Əsas səhifə > haqqımda > Milli Şuranın təbriki

Milli Şuranın təbriki

23-01-2015-ms2Demokratik Qüvvələrin Milli Şurası dəyərli əqidə dostumuz, Azərbaycan müxalifətinin lideri, Milli Şuranın Koordinasiya Mərkəsinin üzvü, böyük vətənpərvər Əli bəy Kərimlini anadan olmasının 50 illiyi münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür, ailə səadəti, uğrunda yorulmadan mübarizə apardığı müqəddəs dəyərlərin, şərəfli və ləyaqətli mübarizəsinin qələbəsini arzulayırıq.

Əli bəy bütün şüurlu həyatını azad, müstəqil, firavan Azərbaycan uğrunda sistemli, ardıcıl və yorulmaz mücadiləyə həsr etmiş şəxsiyyətdir. O, öz peşə və elmi karyerasını tərəddüd etmədən bu mücadiləyə qurban verdi. Avtoritar hakimiyyətlə Azərbaycan dövlətinin və xalqının köklü mənafelərindən heç bir kompromis tanımayan qətiyyətli mübarizəsi ona və yaxınlarına 20 ildir böyük məhrumiyyətlər yaşatsa da, bu, Əli bəy Kərimlini seçdiyi şərəfli yoldan çəkindirə bilmədi. Uzun illərdir ki, ölkənin ən böyük siyasi partiyası – AXCP-nin liderinin ölkədən çıxışı yasaqlanıb. Qaynı, ağır xəstə olan Elnur Seyidov məhz Əli bəyə təzyiq vasitəsi olaraq saxta ittihamlarla qanunsuz həbs həyatına məhkum edilib. 2013-cü il prezident seçkiləri dönəmində yenə də Əli bəyə təzyiq olaraq tələbə oğlu Türkel saxta və gülünc ittihamlarla inzibatı həbs cəzası aldı.

Bu illər ərzində Əli bəyin sədri olduğu təşkilatı bir ictimai-siyasi institut kimi sıradan çıxarmağa, məhv etməyə çalışdılar, yüzlərlə partiya fəalı həbs və təqiblərə məruz qaldı, AXCP qərargahdan məhrum edildi, sonda hətta icarəyə götürdüyü qəragah belə barbar üsullarla darmadağın edildi. Bu və saysız-hesabsız digər təzyiqlər, təhdidlər Əli bəyi mübarizəsindən döndərə bilmədi və bu gün o, həm Milli Şuranın liderlərindən biri, həm də AXCP sədri kimi ölkədə haqq, ədalət, demokratiya, vicdan, ləyaqət mübarizəsinin önündə gedir.

Əli bəy bir şəxsiyyət olaraq təkcə özünün dəmir iradəsi, qətiyyəti, ardıcıllığı, dönməzliyi ilə səciyyələnmir. Onun mübarizəsi həm də intellektual və peşəkar mübarizədir. O, öz mətbuat və bloq yazılarında təkcə tənqid etmir, yüksək intellekti, zəngin analitik təfəkkürü, iti zehni ilə ictimai-siyasi prosesləri dərindən, peşəkarcasına təhlil edir və alternativlər təklif edir, vəziyyətdən çıxış yollarını göstərir. Məhz bu cəhətlərinə görə Əli Kərimli həmişə xalqın yüksək etimadına layiq görülüb. O, 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2005-ci il parlament seçkilərində oğurlanmış qələbəsi Avropa Məhkəməsi tərəfindən tanınıb və Azərbaycan hakimiyyəti tərəfindən etiraf olunub. Əminik ki, 2010-ci il parlament seçkilərində qazandığı və yenə də oğurlanmış parlaq qələbəsi də yaxın zamanlarda Avropa Məhkəməsi tərəfindən tanınacaq.

Əli bəy bu gün Milli Şura olaraq bizimlə və öz fədakar partiyadaşları ilə çiyin-çiyinə Azərbaycanda demokratiya, insan hüquqlarının qorunması, qanunun aliliyi, bərabərlik, ədalət tərəqqi, rifah kimi dəyərlər uğrunda şərəfli mübarizəsini davam etdirir.

Əli bəy Qarabağ müharibəsinin ən ağır dövründə Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə bir əsgər kimi iştirak edib, bu gün isə o, Qarabağ uğrunda siyasi mübarizənin lideridir. Çünki azad və demokratik Azərbaycan Qarabağın azadlığının başlıca şərtidir.

Dəyərli dostumuz, əqidədaşımız, uğrunda birlikdə bu müqəddəs və şərəfli yola çıxdığımız Azərbaycanımızın ən böyük vətənpərvərlərindən biri, bütün həyatını Azərbaycan mücadiləsinə həsr etmiş Əli bəy Kərimlini yarım əsri haqlaması münasibəti ilə ürəkdən təbrik edir və ona ən qısa zamanda ən böyük arzusuna- azad, demokratik, zəngin, qüdrətli və Qarabağlı Azərbaycana qovuşmağı  arzulayırıq!

Kateqoriyalar: haqqımda
  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: