Əsas səhifə > Müsahibələr, Əli Kərimli > “Bu qanun yalnız Türkiyəni hədəf seçməyib”

“Bu qanun yalnız Türkiyəni hədəf seçməyib”

“Fransa hakimiyyəti seçki maraqlarına görə bütövlükdə Avropa dəyərlərinə yaraşamayan hərəkətdən çəkinməlidir”

“Bu qanun yalnız Fransa-Türkiyə münasibətlərinə kölgə salmır və yalnız qardaş ölkə hədəf seçilməyib. Bu, eyni zamanda ümumbəşəri dəyərləri hədəf seçən qanundur”. Bu sözləri “Azadlıq”a AXCP sədri Əli Kərimli Fransa parlamentinin “erməni soyqırımı”nın inkar edilməsinin cinayət sayılmasını nəzərdə tutan qanun layihəsini qəbul etməsinə münasibət bildirərkən deyib.

Əli Kərimli bildirib ki, bu qanunla  Avropa konvensiyalarında təminat verilən ifadə azadlığı prinsipi kobud şəkildə məhdudlaşdırılır: “Bütövlükdə bu qanun Avropa məkanında ifadə azadlığı baxımından yaradılan olduqca neqativ bir presedentdir. Hesab edirəm ki, bu qanuna nəinki Türkiyə, Azərbaycan hökumətləri və cəmiyyətləri, o cümlədən Avropa strukturları və Fransanın vətəndaş cəmiyyəti də etiraz etməlidir. Heç şübhəsiz ki, bu qanun Senat tərəfindən təsdiqlənərsə, Fransanın özü üçün də müəyyən fəsadlar yaradacaq”.
AXCP sədrinin fikrincə, Azərbaycan bu addımı birmənalı olaraq pisləməlidir: “Həm hökumət, həm də bütövlükdə cəmiyyət bu qanuna etiraz etməlidir. Azərbaycan və Türkiyə təkcə dost qardaş deyillər, həm də strateji mütəffiqdirlər. Belə məqamlarda strateji əməkdaşlıq şurası toplanmalı, birlikdə elə tədbirlər nəzərə alınmalıdır ki, Fransa parlamentinin yuxarı palatası – Senat əmin olsun ki, bu səhvi düzəltmək Fransanın milli maraqlarına uyğundur. Bu qanun yalnız türkləri, azərbaycanlıları aşağılamayacaq. Eyni zamanda Fransanın iqtisadi, siyasi, geopolitik maraqlarına da zərbə vurmuş olacaq. Buna Fransa Senatını inandırmaqdan ötrü təcili olaraq, heç bir tərəddüd etmədən Türkiyə və Azərbaycan hakimiyyətləri birlikdə, koordinasiya olunmuş şəkildə qəti addımlar atmalıdırlar. Eyni zamanda demokratik Avropa ictimaiyyəti, Fransa ictimaiyyəti, dünya azad mətbuatı və dünya qeyri-hökumət təşkilatları şəbəkəsi ilə məqsədyönlü iş aparılmalıdır. Fransa hakimiyyəti seçki maraqlarına görə bütövlükdə Avropaya, Avropa dəyərlərinə yaraşamayan belə hərəkətdən çəkinməlidir”.

Kateqoriyalar: Müsahibələr, Əli Kərimli
  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: