Əsas səhifə > haqqımda > Tanınmış hüquqşünas Aslan İsmayılovun yazısı

Tanınmış hüquqşünas Aslan İsmayılovun yazısı

Bilmirəm, başqa birisi bu haqsızlıqlara davam gətirə bilərdimi?

(“Azadlıq” qəzeti, 28 aprel 2015-ci il)

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin 50 illik yubileyidir. Əlbəttə, təbrik etməmək, və ya qısa bir təbrik məktubu ilə də kifayətlənmək olardı. Əli Kərimlinin kimliyini, ona olan münasibəti bildiyimdən geniş yazmalı olacam. AXC hakimiyyətə gələnə qədər prokurorluqda hamı məni cəbhəçi kimi tanıyırdı, çünki AXC ilə, bir çoxlarından fərqli olaraq heç bir açıq, ya gizli münasibətim olmasa da, bütün mitinqlərə gedirdim. AXC hakimiyyətinin qısa müddətindən, xüsusilə prokurorluğun rəhbərliyinə kimlərin təyin olunduğunu gördükdən sonra çoxları kimi mənim də münasibətim tam əksinə dəyişdi. Rəhmətlik Əbülfəz Elçibəydən savayı rəhbər şəxslərin əksəriyyəti haqqında mənfi fikirlər dolaşırdı.

Əli Kərimli adını ilk dəfə Azərbaycan Respublikası Prokurorluğunda işləyərkən 1993-cü ilin may ayında eşitdim. O dövr hamı onun Dövlət Katibi kimi ölkədəki qanunsuzluqlar barədə etdiyi mükəmməl çıxışından danışırdı. Elə o məqamlarda da bilindi ki, Əbülfəz Elçibəy hakimiyyəti faktiki iki qrupdan ibarətdir. Yurd adlanan qrupun rəhbəri kimi Əli Kərimlinin adı çəkilirdi. Burada xüsusilə qeyd edim ki, digər qrupdan fərqli olaraq, məhz bu qrup üzvlərinin adı heç bir qanunsuzluqda, rüşvətxorluqda hallanmırdı. Onların haqqında deyiləcək yeganə nöqsan gənclikləri idi. Əli Kərimlinin həmin çıxışı isə o nöqsanı da aradan qaldırmışdı, çünki iclasda iştirak edənlər çıxışın çox əhatəli, təhlilli və konkretliyindən danışırdı. O dövr Baş Prokuror işləyən İxtiyar Şirinlə münasibətlərimizin kəskin olduğunu bilən, dövlət hüquq şöbəsi müdirinin müavini rəhmətlik Həmid Əliyev mənə Prezident aparatında işləməyi təklif etdi. Razılığımı bildikdən bir gün sonra Dövlət Katibi Əli Kərimlinin adından məni işə dəvət etdilər. İşə qəbul olunmağımla bağlı sərəncamı Əli Kərimli imzalamışdır. İşlədiyim müddətdə bir dəfə də olsun onunla görüşmədik. Bu gün belə bir halı təsəvvür etmək olarmı? Mən başqa məsələləri demirəm, heç olmasa qəbul edib “səni mən işə götürürəm” minnəti qoymadan kimisə Prezident Aparatına işə götürərlərmi? Orada işlədiyim müddətdə də öz cibi üçün yox, məhz dövlətçilik üçün çalışanların əksəriyyəti Əli Kərimli tərəfindən məhz bu cür işə qəbul olunmuşdu. Əsas meyar iş qabiliyyəti və əllərin təmiz olması idi. Bu isə mənim üçün çox vacib bir məqamdır. Təxminən 2002-2003-cü ilə qədər onunla heç bir təmasım olmamışdı. Ona olan münasibətim isə dəyişmişdi. Bu illərdən sonra onun başına gələnləri hamı kimi mən də görürdüm. Qətiyyətlə demək olar ki, bu illər ərzində ona olan basqı, təhqir heç kimə qarşı olmayıb. Bu illər ərzində bir çoxları çətinliyə, məhrumiyyətlərə dözmədi, bir çoxları qorxdu, bir çoxları isə saxta müxalifətçilik etdi. Əli Kərimli isə hakimiyyətin bütün basqılarına təslim olmadı. Bilmirəm başqa birisi bu haqsızlıqlara davam gətirə bilərdimi?

Müxalifət haqqındakı fikirlərimi çoxları bildiyindən təkrarlanmaq istəmirəm. Bu gün bütün basqılara baxmayaraq, özü də tək hakimiyyət tərəfindən deyil, həm də öz keçmiş silahdaşları tərəfindən AXCP kimi partiyanı təkbaşına ayaqda saxlamaq Əli Kərimlinin siyasi istedad və xüsusi bacarığından xəbər verir. Bu gün içi mən qarışıq çoxlarımız AXCP-nin və onun sədrinin bəzən həddindən artıq radikallığından gileylənirik. Ancaq bütün günahlar kimdədir? Mərdi qova-qova namərd etmək istəyən kimlərdir? Daha sivil formada mübarizə aparmaq imkanları varmı?

Kimlərinsə istəyindən asılı olmayaraq bu gün Azərbaycan siyasətində Əli Kərimli var, bütün basqılara baxmayaraq ayaqda durmağı bacarır və müxalifət lideri deyəndə ağıla gələn də Əli Kərimlidir.

50 illik yubileyi ilə bağlı Əli bəyi, təbrik edir, ona və ailəsinə can sağlığı, apardığı siyasi mübarizədə uğurlar diləyir, ictimai həyatda barış yaratmaqda daha uğurlu addımlar atmasını arzulayıram.

Kateqoriyalar: haqqımda
  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: