Əsas səhifə > haqqımda > İstiqlalçı deputat İbrahim İbrahimlinin yazısı

İstiqlalçı deputat İbrahim İbrahimlinin yazısı

ibrahim-ibrahimli50 yaşına salam olsun, Əli bəy!
30 ìldìr mìllətə vəkìllìk edən bìr şəxsìn – Əli Kərimlinin 50 yaşı tamam olur… Bu, adi, sıradan bir ömür yolu deyìl, 30 illik mübarizənin sevinc və kədərini öz içərisində yaşadan çanlı bir tarìxdìr.
50 yaşını gerìdə buraxan Əlì Kərìmlì ömrünün tam yarısını Azərbaycanın müstəqìllìyì və demokratìkləşməsì uğrunda mübarìzəyə həsr edib. Mübarizəyə sıradan bir gənc kimi başlayan Əli Kərimli indi bu mübarizənin önündədir. İctìmaì etìmad onu çox gənc yaşlarından-tələbəlik illərindən cox çətin, çox məsulìyyətlì və çox ciddi siyasi proseslərin önünə çıxartdı. Elə də uzun olmayan siyasi ömür yolunda onun bìoqrafìyası təkcə uğurlardan, qazanılan qələbələrdən ìbarət olmayıb, tale onu həm də çətin seçimlər qarşısında qoyub və ağır sınaqlara çəkib… Çünki o, missiya adamıdır!

Müqəddəs nizamı pozan ƏDALƏTSİZLİYİ aradan qaldırmaq isə məhz missiya adamlarının – seçilmişlərin haqq işidir. Ictimai etimad və məsuliyyət hər an eyni formada olmur, zaman-zaman dəyişir, bu, bir qanunauyğunluqdur. Qənimət bəyin təbirincə desək, əgər ictimai məsuliyyət əbədi olaraq ədalət mizanlarını tarazlayacaq qədər güclü olsaydı, o zaman tarix müxtəlif insanların missiyasına bu qədər ehtiyac duymazdı. Təbii ki, tarxdə və cəmiyyətin inkişafında şəxsiyyətlərin rolu danılmazdır. Bu, daha çox ondan irəli gəlir ki, həmin ictimai məsuliyyət deyilən nəsnəni bir əmanət kimi növbəti mərhələyə daşımaq və gələcək nəsillərə ötürmək həmin şəxsiyyətilərin üzərinə düşür. Əli Kərimli məhz belə şəxsiyyətlərdən biridir.
Liderlər dəyərlərin ümumiləşdirilmiş obrazıdır. İstənilən çəmiyyəti ictimai dəyərlər birləşdirir və toplumda ictimai etimad ortamı yaradır. Bu ortamı qorumaq artıq ictimai məsuliyyət tələb edir. Bu zaman, lider dəyərlərin ümumiləşmiş obrazı kimi ortaya çıxıb, məsuliyyəti öz üzərinə götürür və ictima müqavimətin simvoluna çevrilir.
O, hakimiyyətin gözündə bütün zamanlar üçün qorxulu bir rəqibdir. Son illərdə müxalifət düşərgəsində lider kimi ən çox təzyiq və təqiblərə məruz qalan Əli Kərimli olub. Ona qarşı başlanmış böhtan kapaniyası sonradan konkret əməli basqılara keçid aldı. Əli Kərimli hakimiyyət üçün arzuolunmaz adam elan edildi… Cünki peşəkar siyasətçı kimi çiddi potensiyala malik olan, yüksək təşkilatçılığı, cəsarətli mövqeyi və siyasi çevikliyi ilə digərlərindən seçilən Əli Kərimli alternativ kimi bu hakimiyyətin gözündə bütün zamanlar üçün qorxulu bir rəqibdir. AXCP siyasi mübarizənin və ictimai müqavimətin simvoludur!
Uzun illərin sərt və ağır məhrumiyyətlərinə baxmayaraq, onun rəhbərlik etdiyi AXCP bir təşkilat kimi öz prinsiplərinə sadiq qalaraq ictimai dəyərlər uğrunda ardıcıl olaraq prinsipal mübarizə aparır. Bu təşkilat ictimai həyatımızın siyasi reallığı və çiddi bir faktoru, fonomenidir. 10 ildir ki, qərargahsız fəaliyyət göstərən AXCP bu illər ərzində, demokratik mübarizənin yayıla bilmə arealının daraldığı bir vaxtda sosial şəbəkələr üzərindən əlaqələr quraraq ən ağır şərtlər daxilində belə mübarizə imkanlarının hələ tükənmədiyini subut etdi. AXCP və onun lideri Əli Kərimli cəmiyyətin gücdən salındığı bir zamanlarda toplumun optimizm mənbəyinə və mübarizə potensialına çevrilibdir.
Kateqoriyalar: haqqımda
  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: