Əsas səhifə > haqqımda > Professor Kamil Vəli Nərimanoğlunun təbriki

Professor Kamil Vəli Nərimanoğlunun təbriki

kamil-veliElçibəyin Әli bəy haqda dediyi vaxt gəlib

Hörmətli Əli bəy.  Sizin 50 yaşınızı ürəkdən təbrik edirəm. Sizə və ailənizə can sağlığı, xoşbəxtlik arzulayıram.
Böyük bir qismi mübarizə içində keçən 50 yaşınız şərəflə yaşanmış bir ömrün əhəmiyyətli hissəsidir. Sizin nəsil milli hərəkat içində yetişdi və tarixin çox sınaqlarından keçdi. Bu mübarizəyə kiminin gücü çatmadı, kimi yoruldu, kiminin səbri tükəndi. Kimi ailəsinə təslim oldu, kimi də rejimə. Satqınlar da az olmadı. Hər şeyi satdılar. O cümlədən də sizi.

Rəhmətlik Elçibəyin mənə söylədiyi bir sözü xatırlayıram: “Azərbaycan tarixinin elə bir vaxtı gələcək ki, orada həlledici sözü Əli Kərimli söyləyəcək”. Məncə, biz o tarixə çox yaxınlaşdıq. Böhtan, sayıqlamalar sizi bıktırmadı. Əksinə, daha mübariz duyğular oyatdı. Bu gün azca vicdanı olan hər kəs çox yaxşı başa düşür ki, əsl müxalifət lideri düşüncəli, cəsarətli və ardıcıl mübarizə və fikir adamı Əli Kərimlidir. Sizin tutduğunuz Məhəmməd Əmin Rəsulzadə, Elçibəy yolu yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyasının deyil, bütövlükdə Azərbaycan xalqının gələcəyidir.
Bu gün yaşadığımız hər şey yaxşısı-pisiylə, ümidlisi-ümidsizliyilə, inamlısı-inamsızlığı ilə tarixdir. Yazılan tarixi kimsə dəyişdirə bilməz. Onu yoza bilər, inkar edib görməzlikdən gələ bilər, ancaq heç bir vəchlə poza bilməz. Mən yaşadığımız bu tarixdə sizin şəxsiyyətinizə, əməlinizə, mübarizənizə inananlardan biriyəm. Bu inanc mənə deyir ki, gec-tez haqq zəfər çalacaq. Ağın ağ, qaranın qara olacağı şübhəsizdir. Allah sizə və haqq yolunda mübarizə aparan bütün insanlara güc-qüvvət versin.
Sizi bir daha təbrik edirəm. Əməlinizə gedən böyük yolda sizə və silahdaşlarınıza, əqidə dostlarınıza uğurlar arzulayıram.
Kateqoriyalar: haqqımda
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir şərh yazın