Əsas səhifə > haqqımda > Şahvələd bəyin Azadlıq qəzetində çap olunmuş məqaləsi

Şahvələd bəyin Azadlıq qəzetində çap olunmuş məqaləsi

Əli Kərimli niyə hədəfdədir?

2010-11-02

Yazı ölçüsü:

O, İlham Əliyevin gözündə bütün zamanlar üçün qorxulu bir rəqibdir

Şahvələd Çobanoğlu

Son illərdə müxalifət liderlərindən ən kəskin böhtanlarla üzləşən AXCP sədri Əli Kərimli oldu. Ona qarşı başlanmış təbliğat terroru sonradan konkret əməli basqılara və təzyiqlərə keçdi. Əli bəyə “birinci düşmən” münasibəti elan olundu…

Kiməsə adi hal kimi görünə bilər: ölkənin ən ciddi müxalifət partiyalarından birinin rəhbəri olmağına baxmayaraq, Əli Kərimli hələ də pasport ala bilmir. Azərbaycanda yeganə belə adamdır. Ona münasibət bu qədər amansızlıqla qurulur.

Bundan əvvəl partiyasını qərargahdan atdılar. Ona və rəhbərlik etdiyi partiyaya xüsusi sərt münasibəti həmişə hiss edirik. Bəs niyə Əli Kərimli son illərdə əsas hədəfə çevrilib? Bu sual müxtəlif çevrələrdə tez-tez müzakirə olunur. Çox cavablar ola bilər. Amma həqiqət budur ki, son illər Əli Kərimli hakimiyyətə qarşı çox sərt mövqedən çıxış edir. Bunu heç kim dana bilməz. Əli Kərimlinin belə aydın və güzəştsiz bir mövqeyə yetməsi həm müxalifət cinahında yerini möhkəmləndirdi, həm də hakimiyyətin ona qarşı qəzəbini gücləndirdi.

Burada onun şəxsi keyfiyyətlərini də unutmaq olmaz. Hazırlıqlı siyasət adamı olan, çox yüksək natiqliyi, çevikliyi, təşkilatçılığı və cəsarəti ilə seçilən Əli Kərimli Ilham Əliyevin gözündə bütün zamanlar üçün qorxulu bir rəqibdir. Heç nə demirəm, bir anlığa onları siyasi debatda təsəvvür edin. Bir sözlə, bizim şanlı iqtidar Əli Kərimlini niyə hədəfə götürdüyünü yaxşı bilir.

Azərbaycanda demokratiyanın gəlişi üçün çarpışan belə bir liderə səs verməklə siz öz ölkənizin yaxşıya doğru dəyişməsinə təkan verirsiniz. Öz xeyrinizə səs vermiş olarsınız.

Hökmən seçkiyə gəlin! Bu ki çətin deyil!

Əlavə et:: del.icio.us | Digg | 843 dəfə Oxunmuşdur | Facebook-da paylaş

Şərhlər (6 Şərh əlavə edilmişdir):

Vətəndaş Tarix: 2010-11-02

Bəli, həqiqətən ƏLİ bəy bu hakimiyyət üçün ən qorxulu rəqibdir. Zər qədrini bilən zərgərlər bilirlər ki, Tanrı Əli bəyi prezidentlik üçün – Azərbaycana prezidentlik üçün yaradıb. Tanrı köməyi olsun.

panax Tarix: 2010-11-02

Ay Sahveled bey ay seni saq olmus meni guldurdun hec bele gulmemisdim. gor kiminle kimi tay edirsen Ilham aliyevi Nemet penahliyla bir tereziye qoysaydin razi olardi. yalniz Ali karimli ile yox . Ali karimlini gurcustanin prizdenti Mixail Sarkasvilinen, turkiyenin bas naziri Ardoqanla ve bir cox taninmis siyasetcilerle debatda gormey lazimdir. o zaman debat cox maraqli ve faydali olardi.

Xatirə Yusifli Tarix: 2010-11-02

ƏLİ KƏRİMLİ Azərbaycan xalqının mərd, mübariz,qəhraman oğludur!ƏLİ KƏRİMLİ böyük şəxsiyyətdir!Xalqım mütərəqqi fikirli insanları ƏLİ Bəyin ətrafında olublar və olacaqlar!Biz sizi dəstəkləyirik!Biz sizinlə fəxr edirik!!!

Anar Tarix: 2010-11-03

Əli bəyi onunla bir tərəziyə qoyanda, eytihatlı olun, o biri tərəf qalxıb üz-gözünüzə dəyər)))

mirel Tarix: 2010-11-03

Eli Kerimlinin siyasi heyati chox chetin amma serefli olub ve davam edir. Tovarish Aliyov ise “ANALOGU” olmayan yolla gedir.

qurban məmmədov Tarix: 2010-11-04

Bu ölkədə və bu rejimin vaxtında bütün ağıllı, savadlı və namuslu adamlar hədəfdədir. Əli bəy də onların önündə gedənlərdən olduğu üçün daha çox hədəfə alınır. “Əli bəy örnəyi” həm də bu rejim üçün potensial təhlükə mənbəyidir. Bu rejimin cavanları Əli bəyə oxşamamalıdırlar. Onlar da rejimin nökərləri kimi super yaltaq, məddah, simasız, riyakar, haram yeməyə vərdişkar, qul kimi müti və ağasına sadiq köpək xilqqətli olmalıdırlr. Çünki bu rejim ancaq belə toplumu idarə edə bilər. Əli bəy qorxulu nümunədir.

http://azadliq.info/aktual/5046.html

Kateqoriyalar: haqqımda
  1. keskin zerbe
    İyul 8, 2012 tarixində, saat 8:15 səhər

    inqilab bu dunyada her kes ucun ebedi xosbextlik axtarir!!!

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: