Əsas səhifə > Yazılar, Əli Kərimli > Belə davam edə bilməz! Belə davam etməməlidir!

Belə davam edə bilməz! Belə davam etməməlidir!

İki gündən sonra AXCP-nin növbəti qurultayıdır. Bu qurultayın keçirilməsinə çox çətinliklə nail oluruq. Əvvəl 1-2 il rayonlarda konfransların keçirilməsinə mane olurdular. Sonra da qurultaya yer ayrılmasını problemə çevirirdilər. Nəhayət ki, maneələrin çoxu artıq arxada qalıb. AXCP qurultayları həmişə cəbhəçilər üçün mühüm siyasi hadisə olub. Bu qurultaydan da böyük gözləntilərimiz var. Əlbəttə ki, qurultayda ölkə həyatının bütün mühüm məqamları, o cümlədən Qarabağ problemi, sosial-iqtisadi vəziyyət, insan hüquqlarının və ümumiyyətlə demokratiyanın vəziyyəti müzakirə ediləcək, müvafiq sənədlər qəbul olunacaq. Parlament seçkilərinə hazırlıq da əsas müzakirə ediləcək məsələlərdən olacaq. Partiya rəhbərliyi yenidən seçiləcək.

Qurultayda daha iki mühüm məsələ müzakirə olunacaq. Əminəm ki, AXCP qurultayının bu iki məsələ ilə bağlı verəcəyi qərar tək cəbhəçilərin deyil, bütövlükdə millətimizin taleyində mühüm rol oynayacaq. Əvvəla cəbhəçilərin ali orqanının toplantısında AXCP və Müsavatın bir partiyada birləşməsi perspektivi ciddi şəkildə müzakirə olunacaq. Ümid edirəm ki, cəbhəçilərin birləşməyə münasibəti pozitiv olacaq. Qurultay AXCP və Müsavatın bir partiyada birləşməsi ilə bağlı qərar versə, bu işin artıq 50 faizi həll olunmuş sayılacaq. Digər 50 faizi də müsavatçı dostlarımızdan asılıdır. Onların da son qərarının pozitiv olacağına çox ümidliyəm.

Tamamilə mümkündür ki, haqqında danışdığım bu böyük birliyin ölkəmizin hazırkı vəziyyətdən çıxmasında nə qədər önəmli rol oynayacağını indi hamı lazımi səviyyədə qiymətləndirə bilmir. Amma şəxsən mən qəti şəkildə əminəm ki, bu birlik baş tutduqdan sonra ölkədə köklü siyasi dəyişikliklər labüdləşəcək. Hələ də siyasi mübarizəyə qoşulmamış minlərlə insan azadlıqlar uğrunda mübarizəyə qoşulacaq. Milli-demokratik düşərgənin özünə inamı da, mübarizə əzmi də dəfələrlə artacaq.

Qurultaydan ikinci mühüm gözləntim isə onun təkcə cəbhəçiləri deyil, bütövlükdə cəmiyyəti daha aktiv siyasi mübarizəyə çağıracağı ilə bağlıdır.

Ölkədəki siyasi süstlükdən, biganəlikdən, bütövlükdə xalqımızın sabaha ümidsizliyindən hamımız şikayətlənirik. Amma açıq danışaq, bu siyasi süstlüyü biz aradan qaldırmasaq, bunu kim edəcək? Gündəlik qayğıların ağırlığı altında inildəyən sadə vətəndaşlarımızın siyasi həyata dinamizm gətirəcəyini gözləmək nə qədər realdır? Yenə də bizlər – uzun illərin demokratiya yolçuları, 17 il ərzində avtoritarizmlə mübarizə ocağını sönməyə qoymamış real müxalifətçilər səfərbər olub siyasi prosesə təkan verməliyik. Bu baxımdan çox ümidliyəm ki, qurultay iştirakçıları ümumilikdə bu qənaətə gələcəklər: Belə davam edə bilməz! Belə davam etməməlidir! Bu ölkəyə təzə hava lazımdır! Ciddi pozitiv dəyişikliklər lazımdır! Bu ölkədə köklü dəyişiklik üçün kütləvi fədakarlığa ehtiyac var!

Qurultayın verəcəyi impulsların, cəmiyyətimizə gətirəcəyi dinamizmin qurultaydan dərhal sonra başlayacağımız kütləvi aksiyaların növbəti mərhələsinə pozitiv təsirini indidən təsəvvür edirəm.

AXCP qurultayının düşərəgmizdən olan millət vəkilliyinə namizədləri, onların seçki qərargahı üzvlərini, partiya üzvlərini və hətta xeyli sayda sıravi vətəndaşımızı daha aktiv seçki kampaniyası aparmağa ruhlandıracağına da əminəm.

Kateqoriyalar: Yazılar, Əli Kərimli
  1. Fikret Huseynli
    Sentyabr 23, 2010 tarixində, saat 11:50 səhər

    Azərbaycan Xalq Cəbhəsi Partiyasının bu qurultayını Azərbaycanın müasir siyasi tarixinin yeni səhifəsi saymaq olar. İndiki çətin və ağır dönəmdə AXCP-yə liderlik etdiyinə və Azərbaycandakı diktaturaya qarşı qətiyyətli mübarizə apardığı üçün Əli Bəyə böyük və xüsusi təşəkkürlər düşür. İnşallah bu qurultay AXCP-nin müxalifətdə keçirdiyi son qurultay olar. Və tezliklə bu partiyanı Azərbaycanın demokratik hakimiyyətinin qurucusu kimi təbrik edərik.

  2. Təzəxan Mirələmli
    Sentyabr 23, 2010 tarixində, saat 3:54 axşam

    Salam, Əli bəy! Biz cəbhəçilər sizlərin fədakarlığından nümunə götürüb bütün çətinliklərə qalib gələcəyik. Hamımıza uğurlar!

  3. ramiz
    Sentyabr 23, 2010 tarixində, saat 4:39 axşam

    Azərbaycan xalqının indiki vəziyyətdə yeganə çıxış yolu həqiqi müxalifətin bir partiyada birləşməsi və xalqın öz gələcəyi uğrunda fəal mubarizəyə qoşulmasidir.Biz başa duşməliyik ki, bu antiazərbaycanli hakimiyyətdən yalniz xalqin mətin mübarizəsi nəticəsində canımızı qurtara bilərik.Hamı seckilərə gedib “AXCP-MUSAVAT” blokunun nümayəndələrinə səs verməliyik.

  4. Əbülfəz Qurbanlı
    Sentyabr 23, 2010 tarixində, saat 5:54 axşam

    Hər iki istiqamətdə uğur əldə ediləcəyinə inaniram.Sonun başlanğıcindayıq.

  5. ruslan
    Sentyabr 23, 2010 tarixində, saat 8:53 axşam

    ali bey bu cetin gunlerde sizlera ugurlar arzulayiram.aminaam ki bu qurultay azarbaycan xalqinintarixinda boyuk donush yaradaraq o biri qurultaylardan secilecek.qoy hakimiyyet utansin ki analoqu olmayan dovlatda bir dana muasir zal,saray tapilmadi ki mustaqil azarbaycanin ilk siyasi partiyasi oz qurultayini kecirsin.analoqu olmayan dovletin,regeonun an inkishaf etmish dovlatinin bashqani son zamanlar secki oncesi dovlat budcesinden maliyyashan tashkilatlarin amak haqqlarini 10 % artirir sizdan ricam budur ki bu haqda yap bashqanina catdirin ki buna ehtiyac yoxdur cunki o sizin yazilarinizi diqqatla oxuyur bizlerin bu 10% ehtiyacimiz yoxdur o da halal xoshu olsun. gurultayin ishina ugurlar

  6. Mecid
    Sentyabr 24, 2010 tarixində, saat 1:30 axşam

    BU sıradan bir qurultay olmayacaq!

  7. Sentyabr 29, 2010 tarixində, saat 7:39 səhər

    Süstlüyü AXCP-nin qurultayı aradan qaldırdı. Bizim, Əli bəy demişkən, süst olmağa, mübarizədən yayınmağa haqqımız yoxdur. Yol irəli gedir və biz geri dönən deyilik

  8. Oktyabr 27, 2010 tarixində, saat 11:21 axşam

    Əli bəydən çox istərdim soruşum. Başa düşürəm bu qurultayla elaqədar mövzuya bu sualı qoymaq düz deyil, amma bu sualı verəcək başqa platforma tapa bilmədim.

    Öyrənmək istərdim indiyənə kimi müxalif televiziya kanalı açmaq üçün uyğun orqanlara müraciət etmisizmi? Bəlkə də bu sualı oxuyub biraz güləcəksiz və deyəcəksiz ki, bu adamın Azərbaycandakı demokrasiya səviyyəsindən xəbəri yoxdu. Amma belə bir müraciət edib “YOX” cavabı aldıqdan sonra hökümətə Avropa vasitəsi ilə təzyiq göstərmək vasitəsi əlinizə düşmüş olardı.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: