Əsas səhifə > Yazılar, Əli Kərimli > Gəncliklə savaşanların məğlubiyyəti labüddür

Gəncliklə savaşanların məğlubiyyəti labüddür

İndiki ədalətsizliyə, hüquqsuzluğa, korrupsiyaya, dinc etirazlar etmək, azadlıq, köklü dəyişiklik tələbi gənclərimizin haqqıdır

Aparılan siyasət hər gün narazılar ordusunu genişləndirir. İntihara məcbur edilən şəkili iş adamının, Goranboyda tələb olunan rüşvəti verə bilmədiyindən intihar etmiş keçmiş baş həkimin, Masallıda kütləvi şəkildə istefa vermiş həkimlərin və daha nə qədər insanın zərər çəkdiyi hadisələr hökumətin «antikorrupsiya» kampaniyasının saxta olduğunu sübut etdi. Xalqın gözünə kül üfürmək üçün düşünülmüş kampaniya bumeranq kimi hökumətin özünü vurmaqdadır. Xalqdan oğurladıqları milyardları daha da artıran «antikorrupsiyaçıların» korrupsiya ilə mübarizəni kiçik və orta çaplı məmurlardan başlaması dünənə qədər can-dildən böyük oğrulara xidmət etmiş, seçki saxtakarlığının təmin edilməsində önəmli rol almış on minlərlə məmuru, büdcə təşkilatlarında çalışanları narazılar sırasına qoşmuşdur.

Heç kəs büdcədən maliyyələşən təşkilatlarda çalışanların, məmurların «rüşvət almaq» hüququnu tanımır.

Təbii ki, onlar da rüşvət almamalıdır. Amma burada nəzərə alınmalı iki məqam var. Əvvəla onlardan təmiz işləməyi tələb edənlər gərək özləri də qaz vurub qazan doldurmaqlarından qalsın. Onlar da təmiz işləsin ki, tabeliklərində olanlardan da bunu tələb etməyə mənəvi haqları olsun. İkincisi, “rüşvət alma” dediyin məmura gərək özünü və ailəsini dolandırmağa yetəcək qədər maaş da verəsən.

Mən bunlara Avropadan misal çəkməyi heç sevmirəm. Bunlar hara, Avropa təfəkkürü hara? Zatən hər gün əməlləri ilə deyirlər ki, bu ölkədəki idarəçilər Avropa dəyərlərindənsə, Qəzzafi, Mübarək, Bin Əli təfəkkürünə daha yaxındırlar.

Bunlar Rusiyanı təqlid etməyə çalışırlar. Mən də nümunəni Rusiyadan gətirəcəm. Rusiyada indi polisdə islahatlar aparmağa cəhd olunur. Elan ediblər ki, polis sistemində islahatın məqsədi polisin fəaliyytində peşəkarlığı artırmaq, rüşvətin qarşısını almaq və xalqda polisə güvən yaratmaqdır. Bilirsiniz nədən başlayırlar? Əvvəcə polisin əlindən dəyənəyi alırlar, bundan sonra Rusiya polisi hətta kütləvi aksiyalar zamanı da dəyənəkdən istifadə etməyəcək. Sonra da maaşlarını artırırlar. Rusiyada ən kiçik rütbəli polis zabitinin – leytenantın da maaşı 1500 dollardan artıq olacaq.

Hətta avtoritar üsulla idarə olunan Rusiyada da başa düşürlər ki, “rüşvət alma” dediyin məmura gərək normal maaş verəsən.

Hiss olunur ki, ərəb inqilablarından xeyli adam düzgün nəticə çıxarıb. İndi daha çox adam bu qənaətə gəlib ki, avtoritar rejim şəraitində bütün çarələri müxalifətdən gözləmək səhvdir. Müxalifətin də imkan və resursları məhduddur. Lazımdır ki, hüququ pozulan hər kəs özü şəxsən mübarizəyə qoşulsun. Bu baxımdan Sabirabad və Saatlıda Kür daşqınlarından əziyyət çəkmiş, haqqını bu gün də ala bilməmiş sadə insanların, Buzovnada, Tovuzda, Tərtərdə, Göyçayda və başqa bölgələrdə öz haqqını cəsarətlə tələb edən vətəndaşlarımızın aktiv mübarizəsi dəstəklənməlidir.

Müstəqil gənclərin 11 marta təyin etdiyi etiraz aksiyası hökumətin əsəblərini tarıma çəkib. Qorxduqları açıq-aşkar görünür. İstedadlı gənc Bəxtiyar Hacıyevin həbsi və ona olan qeyri-insani münasibət də, cəbhəçi gənclər Cabbar Savalan və Dəyanət Babayevin, musavatçı gənc Səxavət Soltanlının, Avropada təhsil almış müstəqil gənc Rəşadət Axundovun qurama ittihamlarla həbsi, ABŞ-da yaşayan azərbaycanlıların (ABAD) liderlərindən biri olan Elmar Şahtaxtinskiyə və Avropada yaşayan azərbaycanlı gənclərin liderlərindən olan Elnur Məcidli və Həbib Müntəzirə qarşı təşkil olunan iyrənc kampaniyalar da bu qorxu və panikanın etirafıdır.

Hökumət faktiki olaraq müstəqil düşüncəli, yüksək təhsilli bütün mütərəqqi gəncliyi özünə hətta rəqib də yox, düşmən saymağa başlayıb. Bununla da öz məğlubiyyətini labüdləşdirib. Bunlar hələ də anlamayıblar ki, gəncliyə qalib gəlmək, üstəlik, 21-ci əsrdə mümkün deyil.

Hökumətin gənclər siyasəti də iflasa uğrayıb. İnanırdılar ki, səviyyəsiz şoular və idman təbliğatı ilə gəncləri ciddi problemlər barədə düşüncələrdən uzaq tuta biləcəklər. İndi baxıb görürlər ki, ətraflarında bir qrup karyeristdən başqa kimsə qalmayıb. Sağçı, solçu, millətçi, dindar, partiyaçı və ya müstəqil olmasından asılı olmayaraq düşünə bilən gənclərin hamısı rejimə qarşı müxalifətdədir.

Hələ də etirazçı gənclik həbslərlə, bəzən döyülüb, təhqir olunmaqla sınağa çəkilir. Amma cəmiyyətdə rejimə münasibət o qədər neqativdir, indiki hakimiyyət o qədər qeyri-populyardır, inanıram ki, belə bir şəraitdə rejimi müdafiə edən azsaylı gənclər dəyişiklik uğrunda açıq mübarizə aparanlardan daha çox risq edirlər. Əksinə, mübarizə aparan gənclər çox tez bir zamanda xalq sevgisi ilə əhatə olunurlar.

Mürtəce qaydalarla barışmamaq, azadlıq və dəyişiklik uğrunda mübarizə aparmaq bilavasitə gəncliyin təbiəti ilə bağlıdır. 2005-ci ildə də belə olmuşdu. Həmin vaxt hökumətin əsas hədəfi o zamankı mübarizənin önündə olan «Yeni fikir» gənclər təşkilatı idi.

İndiki ədalətsizliyə, hüquqsuzluğa, korrupsiyaya, rüşvətə, neft pullarının mənimsənilməsinə dinc etirazlar etmək, azadlıq, köklü dəyişiklik tələb etmək gənclərimizin haqqıdır. Regionlarda əzilən insanların lokal etiraz aksiyaları, gənclərin müstəqil aksiya təşəbbüsləri bir tərəfdən hakimiyyətdən narazılığın əslində hər gün artdığını, narazıların yalnız rəsmi müxalifətçilərlə məhdudlaşmadığını göstərirsə, başqa tərəfdən ölkəmizi, köklü dəyişikliklər uğrunda ümumxalq mübarizəsinə günbəgün hazırlayır.

Sonda bir məsələyə də toxunmaq istəyirəm.

Bilirəm ki, hələ də toplum içində bu rejimə qulluq etməyə, rejimin buyruğu ilə hətta çox çirkin işləri görməyə hazır olan insanların mövcudluğu çoxumuzu üzür, dəhşətə gətirir. Əlbəttə, belələrini hər fürsətdə qınamaq, utanan üzləri varsa, utandırmaq lazımdır. Amma belələrini özünüzə dərd etməyin. Belələrinin varlığına görə bədbinliyə qapılmayın, millətimizdən küsməyin.

Öz xalqına tank və təyyarələrlə hücum edən vəhşi Qəzzafinin vətəndaşları üzərində hərbi qələbəsini bayram etməyə paytaxt meydanına çıxmış liviyalıları bu günlərdə televiziyalar göstərirdilər. Xeylisi sadə, kasıb adamlar idi. Dünya banklarında xalqdan oğurladığı 66 milyard dollarının üzərinə həbs qoyulmuş diktatorun tökdüyü qanlara sevinən zavallıları görəndə, bir neçə il əvvəl bizim ölkədə çox populyar olan «Allah mənim ömrümdən kəsib, onun ömrünə calasın» deyən sadəlövhləri xatırladım. Acıdım bu insanlara. Rejim bu insanları mənən şikəst edib. Avtoritar rejimlərlə həm də ona görə mübarizə aparmaq lazımdır ki, onlar yüz minləri, milyonları sındırıb mənən şikəst ediblər. Ona görə də bu yazını Elmarın şüarının bir qədər genişləndirilmiş variantı ilə yekunlaşdırıram.

Sizin, bizim və qüruru, şəxsiyyəti əlindən alınmış zavallıların azadlığı naminə.

Kateqoriyalar: Yazılar, Əli Kərimli
  1. Təzəxan Mirələmli
    Mart 9, 2011 tarixində, saat 6:05 səhər

    Hər birimiz gələcəyimiz naminə bu rejimə qaşi mubarizəyə hazir olmaliyiq!

  2. Nabatəli Qulamoğlu
    Mart 9, 2011 tarixində, saat 7:28 səhər

    ” Əlbəttə, belələrini hər fürsətdə qınamaq, utanan üzləri varsa, utandırmaq lazımdır. Amma belələrini özünüzə dərd etməyin”.
    Əli bəyin bu fikri üzərində xüsisilə dayanmaq istərdim. İnsanların böyük əksəriyyəti gözləmə mövqeyində olur. Yalnız az sayda “ağıldan bəlalar” sona qədər haqqın yanında olmağı özünə borc bilir. Fikrimcə, əsl siyasətçi sürüşkən mövqeli adamlardan istifadə edir və onlara görə millətdən incimir.

  3. araz
    Mart 9, 2011 tarixində, saat 9:05 səhər

    ELI BEYE ESQ OLSUN.BIZ GENCLER HER ZAMAN SIZIN YANINIZDAYIQ.HAMIMIZI TUTA BILMEZLER KI.BIZ ONLARDAN QAT QAT COXUQ VE BIZIM SIZIN KIMI LIDERLERIMIZ VAR.

  4. Semender
    Mart 9, 2011 tarixində, saat 11:06 səhər

    Salam. Men burdan demek isteyerdim ki Azerbaycanda el vurmadan kucelerde qirqinsiz bir mitinq kecirmeyin yollarini bilirem eger kimse buna wubhe edirse bunu isbatlaya bilerem.Her halda aqilli qerar vermek daha doqru addim olmuw olacaq.

  5. namiq shemkirli
    Mart 9, 2011 tarixində, saat 9:26 axşam

    Bir meseleni yada salaq: Hilari Klintonun Bakiya seferini. O, vetendash cemiyyeti temsilchilerinden yalniz genclerle gorusherek onlara ciddi desteyini numayish etdirdi. Bu cemiyyetin en aktiv tebeqesine-gencliye unvanlanmish chagrish idi. Dunyani ve olkeni deyishmeye olan chagrish. Gelin baxaq, bu deyishiklikler astanasinda quvveler nisbeti necedir? Bir terefde superguclerin de desteklediyi, edalete soykenen ve aktivleshen cemiyyet, diger terefde ise teklenmish, churumush, yalanlar uzerinde qurulmush ve fersiz rehberlerin elinde esir-yesir qalmish rejim. Bu qarshidurmanin neticesini gormek uchun zennimce o qeder de boyuk proqnozlashdirma qabiliyyetine ehtiyac yoxdur.

  6. Mart 9, 2011 tarixində, saat 9:31 axşam

    Əli bəy, bu dəyənək məsələsinə yaxşı toxundunuz. Bu lap biabırçılıqdır. Bir dəfə xaricdən gələn bir qonaq məndən polisin əlində nə üçün dəyənək olduğunu soruşmuşdu. Mən də dedim ki, onlar bununla adam döyürlər. O da niyə döyürlər deyib təəccüb etmişdi. Mənə elə gəlir ki, o dəyənəyi həmin o iri çinli məmurların başına çırpmaq lazımdır. İnşallah, onlara xalqın dəyənəyi dəyəcək!

  7. araz
    Mart 10, 2011 tarixində, saat 10:53 səhər

    ozleri Amerkanin ‘Rusiyanin tulasidirlar ve hetta xalqa ermeniden beter olmasada en az o qeder zulm edirler(menevi ve maddi )ama indi xalqa Amerika casusu adi verib qirmaq isteyirler.da bilmirler ki deyenekleri yetmez buna.bes mtn ve ramil usubov hara baxir.kime lazimdir quru asayis. ONCE YSAYIS,SONRA ASAYIS AY QANSIZLAR.HAMINIZ GOREN KORLARSINIZ.XALQ ACDIR AC .AMERIKANIN BURA NE DEXLI.HAMINIZ BU MILLETIN BIRINCI QENIMISINIZ.

  8. Ac Qurdlar
    Mart 11, 2011 tarixində, saat 7:55 axşam

    Evvela men de bunlara qatiliram. Robot kimi yasayiriq Azerbaycanimizda.
    Ve bir sualim olacaq.
    Hormetli Eli Kerimli bizim hakimiyyetdekilerle olan problerimizden cox Qarabag ve itirilmis torpaqlarimiz kimi boyuk problerimiz var. Indiki efel, xalqdan qorxan, rusvetxor vs hakimiyyet 20 % torpagimizin isgalina baxmayaraq `Deyme mene , deymiyim sene` yada `Mene deymeyen ilan 1000 il yasasin` en goz yasardani ise `Biz lAZIM gelerse torpaqlarimizi muharibe yoluyla azad etmeye haziriq` kimi zehniyyetle firladir. Sualim: eger hakimiyyete gelseniz veya dovletin idareciliyinde boyuk soz haqqiniz olsa bu meseleni nece hell ederdiniz?
    indiden tesekkur!

  9. Mart 12, 2011 tarixində, saat 7:50 səhər

    Tarix dəyərli və yaddaşı təzələyən bir müəllimdir. O müəllim bizə öyrədib ki, doğurdan da gənclirlə savaşanlar məğlub olublar. Gənclik niyə etiraz edir? Demək ki, ölkədə ədalətsizlik, qanunsuzluq var. Gənclərlə mübarizə aparmaqdansa, YAP iqtidarı ölkədə tüğyan edən korrupsiyanın və sadə vətəndaşların cibindən oğurlanan milyardların qeydinə qalsın. Bir-iki nəfər kiçik məmuru bəbs etməklə nəsə düzələcəkmi? Xeyr!

  10. Mart 16, 2011 tarixində, saat 9:49 axşam

    Bağlanmış BEYNƏLXALQ UNİVERSİTETİN TƏLƏBƏLƏRİ ETİRAZ AKSİYALARINA BAŞLAYACAQLARINI BİLDİRİR 6000 TƏLƏBƏ VƏ DİPLOM ALA BİLMƏYƏNLƏR

  11. Aprel 9, 2011 tarixində, saat 2:04 axşam

    Salam hörmətli AXCP sədr Əli bəy Kərimli biz şəxsən Sizin və partiyanızın pərəstişkarınızıq. Fəaliyyətinizi yüksək qiymətləndiririk. Həyatınız üçün narahatlıq keçiririk. Ancaq bir şeyi unutmayın ki nə Qərb ölkələri nə də Amerika- bu demokratiya pərdəsi altında gizlənmiş hiyləgərlər heç vaxt ölkəyə xalqını , vətənini sevən onun mənafeyini qoruyan vətənpərvər , millətsevər bir şəxsin hakimmyətə gəlməsinə razı olmazlar. Onlar tarixən hakimiyyətə elə adamalrı gətiriblər ki həmin şəxslər ancaq onlara qulluq etsin. Rəsulzadənin , İmam Mustafayevin, Mirzə İbrahimovun və xalqın bütün varlıgı ilı sevdiyi Əbülfəz Elçibəyi xatırlayın!! Sizə mübarizənizdə ugurlar arzulayırıq!! Biz Sizinləyik!!!!

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: