Əsas səhifə > Əli Kərimli > Belə təxribatlar bizi mübarizəmizdən çəkindirə bilməz

Belə təxribatlar bizi mübarizəmizdən çəkindirə bilməz

ali kerimli-26may-polisƏli Kərimliyə təxribatın yeni dalğası 

AXCP sədrini həbs cəhdi dipkorpus və ictimaiyyəti ayağa qaldrdı; AB deputatı onun evinə gəldi; Hakimiyyətin planı pozuldu  

Reuters, Associated Press başda olmaqla dünya media nəhəngləri onu polisə, sonra da evinə müşaiyət etdi; evində ondan müsahibələr aldılar

( “Azadlıq” qəzetinin reportajı)

Mayın 26-da səhər saatlarında xəbər yayıldı ki, mülki geyimdə olan bir neçə polis AXCP sədri Əli Kərimlinin evinə basqın edərək onu həbs etmək istəyiblər. Məlumatı eşidən kimi olay yerinə, AXCP sədrinin Nəsimi rayonunda yerləşən mənzilinə getdik. Biz ora çatana qədər artıq partiya rəhbərliyində təmsil olunan şəxslər və fəallar, eləcə də yerli və xarici jurnalistlər, diplomatik korpusun nümayəndələri binanın qarşısına toplaşmışdı.

“Baş verən bu hadisələr cəngəllik qanunlarından xəbər verir”

Əli Kərimli jurnalistlərin qarşısına çıxaraq ölkədə böyük rezonans doğuran hadisənin təfərrüatlarını açıqladı. O bildirdi ki, baş verənlər heç bir əndazəyə sığmır: “Bilirsiniz ki, mayın 25-də evimin qarşısında yaramaz bir aksiya oldu, ağıllarına gələn hər şeydə məni ittiham etdilər. Buna hüquq-mühafizə orqanları da şərait yaratdı. Ancaq məsələ bununla qurtarmadı. Mayın 26-da gecə 1 radələrində mülki geyimli idmançı görkəmli beş nəfər qapımı döyməyə başladılar. Proses təxminən bir saata yaxın davam etdi. Təbii ki, mən tanımadığım mülki geyimli adamlara qapını açmadım. Onlar saat 1-dən sonra aşağı düşdülər. Aşağıda fırlandılar, telefonla zəng etdilər. Haradasa 3-ə qədər həyətdə oldular. Saat 3-dən 8-ə qədər sakitçilik oldu. Saat 8-də başqa mülki geyimli adamlar gəldi və onlarda axşamki kimi qapını aramsız döyməyə başladılar. Yarım saat da bu proses davam etdi. Yenə qapını açmadım, mətbuata və hüquq müdafiəçilərinə bu barədə məlumat verdim”.

AXCP sədri bütün bu olayların hakimiyyət tərəfindən təşkil olunduğunu dedi: “Axşam israrla, az qala qapını sındıracaqmış kimi döyən adamın şəklini müxtəlif KIV-lərdə aksiya zamanı görmüşəm. Ya o polisdi, ya da mülkü geyimdə polisə kömək edən adamdı. Bu bir daha məndə əminlik yaradır ki, baş verənlər evimin qarşısında keçirilən aksiya ilə vahid bir şəbəkədi.
Ümumiyyətlə, hökumət mənə qarşı yeni bir kampaniya başlayıb. Bu siyasi fəaliyyətimə olan təzyiqdir, bu ailəmə olan təzyiqdir. Dəfələrlə müraciət etmişəm ki, mənimlə bağlı nə sualınız varsa, hazıram. Amma niyə mənim yaxınlarıma qarşı mənəvi terror həyata keçirirlər? Baş verənləri də mənəvi terrorun davamı hesab edirəm. Mən bunu Avropa Şurasına üzv olmuş, Şərqi Avropa statusu almış ölkəyə heç yaraşdırmıram. Baş verən hadisələr cəngəllik qanunlarından xəbər verir. Ölkədə rəsmən Şimali Koreya kimi birpartiyalı sistem qurmaq istəyirlərsə, bunu açıq desinlər. Biz sivil mübarizə tərəfdarıyıq, müxalifət olaraq öz vəzifəmizi yerinə yetirir, hökuməti normal, sivil qaydada tənqid edirik. Buna görə müxalifət liderləri mənəvi terrora məruz qalmalıdır? Buna qəti etirazımı bildirirəm. Bunu AXCP-yə, müxalifətə qarşı təzyiq hesab edirəm”.

Əli Kərimli polisə hansı səbəbdən çağırılması barədə danışarkən heç bir yerdə qanun pozuntusuna yol vermədiyini bildirdi: “Ancaq nə quraşdırmaq istəyirlər, nə bəhanə tapmaq istəyirlər bu artıq onların işidir. Evimin qarşısında mitinq keçirmək artıq ənənə halını alıb. Azərbaycan hökuməti yalnız bir yerdə – evimin qarşısında mitinq keçirmək imkan yaradır. Burada sərbəst şəkildə, nəinki sərbəst şəkildə, hətta hüquq-mühafizə orqanlarının əməkdaşlarının himayəsi altında aksiyanı keçirirlər. Bunların hamısı dövlət səviyyəsində baş tutur”.

Polislər və mülki geyimlilər hirsləndi

AXCP sədrinin evinə ikinci basqından təxminən 1 saat sonra Bakı Şəhər Baş Polis Idarəsinin (BŞBPI) bir neçə əməkdaşı mənzilinə gələrək ona bildiriş veriblər. Bildirişdə BŞBPI-nin Istintaq və Təhqiqat Idarəsinin baş müstəntiqi, polis mayoru Ismayıl Əliyevin imzası vardı və orada qeyd edilirdi ki, saat 11:00-da Əli Kərimli idarədə olsun. Ancaq Əli Kərimlinin BŞBPI-yə çağırılmasının səbəbləri nə bildirişdə, nə də şifahi açıqlanıb.
Hadisə baş verən andan binanın qarşısında qara rəngli xarici avtomobilin içərisində beş nəfər mülki geyimli şəxs əraziyə gəlib-gedənlərə nəzarət edirdilər.
Yerli jurnalistlər, hüquq müdafiəçiləri və partiya fəlları ilə yanaşı ABŞ-ın “Associatied Press” agentliyinin, Almaniyanın ARD telekanalının, “Bild” qəzetinin, Ingiltərənin “Röyters” agentliyinin, Finlandiyanın “Helsinki sanomat” qəzetinin əməkdaşları, ATƏT, Fransa və Norveç səfirliklərinin nümayəndələri də Əli Kərimlinin ardınca  BŞBPI-nə yollandılar.
Polis idarəsinə AXCP sədri ilə yanaşı Fəxrəddin Mehdiyev də daxil oldu. Vəkil Mənsum Bayramovun orderi olmadığı üçün içəri buraxmadılar. Yalnız orderi olacağı təqdirdə içəri burazılacağı bildirild. Vəkil ondan tələb edilən sənədi gətirsə də, polislər yenə bəhanə uyduraraq onu içəri buraxmadılar.

Idarənin önündə çoxlu sayda jurnalist və partiya fəalını görən polis və mülki geyimli şəxslər bunu həzm edə bilmədilər və insanların ərazidən uzaqlaşdırılmasını istədilər. Bunun mümkün olmadığını gördükdə ərazidə var-gəl edərək idarənin önünə toplaşanların gizlincə şəkillərini çəkməyə başladılar.
AXCP sədrinin arxasınca, ona dəstək verməyə gələn insanların  sayının durmadan artdığını görən polislər qıcıqlanmağa başladı. Onlar BŞBPI-də xidmətçi işləyən, idarənin binasıyla üzbəüz iki mərtəbəli uçuq binada yaşayan xanımı təlimatlandıraraq camaatın üstünə göndərdilər. Qadın yüksək səslə bura toplaşanların onun gediş-gəlişinə mane olduğunu söylədi. Ancaq az sonra onun kimliyi bəlli olanda polisin bu fəndi də işə yaramadı.
Vəziyyət getdikcə polis üçün “kritik həddə” çatırdı. Çünki heç bir vəchlə idarənin qarşısına toplaşanları uzaqlaşdırmaq mümkün deyildi. Əli Kərimli isə artıq 3 saat idi ki, idarədə izahat verirdi. Özündə “güc toparlayan” polislər jurnalistləri və fəalları ərazidən uzaqlaşdıraraq yola çıxartdılar. Bu isə əks-effekt verdi. Yoldan ötənlər bu qədər insanın niyə toplaşması ilə maraqlanmağa başladı.

DIN-in izahatı və “Əli bəy, biz sizinlə qürur duyuruq”

Biz idarə önündə olanda Daxili Işlər Nazirliyi Əli Kərimlinin evinə basqınla bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov APA-nın sorğusuna cavab olaraq bildirib ki, mayın 25-də şəhərin mərkəzində, Milli Parka yaxın ərazidə ictimai qaydanı və asayişi kobud şəkildə pozmağa cəhd edən və polis tərəfindən saxlanılan şəxslərdən bir neçəsi öz izahatlarında onları bu işə AXCP sədrinin təhrik etdiyini bildirib: “Buna görə Əli Kərimlinin özünün də polisə çağırılaraq izahat verməsi zərurəti yaranıb. Əli Kərimli telefon zənglərinə cavab vermədiyinə görə, iki polis əməkdaşı axşam saatlarında onun yaşadığı ünvana gedərək çağırış vərəqəsi təqdim etmək istəyib. Lakin mənzilin qapısını heç kim açmayıb. Mayın 26-da səhər saatlarında iki polis əməkdaşı yenidən bir neçə dəfə həmin ünvana baş çəkib, nəhayət saat 09.40 radələrində çağırış vərəqəsini ona təqdim ediblər”.
Təxminən 4 saatlıq dindirmədən sonra Əli Kərimli sərbəst buraxıldı. Jurnalistlər ondan açıqlama almaq istəyəndə polislər buna imkan vermədilər. Bu halda isə ərazini fəalların “Əli bəy, Əli bəy”, “Əli bəy, biz sizinlə qürur duyuruq” şüarları bürüdü. Fəallar bu şüarları səsləndirə-səsləndirə  yenidən Əli Kərimlinin yaşadığı binanın qarşısına getdilər.

Bakının baş polisi və paytaxt prokuroru Əli Kərimlilə nə barədə danışıb?

AXCP sədri evinin qarşısına gələn yerli və xarici jurnalistlərə, fəallara, dipkorpusun nümayəndələrinə minnətdarlığını bildirdi və idarəyə çağırılmasının səbəblərini açıqladı: “Əvvəlcə Bakı şəhər Baş Polis Idarəsinin rəisi və Bakı şəhər prokuroru ilə söhbətimiz oldu. Mənə izah etmək istəyirdilər ki, bizim Bakıda keçirdiyimiz piketlər, aksiyalar, flaşmoblar hamısı qanunsuzdur və mühüm tədbir ərəfəsində dövlətimizin imicini korlayır. Istəyirdilər ki, bu aksiyaların təşkilatçılarından biri kimi mən bundan sonra belə hərəkətlərə yol verməyim. Mən isə onlara izah etdim ki, Azərbaycan dövlətinin imicini bizim keçirdiyimiz aksiyalar yox, insan hüquqlarının pozulması, bütün beynəlxalq təşkilatların tələb etməsinə baxmayaraq, vicdan məhbuslarının, siyasi məhbusların buraxılmaması, sərbəst toplaşma azadlığının olmaması, korrupsiya, ölkədə hakimiyyət bölgüsünün olmaması korlayır. Bu baxımdan, dövlətin imici barədə düşünənlər bu kimi halların olmasına əsas yaratmamalıdırlar. Onlara dedim ki, bir anlığa iki aksiya təsəvvür edək. Birində 50-100 nəfər gedib Bakı şəhər Icra Hakimiyyəti qarşısında öz etirazını dinc qaydada oxuyur. Ikinci aksiyada yenə həmin sayda adam gəlir və onların hər birini 4 mülkigeyimli zorakılıqla maşınlara mindirir. Hansı aksiya Azərbaycanın imicini korlayır? Əlbəttə, dünya mətbuatının diqqətini çəkən zorakılıqlar. Bundan sonra istintaq idarəsi rəisinin iştirakı ilə müstəntiq məndən izahat aldı”.
Əli Kərimli DIN-in yaydığı məlumata da öz münasibətini bildirdi: “Bilmədim o gənclər kimlər idi. Açığı, o informasiyanı heç mötəbər də saymıram. Bu təhrif də ola bilər, yalan da. Bəlkə doğurdan da hansısa gənc mənim çıxışlarımdan ruhlanıb, aksiyaya çıxıb. Amma flaşmob hər hansı qanun pozuntusu deyil. Mən istintaqa da dedim ki, hətta Azərbaycanda da flaşmob qanunla tənzimlənmir. Bu, insanların sərbəst toplaşma azadlığıdır. Flaşmob keçirənlər nə etdilər ki? Sadəcə tələb etdilər ki, Azərbaycandakı vicdan məhbusları, siyasi məhbuslar buraxılsın. Keçirilən bütün aksiyalar Ictimai Palatanın qərarı əsasında keçirilir və biz məsuliyyətdən qaçmırıq. Həm cəbhəçilər, həm də Ictimai Palatada təmsil olan dostlarımızın fədakarlığını təqdir edirəm. Bunu istintaqın gedişində də onlara bildirdim”.

Avropa Parlamentinin almaniyalı deputatı Knut W.Fleckenstein və AB-nin Bakı nümayəndəsi baş verənlərlə maraqlanır

Reuters agentliyinə müsahibə

Associated Press agentliyinə müsahibə

The Sunday Daily Telegraph qəzetinə müsahibə

***

Hadisələr bitəndən sonra xarici jurnalistlər olayla bağlı Əli Kərimlidən geniş müsahibələr götürdü. Bundan başqa Avropa Parlamentinin Almaniyadan olan üzvü Knut W.Fleckenstein və Avropa Birliyinin Bakı nümayəndəliyinin əməkdaşı AXCP sədrinə baş çəkib baş verənlərlə maraqlandılar.
Biz Əli Kərimlinin evindən çıxanda qara rəngli avtomobilin içində oturanlar hələ də pusquda idilər…

Ramin DEKO

Kateqoriyalar: Əli Kərimli
  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: