğrunda mübarizədir. O ləyaqət ki, insanı digər canlılardan fərqləndirir, insanın hətta özünü qoruma instinktinə qalib gəlir, insanı şüurlu şəkildə hətta ölümə belə getməyə sövq edir.

Bəşəriyyətin demokratiya uğrunda mübarizə tarixi əyani şəkildə sübut edir ki, demokratik dəyişikliklər uğrunda böyük xalq hərəkatları, hətta inqilablar heç də əksəriyyətin güman etdiyi kimi yalnız dolanışıq problemlərinin, sosial problemlərin, yaxud da repressiyaların güclənməsi ilə bağlı baş vermir.

Tarixdən məlumatı olanlar bilir ki, məsələn Böyük Fransa inqilabından qabaqkı 30-40 il Fransa iqtisadi inkişafla xarakterizə olunurdu. Hətta siyasi baxımdan da fransızlar əksər Avropalılardan daha çox hüquqlara malik idilər. Amma fransız kralının və onun ailəsinin davranışları, harınlaşmış idarəetmə stili əksər fransızlarda bu qənaəti yaratmışdı ki, belə idarəetmə, belə bir hakimiyyətin mövcudluğu onları təhqir edir.

Bəşər tarixi ona da şahidlik edib ki, bəzən hətta milyonlarla insan real aclıq səbəbindən ölüb, amma hökumətə qarşı hər hansı ciddi etiraz hərəkatı, qiyamlar baş verməyib.

Bəşər tarixi tam bunun əksinə da şahidlik edib. Pinoçet diktaturasının Çilidə əldə etdiyi iqtisadi uğurlar haqqında indi hamı bilir. Onu da hamı bilir ki, elə ilk fürsətdə Çili xalqı bu diktaturadan imtina etdi. Amma bu qanunauyğunluq başqa ölkələrdə də özünü təsdiq etdi. Franko diktaturası xüsuilə hakimiyyətin son illərində təsirli iqtisadi islahatlarla İspaniya iqtisadiyyatında ciddi inkişafa nail olmuşdu. Cənubi Koreya da hərbi diktatura illərində ciddi iqtisadi uğurlara imza atmışdı. Eyni fikirləri Tayvanda Hamindon partiyasının təkbaşına qeyri-demokratik yolla idarə etdiyi illərlə bağlı da demək olar. Amma ispanlar, koreyalılar, tayvanlılar elə ilk fürsətdə onlara «iqtisadi möcuzə» yaşatmış diktaturalardan imtina etdilər. Misalları artırmaq da olar. Amma bu sadaladığım nümunələr də kifayətdir, məncə.

Altını cızmaq istədiyim fikir bundan ibarətdir ki, inqilabi demokratik dəyişikliklər toplumda bir qayda olaraq o zaman baş vermir ki, artıq sosial çətinilklərə, aclığa dözmək olmur. O zaman baş verir ki, dəyişikliklər cəmiyyətdə qarşısıalınmaz mənəvi tələbata çevrilir. Hakimiyyətin mahiyyəti topluma tam çılpaqlığı ilə aydın olur və xalq özünü belə bir legitimliyini itirmiş hakimiyyətin əsarətində təhqir olunmuş hesab edir.

Geniş xalq kütlələrinin hökumətdən narazı qalmasında ağır sosial-iqtisadi problemlərin rolunu kiçiltmək istəmirəm. Azərbaycanda da hakimiyyətdən narazı olanların əksəriyyəti sosial ədalətsizlik, dözülməz iqtisadi problemlər, korrupsiya və rüşvət səbəbindən hakimiyyətdən narazıdır. Hamıya məlumdur ki, dolanışıq problemləri səbəbindən Azərbaycanı milyonlarla insan tərk etməli olub. Yüz minlərlə ailələr təkcə bu səbəbdən dağılıb, ya da dağılmaq ərəfəsindədir, ölkədə rəsmi statistikaya görə 2 milyon insan hər ay 75 manata qədər pula dolanmaq məcburiyyətindədir. İşsizliyin miqyasını, kənd təsərrüfatının, real sənaye sahələrinin iflasını təsvir etməyə ehtiyac varmı? Bir neçə ay qabaq, qəzetlər 3 ayda 97 nəfərin intiharından yazmışdı. Demək olar ki, hər gün mətbuat bir neçə nəfərin sosial səbəblərdən, əlacsızlıqdan, çarəsizlikdən intihar etdiyindən yazır.

Amma bu gün «Azadlıq» hayqırıb, həbsdən və döyülməkdən qorxmadan polisin və hökumətin mülki geyimli qoçularının üstünə əzmlə gedən insanlar, yuxarıda sadaladığım kateqoriyalara daxil olan insanlar deyil. Bu günki aktiv etirazçıların arasında nə intihar barədə düşünəcək qədər çarəsizlər, nə iqtisadi miqrasiya səbəbindən şəxsən ailəsi dağılanlar, nə evi uçurulanlar, nə də real aclıq çəkənlər var.

Mən məlum həqiqətləri ona görə xatırlatmıram ki, həmin təbəqədən olan insanlara irad tutum, mən əminəm ki, onlar hamısı bir müddətdən sonra, mübarizə öz kütləvilik mərhələsinə başlayanda bizimlə birlikdə meydanda olacaq. Fikrim o deyil ki, bu gün mübarizənin önündə gedən insanlarda pessimizm yaradım. Tam əksinə, ölkəmizdə demokratiya uğrunda mübarizənin yeni mərhələsini xarakterizə edən əsas pozitiv cəhətin altını cızmaq istəyirəm.

Bu gün Azərbaycanda minlərlə, bəlkə də on minlərlə insan üçün dəyişikliklər uğrunda mübarizə, ləyaqət uğrunda mübarizə mərhələsinə keçib. Xalqımıza belə bir tüfeyli, acgöz, harınlaşmış hakimiyyətin rəhbərlik etməsi bu insanlar üçün təhqirdir, utanc mənbəyidir. 21-ci əsrdə ləyaqəti, şəxsiyyəti olan insan maddi durumundan asılı olmayaraq, ona bu qədər yad olan, vətəndaşının nə sevincini, nə kədərini paylaşmayan, onu saymayan, insan yerinə qoymayan rejimin əsarəti altında xoşbəxt ola bilməz. Bu gün «Azadlıq» hayqıran, hər fürsətdə hökumətə etiraz edən, bu yolda məhrumiyyətlərdən qorxmayan dostlarımızın da mübarizəsi ləyaqət və qürur uğrunda mübarizədir.

Qoca tarix bizə öyrədir ki, xalqlar öz tiranlarına, avtoritar başçılarına o zaman qalib gəlirlər ki, o tip idarəetməni öz ləyaqətlərinə sığışdırmırlar, daha belə yaşamaq istəmirlər… Azərbaycanda da indi bu mərhələ başlayır. Ləyaqət uğrunda mübarizə mərhələsində şəxsən siz də varmısınız?!

Kateqoriyalar: 1, Yazılar, Əli Kərimli
  1. Mecid
    May 4, 2010 tarixində, saat 7:34 axşam

    Inanmaq ve inandirmaq lazimdi.Cox gozel yazidi davamini gozleyirik.Ugurlar

  2. Qurbetci
    May 5, 2010 tarixində, saat 12:17 səhər

    Gozel tehlildir. Eli bey, size siyasetle az-cox meshgul olan adamlarin ekseriyyeti inanir. Bu tehlillerinizi de cemiyyetin azad informasiyaya cixishinin mehdudlugu ucbatindan yalniz onlar oxuya bilir. Amma bu yazilarinizi onlardan cox, cemiyyetin diger tebeqelerine catdirmaq lazimdir. Genc feallariniz tehlillerinizi kopyalayib sheherde muxtelif yerlerde paylasalar (avtobuslarda, universitetlerde, metroda ve s.) ister istemez insanlarin diqqetini ceker ve bir kagizi bir neche nefer oxuyar. Kopyalari birbasha insanlara vermek hokm deyil. Oturacaqlarda, stollarda qoyub getmek olar. Ele buradan sizin genc feallara seslenirem: yayin bu yazilari, cagirishlari insanlar arasinda! Gizli, gozlenilmeyen vaxtda ve yerde! Insanlar heqiqetin ne oldugunu bilmirler.

    Eli bey, yazilarinizin davamini gozleyirik. Uzaqda olsaq da, hemishe sizinleyik.
    Ugurlar!

  3. Amerika Azerisi
    May 5, 2010 tarixində, saat 6:32 səhər

    Ela yazidir! Vereqe halinda ehalinin genish kutleleri arasinda yailmagha laiyiq olan yazidir. Bu fikirleri ve bu chaghirishi gerek minlerle, on milnelerle adam eshitsin!

  4. Zümrüd Yağmur
    May 5, 2010 tarixində, saat 10:15 səhər

    Bu günkü mübarizə əslində bu gün üçün deyil, bişim atalarımızdan fərqli olaraq gələcəkdəkilər üçün qoyub gedəcəyimiz bir nümunə, azadlıq uğrunda, ləyaqət və insanca yaşamaq üçün verilən savaşın ibrət formasıdır.Bu baxımdan indinin savaşı sabahın da ləyaqət uğrunda savaş verəcək gəncliyi üçün nümunədir. Hakimiyyət nə etsə də bunu kimsədən, bu gün talandığının, insan sayılmadığının, təhqir edildiyinin fərqində olanların ürəyindən azadlıq və ləyaqəti söküb ata bilməyəcək. Nə qədər qorxutmağa çalışsa da son olaraq xalqa vurduğu zərbələr onun özünə qayıdacaq. M.Qandinin sözlərini xatırladım “Tarix öz xalqlarının qanının icən qanicənlərlə doludur, amma onlar nə qədər zorlu, güclü olsalar da son da məğlub olan həmişə onlar olurlar”. Hakimiyyətin məğlubiyyəti qacılmazdır və bu labüdlüyü hər kəs öz əməli, iradəsi, düşüncəsi ilə gercəkləşdirməlidir. Ürəyimizdəki narazılıq dillərimizə, sonra da qollarımıza axmalıdır ki, hakimiyyətin məğlubiyyət tarixinin yazılamasına yardım edək…

  5. Ruslan
    May 5, 2010 tarixində, saat 10:20 səhər

    ALI bey cox manali yazidir son zamanlar bela yazilar ahalinin cox hissasini (xususan gancliyi) havaslandirir artiq ganclik liderin sarkardanin kim oldugunu yaxshi bilir. man da QURBETCI va AMERIKA AZERISI oxucularimizin fikrlarini dastaklayiram va bu sahada ishlari bashlayib suratlandirmak lazimdir. varaqlari,disklari, avtobus, metro va kucalarda paylamaq lazimdir istar gizli shakilda istarsada aciq ashkar artiq doyushmak vaxtidir.ALI BEY ugurlar siza TANRI SIZI QORUSUN! AMIN!!!!!

  6. Isa
    May 5, 2010 tarixində, saat 2:40 axşam

    Beyenilsin! Ela yazidir,tesekkurler Eli bey

  7. Hilal Mammadov
    May 5, 2010 tarixində, saat 3:24 axşam

    Salam. Bilavasitə Əli bəyin yuxarıdakı yazısıyla bağlı
    “Aprelin 30-da Dövlət Neft Akademiyasının qarşısında keçirilən anım mərasimi və pişnamazın duası…” adlı kiçik bir geydlərimi nəzərinizə çatdırmaq istərdim. Bax:
    http://mirzexezerinsesi.net/articles/category/open-column

  8. Fuad Qəhramanlı
    May 5, 2010 tarixində, saat 5:42 axşam

    Əli bəy sizinlə razıyam.Bu gün mövcud rejimə qarşı mübarizə təkcə əks siyasi maraqlardan deyil, həm də həyata,insan şəxsiyyətinə,cəmiyyətə, idarəetmə qayadalarına münasibətdə fərqli dünyagörüşlərin ziddiyətindən qaynaqlanır.Və bu mübarziədə iştirak edənlər üçün cəmiyyətdə insanın istismarı varsa,vətəndaşın haqqı tapdanırsa,hakimiyyət kriminallaşıbsa,ölkənin sərvətlərinə məhdud bir dəstə əl qoyubsa,cəmiyyətin öz iqtidarını seçmək hüququ əlindən alınıbsa bu təkcə siyasi məsələ deyil,həm əxlaq,həm vicdan, həmdə ləyaqət hissi ilə bağlı bir problemdir. Çünki insan belə bir şəraitdə necə ləyaqət və qürur hissini qoruya bilər.Rüşvət verən,yaltaqlanmağa məcbur edilən,hüququnu məmurun özbaşınalığına qurban verən insan ləyaqətli yaşamaq imkanından mərhum edilib demək.Bu hər kəsə aiddir.Fərq ondadır ki,kimi buna tabe olur,qorxu hissinə təslim olur,kimi də bu ağır şərtlərin dəyişdirilməsi uğrunda mübarizə aparır.Bax ləyaqət hissi də bu mübarizə əzmi ilə təcəlli edir. Qürur insanı qorxuya təslim olub ədalətsizliklərə baş əyməsinə imkan vermir.Çünki ləyaqətin təbiətində bir mübarizlik,iradə var,əks halda bütün eybəcərliklərə göz yumub, haqından və mənəviyyatından taviz verənlərin ləyaqət iddiası sadəcə içi boş təkəbbürdən başqa bir şey deyil.Bizim ən böyük güçümüz də elə iradəmizdir,qürurumuzdur.birdə doğru bildiyimiz dəyərlərə inamımızdır,Allah sevgisi və haqq deyilən bir şeyin bu dünyanın bütün sərvət və ehtiraslarından uca olmasıdır. Əli bəy bu yolun lideri olaraq siz həm də mənəvi bir missiya daşıyırsınız və apardığınız mübarizə doğurdabn da hər şeydən öncə həm də ləyaqət mübarizsəidir.

  9. May 5, 2010 tarixində, saat 8:17 axşam

    Ela yazidir!

  10. Sahib Kərimov
    May 5, 2010 tarixində, saat 8:59 axşam

    Bu yazı həqiqətən, bu gün seyrçi olan insanlarımıza onların aktivliyi üçün əsas ola biləcək səviyyədədir.Hər suala cavab var burada.Əli Kərimli apardığı siyasi kurs ilə sübut edir ki,Azərbaycanda yeni siyasi şəraiti onun rəhbərlik etdiyi komanda formalaşdıracaq.Ölkədəki bütün dəyişiklik istəyənləri Əli bəyin ətrafına səsləyirik.Səsliyirik ki,birlikdə güc olaq və Azərbaycan uğrunda,ləyaqət uğrunda səmərəli mübarizə aparaq.

  11. Əsgər
    May 6, 2010 tarixində, saat 7:33 səhər

    Əli bəy, təşəkkür edirəm. Fundamental yazıdır. Siz adamı inandıra bilirsiz, ruhlandıra bilirsiz. Bu siyasi lider üçün çox vacib keyfiyyətdir.

  12. Elxan
    May 6, 2010 tarixində, saat 7:40 səhər

    Kütləvi aksiyalar vacibdir. Bu ölkəni bu quldurlardan xilas etmək, həqiqətən də şərəf və ləyaqət məsələsinə çevrilib. Bu mərhələdə mübarizənin önündə biz gənclər getməliyik. Əli bəy, yazılarınızı oxuduqca daha aydın başa düşürəm ki, iqtidar niyə sizi özünə 1 nömrəli hədəf seçib. Siz onların hakimiyyəti üçün həqiqətən də təhlükəlisiniz.

  13. Asif
    May 6, 2010 tarixində, saat 7:42 səhər

    Mənim commentim çox qısadır. Mübarizədə mən də varam.

  14. Azad
    May 6, 2010 tarixində, saat 7:48 səhər

    Kaş ki, bu yazını minlər yox, 10 minlər, 100 minlər oxuya biləydi. Gənclərə çağırış edirəm, yuxarıdakı şərhlərdə də yazıblar, bu yazını kopyalayıb hər yerdə yaymaq lazımdır. Ama heç bu da çıxış yolu deyil. Əli bəy, televiziya haqqında düşünün. Nəyin bahasına olur-olsun tv açmaq lazımdır. Xaricdə açmaq olar tv-ni. Onsuz da hamının sputnik antenası var. Sizə uğurlar.

  15. alim
    May 6, 2010 tarixində, saat 7:50 səhər

    Mübarizə də mən də varam. Sona qədər!

  16. May 6, 2010 tarixində, saat 9:20 səhər

    Əli bəy sizin kimi şəxsiyyətin ardınca getmək bizim üçün fəxrdi. Və bu mübarizədə qalib gələcəyinizə inanırıq. Allah sizi ləyaqətsizlərdən qorusun.

  17. Mehemmed
    May 6, 2010 tarixində, saat 6:55 axşam

    Yalniz neft dominantligi hesabina iqtisadi ugurlara arxayin olanlar prezident cemiyyetin umumi ovqatindan,sosial-psixoloji veziyyetinden,menevi-huquqi halindan xebersizdir.Cemiyyetin maraqlarini temin etmek ona yalniz istehlakini temin etmek deyil.Chunki,cemiyyetin yasham teminati KOLBASA BOLLUGUNDAN kechmir.Onun menevi-ruhi dunyasi haqqinda dushunmek lazimdir.Onuda ki,bu iqtidar bacarmir.Bacardigi saxta sechki tamashalari,zorla idarechiliye tabe etdirme,sherleme,lekeleme,qorxutma,ogurluq neft pullari ve diger admistrativ ve repressiv aletler.Ona gore cemiyyetin ne dushunduyunu,ne ile nefes aldigini ve ne uchun var oldugunu bilmirler.
    Siz sag olun ki,nehayet yadlarina saldiniz ki,ay bala cemiyyetde LEYAQET olchuleri iterse,cemiyyetde mehv olar.zengin ailelerde menevi muhit pozularsa hansi fesadlar yaranarsa,cemiyyetde de bu telebatlar odenmese facie olar.Cemiyyetde elece lumpenlesher,simasizlashar ve milletler arasindan chixar.Kosmopolit ve exlaqsiz cemiyyetde yashayan topluma millet demek olmaz,onlar kutledir.

  18. Şamxal
    May 6, 2010 tarixində, saat 8:18 axşam

    AXCP-nin cox dəyərli sədri Əli bəy Kərimlinin ciddi mahiyyət kəsb edən, insanlarin, xüsusile de gəncliyin haqq- ədalət ugrunda mümarizəsinə həsr edilmiş yazisi biz gənclər üçün cox qiyməli bir yazidir.Gənclik bütün dövlətlərin taleyində müstəsna rol oynayıb və əminəm kiç Azərbaycanda da belə olacaq. Eşq olsun Əli bəyə!

  19. Ilham
    May 6, 2010 tarixində, saat 9:05 axşam

    Esil siyasi lidere xas olan bir yazidir.Cox qiymetli ve yuzminlerin oxumali oldugu meqaledir! Cox sag ol Ali bey.

  20. Ali.
    May 7, 2010 tarixində, saat 12:57 axşam

    Siz ozunuzu yormayin bey, Ermeniler yazir her sheyi

    Армения: “Азербайджанские чиновники петушатся перед собственным народом”
    Официальный Ереван прокомментировал прозвучавшие 5 мая из Баку заявления об “истекших сроках”, которые Армения, якобы, “попросила для решения карабахского конфликта”, и об “отсутствии позиции Армении” по данному поводу. В частности, в комментарии и.о. пресс-секретаря МИД Армении Тиграна Балаяна отмечается:
    “Первичным в процессе урегулирования карабахской проблемы является позиция народа Нагорного Карабаха, которая была выражена на референдуме еще в 1991 году. Армения поддержала и будет поддерживать эту позицию. Азербайджан только теряет время, так как, рано или поздно, будет вынужден считаться с волеизъявлением народа Нагорного Карабаха. Не находя понимания своей деструктивной позиции в переговорном процессе, некоторым чиновникам Азербайджана не остается ничего иного, кроме как бесконечными фальсификациями и непрерывным бряцанием оружия пытаться петушиться перед собственным народом”.

  21. Asif Muradov
    May 7, 2010 tarixində, saat 5:12 axşam

    Əli bəy çox gözəl yazıdır.Bu gün ətrafımızda baş verənlərə seyriçi qalsaq sabah sıra bizə də gəlib çıxacaq.Ya susub bu rejimin qanunsuzluğunun nə zaman qurbanı olçağımızı gözləməliyik,ya da ki,sıra bizə gəmədən də bu ölkədə baş verən anarxiya,və tayfa hakimiyyətinin azğınlığına son qoymalıyıq.Bir zamanlar susuan evi sökülənlər,biznesi batrılan iş adamları da mənə nə deyirdilər,güman edirdilər ki,bu rejimin basqıları ancaq müxalifət üçündür.İndi bu laqeyidliyin bədəlini öz əmlakları ilə,öz qürurları və varidatları ilə ödəyirlər.Yetər susduq və dözdük…

  22. May 8, 2010 tarixində, saat 5:13 axşam

    Əli bəy, təşəkkürlər ! Ölkəmizdə hazırda mövcud olan vəziyyətin çox gözəl təhlilidir. Bu kimi yazılar tez-tez. ardıcıl olaraq yazılsa yerinə düşər. AXCP-nin təşkilat şöbəsi daha da effektli işləməlidir. Respublikanın hər yerində dayağınız var. Bu kimi yazıları, çox ciddi faktları və məlumatları vərəqələrdə hər təşkilat imkanı qədər yaysa çox yaxşı nəticə olar. Məsələn, Dubay mülkləri ilə bağlı əhalinin əksəriyyəti, təəssüf ki, məlumatsızdır. O cümlədən, ölkədə və regionda ciddi yağıntı olmadığı halda Respublikanın bir neçə rayonunu, onlarla kəndi sel-su basıb. Bu və digər təhlükələr hər birimizin qapısını döyməkdədir. Çox təəssüf ki, əhalimiz bu sel-suların əsl səbəbindən məlumatsız, xəbərsizdir. Bəzi üzdəniraq həmvətənlərimiz ölkəmizə, Vətənin taleyinə biganədirlər, “CİP” almaq, villa tikdirmək yarışına girişiblər. “Niyə kiminsə varıdır, mənim isə yoxdur” deyə nəyin bahasına olursa olsun zəngin olmağı qarşılarına əsas həyati məqsəd kimi qoyaraq, iyrənc bir yarışmaya girişiblər. Ancaq hamı bir nəfər kimi (o cümlədən ağlını Allah almış vəzifə tutanlar) nəhayət anlamalıdır ki, ölkədə ədalət və ləyaqət, şəxsiyyətə hörmət, vətəndaşların pozulmuş hüquqlarının bərpa olunması hər birimizin, övladlarımızın, cələcək nəsillərin böyük xoşbəxtliyidir. Bu amal uğrunda mübarizə aparanların sırasında olmaq üçün yarışmaqdan gözəl, ləyaqətli nə ola bilər ? Əli bəy, gecə-gündüz işləmək, sözdən işə keçmək zamanıdır. Bu yolda hər kəsə uğurlar !

  23. Kefli İsgender
    May 9, 2010 tarixində, saat 6:46 səhər

    Siz bu rejimi çox tənqid edirsiniz, bəs əvəzində nə təklif edirsiniz? Mənə daha çox bu maraqlıdır. Hərçənd çatışmamazlıqdan hamı danışa bilər.

  24. namiq shemkirli
    May 10, 2010 tarixində, saat 7:27 axşam

    Yuxarıda şərh yazan Kefli İskəndər Əli Kərimlinin nə təklif etdiyini hələ də anlamayıb. Görünür doğurdan da çox “içir”. Gardaş, icazə ver Əli bəyin nə etdiyini ikicə cümlə ilə ifadə edim. Birinci cümlə: Ə. Kərimli bütün milləti toparlayaraq və bütün imkanları səfərbər edərək bu irticaçı rejimi tarixin arxivinə göndərməyə çalışır. İkinci cümlə: Özü də sıravilərin arxasında gizlənməyərək mübarizənin ən önündə gedir. Bu qədər sadə və bu qədər aydın.

  25. Kefli İsgender
    May 12, 2010 tarixində, saat 5:29 axşam

    Rejimi gömdük bəs yerində nə olajax ma o lazımdı.

  26. Behmen
    May 13, 2010 tarixində, saat 7:59 səhər

    Yer alti kechidlerin birinde bele bir yaziya rast geldim “Bizim megsedimiz, insanlarin rahat yashamasidir”. Yeni, onlarin megsedi bizm “rahat yashamagimizdi”, leyagetli yashamagimz ise shert deyil. Leyagetli yashamag isteyen insani narahat edib burahmayacaglar. Ustelik, leyagetli yashamag ugrubda insan chalishib- vurushmalidir, halbuki, neticede hech kim insana sigorta vermir ki, beheri nalayiglilar germeyecek. Tarihen, ingilabi layigliler gerub, nalayigliler behrelenib. Odur ki, insanlar batagligin stabilliliyini pozmagdan gorhur – ne geder choh charpishsalar o geder choh batmagdan gorhurlar.

  27. Dekabr 8, 2010 tarixində, saat 11:32 axşam

    Hello.This article was really fascinating, particularly because I was searching for thoughts on this matter last Saturday.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: