Əsas səhifə > Yazılar, Əli Kərimli > Bütpərəstliyin qiyməti

Bütpərəstliyin qiyməti

Həyatımız paradokslarla doludur. Bir-neçə gün qabaq özüm şahidi oldum ki, keçmiş Moskva prospektində yenicə təmir olunmuş, fasadı bahalı üzlük daşlarla bəzədilmiş, 4 beşmərtəbəli bina sökülürdü. Milyonlarla manat vəsait hesabına təmir olunmuş binaları ona görə sökürdülər ki, Heydər Əliyev Mərkəzi prospektdən daha yaxşı görünsün. Mərkəzin tikintisi üçün iqtisadi böhran şəraitində büdcədən 200 milyon manat ayrılmışdı. Müqayisə üçün deyək ki, bu ölkə əhalisinin təqribən 40%-nin dolandığı kənd təsərrüfatına ayrılan vəsaitdən 2,5 dəfə çoxdur. Bu rəqəmin üstünə onu da gələk ki, H.Əliyev Mərkəzini tikmək üçün əvvəllər həmin ərazidə yerləşmiş, Azərbaycan sənayesinin flaqmanı olmuş Səttarxan adına zavodu sökmüşdülər. (Neft var ikən sənaye nəyimizə lazım?) İndi də şübhəsiz ki, sökülən 4 binadan çıxarılmış 100-lərlə ailəyə mənzilləri müqabilində dövlət büdcəsindən çox böyük vəsait ödəniləcək. Sizə elə gəlmir ki, yeni bütpərəstlik xalqımıza çox baha başa gəlir?

Hakimiyyətin israfçılığı, ictimai vəsaitləri göyə sovurmağa, dəbdəbəli və tüfeyli həyata hədsiz meylli olması barədə düşüncələrlə evə döndüm. Gündəlik qəzetlərə nəzər yetirərkən 2 xəbər məni daha çox düşündürdü. 1-ci xəbər Kürə yaxın kəndlərdən “Kür qaçqınlarının” yaşadığı maddi sıxıntılar haqqında idi. Əhali nəinki digər zəruri təlabatlarının, hətta ərzaq təlabatlarının belə tam ödənilmədiyindən, faktiki aclıq çəkməsindən şıkayət edirdi. 2-ci xəbərdə isə artıq bir sıra bölgələrdə həkimlərdən, tibb bacılarından və başqa peşə sahiblərindən “kür qaçqınları” üçün pul yığımına başlandığından bəhs edilirdi. Dövlətin pulu çatmırmış.

Xalqımız gerçəkdən çox dözümlü imiş. Bu millətin böyük bir qismi ağlasığmaz sosial-məişət problemləri ilə baş-başa qaldığı bir zamanda ölkənin milli sərvətləri H.Əliyev Mərkəzi, gül bayramı, bahalı məşqçi və idmançıların transferi, 3 milyona at almaq, az əhəmiyyətli yarışmalarda yer qazanmaq, Avropada muzey təmir etdirmək, Dubayda 9 villanı birdən almaq kimi absurd işlərə xərclənir.

Haqqında bəhs etdiyim paradoks bununla bitmir. Fəhlələr H.Əliyev Mərkəzinin sadəcə daha yaxşı görünməsi üçün haqqında bəhs etdiyim 4 böyük, yenicə təmir olunmuş binaları sökən günlərdə ABŞ- da Federal məhkəmə Azərbaycanın keçmiş prezidenti və digər rəsmilərinə rüşvət verilməsi ilə bağlı ittihamları araşdırırdı. “The Waşington Post” xəbər yaydı ki, nəhayət, uzun müddət davam edən məhkəmə araşdırmalarından sonra Manhettendə Federal Məhkəmə heyyəti hökmünü açıqlayıb. Məhkəmə Frederik Burkun çex emiqrantı Viktor Kojeni ilə əlbir olaraq Azərbaycan dövlətinə məxsus neft şirkətinin satışına razılıq vermək üçün keçmiş prezident Heydər Əliyev də daxil olmaqla, bir neçə iri ranqlı dövlət məmurlarıyla birgə maxinasiyalar etdikləri qənaətinə gəlib. Frederik Burk “bizimkilərlə” birlikdə tötətdiyi cinayətə görə 10 il müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılıb.

Rejimin korrupsioner mahiyyəti bütün dünyada ifşa olunur

Biz dözürük, amma artıq beynəlxalq aləm dözmür. Korrupsianer rejimin dünya miqyasında ifşası davam edir. Demək olar ki, hər həvtə dünyanın nüfuzlu mediya quruluşları İlham Əliyevin və komandasının korrupsiya əməllərindən şok məlumatlar yayır. Ölkəmizdəki korrupsiya pramidası haqqında “The Waşington Post”un silsilə məqalələrindən sonra Böyük Britaniyanın nüfuzlu “The İndependent” qəzeti ölkəmizin oliqarxların əlində olmasından bəhs etdi. Son günlərdə isə dünyanın ən nüfuzlu telekampaniyalarından biri olan BBC Azərbaycandakı korrupsiyanı ifşa edən reportajlar hazırlayıb. BBC də öz reportajlarında 11 yaşlı uşağın 44 milyonluq villalarından bəhs edib, qeyd edirdi ki, Azərbaycan Qərb ölkələri tərəfindən korrupsiyalaşmış ölkə kimi tanınır.

Bu arada Avropa Birliyinin əsas güc mərkəzi olan Almaniyanın ölkəmizdəki səfiri Per Stankina Almaniyanın mövqeyini belə ifadə etdi: “Almaniya istəyir ki, Azərbaycan hökuməti seçkilərdə öz iradəsini sərbəst ifadə etmək, sərvətin ədalətli bölünməsi, söz və toplaşma azadlığı kimi dəyərləri qəbul etsin.” Almaniya Bundestaqının Parlament qrupunun Xarici Siyasət Komissiyasının sədri Mixail Linkin açıqlamasından isə məlum oldu ki, Almaniya parlamentinin üzvü də məlumatlıdır ki, Azərbaycanda hava limanından şəhərə qədər 14 kilometrlik yol çəkilişinə xərclənən vəsaitlə Almaniyada 150 kilometrlik yol çəkmək olardı. Mixail Link çox maraqlı fikirlər səsləndirib. Ən əsası isə azərbaycanlıların həsrətlə gözlədikləri bu sözləri deyib: “Bizi maraqlandıran heç də neft deyil.” Axır ki…

Bütün bu baş verənlərdən ən azı aşağıdakı nəticələri çıxarmaq olar.

1. Hökumət milli mətbuatımıza divan tutsa da oğru və korrupsioner mahiyyətini nə xalqımızdan, nə də dünyadan gizlədə bilmədi. İndi bütün dünya ölkəmizə korrupsionerlərin, ictimai sərvətləri talan edənlərin rəhbərlik etdiyini bilir və bunu uca səslə səsləndirir.

2. Müdrüklər demişdi axı, hamını hər zaman aldatmaq olmaz. Hər dəfə yalan vədlərə inanıb aldadılanlar daha susmaq istəmir. Tədricən də olsa Qərb özü üçün müəyyən edib ki, regionumuzda, o cümlədən Azərbaycanda demokratiyanın inkişafı, korrupsiya ilə mübarizə həm bizim, həm də onların milli maraqlarına uyğundur

3. Xalqımızın əsas məsajlarından biri Qərbə çatıb. Başa düşüblər ki, Azərbaycanla münasibətlərə ancaq neft-qaz maraqlarından yanaşma xalqımızı haqlı olaraq acıqlandırır.

4. İndiyə qədər xalq fikirləşirdi ki, onun azadlıqlarını əlindən alanların arxasında rejimin inzibati, maliyyə və fiziki gücündən əlavə həm də, beynəlxalq aləm durub. Bu inam da cəmiyyətdə pessimizmi daha da artırırdı. Indi isə rejim az qala bütün dünyanı özünə qarşı təhlükə kimi dəyərləndirir və xalq bunu görür. İndi İlham Əliyevin ən ardıcıl tərəfdarları da “uğurlu xarici siyasət”dən danışa bilmirlər.

Əlbəttə, bütün bunlar xalqımızın demokratiya uğrunda mübarizəsində uğur qazanmasına əlverişli zəmin yaradır. Amma lütfən, heç kim mənim bu yazdıqlarımdan belə bir yanlış nəticə çıxarmasın ki, beynəlxalq aləm, hansısa xarici qüvvələr ölkənin demokratikləşməsinin də məsuliyyətini öz üzərinə götürəcək. Qətiyyən. Biz özümüz- bu ölkənin haqqı-hüququ hər gün tapdalanan vətəndaşları taleyimizə sahib çıxmasaq , heç bir kənar qüvvə bunu bizim əvəzimizə etməyəcək, heç etməsi də lazım deyil. Şərə yardımçı olmasınlar yetər. İlk növbədə özümüzə, sonra da bütün dünyaya göstərməliyik ki, biz demokratiyaya hazır və demokratiya şəraitində özümüzü idarəetməyə qadir xalqıq. Azadlıqlarımıza qovuşmaq uğrunda hər cür fədakarlığa da hazırıq. Bu ölkənin demokratiya qovuşmasının məsuliyyəti də bizlərin çiynindədir. Bu məsuliyyəti dərk edən xeyli insan Bakıda növbəti kütləvi aksiyaya hazırlaşır. İyunun 5-də Azadlıq blokunun “azad seçki” tələbi ilə daha bir kütləvi aksiyası keçiriləcək. Azərbaycanın real qurtuluşunun yaxınlaşdığını hiss edirəm.

Kateqoriyalar: Yazılar, Əli Kərimli
  1. İyun 4, 2010 tarixində, saat 7:32 axşam

    Ali bey sizi urakdan salamlayiram.Bu maktubu man bu gun,4iyunda yaziram.17 ilda kecsa o hadisalari yaddan cixara bilmiram va mumkunda deyil.18 nafar silahsiz gvardiyacilarin gullalanmasi va sonraki cinayatlarin indiya gadar ustu acilmayib.Va bela getsa acilmayacag.Acilmayacak ona gora ki bugunku “hakimiyat”adlanan bunda maragli deyil -axi giyami hazirlayib icra edan ela bunlarin ozudu.Hala na gadar cinayatlar bas veracak balli deyil.Manin milli hakimiyata munasibatim ballidi va birda takrar ediram Azerbaycanin butun ugurlari milli hakimiyatla baglidi.ogurlugdan altagligdan basga bir xeyir is gormayib,butun seckilari ozlari kimi saxta kecirilib,va goz gabaginda vatanimiz Azerbaycan ucuruma surulur bunlar tarafindan.Daha artig butun dunya bu cinayatlardan ,”ugurlardan”xabardardi va inandirim sizi burada goruslarda,tadbirlarda uzumuz garadi-bunlarin sifatlari gara olsun.Ali bey man tanidigim insanlar va umumiyatla o hakimiyati yashayan insanlarda bela bir inam var ki AXCP_-Musavat cutluyu vatani,Azerbaycani bu balalardan xilas eda bilar.Manda buna 100%aminam,bundan manim hec bir shubham yoxdu.Vaxti ila bir sinelda ,bir cabhada olmuslari ayirmag duzgun deyil-bela bir agir vaxtda.Biz bu illar boyu boyuk itkilar vermisik,torpaglar itirmisik-hala cox balalar gozlayir bizlari.Man Azadlig Radiosunda boyuk hormatim olan Isa beyi dinladim -ona Musavat-AXCP amakdasliginla alagadar sual unvanlanmisdi.Va Isa beyda geyd edirki Musavat bu amakdasliga hazirdi.Biz boyuk mamniyatla bu cutluyu bir yerda gormak istardik,bizim an boyuk arzuladigimiz-vaxti ila ugurla gorduyunuz islari bugun davam etmak,bugun milli hakimiyatin gurulusuna mas sizlar nail olmalisiniz.Basladiginiz islari davam etmalisiniz bunu bizlar hami xaish hami talab etmaya haggimiz var.O birlarda sonra sizlara gosular amma magamin halledici zamanda bir yerda olsaniz daha duzgun olardi.
    Alibey aminam ki Gurcustanda gedan dayisiklardan xabariniz var.Va o dayisiliklardan burada,Evropada va butun dunyada danisirlar,bunu geyd edirlar.Inanin azizim bas galdirib sohbata gosulmag olmur-utandigimizdan.Biz nadan danisag axi-Dubay amaliyatindan,siyasi habslardan,rusvatdan va bunlarin “analogu olmamis ugurlardan”.Inandirim sizi biz buralarda xacalat icindayik.Bizda istardik ki vatanimizda yasayag va orada har bir insana sarait yaradilsin-ancag yaltag va ogrulara,rusvatxorlara yox.Bu yaxinlarda dostlarla bir yerda boyuk bir tadbirda idik. Orada norvecin ayri ayri taskilatlarindanda var idilar,onlar Azerbaycani ordaki durumu gozel taniyirlar.Bilirsiniz na dedilar?” Gurcustana gedanda tamiz bir hava hiss edirik,ozumuzu sarbast hiss edirik”.Ali bey bunu xaricilar deyir-bas yazig o azilan,soyulan,alcaldanlar na etsin?
    Man siza bas bugun ,4 iyunda yaziram bu maktubu va bu demak olar aksar tanis va dostlarimin arzusudu.Bilirsiniz bunu basa dusanlar basa dusar-bu xalg o cutluyu taniyib va urakdan gabul edib,bunu o birilarda basa dusmalidir.Akar dogrudanda bela bir magami hiss edirlarsa,onlar bu secima duzgun yanasmalidi.Man istardimgeci tezi butun hadisalari o cumladan Ganca hadisalarini milli hakimiyat devrinda arasdirib va cinayatkarlarin hamisi oz cazalarini almalidi.Bunun garsisi alinmalidi.

    Boyuk hormatla kecmisdada olsa polkovnik Isa Sadikov.

  2. İyun 5, 2010 tarixində, saat 7:34 səhər

    Salam, İsa bəy. Yazdığınız ətraflı şərh və əsl vətəndaş mövqeyi üçün sizə təşəkkür edirəm. Qaldırdığınız mövzu çox aktualdır. Çox adamı maraqlandırır və narahat edir. Xeyli müddətdir ki, real müxalifətin birliyinə nail olmaq üçün səy göstərirəm. Bu sahədə son son addımlarımı bu bağlantıdan öyrənə bilərsiniz.
    http://azadliq.info/gunun_ichinden/1128.html

  3. Əli Məmmədov
    İyun 5, 2010 tarixində, saat 9:54 səhər

    Əli bəyin toxunduğu məsələlər çox aktualdır.Əliyev irtica rejiminin eybəcərliklərinin dünyanın nüfuzlu qəzetlərində və televiziyzlarında işıqlandırılması bizləri çox sevindirir. Sevinirik ona görə ki, 17 ildən sonra nəhayət ki, dünya bu rəzil rejimin haqsızlıqlarının müdafiəsində yanıldıqlarını açıq etiraf edirlər. Bir tərəfdən də yaşadığımız Avropada çox çıxılmaz vəziyyətdə qalırıq. Əliyev sülaləsinin acgözlüyü, rüşvətxorluğu və allahsızlıqları ucbatından, bizlərə də pis gözlə baxırlar. Ancaq eybi yoxdur, buna da dözərik və hakimiyyət bizdə olanda , haqq ədalət bərpa olandan sonra dünyaya subut edərik ki, çaqqalsız meşə olmur. Şərqin ilk demokratik dövlətinin varisləri bu gun də vardır və onların hakimiyyətə gəlişi dünyaya həqiqətləri subut edəcəkdir. İsveçdə yaşadığım üçün vaxtaşırı Azərbaycanın rəzil rejimini İsveç Krallığı ilə müqayisə etmək məcburiyyətində qalıram. Bu ay İsveç kralı ilk evladına təmtəraqlı toy məclisi qurmaq istəyir. Ancaq onun yatar 100 min dolları yoxdur ki, arzusunu həyata keçirə bilsin. Yardım üçün Nazirlər Kabinetinə müraciət edib. Azərbaycan “Kralı” isə (10+) 7 ildə haram yolla topladığı 100 milyard dolların hesabina o qədər harınlayıb ki, hətda onun saxta prezidentliyini tanıyan böyük güc dövlətləri ilə də hesablaşmaq istəmir. Bunun nəticəsidir ki, artıq beynəlxalq təşkilatlar Əliyev irtica rejimi ilə əlaqələr qurmağı özlərinə qarşı hörmətsizlik kimi dəyərləndirirlər. Bu eyni zamanda müxalif qüvvələrə də bir mesajdır ki, haqlarınızı tələb etsəniz, sizə mənəvi dəstək olmağa hazırıq. Əli bəy demişkən dünyanın bizə başqa köməyi lazım deyil, sadəcə olaraq mübarizəmizdə haqlı olduğumuzu təsdiqləmələri kifayətdir. Ayaqlar altına atılmış hüquqlarımızı bir xalq olaraq özümüz bərpa etməliyik. Kənardan gələn çörəklə qarın doymaz, öz dərdlərimizi bizim qədər də anlayan olmaz. Öz gücümüzlə, öz birliyimizlə əliyev irtica rejiminin istismarına son qoymalıyıq. Buna görə müxalifətin təşkil etdiyi mitinqlərdə hamılıqla iştirak etməliyik. Güc birlikdədir, Əliyev irtica rejiminin ən çox qorxduğu da xalqın birliyidir. Birlik olsa, Əliyev rejimi dayaq gətirə bilməyəcək, Birlik olsa, ayaqlar altına atılmış hüquqlarımız bərpa olacaq, xalq insan kimi yaşamağın canlı şahidləri olacaq. Bu yolda xalqımıza uğurlar arzu edirəm

  4. Sahib Kərimov
    İyun 5, 2010 tarixində, saat 8:18 axşam

    Bu ölkədə hər kəsin haqqı tapdanır,hüquqları pozulur,əmlakı talanır.Bundan uzaq olanlarında başına belə hadisələrin hər an gəlmə ehtimalı böyükdür.O üzdən hər kəs ölkəmizdə hüququn üstünlüyünü təmin etmək üçün hüquqi dövlət quruculuğunda fəal olmalı,demokratiyanın Azərbaycanda yaranmasına fəal yardım etməlidir.

  5. Fuad Qəhramanlı
    İyun 6, 2010 tarixində, saat 6:32 səhər

    Əli bəy çox tutarlı yazıdır.İlham Əliyev iqtidarının gerçək,korrupsiya və səriştəsizlik üzərində qurulmuş mahiyyəti bu gün Azərbaycanın milli təhlükəsizlik probleminə çevrilib.Çünki bu rejim yaşdıqca,Azərbaycan nəinki demokratik və insani dəyərlərdən uzaq barbar ölkəsinə çevrilir,insanlar adi şəxsi maddi təminat və təhlükəsizlikdən belə mərhum olurlar. hətta Ərəb ölkələrində iqtidarlar hakimiyyəti və nefti əllərində saxlasalasalarda,iqtisadiyyatın digər sahələrində azadlıqlar təmin olunub. Bunlar isə hər şeyi monopoliyalaşdırıb nəzarətə alıblar, hər şeyə sahib olub talamaqla məşğuldurlar. İndi söz xalqındır,müxalifət olaraq AXCP əlindən gələni edir, biz bir xalq olaraq bu hakimiyyətin vəhşi təbiətini özümüzə rəva görməməliyik.

  6. Zümrüd Yağmur
    İyun 6, 2010 tarixində, saat 6:43 səhər

    Uzun müdət belə fikr hakim idi ki, siyasətə qarışmasan başını salamat saxlayıb,öz həyatını yaşaya bilərsən. Ancaq indi aydın olur ki, siyasətə qarışmayıb evində oturanın evi sökülür, bizneslə məşğul olub ancaq pul qazanmaq istəyənin qazandıqları rüşvət şəklində əlindən alınır,şəxsi təhlükəsizliyini düşünüb siyasətə qarışmayan vətəndaşın məhkəmə,polis tərəfindən hüquqları tapdanır, öz övladından başqa heç nəyi və heç kimi düşünməyib siyasətə qarşışmayan insanların övladları normal təhsil ala bilmir,səhiyyə xidməti görmür, vəs. Bu hakimiyyətin zərbəsi və pisliyi hər kəsə toxunur, nadan anlamır,insan olduğunun fərqində olan isə ən azı düşüncəsində bu rejimə qarı müzlifətçilik edir.

  7. Vaqif Aslanov
    İyun 6, 2010 tarixində, saat 6:50 səhər

    Əli bəy,təşəkkürlər,yazdıqlarınızı maraqla oxuyuram.Əli bəy problem ondadır ki,korrupsiya bu iqtidara necə hakim kəsilibsə,qorxu da xalqımıza elə hakim ksəilib.haqı yeyilən,hüququ tapdanan insanalrın qorxu içərisində susub rəzilliyə necə boyun əydiklərini görəndə mən öz xlqımla necə qürur duya bilərəm.Ancaq mübarizə aprmaq istəyənlər bu rəzillərə,miskinləşib insanlığın dibinə çökmüş zavallılıara görə deyil,əsil insanlıq üçün, Allahın haqq olaraq buyurduqları üçün, insanları kölələliyin əlindənalacaq demokratiya üçün mübarizə aprmalıdırlar.

  8. Nadir Mehdi
    İyun 6, 2010 tarixində, saat 7:37 səhər

    Bu hakimiyyət heç bir məsuliyyət hissinə sahib deyil,o üzdən də belə azğınlıq edir.Xalqımız qalxıb rüşvətin, məmur özbaşınalığının , məhv edilmiş iqtisqdiyyatın, pozulmuş əxlaqın,hər gün yaşanan haqsızlıqların hesabını sormalıdır.Bunların xisləti quldurluqdur,bunu bilə- bilə dözürüksə deməli zülmü haqq edənlərdənik. İlham Əliyev bu ölkədən başqa harada prezident ola bilərdi ki.Mən hər kəsi mübarizəyə çağrıram.

  9. Ayxan Rüstəmov
    İyun 6, 2010 tarixində, saat 7:43 səhər

    Əli bəy çox gözəl və məntiqli yazırsınız. Mən uzun müddətdir ki,bloqunuzu izləyirəm və o nəticəyə gəldim ki,susmaqla,gözləməklə nəinki ölkə kimi,hətta insan kimi də çox şeyi itririk. Mən AXCP-yə üzv olmaq qərarına gəldim və bundan sonra aprdığınız mübarizədə siznlə birgəyəm.

  10. Səid
    İyun 6, 2010 tarixində, saat 7:52 səhər

    Məncə İlham Əliyevin iqtidarda qalması hər gün bu ölkənin svilizasiyadan daha çox geri düşməsidir.Adamın bir məqsədi var, mükün qədər çox sərvət toplamaq.O düşüncə etibarı ilə orta əsr feodallarından heç nə ilə fərqlənmir.yəqin az çox müqavimət göstərən müxalifət,QHT və mətbuat olmasa idi o bu zehniyyətlə ölkəni Türkmənistanda da pis günə qoyardı.Onu ancaq Vasif Talıbovla müqayisə etmək olar.Mən də o fikri dəstəkləyirəm ki,mübarizənin alternativi yoxdur.Əli bəy bu yolda siznlə birgəyik və hamı üçn apardığınız mübarizədə hamını bu işə dəstək verməyə çağrırıq.

  11. Fərid
    İyun 6, 2010 tarixində, saat 11:02 səhər

    Həqiqətən bu ölkə başdan-başa paradokslarla doludur. Cinayəti məhkəmə qaydasında sübut olunan bir adama da bu qeder heykəl qoyular? muzey,mərkəz yaradılar?

  12. Asif
    İyun 6, 2010 tarixində, saat 11:06 səhər

    Onsuz da xalqdan oğurladıqlarını axıra qədər yeyə bilməyəcəklər. Hamsı burunlarından gələcək. Çox qudurublar. İndi bunlar atlarına sadə,zəhmətkeş azərbaycanlıdan daha yaxşı baxır.

  13. Elnur
    İyun 6, 2010 tarixində, saat 11:12 səhər

    Eli bey yazinizi cox maraqla oxudum,sonra da ozumu tehqir olunmush hiss etdim. Bu gun hokumet geleceyimiz dediyi genclerin xaricde tehsil almasina bir Kemaleddinin “Qebele”futbol klubunun meshqcisine verdiyi qeder pul ayirmir. Sonra da utanmadan analoqu olmayan inkishafdan danishirlar

  14. Azer
    İyun 6, 2010 tarixində, saat 11:16 səhər

    Eli bey, blogunuzdaki butun yazilari oxumusham. Kenardan cox aydin gorunur ki, bu iqtidarla en ardicil mubarizeni siz ve sizi lider kimi qebul eden cebheciler aparir. Dunenki mitinq munasibeti ile de sizi ve butun cebhecileri tebrik edirem

  15. Abbas
    İyun 6, 2010 tarixində, saat 11:18 səhər

    Men de mitinq munasibeti ile tebrik edirem. cox isterdim ki, mitinqler netice elde olunana qeder davam etsin

  16. Ilham
    İyun 6, 2010 tarixində, saat 1:07 axşam

    Cox deyerli, deyerdim sanballi bir yazidir. Buradaki faktlar, edilen tehliller ve cixarilan neticeler bu yazinin akademik mahiyyetini ifade edir. Amma, hormetli Ali bey de razilashar ki, burada seslenen faklar bu rejimin etdikleri ozbashnaliqlarin cox cuzi bir hissesini teshkil edir, amma dushunurem ki, bunlarin mahiyyetini acmaq ucun bunlar da yeterlidir.
    Yazida 14 km-lik bashibelali yoldan sohbet acilir ve Almaniyanin misalinda cox dehshetli bir muqayise aparilir. Eminem ki, bunlarin korrupsiya siyasetinin, analoqu olmayan siyasetlerinin mahiyyetini acan coxlu bele muqayiseler gostermek olar. Sonda, Ali bey, bu siradan men de bir muqayise, bir fakt gostermek isterdim:
    2009-cu ilde Azerbaycan uzre butun belediyyelerin serf etdiyi vesaitin( xerclerin )hecmi hemen 14 km-lik yolun 1 km-ne cekilen vesaitin hecmine beraber olmushdur, 27,6 milyon manat! menbe; Respublika Statistika Komitesini melumatlari

  17. togrul mustafabeyli
    İyun 6, 2010 tarixində, saat 7:44 axşam

    Teshekku edirem, Ali bey! Ne yaxshi ki, siz varsiniz. Tekrar-tekrar oxudum. Cox gozel ve dushundurucu bir yazidir. Mene ele gelir ki, vicdani olan her bir shexs sizinle hemrey olmali ve olkede gercek stiuasiyani deyishmek ucun elinden gelen her sheyio etmelidir. Azad cemiyyetin, demokratiyanin alternativi yoxdur. Bir daha sag olun.

  18. İyun 7, 2010 tarixində, saat 6:52 axşam

    Əli bəy düzgün yazır ki, beynəlxalq aləm gəlib bizdə demokratiya yaratmayacaq. Bunu xalq özü etməlidir. Bu xalq “dözümlü xalq” adını üzərindən götürməlidir. “Dözümlü xalq” statusunu daşımaqdansa, “dözümsüz xalq” olmaq daha yaxşıdır.

  19. namiq shemkirli
    İyun 7, 2010 tarixində, saat 8:05 axşam

    Demokratiya gediləsi uzun bir yol olsa da bu yolun çox hissəsi artıq keçilib. Əli bəylə razıyam, demokratiyanı ölkəmizə özümüz gətirməliyik. Lakin globallaşan və getdikcə demokratikləşən dünyanın təsiri də öz işini görməkdədir. Global demokratikləşmə get-gedə elə garşısıalınmaz prosesə çevrilir ki, həm cəmiyyətlərin həm də fərdi təfəkkürlərin dərinliklərinə işləyən bu aydınlaşmanı heç bir qüvvə tormozlaya bilməz.

  20. ferda
    İyun 12, 2010 tarixində, saat 1:07 axşam

    Ali bey, salam. Siz Avropa bilriliynden de ABS-dan da teleb etmelisiniz ki, korrupsioner nazirlerin ve olnalrin bashbilenlerinin bank hesablarini dondursunlar. Bu onlara qarshi yaxshi vasite olardi

  21. İyun 19, 2010 tarixində, saat 9:40 axşam

    Korpu tik,yol chek,
    Heykel qoy,merkez tik.
    Bu Eliyevlerin budce siyasetinin prioritetleridir.Tekce bir H.Eliyev mekrezinin tikintisine yalniz 2010-cu ilde bu qeder vesait ayrilib.lakin bununla ishler bitmeyecek.Novbeti illerde de bu teyinat uzre xerclemelere davam edecek.21-ci esrde siyasi butperestliyin qelebesi namine bundan boyuk qebahet ola bilmez.Bu milleti itaetkar formalashdirmaq uchun ideoloji baza rolun oynayir.Bu iqtisadi siyasetin mahiyyeti ile hele ozlerini islahatchi da adlandirirlarda.Bundan boyuk ise rezalet ola bilmez.Onsuzda bele merkezler tikmekle,heykeller qoymaqla olkeni ebedi Eliyevleshdirmek mumkun olmayacaq.Onsuzda muasir Azerbaycanin gelecek quruculari bele merkezleri yetimler evi,ushaq bagchalari,kitabxanalar ve hemin heykellerin yerinde ise Resulzadenin,Topchubashovun,Xoyskinin heykelleri olacaq.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: