Haqqında

 

Əli Kərimli

 

Əli Kərimli 28.04.1965-ci ildə anadan olub. 1983-85-ci illərdə Sovet Ordusunun  Daxili Qoşunlarının Xüsusi Təyinatlı hissəsində hərbi xidmətdə olub, 1986-91-ci illərdə isə BDU-nun hüquq fakultəsində təhsil alıb.

1987-ci ildə Yurd birliyinin qurucularından, 1989-da AXC Universitet şöbəsinin  təsisçilərindən biri olmuş və sədri seçilmişdir.

1991-ci ildən BDU-nun hüquq fakultəsində müəllim, eyni zamanda Azadlıq qəzetində parlament müxbiri işləmişdir. 1992-də  Prezident aparatında Ərazi İdarəetmə Orqanları İlə İş Şöbəsinin müdüri təyin olunmuşdur. AXC Ali Məclisinin Sədr Müavini seçilən Əli Kərimli, 1993-də mərhum prezident Əbülfəz Elçibəy tərəfindən Dövlət Katibi təyin olunmuşdur.

İyun qiyamından sonra iyun ayının 28-də mətbuat konfransında Heydər Əliyevin hakimiyyətə qiyam yolu ilə gəldiyini bəyan edərək Dövlət Katibi kimi fəaliyyətinə xitam vermişdir.

1994-cü ildə AXC Sədrinin siyasi məsələlər üzrə müavini təyin olunmuşdur. 1995-ci ildə AXCP Sədri Əbülfəz Elçibəy tərəfindən AXCP Sədrinin 1-ci müavini təyin olunmuş, 1997-ci ildə Əbülfəz Elçibəy Bakıya qayıdana qədər onun səlahiyyətlərini də Bakıda həyata keçirmişdir.

2000-ci ildə AXCP Sədri Əbülfəz Elçibəy vəfat etdikdən sonra qurultaya qədər AXCP Sədri vəzifəsini müvəqqəti olaraq həyata keçirmişdir.

1995-2005-ci illərdə  Millət Vəkili olmuşdur.

2001-ci ildə AXCP Sədri seçilmiş və hal-hazırda da bu vəzifəni həyata keçirməkdədir.

Ailəlidir, iki övladı var.

  1. Noyabr 20, 2010 tarixində, saat 1:41 səhər

    Quite an interesting site, well layed out !

  2. ceferov kamal
    Dekabr 17, 2012 tarixində, saat 7:51 səhər

    salam ELI bey sizden xais edirem menide cepheciler sirasina qosun men uzaq bir kentde yasadigima gore sizin cixishlarinzda istirak ede bilmirem prablem yolumuzdu.cox az qalib qalibgelmeyimize.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: