Əsas səhifə > 1, Yazılar, Əli Kərimli > Təbii, yoxsa qeyri-təbii fəlakət?

Təbii, yoxsa qeyri-təbii fəlakət?

Kürün gətirdiyi fəlakətlərdən yazmaq niyyətindəyəm. Amma hələlik Kürün daşmasına hökumətin hansı korrupsiya əməllərinin səbəb olmasından bəhs etmək niyyətim yoxdur. Əsas vurğulamaq istədiyim məqam o da deyil ki, indi yaranmış vəziyyət hökumət üçün qətiyyən gözlənilməz sayılmamalıdır. 2004-cü ildə Kür Salyan və Neftçala rayonlarına xeyli fəlakət gətirəndə də, ondan sonrakı illərdə də biz onu dəli adlandırsaq da Kür dəfələrlə anons etmişdi ki, hər yaz təhlükə mənbəyinə çevrilə bilər.

Məlum idi ki, Mingəçevir su anbarı vasitəsilə Kürün aşağı axarında suyun tənzimlənməsində cinayət sayıla biləcək ciddi səhvlərə yol verilir. Bilinirdi ki, Kürün mənsəbi- Xəzərə töküldüyü hissə lilləndiyindən və təmizlənmədiyindən suyu Xəzərə çox ləng və az miqdarda aparır. O da bəlli idi ki, Kür qırağı bəndlər çox pis gündədir. Bütün bu problemlər üzə çıxandan, nəinki dövlət rəsmilərinə, hətta sadə vətəndaşa da məlum olandan sonra 6 il ərzində bu nöqsanları aradan qaldırmamaq, kürətrafı bəndləri lazımı qaydada, vaxtında möhkəmləndirməmək cinayətkarcasına səhlənkarlıq deyilmi?

İqtidardakıların yol verdiyi korrupsiya və səhlənkarlıq əlbəttə ki, vacib məsələlərdir. Nə vaxtsa araşdırılıb hüquqi qiymət verilməli olan əməllərdir. Mən əminəm ki, bunları etməyə bizim vaxtımız da, imkanımız da olacaq. Amma bu günün ən mühüm məsələsi 100 minlərlə insanın həyatına və əmlakına olan, olduqca real təhlükədir. Mən də bu yazını onların hal-hazırda məruz qaldığı dəhşətli çətinliklərə hökumətin və cəmiyyətin diqqətini bir daha cəlb etmək üçün yazıram.

Daşqın əslində mayın 6-dan başlanıb. Amma hökumət ilk günlərdə H. Əliyevin ad günü münasibəti ilə keçirdiyi Gül bayramına kölgə salmamaq üçün fəlakətin real miqyasını gizlədib, adamları arxayın salmaqla məşğul idi. 10 minlərlə insanın ev-eşiyini azğınlaşmış Kür məhv edəndə, sabirabadlılar bütün ömrü boyu əzab-əziyyətlə qazandığı hər şeyi bir göz qırpımında itirərək qaçqına çevrildiyi anlarda 10 milyonlarla dövlət vəsaiti ömrü 1 həvtə olan holland güllərinə və mənasız atəşfəşanlığa sərf olunurdu.

Ötən il də belə etmişdilər. ADNA-dakı terror qurbanı olmuş gənclərin qanı qurumamış, heç nə olmamış kimi ad günü şənliklərinə başladılar. Bu il də 10 minlərlə insanın faciəsini görməməzliyə vuraraq bayramlarını keçirdilər. Adamlar çox açıq şəkildə bu xalqın nə acısını, nə də sevincini paylaşmadıqlarını ifadə edirlər. Böyük Sabirin “Millət necə tarac olur-olsun, nə işim var?” misrası artıq satira deyil, İlham Əliyev hökumətinin siyasi platformasıdır.

Cənablar, siz bu xalqın acısını paylaşmaya bilərsiniz, yaşadıqları dəhşətli faciəyə biganə ola bilərsiniz, amma bu sizi xalqı qorumaq vəzifəsindən azad edə bilməz.

Son günlərdə bölgədən daha da həyacanlı xəbərlər gəlir. Kür indi bir yox, bir-neçə yerdən bəndləri aşırıb. Sarı su gölü də arxadan Saatlının kəndlərini suya qərq edir. Lazım olan hər yerdə eyni vaxtda işləmək üçün texnika çatışmır. Fəlakət zonasını tərk etmək istəyən insanların özlərini, mal-qarasını, əmlakını xilas etmək üçün dövlət səviyyəsində yetərli tədbirlər görülmür. Kürün yuxarı axarında yağış və sellər də əlavə gərginlik yaradır. Deməli, hələ də Kürün səviyyəsinin artmasını gözləmək lazımdır. Bölgənin 100 minlərlə əhalisi panika içindədir. Onlar həyatlarının və əmlaklarının dövlət tərəfindən qorunacağına əmin deyillər. Fəlakət nəticəsində 18 yaşlı bir gənc də həyatını itirdi, itkin düşənlər haqqında məlumatlar yayılıb.  Fəlakətin miqyası isə böyüyür.  Sabirabad və Saatlının ardınca İmişli və Kürdəmir kəndləri də daşqınla üz-üzə qala bilərlər.

Hər fürsətdə özünü regionun lideri adlandıranların hökuməti fövqəladə hallara hazır deyilmiş. Ekstrimal vəziyyətlərdə işləmək bacarığına malik deyilmiş. Böyük-böyük müharibə hazırlığından dəm vuranlar heç dinc dövrdə bir təbii fəlakətin qarşısını almağa, 10 minlərlə insanı mütəşəkkil qaydada, əmlakı ilə birlikdə fəlakət zonasından köçürməyə belə qadir deyilmiş.

Azadlıq radiosu müxbirlərinin fəlakətə məruz qalmış bölgədən çəkdiyi şəkilləri və vidiogörüntüləri həyacansız izləmək olmur.http://www.azadliq.org/section/Multimedia/550.html. Kasıb, taleyin ümüdinə buraxılmış, 1000-lərlə həmvətənimiz qadınlı, qocalı, uşaqlı fəlakət zonasını maşınlarsız- piyada tərk edirlər. Bu insanların bütün həyatı boyu qurub-yaratdıqları, qazandıqları hər şey gözləri önündə, bir anda məhv oldu. Özləri ilə heç nə götürə bilmədilər. İndi onların hər şeyə ehtiyacı var.

İlham Əliyev həmişə deyirdi ki,bizim pulumuz çoxdur. Bəs niyə görə Sabirabadın daşqın nəticəsində ev-eşiyini itirib qaçqın düşmüş əhalisinin zəruri təlabatı ödənilmir? İndi onların sudan, ərzaqdan, yatacaq və paltara qədər hər şeyə ehtiyacı var. Nə zaman bu dövlətin sərvətlərinin ehtiyac içində boğulan sadə vətəndaşa da isti-soyuğu olacaq? Böyük məmuniyyətlə Gül bayramı, fasad dəyişmə əməliyyatı kimi absurd tədbirlərə xərclənən milyonlarla vəsaitin bir qismi kür qaçqınlarına xərclənə bilməzmi?

Hökumətə müraciət edirəm, ilk növbədə insanların həyatını, sonra da əmlakını qorumaq üçün fövqəladə tədbirlər görülməlidir. Dövlətin bütün resursları faciənin miqyasının böyüməməsi üçün, yeni-yeni əraziləri əhatə etməməsi üçün səfərbər olunmalıdır. Hətta fəlakət bölgəsində rəsmən fövqəladə vəziyyət də elan oluna bilər. Əhalinin köçürülməsi zəruri olan yaşayış məntəqələrindən əhalinin və onların əmlakının köçürülməsini dövlət özü təşkil etməlidir. Əhalinin cari xərclərə olan təlabatı dərhal ödənilməli, məhv olmuş ev-eşikləri, təsərrüfatları, ev əşyaları üçün tam həcmdə və dərhal kompensasiya verilməlidir

Kateqoriyalar: 1, Yazılar, Əli Kərimli
  1. May 13, 2010 tarixində, saat 4:00 axşam

    Hörmetli Eli bey.Men 2 ildi Isvecde yasayiram ve men butun heyatim boyu ömrumu Resulzade-Elchibey yolunda mubarizye serf etmishem.Amma men hech zaman vezife xatirine özumu kiminse gözune soxmaga cehd etmemishem.Defelerle bezi meclislerde sizinle ve diger hörmetli beylerimizle uzbeuz gelmishem ve salamlashmisam.Rehmetlik Elchibeyin vefati zamaninda menim 19 yashim var idi ve men o zaman defn merasiminde beyin cenazesini sizinle ve xalqla birlikde ciynimde fexri xiyabana qeder mushayet etdim(yeqin ki,o kadrlar video lentlrde qalmish olar).Rehmetlik beyimizin dövrunde men tez-tez mitinqlerde ve Xeqani kuchesindeki qerergahda olurdum.Amma nedense beyden sonra ele bil dizlerim vuruldu.Butun bu haqsizliqlara baxmayaraq men yenede Musavat-AXCP nin bezi mitinqlerde ishtirak edirdim.Amma sonda bu haqsizliqlara qarshi milletimin boyun eydiyini ve pula göre yaltaqliq,satqinliq,alchaqliq,yerlibazliq,rushvetxorluq kimi sair pis unsurler Azerbaycan cemiyyetinde adi bir hala cevrildikden sonra men artik döze bilmeyib vetenimi terk eledim.Onuda deyim ki,burdan baxanda Azerbaycanin YAP-ci cemiyyeti chox iyrenc görunur.Hetta men herden öz vetendashligimdan bele utaniram.Sen gör ki,bu seviyyesiz ve leyaqetsiz hökumet Azerbaycani nece iyrenc gune salib hetta bezen xaici vetendashlar Azerbaycanin adi gelende istehzali gulushle ele salirlar bizim cemiyyeti.Ne ise demekle qurtaran deyil.Sonda tek onu deyeceyem ki,Azerdbaycan YAP rejiminin xarici ve daxili siyasetine ancaq 0(sifir) qiymeti vermek olar.Amma yenede ne yaxshi ki,bir az xaricde demokratik dushunceli bizim kimi gencler var.Hansi ki,bezen bizlerin sayesinde Azerbaycan cemiyyeti haqqinda menfi dushuncelerin qarshisini ala bilirik ve bunun cemiyyetin taqsiri yox eksine indiki YAP-DIKTATOR reimin gunahi oldugunu beyan edirik ve onu deyim ki,bizim kimi xaricdeki leyaqetli genclerimizin ugurlu siyaseti sayesinde hardasa dunyani Azerbaycanda demokratik quvvelerin inkishafina ve yaxin gelecekde Azerbaycanda demokratik cemiyyetin berqerar olacagina umudlendire bilirik.Sonda Eli bey sizden bir xahishim var mumkunse bu sehifeye emailadresinizi yazmanizi xahish ederdim.Chox memuniyyetle sizinle söhbet etmek ve meslehet ve tövsiyelerinizi oxumaq isterdim(menim emailim e.erikson17@yahoo.com )Yashain Demokratik Azerbaycan!!!Eshq olsun Azerbaycanin merd ogul ve qizlarina!!!Burdan haminizi öpub ve bagrima basiram.

  2. Zümrüd Yağmur
    May 13, 2010 tarixində, saat 4:23 axşam

    Müxtəlif saytlarda yayınlanan görüntülər onu göstərir ki, hakimiyyət insanları fəlakətlə üz-üz buraxıb.Əslində bu təəccüblü də deyil, çünki Azərbaycanda insanlara fəlakət gətirən elə bu hakimiyyətin varlığıdır, Səlyan, Sabirabad rayonlarında sel insanları evsiz- eşiksiz qoydusa Bakıda insanları hakimiyyətin məmurları qanunsuz deyib sökdükləri evlərin maya dəyərini belə ödəmədən evsiz qoydular. Bu fəlakət illərdi ki, qapıda olduğunun siqnalını verirdi, illərdi hər il yazda sel təhlükəsi yaranırdı, amma hakimiyyətin problemi olmadığından görməzdən gəlirdi. Kecirdiyi müşavirədə İlham Əliyev bu fəlakəti hər bir məmur öz fəlakəti hesab etməlidir dedi, bir gün sonra gül bayramı kecirib bununla da öz xalqına gözdağı verdi.
    Amma əsil fəlakət sel deyil, əsil fəlakət odur ki, insanlarımızın içindəki təbəəəliyi sel yuyub aparmasın, bu hakimiyyətin nə qədər yararsız olduğunu illərdir bilib bunu da içinə atan xalq nəhayət ki, bu hakimiyyəti başından atsın. Sel insanlarımızın evini yuduğu kimi bu hakimiyyətin yaratdığı qorxunu da yusun ki, millət də öz nifrəti ilə bu hakimiyyəti yuyub tarixə göndərsin. Bu olmasa fələakətlər hələ cox olacaq.

  3. Mecid
    May 14, 2010 tarixində, saat 4:59 axşam

    Son 2ilde olkemizde bas veren hadiseler,heyderizmin memurlarinin nece ilkel ve besit dusunceli insan olduqlarini bir daha gosterdi.Sonradangorme gozu doymayan memurlardan veten ucun calismasini gozlemek sadelovluk olardi.Her sey gun kimi aydindi sadece Qelebemiz lazimdi,oda olacaq cox yaxinda…Ugurlar

  4. Nadir Rəsulov
    May 14, 2010 tarixində, saat 5:11 axşam

    Əli bəy, bu xalqın başına çox fəlakətlər gəlib bu günədək.Hamısının da səbəbi bizm zülmə dözümlülüyümüzlə bağlıdır.bir çoxları hesab edirdi ki, İlaham Əliyevin səriştəsizliyinin, hakimiyyətin korrupsionerliyinin ona heç bir aidiyyəti yoxdur. İndi aydın olur ki,hər kəs bu hökumətin yarıtmazlığından öz nəsibibi alır.inid kür sahilində daşqınlar qarşısında müdafiəsiz qalmış minlərlə insanın yürüyəcəyi yer Prezident aparatının qarşısıdır.

  5. Vaqif Qocayev
    May 14, 2010 tarixində, saat 5:14 axşam

    Əli bəy mənə elə gəlir ki,Allah hərdən zülmü bir qədər də artırır ki,görüm bu xalqın dözümü hara qədərdir.Mənə elə gəlir ki,biz bu dözümlülüyümüzlə elə Allahda təəcübləndirirk.Əliyevlər azmış kimi,təbi fəlakətlər də bu yandan çıxdı.Görək nə qədər dözəcəyik.

  6. Azad Həbiboğlu
    May 14, 2010 tarixində, saat 5:42 axşam

    Əli bəy sizn bu yazılarənızı yəqin iqtidar nümayəndələri də oxuyur.Mən onlara müraciət edirəm,yaxşı bu xalqdan qorxmursunuz,pul var dövlət hərisliui bütün insanııq duyğularınızı öldürüb,bəs Allahdan da qorxmursunuz, axı sizn bu məsuliyyətsizliyinizin,rüşvətxorluq və səri.təsizliyinizin yol açdığı faciəyə görə sonda Allah dərgahında cavab verməli olcaqsınız.Görünür sizlər o qədər azğınlaşmısınız ki,Allah qorxusu da sizdən uzaq düşüb.Sizlər əsil Fironluq edirsiniz.O zaman cəzanızı da Allahdan çəkəcəksizniz.

  7. Arif Muradov
    May 14, 2010 tarixində, saat 5:47 axşam

    Mən inanıram ki,Kürün sel suları qarşısında müdafiəsiz buraxılan insanların ah naləsi bu hakimiyyəti tutacaq.İlham Əliyev üçün atasının ad gününü keçirmək,qondarma gül bayramı xalqın faciəsindən daha önəmldir. Bunlar bu xalqa daha nələr etməlidirlər,nə həqarətlər yapmalıdırlar ki,xalq daha bu qədər də olmaz,bəsdir deyib ayağa qalxsın. İlham Əliyevin günahö zülm etməkdirsə,buna dözənlərində günahı zülm qarşısında susmalarıdır.

  8. May 15, 2010 tarixində, saat 4:50 səhər

    Bu fəlakət göstərdi ki, Azərbaycan 1 günün içində məhv də ola bilər. Amma, milyardlarla vəsait hara xərclənir, necə xərclənir? Kortəbii layihələr hazırlanıb, həyata keçirilir və üstündən il kjeçməmiş həmin vəasitlər göyə sovrulur. Xalqın malı talan olunur. Fəlakətdə evini, əmlakını və məhsulunu itirən vətəndaşlara ödənilən komensasiya onun itirdiyinin 10%-də ola bilməz. Xalq qəpik-qəpik yığdığını da maşınlara verib köş etdi, indi də qayıdacaq xarabazara çevrilmiş məkanına, hansına ki, kənardan baxan məmurlar gözəyarı nə qədər büdcə pulunu siləcəyini hesablayır. Dözülməz haldır.

  9. namiq shemkirli
    May 15, 2010 tarixində, saat 7:25 səhər

    Deyirlər Azərbaycanda ən şanslı məmur Kəmaləddin Heydərovdur. Çünki o fövqəladə hallar naziri olandan ölkəni fövqəladə fəlakətlər bürüyüb. Ən böyük qasırğalar, tufanlar, sürüşmələr, uçqunlar, daşqınlar baş verir. Fəlakətlər isə ilk növbədə bu nazirliyin büdcəsini şişirdir, neft fondundan əlavə milyonlar silinir. Amma şəxsən mən bu deyimlə tam razılaşmıram. Çünki yığilan və silinən pulların heç də hamısı nazirlərə çatmır. Onlar da faizə oturublar. Pulun çox hissəsi “ailəyə” çatır.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: