Arxiv

Archive for the ‘haqqımda’ Category

Xoş sözlərinizə layiq olmağa çalışacam

1113 Əziz dostlar, hörmətli həmvətənlər!
50 illik yubileyim münasibətilə sizlərdən çoxlu sayda təbriklər aldım. Xoş sözlərinizə, səmimi təbriklərinizə görə  hər birinizə təşəkkür edirəm.
Burada dostlarımın, ölkəmizin sayılıb-seçilən simalarının yubileyimlə bağlı qələmə aldıqlarını bir daha  paylaşmaq istədim.
Ünvanıma yazılmış xoş sözlərin hər birinə görə təkrar təşəkkürümü bildirir, bundan sonra da bu xoş sözlərə layiq  yaşamağa çalışacam.
Ad günləri mənim üçün ilk növbədə hesabat məqamı, yaşadığım illəri yenidən dəyərləndirmək fürsətidir. Çox  şükür Allaha ki, xalqımın qarşısında alnım açıq, üzüm ağdır. Keçdiyim həyat yoluna, verdiyim mühüm qərarlara, etdiyim seçimlərə görə peşman deyiləm. Azərbaycana, xalqımıza xidmət həyatımın əsas amalı olub, bundan sonra da belə olacaq.
Hər birinizə sayğılarla.

Advertisements
Kateqoriyalar: haqqımda

Milli Şuranın sədri Cəmil Həsənlinin yazısı

cemil-hesenliVicdan adamının bioqrafiyası

(“Azadlıq” qəzeti, 28 aprel 2015-ci il)

Əli Kərimlinin də 50 yaşı tamam oldu. Bu 50 ilin ən azı yarısını Əli bəy ciddi siyasətin içərisində olub. Onun tələbəlik illəri Azərbaycanda milli azadlıq uğrunda mübarizənin qaynar bir dövrünə düşdü. Bakı Dövlət Universitetinin ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində kükrəyən tələbə hərəkatı, vətənsevər gənclərin ideya axtarışları, meydanlara axışan tələbə və gənclik izdihamı Azərbaycanın azadlıq uğrunda mübarizəsinin bir simvoluna çevrilmişdi.

Bu gənclik hərəkatının önündə gedən istedadlı və intellektli gənclərin ən parlaq nümayəndələrindən biri məhz Əli Kərimli idi. Ətraflı…

Kateqoriyalar: haqqımda

Dostum Qənimət Zahidin yazısı: Əli Kərimli faktoru

qanimatzahid-yeniAXCP sədrini 50 yaşı münasibətilə bütün dostlar adından təbrik üçün söz

Qənimət Zahid

(“Azadlıq” qəzeti, 28 aprel 2015-ci il)

Bu gün onun 50 yaşı tamam olur. Gənclik dövrünün bitdiyini güman etmək olar, söyləmək olar, ehtimal və ya hökm etmək olar. 50 yaşı Azərbaycanda əvvəllər «yarı yaş» adlandırırdılar (Bir zamanların Azərbaycanında ömür belə hesablanırmış, yəqin ki. İndi Azərbaycanda yarı yaş 30-larda- filanda olur).

Bu 50 ilin yarıdan çoxunda onunla bir yerdəyəm. İndiki azərbaycanlıların yarı yaşı sayılacaq müddətə bərabər bir zamandır ki, onunla bir düşərgədə, bir təşkilatdayam və bu müddət ərzində onu müşahidə etmək üçün çox imkanlarım olub. Bir neçə dəfə də onun haqqında yazmışam. Bəri başdan deyim ki, onu heç zaman tənqid etməmişəm. Müxalifətdə olduğu müddətdə də heç zaman tənqid etməyəcəyəm. Mən o kəslərdən deyiləm ki, uzun müxalifətçilik dövrünü siyasətçinin şəxsi zəifliyi, bacarıqsızlığı, qələbəyə canatım kasadlığı kimi izah edim. Önümüzdə və gözlərimizin qabağında bu qədər qəddarlıq və siyasi qaydaları tanımayan bir qabalıq varsa, mən müxalif olanların dirənişini yalnız alqışlaya bilərəm.

Ətraflı…

Kateqoriyalar: haqqımda

Professor Kamil Vəli Nərimanoğlunun təbriki

kamil-veliElçibəyin Әli bəy haqda dediyi vaxt gəlib

Hörmətli Əli bəy.  Sizin 50 yaşınızı ürəkdən təbrik edirəm. Sizə və ailənizə can sağlığı, xoşbəxtlik arzulayıram.
Böyük bir qismi mübarizə içində keçən 50 yaşınız şərəflə yaşanmış bir ömrün əhəmiyyətli hissəsidir. Sizin nəsil milli hərəkat içində yetişdi və tarixin çox sınaqlarından keçdi. Bu mübarizəyə kiminin gücü çatmadı, kimi yoruldu, kiminin səbri tükəndi. Kimi ailəsinə təslim oldu, kimi də rejimə. Satqınlar da az olmadı. Hər şeyi satdılar. O cümlədən də sizi.

Ətraflı…

Kateqoriyalar: haqqımda

İstiqlalçı deputat İbrahim İbrahimlinin yazısı

ibrahim-ibrahimli50 yaşına salam olsun, Əli bəy!
30 ìldìr mìllətə vəkìllìk edən bìr şəxsìn – Əli Kərimlinin 50 yaşı tamam olur… Bu, adi, sıradan bir ömür yolu deyìl, 30 illik mübarizənin sevinc və kədərini öz içərisində yaşadan çanlı bir tarìxdìr.
50 yaşını gerìdə buraxan Əlì Kərìmlì ömrünün tam yarısını Azərbaycanın müstəqìllìyì və demokratìkləşməsì uğrunda mübarìzəyə həsr edib. Mübarizəyə sıradan bir gənc kimi başlayan Əli Kərimli indi bu mübarizənin önündədir. İctìmaì etìmad onu çox gənc yaşlarından-tələbəlik illərindən cox çətin, çox məsulìyyətlì və çox ciddi siyasi proseslərin önünə çıxartdı. Elə də uzun olmayan siyasi ömür yolunda onun bìoqrafìyası təkcə uğurlardan, qazanılan qələbələrdən ìbarət olmayıb, tale onu həm də çətin seçimlər qarşısında qoyub və ağır sınaqlara çəkib… Çünki o, missiya adamıdır!

Ətraflı…

Kateqoriyalar: haqqımda

Tanınmış hüquqşünas Aslan İsmayılovun yazısı

Bilmirəm, başqa birisi bu haqsızlıqlara davam gətirə bilərdimi?

(“Azadlıq” qəzeti, 28 aprel 2015-ci il)

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin 50 illik yubileyidir. Əlbəttə, təbrik etməmək, və ya qısa bir təbrik məktubu ilə də kifayətlənmək olardı. Əli Kərimlinin kimliyini, ona olan münasibəti bildiyimdən geniş yazmalı olacam. AXC hakimiyyətə gələnə qədər prokurorluqda hamı məni cəbhəçi kimi tanıyırdı, çünki AXC ilə, bir çoxlarından fərqli olaraq heç bir açıq, ya gizli münasibətim olmasa da, bütün mitinqlərə gedirdim. AXC hakimiyyətinin qısa müddətindən, xüsusilə prokurorluğun rəhbərliyinə kimlərin təyin olunduğunu gördükdən sonra çoxları kimi mənim də münasibətim tam əksinə dəyişdi. Rəhmətlik Əbülfəz Elçibəydən savayı rəhbər şəxslərin əksəriyyəti haqqında mənfi fikirlər dolaşırdı.

Əli Kərimli adını ilk dəfə Azərbaycan Respublikası Prokurorluğunda işləyərkən 1993-cü ilin may ayında eşitdim. O dövr hamı onun Dövlət Katibi kimi ölkədəki qanunsuzluqlar barədə etdiyi mükəmməl çıxışından danışırdı. Ətraflı…

Kateqoriyalar: haqqımda

Milli Şuranın təbriki

23-01-2015-ms2Demokratik Qüvvələrin Milli Şurası dəyərli əqidə dostumuz, Azərbaycan müxalifətinin lideri, Milli Şuranın Koordinasiya Mərkəsinin üzvü, böyük vətənpərvər Əli bəy Kərimlini anadan olmasının 50 illiyi münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür, ailə səadəti, uğrunda yorulmadan mübarizə apardığı müqəddəs dəyərlərin, şərəfli və ləyaqətli mübarizəsinin qələbəsini arzulayırıq.

Əli bəy bütün şüurlu həyatını azad, müstəqil, firavan Azərbaycan uğrunda sistemli, ardıcıl və yorulmaz mücadiləyə həsr etmiş şəxsiyyətdir. Ətraflı…

Kateqoriyalar: haqqımda