Əsas səhifə > Yazılar, Əli Kərimli > Qurtuluş, yoxsa böyük yalan?

Qurtuluş, yoxsa böyük yalan?

Millətin hərbi qiyam yolu ilə hakimiyyəti qəsb edənlərdən xilas olacağı gün əsl qurtuluş günü olacaq

Azərbaycanda sülalə hakimiyyətinin bərqərar olmasından tam 17 il ötdü. 17 il əvvəl xalq tərəfindən seçilmiş prezidentə qarşı hərbi qiyam qaldıranların, Azərbaycanın demokratik və inkişaf etmiş bir dövlət olmasını istəməyən xarici qüvvələrin dəstəyi ilə Heydər Əliyev yenidən hakimiyyətə gəldi. Siz hansısa bir ölkədə xalqın seçdiyi hakimiyyətin qiyam yolu ilə, üstəlik də xarici qüvvələrin dəstəyi ilə devrilməsinin bayram edildiyini gördünüzmü?

Hakimiyyət ideoloqları başa düşürlər ki, onların 17 il öncə etdikləri bir dövlət çevrilişi idi, ağır cinayət idi. Bildikləri üçün də bu günü xüsusi təntənə ilə qeyd edirlər ki, şouların, konsertlərin, boğazdan yuxarı təriflərin, ardı-arası kəsilməyən atəşfəşanlığın gurultusu o acı həqiqəti eşidilməz etsin.

17 il öncə baş verənlər müəyyən mənada tariximizin fərqli mərhələsinin başlanğıcı idi. O zaman hələ insanlarımızın bir çoxu fərqində deyildi ki, bu hakimiyyət dəyişikliyi Ağdərənin, Ağdamın, Füzulinin, Zəngilanın, Cəbrayılın, Qubadlının işğalı ilə nəticələnəcək, hakimiyyət bir ailə tərəfindən qəsb ediləcək, xalqın seçib-seçilmək hüququ əlindən alınacaq, müxalifətçilər, azad mətbuat təmsilçiləri repressiya olunacaq. Bəzi xəbərdarlıqlar olsa da, əksəriyyət təsəvvür etmirdi ki, bu çevriliş ölkəmizin demokratik, müasir dövlət olaraq inkişaf etməsinin qarşısını alacaq, mədəni, sivil dövlətlər ailəsinə inteqrasiyamızı 10 illər ərzində ləngidəcək.

17 il öncə baş verənlər onunla nəticələndi ki, milyonlarla vətəndaşımız ölkənıi tərk etməli oldu. Azərbaycana istiqlal qazandıranlara, Qarabağ üçün savaşanlara divan tutuldu. Yalan, saxtakarlıq, yaltaqlıq, rüşvət və korrupsiya dövlət idarəetməsinin ali prinsiplərinə cevrildi.

Bütün müsəlman dünyasında ilk cümhüriyyəti qurmuş və daha nə qədər ilkə imza atmış Azərbaycanı elə günə saldılar ki, indi bir çox qeyri-demokratik müsəlman ölkələrində, – məsələn, Liviyada, Misirdə insanlar qorxur ki, onların ölkəsində də “Azərbaycan variantı” baş verər, hakimiyyətdə olan atalar hakimiyyəti də şəxsi sərvətləri kimi oğullarına miras kimi ötürərlər, “varis planını” həyata keçirərlər.

Indi utanmadan “qurtuluş” adı qoyduqları, mahiyyətcə dövlət çevrilişi olan hadisələrin nəticəsində xalqımız öz milli sərvətlərindən məhrum edildi, müstəqil şəkildə özünə prezident, parlament seçmək hüququnu, öz taleyini müəyyənləşdirmək imkanlarını itirdi. Mənim qətiyyən şübhəm yoxdur ki, xalqımızın böyük əksəriyyəti bu günü qurtuluş günü saymır, hətta bu günün “qurtuluş günü” olaraq bayram edilməsini əksəriyyət ikrah hissi ilə qarşılayır.

Amma etiraf edirəm ki, bəzi adamların bu günü bayram kimi qeyd etməyə haqqı var. Bu sırada əlbəttə ki, ilk növbədə Ilham Əliyev gəlir. Heydər Əliyev 17 il öncə hakimiyyətə gəlməsəydi Ilham Əliyevin bu ölkənin prezidenti ola biləcəyini kimsə təsəvvürünə gətirə bilirmi? Hakimiyyət düşərgəsinə nəzər yetirin. Məlum çevrilişə qədər heç kim olmuş nə qədər insan xalqın talan edilməsində aktiv şəkildə iştirak edərək milyonların, milyardların sahibi olub, millət vəkili, nazir statusu qazanıb? Bax, həmin insanlar 15 iyunda heç kim olmaqdan qurtulub, birbaşa oliqarx oldular. Gəlin, etiraf edək, bu bir qrup insanın onları heç kimlikdən hakimiyyətin zirvəsinə qaldırmış bir günü bayram kimi qeyd etməyə haqqı var.

Necə ki, bizim də haqqımız var ki, xalqımızın gerçək qurtuluşu üçün çalışaq. Millətin həqiqi qurtuluşu isə o zaman olacaq ki, elliklə mübarizə ilə Azərbaycanı ailə hakimiyyətinin işğalından azad edəcəyik, məhv edilmiş respublika prinsiplərini bərpa edəcəyik, Azərbaycan adlı gəmini heç bir qanun , hüquq tanımayan dəniz piratlarının girovluğundan xilas edəcəyik. Hamınıza gerçək qurtuluş arzusu ilə.

Kateqoriyalar: Yazılar, Əli Kərimli
  1. İyun 15, 2010 tarixində, saat 9:14 axşam

    Əli bəy
    Xoş gördük Size mənim də yazılarıma baxmag ücun saytımı göndərirəm
    Hörmətlə KorZabit

  2. İyun 16, 2010 tarixində, saat 5:17 səhər

    Eli bey, ellerinize sagliq…Gozel yazmisiniz…

  3. İyun 16, 2010 tarixində, saat 6:55 səhər

    Artıq heç kim olmaqdan qurtulanlar xalqdan oğurladıqları milyardlar onlar üçün böyük problemə çevrilib.Eşitsəydik inanmazdıq amma görürük ki,bu qədər qaçqını,daşqına məruz qalan,əhalinin böyük əksəriyəti yaşamaq üçün ehtiyac içində olan bir vaxtda bunlar milyonlarla vesaiti atəşfəşanliğa,konsertlərə xərcleyirlər. Həqiqi qurtuluş gününə Azərbaycan xalqı Əli bəyin liderliyi ilə nail olacaq.

  4. İyun 16, 2010 tarixində, saat 7:44 səhər

    Biz kimdən və nədən qurtulmuşuq? Bu millət xariqələr yaradan millət olub. Bu millətin müsəlman şərqində ilk dəfə yaratdığı Xalq Demokratik Cümhuriyyətini CNN qurtuluş günündə təbliğ edir. Bu da bir mesajdır. Məmmədəmin Rəsulzadə bütün dünyaya təbliğ edilir. Bundan böyük mesaj ola bilərmi?

  5. Anar
    İyun 16, 2010 tarixində, saat 8:29 səhər

    Əli bəyə eşq olsun!

  6. Orxan
    İyun 16, 2010 tarixində, saat 11:24 səhər

    Gozel yazidi!!!

  7. Nizami
    İyun 16, 2010 tarixində, saat 12:11 axşam

    Bizim qurtuluş günümüz hakimiyyəti zorla əlində saxlamaqla sərvətinə göz tikən qaniçən bir zümrədən qurtulacağımız gün olacaq! O gün eləcə də torpaqlarımıza göz tikən digər mənfur zümrələrdən də canımız Qarabağımızın qurtuluşu günü olacaq!

  8. Abbas
    İyun 16, 2010 tarixində, saat 12:35 axşam

    Bu hakimiyyət xalqa sanki acığ verir. Tayfalarının hakimiyyətə gəldiyi günü təmtərağla qurtuluş adlandırmağ da görməmişlikdir. Hamımız bu qaniçən zəlilərdən qurtuluş gününü gözləyirik.

  9. elnur
    İyun 16, 2010 tarixində, saat 12:40 axşam

    Bir gün bu hakimiyyəti xalqın nifrəti çökdürəcək. Neftin pullarını ya gül bayramı kimi mənasız işlərə sərf edirlər, ya da verirlər fişəngə sovururlar küləyə. Millət də qalıb kasıbçılığı ilə baş-başa.

  10. Azər
    İyun 16, 2010 tarixində, saat 12:47 axşam

    Əli bey,sag olun. Bunlari bosh buraxmaq olmaz. Muxalifetcilerin bashi daxili intriqaya qarishdigi bir vaxtda esas hedefi yene siz yada saldiniz. Xalqin anasini agladanlar ish bashinda iken demokratik quvveler bir-birile mubahise etmemelidir. Hami sizin kimi hokumetin ustune getse veziyyeti tezlikle deyishmek olar.

  11. qerib
    İyun 16, 2010 tarixində, saat 12:52 axşam

    Mən milətimin qurtuluşunu istəyirəm. Azərbaycanı qurtula bilməsək bizə qəriblikdə də yaxşı gün yoxdur. Hamımızın bir parçası vətəndədir. Vətənsiz nə xoşbəxtlik?

  12. salyanski
    İyun 16, 2010 tarixində, saat 2:09 axşam

    saq ol

  13. Nazlı Bayram
    İyun 16, 2010 tarixində, saat 3:47 axşam

    Əli bəy 15 iyun 1992-ci ilin mahiyyətini bu qədər tutarlı, bu qədər gerçək anladan bir yazıya indiyə kimi rast gəlməmişdim.Əlinizə, könlünüzə sağlıq. Onsuz da sizin də qeyd etdiyiniz kimi həmin günü bu xalqın sərvətini talayan,onu pis günə qoyan,onun bütün hüquqlarını əlindən alan əliyevlər və onlara şərik olanlardan başqa heç kim bayram kimi qəbul etmir. Xalq özünün gerçək QURTULUŞ gününü səbirsizliklə gözləyir.Bu gerçək qurtuluş gününün Sizin rəhbərliyinizlə xalqımıza bəxş ediləcəyinə inanıram.Sizin gənc yaşlarınızdan apardığınız və bu gün də davam etdirdiyiniz mübarizəniz bunu deməyə əsas verir.Sizə bu şərəfli mübarizənizdə uğurlar arzulayıram.Biz bu mübarizədə Sizinləyik…

  14. İyun 17, 2010 tarixində, saat 8:10 səhər

    Zennimce anasi aglar güne qoyulmush xalqin real qurtulushu ücün ilk növbede Qarabag teatri deyil, daxili tamashani bitirmek, qanicen, menfur, pula göre namusundan bele istifadeye her zaman hazir olan rejimi redd etmek lazimdir. O güne ise az qalib. Türk dünyasinda tektonik terpenishler gündemdedir. Qirgizlardan neyimiz ferqlidir ki? Oradakilar da Celalabad adindan Naxcivan kimi istifade etmeye calishdilar, amma ci fayda?

    REDD OLSUN NAMUSDAN SEXSI MENAFE ÜCÜN ISTIFADE EDEN MENFUR REJIM!

    XALQIN KASIBLARINDAN (OXU: EKSERIYYETINDEN) OGURLADIQLARINIZ ISE BURNUNUZDAN GELSIN, HARAMINIZ OLSUN! SEMIMI ARZULARIMDIR.

  15. Zümrüd Yağmur
    İyun 17, 2010 tarixində, saat 9:51 səhər

    Azərbaycanda təqvimdəki bayramları Əliyevlər özlərinə uyğun şəkildə tərtib ediblər, qurtuluş günü kimi qeyd etdikləri bayram da xalqın deyil, əslində normal cəmiyyətdə vecsiz və hec bir işə yaramayan məmurların, əyləncə adamlarının, savadsızların bomjluqdan, səfalətdən qurtuluşudur, ona görə də bu günü bayram edirlər. Özlərinin yararsızlıqdan qurtuluşunu millətə sırımaq istəyirlər, amma əsil qurtuluş bu yırtıcı hakimiyyətdən qurtulan gün olacaq. Bunlardan qurtulmaq sadə qurtuluş deyil, dəyərlərimizin, insanlığımızın,mənəviyyatımızın, əxlaqımızın və ən nəhayət bütöv bir ölkənın qurtuluşu olacaq…

  16. Nəsimi
    İyun 18, 2010 tarixində, saat 10:07 səhər

    Sizin bütün yazılarınızda Azərbaycanın real içtimi-siyasi mənzərəsinə dəqiq qiymət tapmaq mümkündür. Təəssüfki, avtoritarizmə sona qoya biləcək konsepsiyanı hələki,heç kim ortaya qoymayıb. Ümid edirəm ki, bu məsələdə real addım atanların ciddi dəstəyi həm xalq, həmdə siyasət adamlarından gələcək.

  17. Sabir
    İyun 18, 2010 tarixində, saat 11:11 səhər

    Azərbaycanda nə qədər ki.Əliyevlər iqtidardadıq.buölıəyə gerçık qurtuluş yoxdur.
    gerçək qurtuluş günü bu tayfa iqtidarının süqut günü olacaq.

  18. İyun 18, 2010 tarixində, saat 2:48 axşam

    Neden ve kimden qurtulmagin en yaxshi cavabin qurtulmushlar biler.Chunki,onlar heyatlarinin butun ugursuzluq zolaqlarini hech bir zehmet chekmeden ugur platformasi ile deyishe bildiler.Sovetin ve milli hokumetin ugursuzlari sonradan YAPnomenklatruranin ugurlu insanlarina chevrildiler.Onlar uchun cehennemin min bir ezabindan qurtulub,royada gorduklerini gerchekde gorduler.Cemiyyetimiz ve dovletimiz ise ugurlarlardan qurtuldu,ugursuzluqlar merhelesine daxil oldu.Novbeti defe dovlet adinda cihaz yeniden bir ailenin tesirine dushdu.Belelikle dovlet quruculugu prosesi dovleti dagitmaq prosesi ile evezlendi.
    Ali beyin bu meqalesi olduqca sanballi ve illerle Eliyevlerin milletin teltehshuuruna yeritmek istediyi butun yalanlari arqumentli ve faktoloji esasla yerle yeksan etdi.Bu meqale kifayet etdi ki,TV-ki qurtulusha xercelenen milyonlari ve ideoloji yalanlari 10 deqiqeye oxunan bu meqale ile tersilah edesen.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: