Əsas səhifə > Yazılar, Əli Kərimli > Korrupsiya ilə mübarizə şousu

Korrupsiya ilə mübarizə şousu

Ölkədə rüşvət və korrupsiyanın tüğyan etməsinə görə İlham Əliyev özü məsuliyyət daşıyır

Misir, Tunis, inqilablarından sonra bütün fikir mərkəzləri çalışırlar ki, inqilabın gələcək trayektoriyasını cızsınlar. Hərə bir siyahı hazırlayır ki, filan ölkələrdə də inqilab gözlənilir. Necə müəyyənləşdirirlər bu ehtimal olunan ölkələri? Əlbəttə, ekspertlər ilk növbədə avtoritar rejimlərin idarə etdiyi ölkələrin içindən hansında digər şərtlərin də Tunis və Misirdəkinə bənzədiyini əsas götürürlər. Demək olar ki, belə siyahıların(Stratfort, Norveçin keçmiş baş naziri, rusiyalı və amerikalı ekspertlər və s.) hamısında Azərbaycan da var.

Amma şəxsən mənim üçün çox önəmlidir ki, İlham Əliyev də Azərbaycanı bu sırada görüb. Düzü onun belə operativ nəticə çıxardığını birinci dəfə görürdüm. Tunis inqilabından dərhal sonra, Misirdə inqilab hələ təzə başlamışdı ki, İlham Əliyev Azərbaycandakı vəziyyətin Tunis və Misirdə olan vəziyyətə çox yaxın olduğunu başa düşüb, elə Davosdan göstəriş verdi ki, korrupsiya mexanizmini müvəqqəti söndürün. Fasilə verin ki, xalqda düzələcəyimizə ümid yaradaq. Gələn siyasi sunamidən yayınaq, sonra yenə də «analoqu olmayan» inkişafla məşğul olarıq.

Korrupsiya ilə mübarizə aparan deyildilər, özlərini bir az da rüsvay etdilər. Hamısı etiraf etdi ki, bizim illər uzunu dediklərimiz doğru imiş, ölkədə korrupsiya tüğyan edirmiş. Etiraf etdilər ki, korrupsiya da tam mərkəzləşib və “vahid pəncərə” sisteminə keçib.

Dövlət başçısı bir sərəncamla on minlərlə məmurun rüşvət almasını müvəqqəti də olsa durdura bilirsə, deməli indiyə qədər rüşvət və korrupsiyanın tüğyan etməsinə görə də məsuliyyəti o daşıyır. Əgər onun razılığı olmayanda proses dayanırsa, deməli indiyə qədər korrupsiya onun razılığı ilə (ən azı) tüğyan edirmiş.

Hələ bir neçə il əvvəl İlham Əliyevin komandasında çox mühüm mövqe tutan bir vəzifəli şəxs özünü çirkin rüşvətxor adlandırmışdı. İndi nazirlər, digər vəzifəli şəxslər bir-birinin ardınca toplantı keçirib rəhbərlik etdikləri strukturlarda rüşvət və korrupsiyanın geniş yayılmasından elə ürəklə danışırlar ki, sanki olimpiya medalı qazanıblar. Bu saat yığışıb bunları təltif edəcəyik.

Məgər siz, sizin hökumət olmayıbmı korrupsiya və rüşvəti çiçəkləndirən? Məgər sizlər deyildiniz 17 ildir ölkədə idarəetmə prinsipinə çevirdiyiniz korrupsiya və rüşvətə görə də utanmadan bu xalqı ittiham edən? Siz demirdinizmi ki, rüşvət və korrupsiya guya bizim mentalitetimizlə bağlıdır, sizin oğurluq etdiyinizə görə də guya bu soyulan, əzilən millət günahkardır?

İndi özünüz də etiraf edirsiniz ki, korrupsiyaya, rüşvətə, oğurluğa, harama aludəçilik heç də sizin damarlarınızda axan qanla, əmdiyiniz südlə bağlı deyilmiş. Sadəcə, indiyə qədər məmurlara deyilirdi ki, al, çoxunu ötür yuxarı, hansısa faizi də özünə saxlaya bilərsən. Məmur deyirdi baş üstə. İndi məmura dedilər ki, vəziyyətimiz yaxşı deyil, bir müddət almayacağıq, fasilə elan edirik. Almayın, yuxarı da ötürməyin. Məmur yenə dedi baş üstə.

Bəli, biz görürük ki, aşağı ranqlı məmurların rüşvət alma halları ciddi şəkildə azalıb. Amma bağışlayın, buna görə sizə çox sağ ol demək fikrində deyilik.

Bəs iri korrupsiya layihələri nə olsun?

Hər il büdcə xərclərinini 4 milyarda qədəri investisiya xərcləri adı altında real tenderlər keçirilmədən, hökumətə yaxın şirkətlər vasitəsilə reallaşdırılır. Son illərdə ən irimiqyaslı talanlar məhz büdcə vəsaitlərinin istifadəsi zamanı baş verir. Təəssüf ki, bu sahədə heç bir dəyişiklik yoxdur. Hanı rəqabət mühiti? Hökumətlə ya qohumluq, ya da şəriklik münasibəti olmayan hansısa iş adamının hər hansı böyük layihəni reallaşdırdığını görən oldumu bu ölkədə?

Korrupsiyanın ölkə iqtisadiyyatına və əhalinin həyat səviyyəsinə daha çox ziyan vurduğu digər sahə idxal və ixrac əməliyyatları üzərindəki inhisardır. Heç kimə sir deyil ki, iqtisadiyyatın mühüm sahələri ya hökumət ya da ailə üzvlərinin inhisarındadır. Sadə insanlar bu sahələrə müdaxilə edə bilməz. Günü –gündən qiymətlərin artması da, yerli istehsalın məhv olması da, orta təbəqənin formalaşa bilməməsi də bu inhisar səbəbindəndir. Hansısa sahədə o sahəyə nəzarət edən oliqarxın inhisarının ləğv olunduğunu eşitmisinizmi?

Hakimiyyətdəkilərin rüşvət və korrupsiya yolu ilə iri pullar qazandığı başqa bir sahə tikinti sektorudur. Mütəxəsislərin hesablamasına görə bu sahədə rüşvət ləğv olunsaydı mənzillərin qiyməti 40% aşağı düşərdi. Bu sahədə də köhnə qaydalar davam edir. Rüşvət vermədən Bakı şəhərində hansısa yeni binanın tikintisinə və ya tikilmiş binanın dövlət komissiyası tərəfindən qəbul olunmasına razılıq veriləcəyini təsəvvür edə bilirsiniz?

Amma bunlardan da aktual sual var. Bu “antikorrupsiya” tədbirlərini korrupsiya piramidasının başında duranlar həyata keçirir. Cənablar, bəs 17 ildə çapıb-taladığınız milyardlar nə olsun? Kim sizə deyib ki, 17 ildə millətin canından çıxardığınız 10-larla milyard xalq malını bu xalq sizə bağışlayacaq? Hiyləgərlər, çox ucuz adlatmaq istəyirsiz.

Yalnız aşağıdakı şərtlər mövcud olduqda, korrupsiya ilə real mübarizə aparıb, onu məğlub etmək olar.

1. Ölkənin prezidenti, onun yaxın ətrafı, nazirlər və ölkə miqyaslı digər vəzifəli şəxslər özləri gərək rüşvətxor və korrupsioner olmasın…

2. Hakimiyyətin bütün qolları seçki yolu ilə formalaşdırılmalıdır. Hər bir siyasətçinin siyasi karyerası birbaşa ictimai rəydən, vətəndaşların səsindən asılı olmalıdır.

3. Korrupsiya da, rüşvət də ilk növbədə ciddi qanun pozuntusu- cinayətdir. Bu kimi işlərdə son söz məhkəmənindir. Ölkədə müstəqil və peşəkar məhkəmə formalaşdırılmalıdır.

4. İctimai nəzarət olmadan korrupsiyanı məğlub etmək olmaz. Yalnız azad mətbuatın, söz və ifadə azadlığının maneəsiz inkişafı şəraitində korrupsiya ilə mübarizəyə xalq da qoşula bilər.

Azərbaycanda bu şərtlərin olmadığını hamı bilir. Ona görə də indi korrupsiya ilə mübarizə aparılmır. Mübarizə imitasiyası yaradılır. Ölkənin həm iqtisadi, həm də siyasi həyatı oliqarxların nəzarətində qalmaqda davam edir. Xalqın qəzəbini soyutmaq, ölkənin başı üzərində dolaşan inqilab kabusundan xilas olmaq üçün hər bir sahənin baş korrupsionerinə tapşırılıb ki, tabeliyində olanlardan 5-6 nəfər “günah keçisi” tapıb cəzalandırsınlar.

İndi gördüyümüz korrupsiya ilə mübarizə deyil. Korrupsionerlərin pəhriz saxlamasıdır. Daha uzun müddətə iş başında qalmaq, yediklərinin dadını çıxarmaq üçün fasilə elan ediblər, pəhrizdədirlər. Qorxuları keçən kimi yenidən başlayacaqlar. Amma korrupsiyanı məğlub etmək olar və edəcəyik. Gürcüstanda və digər ölkələrdə olduğu kimi, biz də buna nail olacağıq. Ölkədə köklü dəyişikliklərə nail olduqdan sonra.

Kateqoriyalar: Yazılar, Əli Kərimli
  1. Təzəxan Mirələmli
    Mart 1, 2011 tarixində, saat 8:12 səhər

    Əli bəy, bütün bu deyilənlə tam raziyiq. Amma bu rejim 17 illik deyil. 1969 cu ildən Qəddafi rejimi ile yaşdas olan bir hakimiyyətdir.

  2. mehman
    Mart 1, 2011 tarixində, saat 11:33 səhər

    “Korrupsiya ilə mübarizə” guya ki, ərəb dərslərindən sığortalanmaq üçün atılan ən ucuz şoudur.Guya kim kimdir bilinmir.
    Əli bəy ,Sizin təhlillərinizlə tam razıyam və mülahizələrinizi tam dəstəkləyirəm

  3. Ceyda
    Mart 1, 2011 tarixində, saat 3:58 axşam

    Chox dogru yazilardir.Hami hokumetin chokmesini isteyir,amma bunu kiminse etmesini gozleyir.Deyende ki,niye mitinqlere chixmirsiz,axi bundan beteri ola bilmez,deyirler ki,qorxuruq,doyerler.Deyende ki,axi butun millet chixsa hamini doye bilmezler…Cavab verirler ki,onlar chox gucludurler,bir de kim olacaq prezident…Bele dushunceli insanlar, ne yaziq ki,choxdur.Insanlarimiz heqiqeten chox padshah sevendirler.Ve …tenbeldirler.Elbette ki,istisnalar yox deyil.

  4. Mehemmed
    Mart 2, 2011 tarixində, saat 8:55 səhər

    Hokumetin bu antikorrupsiya komapniyasi kommunal seviyyede olan kompaniyadir.Bize sistemde kadinal deyishkilik etmek gucunde olan antikorrupsiya tedbirleri lazimdir.
    Bunu ise ede bilmez,chunki,bu sistemin bohrana dushmesi ile neticelene biler.

  5. namiq shemkirli
    Mart 2, 2011 tarixində, saat 7:58 axşam

    Azerbaycanda dogurdan da analoqu olmayan hakimiyyet var. Bunlar butun dunyani buruyen inqilablardan da analoqu olmayan islahat shousu ile qurtulmaq isteyirler. Bashqa avtoritarlar hokumetleri istefaya gonderir, ciddi siyasi islhatlara start verir, muxalifetle, cemiyyetle real dialoq qurub ictimiyyetle hesablashir. Bunlar da 5-3 siravi komrukchu tutmaqla xalqin bashini piylemek isteyirler. Ayilin! Dunya artiq deyishdi. Bu dunya artiq evvelki kimi olmayacaq. Bitdi! Ne qeder tez ayilsaniz ve heqiqi islatlara tez bashlasaniz sizin uchun o qeder yaxshidir. Bele gulmeli “tryuklarla” xalqi aldada bilmezsiniz. Olsa-olsa ozunuzu aldadacaqsiniz.

  6. Kamal
    Mart 2, 2011 tarixində, saat 9:35 axşam

    Indiki veziyyetde Azerbaycanda rushvetin yigishdirilmasinin kasiblara daha chox zereri var.Chunki boyuk adamlar indiye qeder yigdiqlariyla bundan sonra da yashaya bilerler.Amma dovlet ishinde ishleyen kichik vezifeli adamin maashi komunal xercleri chetinlikle odeyir.Rushvet almasa gerek ayaqlarini uzadib olsun.Bir de Eli bey siz taninmish adamsiniz sizin hebs olunmaginiz ses-kuy yarada biler,bu sizi az da olsa sigortalayir.Amma biz sesimizi chixarsaq elli-ayagli gederik.Nezere alin ve buna gore xalqi qinamayin.

  7. Mart 3, 2011 tarixində, saat 9:48 axşam

    Əli bəy, diqqətlə prosesləri müşahidə edib belə bir nəticəyə gəlirəm ki, Müsavat Partiyası yenə də həlledici anda siçan-pişik oyununa başlayır. Bu işdə onlara prüzident aparatının orqanı olan Müsavat qəzeti yardım edir. Artıq neçənci dəfədir oxuyuram ki, guya Müsavat Azərbaycanda olan əsas və ana müxalifət partiyasıdır. Bu texnologiyaların hara ünvanlandığı məlumdur. Ona görə də daha diqqətli olmaq lazımdır. Onlar son anda yenə də xəyanət edəcəklər.

  8. Mart 5, 2011 tarixində, saat 5:36 səhər

    Hörmətli, Əli bəy!
    İnanın ki, millətin btün fəal qeyrətli insanları sizinlədir!
    Siz fəalsınız bizlər-millət fəal deyilik.milləti fəallaşdırmaq lazımdır!
    bilmirəm hansı yolla, amma lazımdır! O zaman Azərbaycanın indiki lideri Əli bəyin arxasıyla hamı gələcək və korrupsioner və atqın sülaləni rəhbərlikdən siləcək!
    Şəxsən mən buna əminəm!
    Sizə ugurlar və mətin olmanızı allahdan arzu edirəm!
    Allah və millət yardımçınız olsun!

  9. Mart 5, 2011 tarixində, saat 5:48 səhər

    Emilxan beyin şərhində həqiqət var.

    İsa bəyə müraciət edirəm,
    Hörmətli İsa bəy! Siz ömrününüzü millətin azadlıgına həsr etmiş insansınız, buna şübhəm yoxdur, ama qəzetinizi və bəzi danışıqlarınızı analiz edərkən şübhə doguran məqamlara rastlamaq olur. Əminəm ki, siz də bunları bilirsiniz. İçərinizə sızmış hökümət agentlərindən sürətlə qurtulmaginizı arzu edirəm.Azərbaycanın bu günündə Əli bəylə birlikdə addımlamanız millətimizçün vacibdir! və hər iki lider bunu çox gözəl bilir! bir də fikrimi söyləmək istəyirəm,
    Əliyevlərin qulu olmuş psevdomüxalifətin maskalarını yürtmaq vacibdir!

  10. Mart 7, 2011 tarixində, saat 9:30 səhər

    Salam cənab prezident İlham Əliyev.Mən Qarabag əlili sizə Tər-tər keçmiş icra başçısı Vidadi İsayevin iyrənc əməllərindən sizə yeddi
    ildir yazıram şikayətimə baxmırsınız bu məişət pozqunu şərəfsizi
    rüşvətxorun yekəsini siz aparıb Bərdə rayonuna icra başçısı qoyursunuz
    budur sizin karupsiyaya qarşı mübarizənizin nəticəsi siz belə mübarizə aparırsınız.Vidadi İsayev kimi şərəfsizi Tər-tərdən çıxarıb Bərdəyə qoyulması Tər-tər xalqını təhqir etdiniz Tər-tər Şəhidlərini Qarabag əlilərini təhqir etdiniz cənab prezident.V.İsayev Qarabag əlilindən 3-otaga 15-min manat alıb verəndə əlilə 2-otaq verib Qarabag əlili şikayət edib belə çox əlil şikayət edib. Elə əlil var 10-min alıb 2-otaga lakin 1-otaq verib.keçmiş rəyis Nofəl Məhərrəmom Tər-tərdə tikdirdiyi villanı 150.000-manata satıb icra aparatında işləyənin birisinə.V.İsayev binanın gidrafon su matorunu yeyib matorun qiyməti 1480-manatdır lakin əlilər şəhid ailəsi pul yıgdı mator və
    800-metir turba aldı binaya su çəkdilər buna görə V.İsayevin vəzifəsini böyütdünüz cənab prezident azərbaycanda v.isayevin əmələrindən yazmayan qəzet yoxdur bunu görən rüşvətxor
    məmurlar dahada ruhlanır Alaha and olsun. Mən sizə yazmışdım mənə verilən ev bərbad haldadır evin içində bir qaz piltəsi qoyublar oda qırıqdır qaz idarəsinin əməkdaşları qazın yandırdılar yanmadı dedilər bu xarabdır sənə təzə qaz piltəsi versinlər.cənab prezident mənim evimi təmir eləmədilər axı arxitektor dediki prezident desə remont edəcəyik. cənab prezident siz televiziya çıxışlarında xalqa müraciyət etdinizki karupsiyaya qarşı mübarizədə mənə xəbər verin kömək edin ona görə sizə təzə xəbər verim Vidadiİsayev Bərdiyə gedəndə mavinindən tutmuş idarə müdürlərinə kimi hamısına pul atıb gedib bu xəbər sizə kömək deyilmi.06-03-2011.cənab prezident azərbaycanda Qarabag müharibəsi zamanı qəhraman adı alan yeganə Tər-tər rayonunu təhqir etdiniz unutmayın bunu sizə tərtər çəhidlərinin ruhu və ALLAH bagıçlamayacaq. Mən bu cümləni sizə göz yaşlarımla yazmışam Allah haqqı.
    ———————————————————————————–
    salam Əli Kərimli mən birinci dəfədir sizin bloga təsadüfən daxil olmuşam
    mən prezidentə göndərdiyim bu məktubu sizin ünvanınıza göndərə bilmədiyim üçün rəy yazılan ünvana göndərdim mənim telefonum 050-3183886

  11. Mart 12, 2011 tarixində, saat 7:59 səhər

    Korrupsiya və rüşvət iqtidarı içindən yeyir. Bu cür davam edəcəyi halda, iqtidar gövdəsini qurd yemiş ağac kimi, xəfif bir küləkdən belə yıxılacaq. Olmaz, bu qədər ədalətsizlik. Xalq ciddi, köklü dəyişikliklər istəyir. Aparılan mübarizənin işartıları var, amma bu dəryada damladır. Xalqın oğurlanmış pulları ilə tikilən on minlərlə məmur villaları xalqın gözünüü qamaşdırır. Onların hansı pullarla tikildiyi soruşulmayınca və xalqa hesab verilməyincə, inam yaratmaq mümkün olmayacaq. Yüzlərlə seçki hüququ pozulan və parlamentə saxta yolla seçilənlər həqiqi seçilənlərin yerində oturduqca, ədalət bərpa olunmayacaq.

  12. Mart 16, 2011 tarixində, saat 10:13 axşam

    BAĞLANILMIŞ BEYNƏLXALQ UNİVERSİTETİN TƏLƏBƏLƏRİ ETİRAZ AKSİYALARINA BAŞLAYACAQLARINI BİLDİRİR 6000 TƏLƏBƏ

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: