Əsas səhifə > Müsahibələr, Əli Kərimli > Azadlıq qəzetinə müsahibəm

Azadlıq qəzetinə müsahibəm

AXCP sədri Əliyevin bayraq səhvinə qiymət verdi

“Oxşar situasiya ilə qarşılaşsaydım dərhal etiraz edər, səhvin düzəldilməsinə nail olardım”

«İştirakımla olan tədbirdə belə hal gözümdən yayınmaz»

İlham Əliyevin Brüsselə səfəri zamanı keçirdiyi görüşlərdə əsas vurğulanan məqam bundan ibarət oldu ki, Azərbaycanla Avropa Birliyinin əməkdaşlığının gələcəyi daha çox rəsmi Bakıdan asılıdır. Joze Manuel Barrozo ilə görüşü zamanı Əliyevin diqqətinə çatdırılıb ki, sərbəst toplaşmaq, söz və mətbuat azadlığının təmini qarşılıqlı münasibətlərdə fövqəladə dərəcədə əhəmiyyətlidir. AXCP sədri Əli Kərimlinin fikrincə, ölkədə fundamental azadlıqların təmin olunmasının zəruriliyi barədə Qərbdən ən yüksək səviyyədə bəyanatların verilməsi Azərbaycan hökumətinə çox aydın bir siqnaldır:

– Son vaxtlar həm Avropa Birliyinin, həm də ABŞ-ın Azərbaycanla bağlı siyasətlərində dəyərlərə və prinsiplərə önəm daha da artırılır. Artıq neçənci dəfədir ki, Avropa Birliyi rəsmiləri tərəfindən birmənalı şəkildə demokratiya və insan haqlarına münasibətin Avropa-Azərbaycan əlaqələrində ciddi məsələ kimi qeyd olunur. Bundan əvvəl Avropa Birliyi parlament səviyyəsində xüsusi qətnamə qəbul edərək, Azərbaycandan əsas azadlıqların təmin olunmasını tələb etmişdi. Bu fikirlərin ən yüksək səviyyədə bəyan olunması Azərbaycan hökumətinə çox aydın bir siqnaldır. Bu o, deməkdir ki, azad dünya bundan sonra hüquq və azadlıqların məhdudlaşdırılmasına dözmək fikrində deyil, Azərbaycan tezliklə bu problemləri həll etməlidir.

– Əliyevin Brüsselə səfəri zamanı diqqəti çəkən daha bir məqam Azərbaycan bayrağına qarşı edilən hörmətsizlik idi. Sizcə, buna görə məsuliyyət kimin üzərinə düşür?

– Artıq neçənci dəfədir ki, beynəlxalq tədbirlərdə Azərbaycanın bayrağını tərs asırlar, ona hörmətsiz münasibət sərgiləyirlər. Düşünürəm ki, axı təsadüflər təkrarlanmalı deyil. Bu, onun göstəricisidir ki, Azərbaycanda bu gün hakimiyyətdə olan təbəqə bütövlükdə o bayrağın ərsəyə gəlməsindən, bayraq uğrunda mübarizədən kənarda olmuş insanlardır. Onlar nə o bayrağın mənasını bilirlər, nə də bayrağa xüsusi sevgiləri var. Bu üzdən onlar tez-tez belə səhvlərə yol verirlər. Bayrağı sevən, onun uğrunda mübarizə aparan, sovet hakimiyyəti ilə həmin bayrağa görə svaşan insanlar heç vaxt belə səhvə yol verməzdilər.

– Siz, bayrağımıza qarşı münasibətdə oxşar situasiya ilə rastlaşsaydınız, hansı addımı atardınız?

– Mənim iştirakımla olan tədbirlərdə belə hallar gözümdən yayınmaz. Azərbaycanın milli bayrağına, himninə hörmət bizim üçün ən ali dəyərdir. Biz istənilən auditoriyada Azərbaycanın bayrağına, himninə olan hər hansı hörmətsiz münasibətə dərhal etiraz edər, o səhvin düzəldilməsinə nail olardıq.

Kateqoriyalar: Müsahibələr, Əli Kərimli
  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: