Əsas səhifə > haqqımda > AXCP rəhbərliyinin təbriki

AXCP rəhbərliyinin təbriki

axc4Hörmətli Əli bəy!

Dünyadakı bütün xalqların istiqlaliyyət tarixi mübarizələrdə yazılır. Bütün xalqların tarixi təlatümlü, enişli-yoxuşlu, məhrumiyyətli yollardan keçir. Nə böyük qürurdu bu tarixi yazan, yaradan və onda öz izini qoyan insanlardan biri olmaq! Nə böyük qürurdu yaşadığın həyatın ən önəmli illərini mənsub olduğun bir xalqın azadlıq savaşına, haqq davasına fəda edənlərin sırasında yer almaq! Nə böyük qürurdu qanunların çeynəndiyi bir cəmiyyətdə çəkinmədən, inadla haqsızlığın və ədalətsizliyin üstünə yerimək! On illərlə geri çəkilmədən, prinsipiallığını güzəştə getmədən öz davana, yoluna sadiq qalmaq!

Hörmətli Əli bəy!

Bu gün bütün ağrı-acılarını, məhrumiyyətlərini, qurbanlarını yaşayaraq gəldiyiniz ömür yolunuzun 50-ci ilinə möhür vurursunuz. Günümüzə qədər gəldiyiniz bu ləyaqətli yolda nələr yaşadığınızı uzun-uzadı anlatmağa ehtiyac yoxdur. Yaşadığınız yarım əsrlik tarixin yarıdan çoxunu çiyin-çiyinə gəlmisiniz bu xalqın ağrıları ilə. Bu yol 80-ci illərin hərəkətverici gücü olan tələbə hərəkatından başlanıb, qanlı meydanlardan, müharibə alovlarından, həbsxanalardan, ağır-ağır sınaqlardan keçərək günümüzə qədər uzanır. Vətənçilik, dünyəvilik, müasirlik ideyalarınızdan bir an belə vaz keçmədiyinizi də bu gün mübarizənin önündə qətiyyətlə yürüməyinizlə sübut edirsiniz. Bu illərdə xalqın mübarizə ənənəsinin qırılmasının, ölkənin qapalı məkana çevrilməsinin qarşısını alan mühüm amillərdən biri də məhz sizin prinsipiallığınız və qətiyyətiniz olub. Elə bunun nəticəsidir ki, indi ətrafınıza minlərlə parlaq gənc var və onların sayı gündən-günə artmaqdadır.

Bir siyasətçi olaraq özünüz də yaxşı bilirsiniz ki, 50 yaş mübarizə insanları üçün gənclik tarixidir. Qarşıda görüləcək çox böyük işlər durur. Sevdalısı olduğunuz bu ölkənin siyasi, iqtisadi və mənəvi baxımdan köklü dəyişikliklərə ehtiyacı var. Inanırıq ki, yaxın vaxtlarda sizin liderliyiniz ilə bu tarixə gözəl səhifələr əlavə edəcəyik. Sizinlə bərabər, qürur və şərəflə gözəl sabahlara gedəcəyik. Uğrunda qurbanlar verdiyiniz vətənimizin yeni tarixini də, dediyiniz kimi, komandanız – cəsur “Azərbaycan qvardiyası” ilə birlikdə, yüz minlərlə insanımızın dəstəyini qazanaraq yazacağıq.

Bir daha bütün AXCP ailəsi adından 50 illik yubileyinizi təbrik edir, sizə can sağlığı, uzun ömür və şəxsi həyatınızda böyük uğurlar arzulayırıq.
Tanrı sizi qorusun!

Kateqoriyalar: haqqımda
  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: