Əsas səhifə > Çıxışlar, Video, Əli Kərimli > Istiqlal günü M.Ə. Rəsulzadənin abidəsi önündə çıxışım

Istiqlal günü M.Ə. Rəsulzadənin abidəsi önündə çıxışım

Kateqoriyalar: Çıxışlar, Video, Əli Kərimli
  1. Əli Məmmədov
    May 29, 2010 tarixində, saat 1:54 axşam

    Halal olsun Əli bəy! Çox təqdirə layiq çıxış etmisiniz.Əliev irtica rejiminin mənaviyyatsızları bayram günündə də işıqları söndürməklə bir daha dünyaya nə qədər iyrənc bir rejim olduqlarını subut etdilər. Onsuz da gələn gəldi, çıxışlar da edildi, əliyevlərə ölüm, Rəsulzadələrə isə əbədiyyat arzu olundu. Çünki vətən sevgisi, millət sevgisi, millətin layiqli evladlarına olan secgi ürəkdən gələndə, Rəsulzadə sevgisi kimi əbədi olur. Saxta şöhrət düşgünlərinin məcburi təbliğatla sırıdıqları sevgi isə yamaqlı şalvar kimi bayağı görünür və şalvarın ömrü qədər qısa olur. 71 il Sovet imperiyasının, 17 il də Əliyev iqtidarının Rəsulzadə irsinə qısqanclıqla yanaşmalarına baxmayaraq, Demokratik Cumhuriyyətin qurucularına olan sevgini qəlblərdən silə bilməmişlər və bilməyəcəklər. Çünki onlar bu sevgini təmiz, təmannasız xidmətləri ilə, vətənə, vətən evladlarına sədaqətləri ilə qazanmışlar. İndi təsəvvür edin, 100 il Çar Rusiyasının əsarətində olub, təhsildən, hərbi xidmətdən, məsul vəzifələrdən məhrum edilən Azərbaycan xalqı, necə gözəl şəxsiyyətlər yetişdirib, ərsiyə gətirib. Onlara bu sevgini qazandırmaq üçün nə televiziya kanalları vardı, nə çoxlu sayda qəzetlər, nə də çoxlu sayda böyük reklam şitləri. Sadəcə olaraq xalqın içində olub, xalqın dərdlərinə şərik olub, xalq üçün yanmağı başaranda, xalqın Rəsulzadəyə və onun silahdaşlarına olan sevgisi təbliğatsız da əbədi olur. Bu günki tarixi bir bayram günündə respublika səviyyəsində bayram edilməməsi bir yana, televiziya ekranlarında Cumhuriyyətin ərsiyə gəlməsində heç bir xidməti olmayan birisinin reklam olunması heç bir məntiqə sığmır. Əliyev iqtidarı bu cür xainlıqları, hikkələri ilə ancaq özlərini dünyada gülünc vəziyyətə qoyurlar. Saxta şöhrət düşgünləri olan Əliyev sülaləsinin daimi yeri tarixin zibil anbarlarında olacaq. Məmməd Əmin Rəsulzadə irsi isə Azərbaycan xalqının qəlbində əbədiyyata qədər yaşayacaq. Mütləq haqq şərə qalib gələcək!

  2. Zümrüd Yağmur
    May 29, 2010 tarixində, saat 1:55 axşam

    Dünən hakimiyyət 28 may bayramına münasibətini bir daha nümayiş etdirməklə sübut etdi ki, əslində bu hakimiyyət azadlıq deyən hər kəsdən, bu düşüncədən qorxur. Az öncə gül bayramı adlı qondarma bir bayrama milyonlar xərcləyən iqtidar bu bayramı susqunluqla yola verməyə çalışdı. Amma buna nail ola bilmədi, çünki Rəsulzadə sevənlər, azadlıq sevənlər varkən bu arzusu ürəyində qalacaq hakimiyyətdəkilərin. Xalqa yalançı öndər sırımaqla öndərlik olmur. Tv-lərin küncündəki şəkil də az sonra öz layiqli yerində olacaq. Bundan kimsənin şübhəsi olmasın.

  3. Nazlı Bayram
    May 30, 2010 tarixində, saat 5:14 səhər

    Çox sağ olun Əli bəy! Adınıza və Cümhuriyyət qurucularımızın adlarına layiq çıxış etmisiniz.Hakimiyyətin dövlətimizin qurucularını tarixdən silmək, H.Əliyevi dövlətin qurucusu kimi xalqa sırımaq istəyi sizlərin sayəsində boşa çıxıb.Xalq M.Ə.Rəsulzadəni öz milli lideri kimi tanıyır və qəbul edir.Mən əminəm ki,28 may-istiqlal bayramının dövlət səviyyəsində, o günə layiq, möhtəşəm bir bayram kimi keçirilməsinə az qalıb.Mübarizənin bu mərhələsinin Sizin rəhbərliyinizlə uğurla və qələbəylə nəticələnəcəyinə tam əminəm…

  4. namiq shemkirli
    May 30, 2010 tarixində, saat 8:20 səhər

    namiq shemkirli :
    28 mayın Azərbaycanda necə qeyd olunduğunu seyr etdikcə Əli bəyin öz bloqunda yazdığı bir fikri qəlbində dönə-dönə təsdiqləyisən: “Bu millətin sevinci iqtidardakıların sevinci deyil, kədəri də onların kədəri deyil”. Lakin belə biabırçı uyğunsuzluq sona qədər davam edə bilməz. İqtidar ətrafındakı həlqənin daralmasını hakimiyyətdəkilərin özləri daha da sürətləndirirlər. Bu onların Azərbaycan xalqı qarşısında yeqanə müsbət xidmətləri olacaq.

  5. mecid
    May 30, 2010 tarixində, saat 2:47 axşam

    Acigi bu qeder adamin geleceyine inanmirdim,ama oldu.Geldiler,Ardi var…

  6. RUSLAN
    İyun 4, 2010 tarixində, saat 12:49 axşam

    o gun olsun ALI BAY bela cixishla dovlat bashcisi kimi AZARBAYCAN xalqini tabriK edasiniz. AMIN!!!!!!!!!!

  7. sehla
    İyun 13, 2010 tarixində, saat 11:56 səhər

    Eli bey hemise öz derin dùsùncesi,gùclù mentiqi ile her bir siyasetcini arxada qoyub. Eli bey,men sizinle fexr edirem. Siz esil rehbersiniz!

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: